The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə51/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   44   45   46   47   48   49   50   51   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
121 
 
Şəfi səs gələn tərəfə döndü. Bəhram müəllim idarənin eyva-nında dayanıb onu çağırırdı. 
- Yanıma gəl. 
Yaşayış sahəsindəki otağı təmir olunduğuna görə, idarədəki otaqlardan birinə müvəqqəti köçmüşdü. Şəfi 
geri qayıdıb zampalitin ikinci mərtəbədəki otağına yaxınlaşdı. Dəhlizdən keçəndə rəisin açıq qapısından qəbul 
otağında onu təəccübləndirən mənzərənin şahidi oldu: obşak rəisin kabinetinə daxil oldu, onun yavəri sayılan 
Ağam-oğlan  isə  qəbul  otağında  qaldı.  Yaşayış  sahəsindən  rəisin  qəbuluna  obşakla  Ağamoğlan  birlikdə 
gəlmişdilər. Və hamıda elə təsəvvür ya-radırdılar ki, guya rəislə söhbəti ikilikdə edəcəkdilər. Oğru dünya-sında 
paqonla  tək  söhbət  edən  məhkumu  etibarını  itirmiş  adam  sayıb,  paqona  işləyirmiş  kimi  xoflu  nəzərlərlə 
baxırdılar.  Özlərini  bu  sahədə  təmiz  göstərmək  istəyənlər  hər  hansı  paqonun  qəbuluna  yoldaşlı  gedirdilər. 
Obşak da yoldaşlı gəlmişdi, lakin rəisin otağına tək daxil olurdu. 
-  Gəl  içəri,  -  Bəhram  müəllim  eyvandan  otağına  qayıdarkən  qapını  açıq  qoymuşdu,  -  əyləş.  İşlər  necə 
gedir? 
Şəfi həmişə oturduğu stulda əyləşdi: 
- Sağ olun, pis deyil. 
- Sənədlər, protokollar, dəftərlər nə vəziyyətdədir? Divar qə-zeti hazırdır? 
- Hesab etmək olar ki, qaydasındadır. Divar qəzeti ayın ilk günündən hazırdır. 
- Belə deyəcəyini  güman edirdim. Mənim üç məsuliyyətli  dəstə rəisimdən biri  sənsən. Yenə  hər halda 
bütün  yazılarına  bir  də  göz  gəzdir.  Yaxın  günlərdə  siyasi  şöbədən  gələn  olacaq.  Hansısa  dayı  hesabına  baş 
idarədə işləyən uşaq leytenant, gəlib mənasız nəsə tapıb bizə ağıl verməsin. 
- Baxaram, hamısını yenə də yoxlaram. 
- Kefin yoxdur, nə olub? Nüsrətin yanından çıxdığını gör-düm, xeyir ola? Yoxsa Nüsrət xətrinə dəyib? 
- Yox, elə xətrə dəyiləsi söhbət olmayıb. Bir az tənqid edib, məsləhət verdi. 
- Maraqlıdır, nə barədə? 
- Deyir yumşaqsan, sərt ol, işində dönüş yarat. 
- Elə bu? Buna görə fikirləşirsən? Boş şeydir. O, adət edib hər şeyi öz arşını ilə ölçməyə. Dəstə rəisinin 
yersiz  sərt  olmasına  lüzum  yoxdur.  Dəstə  rəisi  cəza  verən  yox,  tərbiyəçidir.  Qaldı  yumşaqlığa,  belə 
əməkdaşlarımız çoxdur, sən tək deyilsən. Fərq orasındadır ki, sən xidmətə təzə başlamısan, amma onlar illərlə 
kalon  mühitində  söyülə,  sırtıla  şəraitə  uyğunlaşıblar.  Gününü,  ömrünü,  ata-anasını,  Allahını  tanımayanlar 
arasında keçirmək asan iş deyil. Özündən asılı olmayaraq xasiyyətində dəyişiliklər yaranacaq. Dediyim odur ki, 
işində  ol,  adama  çox  söz  deyərlər.  Fikir  vermə.  Eyib  yumşaqlıq  yox,  imanı,  insafı  yadırğamaqdır.  Onları  da 
yadırğadın: cinayətkarla sənin aranda paqonundan savayı fərq qalmır. Aydındı? 
- Bəli, cənab mayor. 
- Get, mən deyənləri unutma. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
122 
 
- Sağ olun. 
Şəfi ikinci mərtəbədən enəndə yuxarı qalxan Nuru və Cəbra-yılla qarşılaşdı. 
- Haradan gəlirsən? Sən də tapmısan haqqın yolunu? - Nuru soruşdu. 
Şəfinin cavabını gözləməyib Cəbrayıl dilləndi: 
- Kabinetləri gəzmək elə sənə qalmayıb ki, qorxursan yerini tutar? 
- Narahat olmayın, çörəyinizi əlinizdən almaram, - Şəfi gülə-gülə onlardan ayrıldı. 
Nüsrətin iradlarından nəticə çıxararaq işdə dönüş yaradıb sərtləşmək üçün təcili “naruşitel” ovuna çıxıb, 
iki-üç  məhkumun  cəzalandırılmasına  nail  olmalı  idi.  Kimə  ilişəsən  ki,  nə  şiş  yansın,  nə  kabab,  -  Şəfini  fikir 
apardı.  Müəssisə  işçilərinin  hərəsinin  nazirlikdə  və  yaxud  ondan  böyük  hökumət  idarələrində  adamı,  arxası 
olduğu sayaq,  imkanlı  məhkumların da hər birinin  əməkdaşlar içərisində,  ya  da katyolda  güvəndiyi “dayıları” 
vardı.  Daxili  intizam  qaydalırının  xırda  pozuntusuna  görə  çək-çevirə  salan  kimi  gizlin  “dayı”  üzə  çıxıb,  ərklə 
narazılığını  bildirirdi. Ən  yaxşı  halda  isə  öz aləmlərində “tulapayı” hesab etdikləri  bir neçə on  manatı hörmət 
adı ilə ona sırıyıb, təhlükədən sovuşmağa çalışırdılar. Ağzını yummaq üçün verilən pulu Şəfi hörmət yox, özünü 
məhkum qarşısında mənən kiçilmək hesab etdiyindən, belə pul qazanmağı mənliyinə sığışdır-mırdı. Yoldaşları 
içərisində ona gülən çox olurdu: 
- Ağzın isti yerdədir, subaysan, mənəviyyatdan danışırsan... Dayan, evlənib ailə saxlayanda, ehtiyac səni 
vadar edəndə halına ba-xarıq, - deyirdilər. 
Qəribəsi o idi ki, zabitlərə pulla “hörmət” etməyə alışan məhkumlar da onu anlamayıb bacarıqsız hesab 
edirdilər. 
Cəbrayılsa zarafatından qalmırdı: 
-  Sən  gəl  buranın  abu-havasını  korlama.  Ürəyin  istəməyən  pulu  gördün  ala  bilmirsən,  xəbər  elə  mən 
gəlim alım. 
Havadara əhəmiyyət verməyib xahiş-minnətin ziddinə gedə-rək məhkumu cəzalandırmaq üçün qabağına 
qatıb  ikinci  mərtəbəyə  aparmaq  da  çox  vaxt  sərf  eləmirdi.  Məhkumu  cəzalandırmaq  əvə-zinə,  “profilaktiki” 
söhbət  aparıb  buraxırdılar.  Ara  yerdə  pislik  ona  qalırdı.  Cəzalanmalı  məhkumun  havadarsız  və  imkansız 
olduğunu  biləndə  təklikdə  onu  qınayırdılar:  -  Fərli  bir  adam  tapa  bilmədin?  Lü-tün  birisini  bura  niyə 
gətirmisən? Elə otağında tərbiyəvi söhbətini elə, səhvini başa sal, qurtarsın getsin. 
O, baraka tərəf getdi. Barakın girişində onun yaxınlaşmasın-dan xəbəri olmayan, arxayın papiros çəkən iki 
məhkum söhbət edirdi. 
-  Siz,  ikiniz  də  yaxın  gəlin,  -  Şəfi  onları  çağırdı.  Dəstə  rəisi-nin  səsini  eşidən  məhkumlar  söhbəti 
saxlamaqla yanaşı, papirosu giz-lətməyə çalışdılar. 
- Bizimləsiz? 
- Bəli, sizinləyəm. Papirosu gizləməyinizin xeyri yoxdur, bəri gəlin. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
123 
 
Nəsihətlə  canlarını  qurtaracağını  güman  edən  məhkumlar  günahkarcasına  gülümsəyərək,  ona 
yaxınlaşdılar. 
-  Sizə  dəfələrlə  xəbərdarlıq  etmişəm,  yenə  öz  bildiyinizi  edir-siniz.  Daha  bəsdir.  Çıxın  bayırda, 
papirosunuzun ardını çəkin, məni gözləyin. Bu dəfə mən bilirəm, nə edəcəyəm. 
-  Müəllim,  vallah  sizi  görmədik.  Bir  də  eləmərik.  Dustaqlıq-dır  da,  o  qədər  fikir-xəyal  edirik  ki, 
özümüzü də yaddan çıxardırıq. 
- Eybi yox, çöldə gözləyin, özünüzə gəlin. 
Şəfi  tələsik  raport  hazırlayıb  ikinci  mərtəbəyə  çıxmaq  istəmə-məsindən  onları  növbətçi  hissəyə  təhvil 
verdi.  Məhkumlar  raportun  rəisin  növbətçi  köməkçisinə  təqdim  edilənədək,  Şəfinin  onları  bağış-layacağına 
inanırdılar. 
- Ay müəllim, sizdən çıxmayan iş, niyə belə etdiz? Özümüz söhbətimizi eləyib həll edərdik. Bura niyə 
gətirdiz? 
- Fərqi yoxdur. İndi söhbətinizi burda edərsiz, - deyə Şəfi çox dayanmayıb otağına qayıtdı. 
Axşamtərəfi məhkumları təhvil alan növbətçi köməkçi onun otağına gəlmişdi: 
-  Raportunu  Rasim  müəllimə  çatdırdım.  O  da  göndərdi  Nüs-rətin  üstünə.  Nüsrət  də  deyir  xırda 
“naruşeniyadır”, özünüz həll edin. İndi nə məsləhət görürsən? Özün bilirsən də, elə fərli-başlı adam da deyillər, 
“ lütqom”dular. Necə etsək yaxşı olar? 
-  Məni  sayıb  yanıma  gəldiyin  üçün  çox  sağ  ol,  -  Şəfi  cavab  verdi,  -  qaldı  o  biri  məsələ  sənlikdir.  Mən 
qarışmıram, xətrin necə istə-yir, özün bildiyin qaydada yoluna qoy. 
-  Sağ  ol.  Heyif  ki,  aramızda  sənin  kimi  oğlanlardan  azdır,  -  növbətçi  köməkçi  razılıq  edərək  otaqdan 
çıxdı. 
 
*** 
 
Bacısı  görüşə  gəlib  gedəndən  sonra  Əzizin  axırıncı  iki  ayı  nigarançılıqla  keçmişdi.  Qəlbində  rahatlığı 
pozulmuşdu. O gün olmur-du ki, Zinyəti xatırlamasın. Həsrətlə xoş xəbər gözləyirdi. Ata olacaqdı! Onun qanı-
qanından, canı canından nişanəsi gələcəkdi dün-yaya. Fərqi yoxdur, qız olsun, ya oğlan. Təki həyatda onun da 
balası  olsun,  Zinyətlə  onu  birləşdirsin,  özü  ilə  səadət  gətirsin.  Oğul  olub,  düşmən  çəpəri  olmaqdan  başqa  ata-
anası  üçün  nə  artırıb  ki?  Yenə  sağ  olsun  bacısı,  lazım  gələndə  köməkdi,  həyandı.  Övladı  olan  kimi  Zin-yətə 
məktub  yazıb  onunla  nigaha  girməsini  xahiş  edəcəkdi.  “Müəl-limdən”,  -  dəstə  rəisi  Şəfini  belə  çağırırdılar,  - 
öyrənmişdi,  məhkum  ola-ola  nigaha  girməyə  hüququ  vardı.  Nigahları  qeydə  alınandan  son-ra  vaxtlı-vaxtında 
Zinyətlə  ailəvi  görüşə  çıxmaq  imkanı  yaranardı.  Yaxşı  ailəsi,  həyat  yoldaşı  olmaq,  insan  üçün  sağlamlıq  və 
azadlı-ğından sonra ən böyük xoşbəxtlikdir. Məhkum yoldaşlarından Nurul-lanın bu cəhətdən bəxti gətirmişdi. 
On ildən artıq həbsdə olmasına baxmayaraq, az qala hər ay uşaqları yanında pay-pərə ilə Nurullanın görüşünə 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə