The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə43/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
105 
 
Zinyəti unutmaqmı olardı? Bu adi, ötəri sevgi deyildi. İllər uzunu ürəyində xüsusi yer tutmuş, yurd salmışdı. İndi də 
elə  gün  olmurdu  Zinyət  xəyalından  keçməsin.  Ürəyində  qurduğu  məhkəmədə,  özünə  bəraəti  onda  görürdü  ki, 
Zinyəti, o, məcbur etmə-mişdi ailəsini dağıtsın. Zinyətin xoşbəxtliyini görsəydi, sevgisi naminə unutmağa da hazır 
idi.  Ancaq,  Zinyət  özünü  yenidən  ona  sevdirdi,  daha  həyatdan  xəbərsiz  məsum  qız  kimi  deyil,  püxtələşmiş  qadın 
kimi  ağlını  aldı.  Nəticədə  bu  gün  hər  ikisi  əzab  çəkirdi.  Demək,  İlahinin  qisməti  ilə  razılaşmayıb,  öz  niyyətlərinə 
çatmaq istəyənləri zülm və əziyyətlər gözləyirdi. Uzun-uzadı məşəqqətlər, sınaqlardan sonra da olsa, Allahın rəhmi 
gəlib yazdığına düzəliş edərmi görən? 
Ötən vaxtlarda kənardan gördüyü hadisəni xatırladı. Rəis zonu obxod edərkən bir qoca məhkum yanaşıb 
səhər-axşam  yoxla-masına  çıxmamağa  icazə  verməyi  xahiş  etdi.  Rəis  razı  olmadı.  Qoca  insafı,  Allahı  yada 
saldı. Rəis güldü və dedi: “Bəs cinayəti edəndə insafı, Allahı niyə unutmuşdun? Allah məni bura elə ona görə 
göndə-rib ki, sənin kimilərinə çöldə unutduqlarını burda xatırladım”. 
Olmaya  onun  da  cəzasının  ağırlaşması  üçün  Allahla  Rasimin  arasında  razılaşma  olub.  Beş  sutkadan 
çıxandan sonra obşaka - Etimada xahiş edib, kömək istəyib Rasimlə münasibətini düzəldəcə-yinə ümid edirdi. 
Allahla necə? Ona görə kimə ağız açsın? 
Dəhlizin  o  başından  yaxınlaşan  səslər  onu  fikirdən  ayırdı.  Deyəsən  nahar  gətirilmişdi.  Qapıların  aşağı 
hissəsindəki  dördkünc  kiçik  pəncərələrin  asma  qıfılları  növbə  ilə  açılır,  iki  nəzarətçi  və  zabitin  nəzarəti  altında 
Qəqəni  yemək  paylayırdı.  Əsl  adı  unudulub  Qəqəni  çağırılan  cılız  vücudlu  şusturyak  nəzarətçinin  tələsdirməsinə 
baxma-yaraq,  hər  kameraya  yemək  ötürəndə,  az  qala  başını  da  dar  deşikdən  içəri  soxub,  orada  olan  məhkumla 
xısınlaşa  hal-əhval  tuturdu.  O,  həm  də  “simsiz  teleqraf”  idi.  Barakdakı  və  kənar  kameralardakı  yoldaş-larına 
göndərmək  istədikləri  sözü,  xəbəri,  bəzən  də  bir  giliz  papirosu  Qəqəni  vasitəsilə  çatdırırdılar.  Qəqəninin 
vəziyyəti çox çətin idi, hamını razı salmaq olmurdu. Məhkum yoldaşlarına gizlicə əlindən gələn köməyi etmək 
istəsə  də,  müəyyən  məqamlarda  canının  qorxu-sundan  paqona  da  məlumat  vermək  məcburiyyətində  qalırdı. 
Növbə Əziz qalan kameraya çatdı. Pəncərənin açılmağı ilə Qəqəninin səsi gəldi: 
- Qardaş, necəsən? Allah qapını açsın. Təksən? 
- Sağ ol, Qəqəni, təkəm, - Əzizi cavab verdi. 
- Bay, tək darıxıb ölərsən ki... - başını geri çəkib xörək dolu miskini ona uzatdı, - götür payını. 
Borş  adlanan  xörəkdə,  yağsız  sarımtıl  suda  üzən  üç-dörd  kə-ləm  qırıntısından  başqa  bir  şey  tapa 
bilməzdin. 
Əziz miskini geri qaytardı: 
- Qəqəni, xörəyi istəmirəm. 
- Qardaş, bəs nə yeyəcəksən, acından ölərsən. 
- Çörək payımı ver, bir qab da su. 
Qəqəni su və normaya uyğun kəsilmiş çörəyi verib pıçıltı ilə soruşdu: 
- Bəlkə çətinliyin var, hə? Kimə nə sözün olsa, arxayın ol, mən çatdıraram, bildin? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
106 
 
- Sağ ol, Qəqəni. Hələ ki, heç nə lazım deyil. 
Aralıqda dayanmış nəzarətçinin səsi gəldi: 
- Qəqəni, qurtar görək, cəld ol. 
Qəqəni  mızıldanıb, başını  geri  çəkdi.  Kiçik pəncərə  şaqqıltı  ilə  örtüldü  və  qıfıllar bağlandı. Dəhlizin o 
biri  başındakı  kameraların  birində  kimsə  qapını  döyəcləyərək,  zarıltılı  səslə  həkim  istəyirdi.  Bir  başqası  isə 
rəisin qəbuluna aparılmağı tələb edirdi. 
Günorta yeməyinin paylanıb qurtarması və addım səslərinin çəkilməsi ilə kameralarda hay-küy qaldıranların 
da səsləri kəsildi. Ayrı-ayrı kameralara salınmış iki yerli arabir bir-birinə səs atıb, ürək-dirək verirdilər. 
Axşam yeməyinin verilməsi də naharın oxşar təkrarı oldu. Adboya yaxın dəhlizdəki qarmaqlar boşaldıldı və 
kameralarda divara bağlanmış naralar açıldı. Sonra hər adama bir döşək paylandı. Döşəyin natəmiz görkəmi Əzizi 
onun üstündə yatmaq fikrindən daşındırdı. İllərlə  yuyulmayan, neçə xəstəliyin yoluxma mənbəyi olan döşəkdənsə, 
taxta naranın üzərində uzanmağı üstün tutdu. Günün  əksər hissəsini  ayaqüstə  dayandığı  üçün qıçları  ağrıdığından, 
özün-dən  ixtiyarsız  naraya  uzandı.  Təzəcə  yatmaq  istəyirdi,  dəhlizin  əks  tərəfindəki  səs-küyə  ayağa  durub, 
dinləməyə başladı. Nəzarətçidən əlavə əməliyyatçı Qaçayın da səsi gə-lirdi. Sözlər aydın eşidilməsə də deyəsən bir 
nəfəri söyə-döyə gecənin bu vaxtı, rəis gələnədək saxlanılan “doprixod” deyilən kameraya salır-dılar. 
Qaçay işini qurtarıb getmişdi, ətraf kameralarda narahat olan məhkumlar şizonun gecə növbəsində qalan 
nəzarətçi Hikməti çağır-dılar. 
- Hikmət, sən Allah de görək oper o bədbəxti niyə döyürdü, nə qələt edib? 
Həmişə söz soruşanda cavab verməyən Hikmət necə təsirlən-mişdisə hisslərini gizlədə bilmədi: 
-  Belə  vicdansızı  söymək,  döymək  azdır.  Hava  qaralanda  ge-dib  görüş  pəncərəsinin  altında  gizlənib 
camaatın  ailəsilə  görüşünü  pusur.  Adboy  vaxtı  tapıblar,  aparıb  katyolda  çırpıblar.  Qaçay  eşidən  kimi  gedib 
əllərindən alıb ki, öldürməsinlər. 
- Ay səni oğraş, - yerbəyerdən söydülər, - onu “doprixoda” yox, petuxun yanına salmaq lazım idi. Eləsi 
mütləq petux olmalıdır. 
- Yaxşı, gecdir, yatın, səhər rəis onun dərsini verəcək, - Hik-mət danışanları sakitləşdirdi. 
Sonuncu  kamerada  üzdəniraq  saxlanırdı.  Bir  qayda  olaraq  rejim  qaydalarını  pozan  üzdəniraqlar  həmin 
kameraya salınırdı. Müəssisə rəisi bəzən yatab qəbulu zamanı ilk gündən itaətsizlik göstərən yeni gələn məhkumu 
hətta  zorla,  sürüyə-sürüyə  olsa  da,  bir  neçə  saatlığa  üzdən-iraq  kamerasına  saldırıb,  onun  dikbaşlığını  sındırmağa 
çalışırdı. Hal-hazırda orda yatan üzdəniraq ötən yaxın günlərin birində, iştahlanıb ne-çə illərdən bəri yeyə bilmədiyi 
kolbasadan,  konservdən,  şirniyyatlardan  dadmaq  üçün  gecə  vaxtı  larekə,  damdan  yol  tapıb  oğurluq  etmişdi. 
Oğurladıqlarından  gözü  dolusu  yeməmiş,  nəzarətçilər  onu  yaxalamış-dılar.  İndi  bir  aya  qədər  idi,  hər  gün  cərimə 
təcridaxanasının döşəməsini və ümumi ayaqyolusunu yuyurdu. 
Gecənin bir aləmi Əziz yuxudan ayılıb yata bilmədi. Bütün günü beynini yoran fikir və düşüncələr ona 
gecə  də  rahat  yatmağa  imkan  vermirdi.  İnsanı  darıxdıran  heyrətedici  sakitlik  hökm  sürürdü.  Təkcə  qaranlıq 
dəlisi  olan gecə  cırcıramalarının şən zümzüməsi eşidilirdi. Dəmir barmaqlıqlardan  görünən səmadakı  ulduzlar 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə