The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə23/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
58 
 
Rəisin ardınca kabinetinə qayıdan müavin növbətçiyə xəbər-darlıq etdi: 
- Əvvəl o qalan beş nəfəri göndər qəbuluma, sonra tapşırılan formada işini görərsən. 
Rəhbərliyin həyəti tərk etməsi ilə paqonluların sayı seyrəldi. Məhkumlar topa halında nəzarətçilərə qarışıb 
ciblərindəki son papiros-larını çəkirdilər. Qarşıda onları ağır, canüzücü dustaq həyatı gözləyirdi. 
 
*** 
 
Karantin  korpusu  deyilən  bina  yaşayış  zonasından  aralı,  cərimə  təcridxanası  -  yəni,  şizo  ilə  yanaşı 
yerləşirdi.  Rəis  müavinini  qalan  məhkumları  da  qəbul  etdikdən  sonra  növbətçi  rəisin  tapşırdığı  qayda-da, 
Talehdən savayı bütün yatabı qabağına qatıb karantin korpusuna gətirərək hamını yerbəyer etdi. 
Saat yarım keçmişdi, axşam yeməyi gətirildi. Aluminium qablarda - miskilərdə hərəyə bir qab balanda, 
para çörək və bir parç su paylandı. 
İt  yalına  bənzəyən  balandanın  özünəməxsus  ağır  qoxusu,  tanış  tamı  Əzizi  təsirləndirdi.  Elə  bil  heç 
azadlıqda olmamışdı, ötən il yarımı yuxuda görmüşdü. O, yenə sevimlisindən, Zinyətindən ayrı idi. Zinyət yenə 
onun olmayacaqdı, yalnız yuxularında görəcək və müdhiş, cançürüdən günlər qurtarmaq bilməyəcəkdi. Gözləri 
dolub  kövrələcəkdi,  özünü  birtəhər  saxladı.  Balandadan  üç  qaşıq  yedi,  iştahı  küsdüyündən  qalanını  yeyə 
bilmədi. Çörək payını yeyib, parç-dakı suyunu içdi. Qeyri-ixtiyari Allahına şükür etdi. 
Düşündükcə öz-özünə utandı. Neçə vaxtdı Allaha şükür etməyi yadırğamışdı. İnsan niyə görən belə nanəcib 
olur? Allah ancaq pis gündə, dar ayaqda, çətin vəziyyətdə yadına düşür, nədənsə xoş günündə şükr etməyi unudur... 
Yatmağa  hazırlaşanda  iki  əməliyyatçı,  cavan  leytenantlar  baraka  gəldi.  Barakı  aylanıb  hər  tərəfə  göz 
qoyandan sonra Əziz-ağanı özləri ilə apardılar. 
Hamını  narahatlıq  bürüdü.  Görəsən  nə  olub?  Nə  baş  verib  ki,  Əzizağanı  gəlib  dinməz-söyləməz 
barakdan çıxartdılar. Hara apardı-lar, kimsə bilmədi. Son illər əsas eybi nəşəyə qurşanmasıydı. Bəlkə haradasa, 
ya kimdəsə nəşə tapılıb, ondan şübhələniblər? 
O  gecə  Əzizağa  baraka  qayıtmadı.  Səhər  yeməyinə  yaxın  Əzizağa  acıqlı,  qanıqara  halda  baraka  döndü. 
Görən  kimi  hamı  onu  sorğu-suala  tutdu.  Heç  kimə  cavab  vermək  istəməyən  Əzizağa  əsəbi  səslə,  ətrafa  ünvanı 
bilinməyən söyüşlər yağdırdı. Xeyli söyüb ucadan hamıya elan etdi: 
- Bax, bilin, xəbəriviz olsun, aramızda “qəhbə” var. 
Pulunu  heç  kimlə  bölüşmək  istəməyən,  paqonlulardan  gizlə-dən  Əzizağa  yüzlüyü  balaca  salafana  büküb 
udubmuş.  Məlumatı  alan  əməliyyatçılar  onu  təcili  barakdan  ayırıb,  yanaşı  yerləşən  cərimə  təc-ridxanasının  boş 
kameralarından  birinə  salıb,  ishal  yaradan  dərman  içirdərək,  səbirsizliklə  tualetə  çıxmasına  nəzarət  etmişlər. 
Nəhayət,  səhərə  yaxın  dərman  öz  köməyini  göstərmiş,  “operativ  əməliyyat”  məlumatı  təsdiqlənmişdir.  Aşkar 
olunan  “tapıntı”dan  -  salafandan  çıxan  yüzlükdən  Əzizağaya  heç  nə  verməyən  əməliyyatçılar,  öz  aralarında 
bölüşüblər… 
Ona  görə  də,  əməliyyatçıya  kimliyini  dəqiq  bilmədiyi  məlu-mat  çatdıranı,  söyüb  saplamaqdan  başqa 
çarəsinin olmaması, Əziz-ağanı pulunun əlindən alınmasından da çox yandırıb yaxırdı... 
Karantin dövrü on üç gün çəkdi. Səhərdən axşamadək, gah günün altında, gah da iri, geniş sexlərdə onlara 
hər cür iş gördürürdülər. Digər məhkumlardan onların çəkdikləri əziyyət qədər iş tələb olunmurdu. Təzə gələnlərlə 
belə davaranmağı rəis tapşırıbmış. Səbəbini soruşanda izah edibmiş ki, dustağın ilk günləri əzablı keçməlidir. Əzablı 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
59 
 
olsa, sonrakı  günlərinin də qədrini bilər, pisi,  yaxşını  ayırd edər.  İlk gündən xoş gün görən dustaq, sonra qudurub 
rəhbərliyə baş ağrısı verər. 
Karantinin beşinci günü idi, xəbər gəldi ki, Şahməmmədlə, Güləhmədin adamları gəlib. Gələnlər rəislə 
nə  danışdılar,  necə  düzüb  qoşdularsa,  səhəri  gün  rəis  onları  karantindən  azad  edib,  hərəsini  zonda  bir  işə  - 
toçkaya  təyin  etdi.  Yeməkxana,  klub,  kitabxana,  bər-bər,  çəkməçi,  camaşır,  hamam,  sexlərdə  qarovul  -  bu 
toçkaların hər birinin özünəməxsus “qiyməti” vardı. 
Nəhayət,  on  üçüncü  gün  qalanlarını  da  karantindən  azad  etdilər.  Səhəri  günü  yeni  yatabın  -  daha  on 
nəfərin gəlişi gözlənilirdi. 
Onları dəstələr arasında böldülər. Əziz səkkizinci dəstəyə aid olundu. 
Hələ  əvvəlki  məhkumluğu  dövründə  Əziz  bu  zonun  məhkumlar  ara-sında  qırmızı  zon  -  yəni  paqonun  idarə 
etdiyi zon olması barəsində eşitmişdi. Amma, heç deyilən qədər də deyildi. Doğrudur, üstünlük paqon tərəfində 
olsa  da,  zonun  vəziyyətinə  bilavasitə  təsir  edən,  məhkumlar  tərəfindən  seçilmiş  “palojines”  (yəni  vəziyyəti  idarə 
edən)  deyilən  obşak  da  fəaliyyət  göstərirdi.  Katyol  (məhkumların  şurası),  bratvalar  (müəyyən  sahələrə  nəzarət 
edənlər), korpusnoy (korpus üzrə nümayəndə) - bütün struktur, hər şey öz qaydasında idi. 
Məhkumun qayğısına qalan, ədalətli rəis işləyəndən sonra, bu strukturun fəaliyyəti elə də vacib olmur. 
Bura yenidən qayıdan məh-kumların etdikləri söhbətə görə, indiki rəisdən əvvəl zonu əsasən məhkumlar idarə 
edirmiş. Paqonun zəifliyindən istifadə edən bəzi məhkumların özbaşınalığı o dərəcəyə çatır ki, bir neçəsi lağım 
açıb qaçmağa müvəffəq də olur. Əliməmməd müəllim zona rəis gələn kimi “yetişən” məhkumları həbsxanaya, o 
biri zonlara rədd eləyib vəziyyəti normallaşdırır. Məhkumun dolanışığına, onlara qarşı müna-sibətə şəxsən özü 
nəzarət  edir.  Zabitlərə  ixtiyar  vermir,  hansısa  məhkumu  nahaqdan  incitsin.  Eyni  zamanda  zabitə  qarşı  çıxan 
məh-kumun  da  leşini  çıxardırmış.  İstənilən  məhkumu  eşitməyə  hazır  olan  rəisin  xətrini  istəyən  məhkumlar, 
“kişiyə aldığı da halaldır” deyə, polojeniyaya baxan obşakın olmasına ehtiyac da duymurdular. Lakin, görünür 
müəyyən məqamlarda gərək olan, heç şübhəsiz, rəsin gizli dəstəyi ilə seçilən obşakın fəaliyyəti də lazımmış. 
Karantin  korpusundan  çıxarılandan  sonra  onların  hər  biri  pay-landıqları  dəstələrin  rəislərinə  təhvil 
verilib,  yaşayış  zonasına  göndə-rildilər.  Məhkumluğun  ilk  dövrünü  başa  vurduqları  üçün  hamı  sevi-nirdi. 
Yaşayış sahəsinin həyətinin girişində onları xeyli məhkum - kotyol uşaqları və çoxdan soraqlarını almış yerliləri 
qarşıladılar. 
Dəstə  rəisi  Kamil  müəllim  onu  otağına  aparıb  yaxından  tanış  olaraq,  dəftər-kitabında  özünə  lazımi 
qeydlər aparıb korpusa baxan İltifatı çağırtdırdı: 
-  İltifat,  bu  oğlan  təzə  yatabdandır.  Yaxşı  oğlana  oxşayır.  Srağa-gün  azad  olunan  Vəliağanın  yeri  boşdu, 
eləmi? 
- Bəli rəis, - İltifat nəzərlərini Əzizdən çəkməyib cavab verdi. 
-  Onda  apar  o  yeri  göstər,  yatsın  orda.  Mən  söhbət  eləmişəm,  sən  də  lazımi  şeyləri  başa  sal,  -  Əzizə 
müraciət  edərək,  -  baxtından  yerin  əla  yerdədir.  Aşağı  mərtəbə,  pəncərənin  yanı.  Belə  yerin  qiy-məti  yoxdur. 
Əlin cibində olsun. Gör neynirsən, adıva layiq... 
- Kamil müəllim, - Əziz sıxıldı, - vallah, indi heç nəyim yox-dur. Qalsın evdən yanıma gələnə... 
- Baho... Birinci gündən ağlaşma başlandı. Yaxşı, neylək, gözlərik. Gedin. Bax, yadında qalsın ha. 
İltifat ucaboy, idmançı bədəninə malik,  yaşca Əzizdən az yaşlı görsənən, qarayanız oğlan idi. Səmimi 
adama oxşayırdı: 
- Haralısan? 
Mümkün deyildi, millətin qanına işləmiş suala cavab vermə-mək. Sual Əzizi açmadı: 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə