The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə46/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
111 
 
- Bəlkə, yazığın gəlib, eləmi? Onda nahaq yerə çiyninə paqon taxmısan. Get uşaq bağçasında işlə. 
Şəfinin boğazı qurumuşdu. Heç nədən, duran yerdə özünü cəncələ salmışdı. Susub müavinin töhmətini 
dinləməkdən savayı əla-cı yox idi. 
-  Təzə  işləməyini  nəzərə  alıb  bu  dəfə  səhvini  bağışlayıram.  Özbaşına  hərəkət  etməyin  birinci-axırıncı 
dəfə olsun. Səhvini bir də təkrarlasan, cəzalandıracağımı yaddan çıxarma. 
- Cənab mayor, izahat alım? - Xəlil tez-tələsik soruşdu. 
- Hələlik lazım deyil, - baxışlarını yenə Şəfiyə tuşladı: 
- Aydın oldu? 
- Bəli, cənab mayor, - Şəfi başını qaldırmadan cavab verdi. 
- Get, vicdanla xidmətini yerinə yetir. 
Şəfi otaqdan çıxıb sutkalıq iş gününün yorğunluğunu canın-dan çıxartmaq üçün, müəssisənin qapısına, 
qapının o tayındakı təmiz havaya tələsdi. 
 
*** 
 
Rəis  müavini  mayor  Rasim  əslində  qorxulu  adam  idi.  Kabine-tindəki  dəmir  seyfində  narkotik 
maddələrin hər növündən saxlayırdı. Müxtəlif vaxtlarda məhkumların üstündə tutulmuş uyuşdurucu mad-dələri 
məhv  etmək  əvəzinə  nədənsə  qiymətli  mal  kimi  qoruyurdu.  Əsl  niyyətini  bir  kimsə  bilməsə  də,  bəzən 
«kolleksiyası» ilə xoşu gəl-məyən əməkdaşları da hədələyirdi: 
-  Ağlın  başqa  yerə  getməsin,  bura  türmədi  ha...  Seyfdəki  «bü-külülərdən»  birini  atdıraram  cibinə,  üç 
məhkumu  da  durğuzduraram  üzünə.  Bir  protokolla  «fatihə»ni  də  yazdıraram.  Sonrasını  özün  bilir-sən  də... 
Çığır-bağırın əhəmiyyəti olmayacaq, sənin də başını qırxıb salacaqlar dustaqların arasına. Bildin? 
Deyilənlərə  görə  keçən  il  müavinin  bu  hədəsindən  daha  çox  qorxan  cavan  zabitlərdən  biri  təcili  işini 
başqa müəssisəyə dəyişdir-mişdi. Düzdür, hələ ki, o, zabitlərdən heç kimi şərləməmişdi. Ancaq görüşə gələn, 
içəri nəşə ötürməyə cəhd edən neçə-neçə məhkumun anasını, qardaşını, arvadını həbs etdirmişdi. 
Şəfinin  dostluq  etdiyi  zabitlərdən  biri  Rasimdən  söhbət  açar-kən  ona  son  dərəcə  məxfi,  aşkarlanması 
mümkün  olmayan  ehtimalını  söyləmişdi:  özünü  narkotikaya  qarşı  kəskin  mübarizə  aparan  kimi  göstərən, 
kənardan kimsənin bir qram belə gətirməsinə imkan vermə-yib, barışmaz mövqe nümayiş etdirən bu qəhrəman 
qanun keşikçisi deyəsən xəlvəti nəşənin satışının bir əldən – nəzarətində olduğu «ob-yektdən» idarə olunmasına 
çalışırdı. 
Əməkdaşlar  arasında  şübhəli  bir  fikir  də  yaranmışdı:  paqon-lulardan  kimsə  içəri  «narkotika»  gətirir. 
Kim idi  o əməkdaş?! Hamını təəccüb və  maraq  götürmüşdü. O  əməkdaşları ilk növbədə  əməliyyat-çılar  tapıb 
üzə çıxarmalıydılar. Elə bil hansısa qüvvə onları bu işi görməyə qoymurdu. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
112 
 
Bu haqda danışanda adətən onlar susurdular, ya da söhbətin mövzusunu dəyişirdilər. 
Narkotika  alverinin  həqiqi  əleyhdarı  olan  rəis  Əliməmməd  də  son  vaxtlar  ondan  xəbərsiz  yaradıdlan 
«narkobiznes»in  sorağını  almışdı.  Narkotika  alverinin  günlərin  bir  günü  baş  verəcək  «ağrılı»  ziyanını  anlayan 
rəis  həmişə  ondan  gələn  gəlirdən  imtina  edərək,  ətrafın-dakıları  da  bu  işdən  kənar  olmağa  çağırırdı.  O, 
müavininin rəisdən də çox qazanmaq istəyini, pulu hədsiz sevməyini də bilirdi. Bir dəfə məhkumlar qarşısında 
çıxış  edərkən  zona  narkotika  daşıyan  «naməlu-mun»  acıqlanaraq  var-yoxunu  söyüb,  gözaltı  yanında  duran 
müavininə  nəzər  yetirmişdi.  Müavinin  tükü  də  tərpənməmişdi.  Rəis  «naməlumun»  kimliyindən  müavininin 
məlumatsız olmasına inanmırdı. Amma şüb-hələri dəqiqləşməyənədək müavininə nə bir söz deyir, nə də onunla 
münasibəti  soyutmurdu.  Çünki  sübutsuz,  əsassız  söhbətlər  onların  arasında  mütləq  ixtilafa,  ixtilaf  isə 
müəssisədə  bütün  vəziyyətin  korlanmasına  gətirib  çıxarardı.  Hər  dəfə  zona  arabir  narkotik  maddə  gətirənin 
kimliyi sualı ortaya gələndə müavin gümanını hansısa nəzarətçinin, ya da xoşlamadığı zampalitin bostanına daş 
ataraq dəstə rəislərindən birinin üzərinə cəmləşdirirdi. Bir neçə gün sonra da özü-öz gümanını təkzib edirdi. Bu 
«siçan-pişik  oyunu»  isə  Əliməmmədi  heç  açmırdı.  O,  Rasimin  rəhbərlik  qabiliyyətindən,  bütün  zonu  o  işdə 
olmayanda da lazımınca idarə etməsindən razı idi. Buradakı bəzi «dinsiz» cinayətkarlarla onun sayaq sərt xarakterli 
«imansız»  bacara  bilərdi.  Hər  eybini  ört-basdır  etmək  olardı,  təkcə  pula  hədsiz  hərisli-yindən  başqa.  Hərçənd 
zabitlərin müavini ilə bahəm rəisi də tamahkar saydıqlarını yaxşı bilirdi. Həmişə hamıdan üstün görsənməyə çalışan 
Əliməmmədin hərislikdə belə kiminsə onu ötüb keçmək istəməsi heç də ürəyincə deyildi… 
Əliməmməd hər halda özünün və müavininin gələcəyi xatirinə “xəlvəti narkotika” məsələsinin dərininə 
varmaq  istəmirdi.  Paxır  açmaqdansa,  Baş  İdarəyə  yolu  düşəndə  Rasimi  çox-çox  tərifləyib  öz  yanından 
kənarlaşdırmaq  üçün  irəli  çəkilməsinə,  ya  da  ayrı  müəssisəyə  rəis  göndərilməsinə  çalışırdı.  Təki  xətası  uzaq 
olsun, onun başı ağrımasın. 
 
*** 
Beşinci  sutka  tamam  olan  gün  axşam  tərəfi  Əzizi  kameradan  çıxarıb  rəisin  qəbuluna  gətirdilər.  Rəis 
telefonla  danışdığından  otağa  girməyib,  qapının  qarşısında  gözlədi.  Əliməmməd  müəllimin  səsinin  tonundan 
qadınla  danışması  hiss  olunurdu.  Deyilənə  görə  rəisin  “bazlıqla”  arası  saz  idi.  Tək  özünə  yox,  bazlıq  etmək 
istəyən  burjuy-lara  da  yeri  gələndə  “haqqını”  alıb  imkan  yaradırdı.  Telefon  söhbəti  qurtaranda  qapını  döyən 
Əziz məhkum qaydasında özünü təqdim et-di. Rəis onu diqqətlə başdan ayağa süzdü: 
- Nə qələt etmişdin? 
- Dalaşanları ayıranda qolum birinin burnuna toxunub qana-dıb. 
- Aydındır, iştirakçı olmusan. Bir də ayıranda, bax ha, ehti-yatlı ol, çənəsinə toxunub əzmə. Neçə sutka 
yatdın? 
- Beş. 
- Beş gündə ağlını başına cəmlədin? 
- Bəli. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə