The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə44/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
107 
 
sirli-sirli sayrışırdılar. Qulağına yaxınlaşan addım səsləri gəldi. Pəncərə-dən bir qədər aralı müəssisənin hündür, 
qalın  hasarları  uzanırdı.  Yəqin  əsgər  nəzarət-iz  zolağını  yoxlayır,  -  Əziz  fikirləşdi,  -  görən  saat  neçə  olar? 
Addım səsləri pəncərənin altına çatanda özünü sax-laya bilməyib, əsgəri çağırdı: 
- Əsgər, qardaşım, saat neçədir? Zəhmət olmasa saatı de, darıxdım səhər üçün... 
Əzizin yalvarışına əhəmiyyət verməyən addımlar pəncərənin altından keçib uzaqlaşdı. Eşitmədi, ya da 
eşitmək  istəmədi.  Bir  də  saatın  neçə  olmasının  onun  üçün  nə  fərqi?  Hələ  qabaqda  dörd  belə  gecə  vardı.  Kaş 
azadlıqda olardı, əcəb gözəl gecədi; sakit, sərin, ul-duzlu... Zinyət ona qoşulub qaçan günü, dənizin sahilində, 
ləpədö-yəndə ulduzların şahidliyi ilə keçən sevgi dolu əsrarəngiz gecəni xatırladı. O zaman ağlına heç cür gələ 
bilməzdi ki, səmanın gözəl-liyinə nə vaxtsa dəmir barmaqlıqlar arasından həsrətlə baxacaq. Həyatın, dünyanın 
mənasını anlamaq, onun qəribə işlərindən baş aç-maq nə qədər çətin iş imiş... 
Əziz düşüncələr içində  yenidən naraya uzandı. Hava  işıqlan-mamış nəzarətçinin səsi onu səhərin şirin 
yuxusundan ayıltdı. 
- Durun ayağa, yerinizi yığın! Nara bağlanır. 
Çox çəkmədi, dəhlizdə Qəqəninin də səsi eşidildi, səhər ye-məyini paylayırdı. Əziz kaşa deyilən horraya 
bənzər yarma sıyı-ğından üç-dörd qaşıq yeyib, qalanını Qəqəniyə qaytardı. 
- Qardaş, bəs sən nə yeyəcəksən? Yavan çörəklə yaşamaq olar? - Qəqəni narahatlıqla dilləndi. 
- Qorxma, Qəqəni, ölən deyiləm, - Əziz gülümsədi. 
- Ölməsən də tub olub, öləntəhər olarsan. 
Qəqəninin  sözlərində  həqiqət  vardı.  Axır  vaxtlar  zonda  vərə-mə  tutulanların  sayı  günü-gündən  artırdı. 
Xüsusilə  illərlə  ev  yeməyi  görməyən, balandadan nə  qədər  yesə  də  doyduğunu hiss  etməyən,  get-gedə bədəni 
zəifləyənlər özləri də duymadan aktivləşən vərəm çöpünün daşıyıcılarına çevrilirdilər. 
Növbəti  nahar  zamanı  dördkünc  pəncərə  açılanda  Qəqəni  balandanı  verməmişdən  qabaq  əlindəki 
bükülünü tələm-tələsik Əzizə uzatdı: 
- Tez elə al, görən olmasın. 
- Bu nədi, ay Qəqəni? 
- Qrevdi. Katyol uşaqları göndəriblər. 
- Bəs sən bunu necə gətirdin? İcazə verdilər? 
- Bu gün “otvetstvenni” otryadnikindi - dəstə rəisin. O, icazə verdi. 
Əziz  bükülünü  açdı.  Yarım  buxanka  ağ  çörək,  bir  neçə  pendir  dilimi,  sosiska,  soyulmuş  yumurta  və 
kartof qoymuşdular. Əməlli-başlı qonaqlıqdı, özü də belə yerdə, - Əziz sevindi. 
Qəqəni  naharı  təzəcə  paylayıb  qurtarmışdı.  Dəhlizdən  Şəfinin  səsi  gəldi.  O  kameranı  müşahidə  etmək 
üçün qoyulan gözlüyün qar-şısında dayanmışdı: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
108 
 
- Əziz, yaxın gəl görüm. Necəsən? 
Əziz gözlüyə yaxınlaşdı: 
- Sağ olun, Şəfi müəllim, çox sağ olun. 
- Bu gün ikinci sutkadır? 
- Bəli. 
-  Daha  nə  qalıb  ki,  üç  gün  də  döz,  vəssalam.  Lazımdır,  burda  yatmasan,  barakdakı  yerinin  qədrini 
bilməzsən. Çətinliyin, şikayətin var? 
-  Nə  şikayətim  ola  bilər?  -  Əziz  gülümsündü,  sonra  nəsə  xa-tırladı:  -  Şəfi  müəllim,  bir  xahişim  var. 
Zəhmət olmasa, tapşırın, suyu vaxtından əvvəl kəsməsinlər, ayaqyolunun iyindən dayanmaq olmur. 
- Allahın suyunu da cirə ilə verirlər, - yan tərəflərdə olan kameralardakı məhkumlar da Əzizin xahişinə 
səs verdilər. 
- Yaxşı, yaxşı, - Şəfi danışanları sakitləşdirməyə çalışdı, - Bəşirə tapşıraram. 
Bəşir müəssisənin su işlərinə baxan məhkum idi. 
Şəfi  ciddi  görkəm  alıb,  özünəməxsus  addımlarla  uzaqlaşdı.  Buranın  adamı  olmasa  da,  çox  güman  ki, 
Allah onu bura lazım bilib göndərib, - Əziz uzaqlaşan addım səslərini dinləyərək fikirləşdi. 
Həmin gün Bəşir suyu qaydasında verdi. 
Axşamüstü  bir  neçə  nəzarətçi  və  zabit  zarıldayan  birini  sürüyə-sürüyə  Əzizin  kamerasının  önündən 
keçirib,  birinci  kameraya  saldılar.  Səs-küyü  və  zarıltını  eşidib,  narahat  olan  kameradakı  məh-kumlar  hərə  öz 
qapısının  gözlüyündən  dəhlizə  tərəf  baxır,  nə  oldu-ğunu  anlamaq  istəyirdilər.  Əziz  özü  getmək  istəməyən, 
sürüdülən, qarnını tutub zarıldayan məhkumu görəndə tanıdı. Cəlal idi. 
Hər  an  bir  sifətə  düşdüyündən  çoxunun  onu  görən  gözü  yox  idi.  Adətən  qumarda  uduzub  tavana 
qalanda, ya da kiməsə pul borcu olanda bilərəkdən dava-dalaş salıb özünü şizoya saldırardı. Bu dəfə isə həqiqəti 
Allah bilsə də, guya neçə vaxtdı xəstə  yatan qardaşının mərkəzi xəstəxanaya  göndərilməməsinə  etiraz  əlaməti 
olaraq,  sanças-tın  qabağında  özünə  qəsd  edib,  əlindəki  lezva  ilə  qarnını  kəsmişdi.  Xoşbəxtlikdən  lezva  dərinə 
işləməmişdi.  Sürətlə  axan  qanı  görəndə,  Cəlalın  özünü  itirməsindən  istifadə  edən  ətrafındakı  məhkumlar, 
lezvanı əlindən almış, əynindəki köynəyini çıxarıb, qanın qarşısını almaq üçün qarnına sarımışdılar. Qalmaqalın 
düşəcəyindən  ehtiyat-lanan  nəzarətçi  və  zabitlər  tez  onu  oradan  götürüb,  şizoya  getmək  istəməyən  Cəlalı 
sürüməli olublar. 
Zon  sakit  idi.  Cəlalın  qarnını  yırtmaq  cəhdi  heç  kimi  təsirlən-dirmədi,  əksinə  çoxları  buna  istehza  ilə 
yanaşdılar. Ayrı-ayrı  cinayət-lərdə  təqsirli olmalarına baxmayaraq,  iki qardaş  eyni  müəssisədə  cəza  çəkirdilər. 
Ata-oğul, bir neçə qardaş, əmoğlu, az qala nəsillikcə həbsdə yatan sülalələr mövcud idi. 
Cəlalın qardaşı iki il idi vərəmə tutulmuşdu. Yanlarına gələn də olmurdu. Çöldə qalan ana-bacısı ildə bir 
dəfədən artıq imkan tap-mırdılar görüşə gəlsinlər. Neçə aydı Cəlal həkimdən, rəhbərlikdən qardaşının mərkəzi 
xəstəxanaya  göndərilməsini  xahiş  edib,  yalva-rırdı.  Xəstəxanaya  naryad  pulla  olduğundan,  onun  yalvarışına 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə