The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə49/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   44   45   46   47   48   49   50   51   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
117 
 
ayda bir, ya iki şənbə mən sənə icazə verərəm. Daha dema- qoqluq etmək lazım deyil. Ədliyyə zabitinin şərəfini 
qorumaq lazım-dır. - Şəfi şərəfdən danışan rəisə baxa-baxa özündən asılı olmadan sonuncu peyğəmbərin 
hədislərinin birindəki sözləri xatırladı: “Tamahkar insanın şərəfi olmaz”... - Oldumu? Gedə bilərsən. 
          Əliməmməd onu eşitmək istəməyib əli ilə getmək işarəsi verdi. O, nəsə deməyin, mübahisə etməyin 
mənasız olduğunu düşünərək durduğu yerdən dönüb, bir söz demədən kabinetdən çıxdı. 
 
 
* * *  
Növbəti  həftənin  birinci  iş  günü  kədərli  hadisə  ilə  başlamışdı.  Hava  işıqlaşana  yaxın  sançastda  yatan 
vərəmli xəstələrdən biri keçinmişdi. Səhər iclasında rəis həkimə qəzəblənmişdi: 
-  Sən  necə  həkim,  necə  insansan?  Görürsən  ki,  bu  adam  öləsidir,  niyə  saxlayırsan,  xəstəxanaya 
göndərmirsən? Ölür, qoy ge-dib xəstəxanada ölsün, gərək burada ölüb işimizi, xərcimizi artırsın? Hər həftə on 
adamdan haqq alıb göndərirsən, bir yiyəsiz yetimi də öz hesabına göndər də. Dünya dağılmaz ki. İclasdan sonra 
gedib zonda nə qədər xəstə var, siyahısını tutub yanıma gəlirsən. Qarnını kəsən gədə vardı ha, öz zibilinin üstünü ört-
basdır  etmək üçün qardaşının xəstəliyini bəhanə  etmişdi, onu da  yaz.  Çıxdaş  edək,  ağırlarını  göndərək  xəstəxa-
naya,  eybi  yox,  xərcini  özüm  çəkərəm.  Qalan  əməkdaşlar  bir  nəfər  də  olsun  istisna  olmamaqla,  -  ani  baxışla 
kabinetdəki  bütün  əməkdaş-lara  nəzər  yetirdi,  -  buradan  çıxan  kimi  Rasimin  böldüyü  qruplar  üzrə  eyni  vaxtda 
yataqxanalarda  axtarış  aparırsınız.  Yalnız  qadağan  olun-muş  əşyaları  -  kəsici,  deşici  alətləri,  şüşə  qabları, 
yaşayış  sahəsinə  aid  olmayan  əşyaları  yığışdırırsınız.  Sonda  hər  qrup  akt  tərtib  edərək  aşkar  olunan  əşyaları 
təhvil verir. Daha gedib qaşınmayan yerdən qan çıxarıb camaatın qab-qacağına, paltarına zərər vurub, narazılıq 
yaratmayın. Qərəzkarlıq edən əməkdaş sonra məndən inciməsin. Bu bizim plan üzrə keçirilməli tədbir olmaqla 
yanaşı, həm də nazirlik tərəfindən müəssisədə keçiriləcək yoxlamaya hazırlıqdır. 
-  Rəis,  sex  rəisləri  də  iştirak  edəcək?  Bəs  sex  necə  olsun,  nəzarətsiz  qalsın?  -  yoldaşları  tərəfindən 
“Bozdar” ayaması  ilə tanınan sex rəisi Aqil  oturduğu  yerdən soruşduğu  yersiz sualı ilə ətrafdakıların istehzalı 
gülüşünə səbəb oldu. Onun “Bozdar” çağırıl-masına səbəb özü cavabdeh olan sexə aid söhbətlərdə kiməsə güzəştə 
getməməsinə və sexdən qeyri, zonun hər yerinə laqeyd qalması ilə bağlı idi. 
-  Sex  rəisləri  göydən  zənbillə  düşməyiblər  ki,  -  rəis  gülmək  istədisə  də  özünü  saxladı,  -  mənim 
göstərişim  hamıya  aiddir.  Sən  sexin  dərdini  çəkmə.  Yataqxanalardan  sonra  sexlər  yoxlanılacaq.  Nəhayət,  bu 
gün sizə hörmətli nazirimizin əmri ilə müəssisəmizdə əməliyyat-rejim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş 
mayor Nüs-rət müəllimi təqdim edəcəyəm, - səhərdən hamının nazirlikdən gələn nümayəndə olduğunu güman 
etdiyi kök, tosqun, sınayıcı baxışlarla hər şeyə göz qoyan, sıranın başlanğıcında oturmuş mayor ayağa durdu, - 
tanış  olun,  hörmət  edin,  əməliyyat  baxımından  kömək  edin  və  göstərişlərini  yerinə  yetirin.  Əyləşin,  Nüsrət 
müəllim!  Nüsrət müəl-lim uzun illər  əməliyyat işində çalışıb,  təcrübəli  işçidir. Yaxın  günlərdə  onun qabiliyyətini 
özünüz görəcəksiniz. Qaldı Əhməd müəllimə, məzuniyyətdən vəzifəyə - qonşu rayondakı islah əmək müəssisəsində 
əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsinə yüksəlmişdir. Fəxri-mizdir, gün o gün olsun ki, rəis təyin edilsin. 
Rasim,  ləngimədən  Nüs-rətlə  bir  yerdə  qrupları  müəyyənləşdirib  axtarış  tədbirini  iki  saat  ərzində  həyata  keçirib 
mənə məruzə edərsiz. Başlayın! 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
118 
 
Hər dəstəyə dörd zabit və üç nəzarətçidən ibarət bir qrup ayrıldı. Dəstə rəisləri hərə öz dəstəsinə cavab 
verməli idi. Şəfinin dəstəsini yoxlayacaq qrupa əməliyyatçılardan Fazili qoşmuşdular. 
Əvvəlcə  elan  olunmadan  bütün  yataqxanalardan  məhkumlar  həyətə  çıxarıldı.  Axtarış  qurtaranadək 
məhkumları  içəri  buraxmamaq  üçün  hər  korpusun  giriş  qapısında  nəzarətçi  saxladılar.  Korpusun  başından 
başlayıb, o biri başınadək çarpayıların altını, yorğan-döşəyin içərisini, dolabları, içəridə qalan paltarları, gözlərinə 
dəyən hər şeyi diqqətlə yoxladılar. Qadağan olunmuş və kəsici, deşici əşyalar yox dərəcəsində olsa da, rəhbərlik 
tərəfindən icazə verilməyənləri tapıldı. Xeyli olmasa da şüşə qablar, qış  geyimləri, bir qol saatı, iki  kiçik ölçülü 
radio aparatı, müəssisənin sexlərində hazırlanmış çoxlu sayda təsbehlər, artist qadın şəkilləri, cib kitabçaları, kitab 
şəkilli dəftərlər, cürbəcür qutular, mücrülər aşkarlandı. Saat və radiolar tapılanda Fazilin çiçəyi çırtladı, sevincək 
yanındakı  rejim  Zakirin  başı  qatışıqlı-ğından  istifadə  edib  onları  özünə  götürdü.  Yəqin  ki,  o,  həmin  əşyaları 
yiyələrinə  qaytaracaqdı,  əlbəttə  elə  belə  yox.  Saat  və  radioların  Fazi-lin  götürdüyünü  görən  kimi,  axtarış 
qurtaranadək kortəbii bölgü getdi. Nəzarətçilər təsbehləri, rejim Zakir şəkilləri, cib kitabçalarını, sex rəisi qutu və 
mücrüləri  götürdü.  Yerdə  dörd-beş  kitab  şəkilli  dəftər  qalmışdı.  Nəzarətçi  İlham  Şəfiyə  yaxınlaşıb  dəftərləri 
götürməyi təkid edirdi: 
- Sən niyə götürmürsən? 
- Yaxşı, götürərəm, onda zəhmət olmasa apar otağıma, - Şəfi razılaşmalı oldu. 
Şüşə qablar, qış geyimləri, bir neçə qayçı, cib bıçağı, dırnaq-tutan akta yazıldı. Fazil xasiyyətinə uyğun 
halda Şəfini məzəm-mətlədi: 
-  Korpus  pis  gündədir.  Bütün  tapılanları  akta  yazsaq,  rəis  səni  töhmətləndirəcək.  Ona  görə  çox  şeyin 
üstündən keçirik. Daha nələr yoxdu burda? Barakda da bu qədər əşya olar? Yataqxanadı bura, yoxsa anbardı? 
Sən  buranın  dəstə  rəisisən,  hara  baxırsan?  Niyə  arada  tumbaları,  çarpayıların  altını  axtarış  edib  yoxlamırsan? 
Tez-tez  yox-lasan,  nəzarət  etsən,  saat,  radio,  bu  qədər  artıq  əşya  yığılmaz.  İşləmir-sən,  ya  da  lazımı  qaydada 
işləməyi bacarmırsan! 
Əslində  Şəfinin  qol  saatı  və  radio  cihazlarından  xəbəri  vardı.  Bilirdi  ki,  bu  əşyalar  göydən  düşməyib. 
Görüşdən  keçəndə  haqqını  alıblar.  Üstəlik  Fazilin  həmkarları,  rejim  və  əməliyyatçılar  iki-üç  dəfə  tutub, 
cərimələyib,  qaytarıblar.  İndi  onları  açıb-ağartmağın  xey-rindən  çox  ziyanı  olardı.  Odur  ki,  Fazilin  sözünü 
mənalı tərzdə təsdiq etdi: 
- Düz deyirsən. Mən sizin kimi işləməyi bacarmıram. 
Barakı  silib-süpürən  üzdəniraq  Hüseyn,  atılmalı  əşyaları  zi-bilxanaya  atdı,  aktla  təhvil  verilənləri  isə 
belinə  şələləyib  idarənin  həyətinə  apardı.  Korpusda  yarım  saat  çəkən  yoxlamadan  sonra  barak-lar  yenidən 
məhkumların ixtiyarına verildi. 
Rəhbərliyə aid əməkdaşların əhval-ruhiyyəsindən tədbirin qa-needici formada başa çatdığı hiss edilirdi. 
Şəfi  otağına  qayıdıb,  öz  işləri  ilə  məşğul  olmaq  istəyirdi  ki,  qapının  ağzını  iki  məhkumun  kəs-diyini  gördü. 
Şikayətə  gəlmişdilər.  Axtarış  vaxtı  birinin  balışında  gizlətdiyi  az  miqdarda  pulunu,  digərinin  isə  dolabda 
saxladığı bir blok siqaretini götürmüşdülər. 
-  Əvvəla,  başınız  sağ  olsun.  Axtarmağına  dəyməz,  -  Şəfi  güldü,  -  yox  inad  edirsinizsə,  burada  olan 
nəzarətçilərdən soruşun, bilsələr onlar bilər. Mən görməmişəm. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə