The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə24/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
60 
 
- Nə dəxli var, şəhərdənəm. 
- Şəhər böyükdür, ha tərəfindən? 
- Gölün yanından. 
- Mən də ordanam, elə bil səni nə vaxtsa görmüşəm. Üzün mənə tanış gəlir. 
- Ola bilər. 
- Gölün suyu çəkilməyib? 
- Yox, necə vardı, elə də qalıb. 
- Elə darıxmışam. Ürəyim yerindən çıxır, məhlə yadıma düşən-də. Səkkiz ildi görmürəm, eh... - köks ötürdü: 
- Nə yaxşı, səni bizim dəstəyə göndərdilər. Gedək, yerbəyer ol. 
İltifat əvvəl onu barakın yuxarı küncündəki kupesinə apardı: 
- Uşaqlar, yerlim gəlib, məhlə uşağıdı. Çay təşkil eləyin içək. 
- Hazır termos çayımız var, - kupe yoldaşlarından biri dedi, - gəlib, əcəb eyləyib, Allah qapısını açsın. 
Ətrafındakıların hamısı Əzizlə görüşdü. Bunlar barakın hör-mətliləri hesab olunurdu. 
Yatacağı  yer  Əzizin  xoşuna  gəldi.  Barakın  mərkəzində,  pən-cərənin  qarşısındakı  çarpayının  alt  yeri 
hələlik onu tam təmin edirdi. 
- İstəyirsən bizim kupeyə yaxın bir nəfərin yeri ilə yerini dəyişək, yaxın olmaq üçün. 
- Yox, belə də yaxşıdır, - Əziz İltifatın təklifinə etiraz etdi. 
- Yaxşı, onda yerini qaydaya sal, sonra gedək, - İltifat əli ilə bayırı göstərdi, - “qəbiristanlığın” gəzməli 
yerlərini göstərim. 
Yaşayış sahəsinə gəldiyi günü demək olar ki, o, İltifatla keçirdi. Söhbət edə, gəzə-gəzə bütün “toçka”lara baş 
çəkdilər.  Hər  yerdə  hörmət  qazanmış  İltifat,  hamıya  Əzizi  məhlə  uşağı  kimi  tanış  etdi.  Dostları  sevincinə  şərik 
oldular.  Axır  ki,  İltifat  da  zonda  özünə  yerli  tapmışdı.  Hətta  həmin  gün  o,  Əzizi  dustaqlar  arasında  “Qaragünə 
restoranı”      adlandırılan yeməkxanaya yeməyə getməyə də qoymadı: 
- Elə şey yoxdur. Bizimlə bir yerdə nahar edəcəksən. 
Əziz etiraz etmək istədisə də onun sözünün yerə düşməməsi üçün razılıq verdi: 
- Qardaşım, hörmətin artıq olsun, çox razıyam. Bilirsən, necə deyim, mən hər şeyi ölçüb-biçən adamam. Bir 
dəfə  yatıb  çıxmışam, təzə  deyiləm nəyinsə  yerini  bilməyim.  Nə  boyda  əzab-əziyyətlə, xərclə  sənə və  yoldaşlarına 
çöldən ərzaq gəlir ki, əriyib çöpə dönməyəsiz, adama oxşayasız, mən də gəlim ona şərik olum? Əgər ümidim olsaydı 
ki, haçansa yanıma gələcəklər, dərd yarıydı. Elə bir qələt törətmişəm ki, inanmıram kimsə məni yada salsın. 
-  Nə  danışırsan,  ola  bilməz  ki,  mənim  bir  məhlə  uşağım  ol-sun,  mən  barakda  yeyim,  o  getsin 
yeməkxanaya. Nə deyərlər mənə? Qaldı ki, ərzaq məsələsinə, o barədə narahat olma. Nə qədər ki, bara-ka mən 
baxıram, “qrev” var, ərzaq sarıdan korluğumuz olan deyil. Allah görüşə bərəkət versin, - İltifat gülümsədi, - hə, 
bir  söhbət  elə  görüm,  nə  məsələdir  başına  gələn,  nə  etmisən  ki,  özünü  belə  günah-kar  hesab  edirsən.  Burda 
dərdsiz insan yoxdur. Danış, ürəyini boşalt, yüngülləş. 
- Yaxşı, - nahardan sonra, söhbət edərik. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
61 
 
Nahardan  sonra  İltifat  Əzizi  yeməkxana  ilə  hamamın  arasın-da,  diqqətdən  kənar  balaca  meydanın  baş 
tərəfində bitən tut ağacının altındakı skamyanın yanına gətirdi: 
- Hə, indi oturaq dərdləşək. 
- Dincəlməli yerdi, - Əzizin xoşuna gəldi. 
- Mən hamıdan, hər  şeydən bezəndə  günümü burda keçirirəm.  Əsəblərim sakitləşənə qədər. Əvvəl  sən 
söhbət eylə, ürəyim açıldı ha, sənə imkan verməyəcəyəm. 
Əziz birdən-birə sevgisindən danışmağa utandı. Odur ki, baş verənləri əvvəldən axıra deyil, əksinə axırdan 
əvvələ, Kamranın alçaqlı-ğından başlamış, məhkumluğuna səbəb olan yol qəzasına qədər danışdı. 
- Başımıza gələnlərin oxşarlığı, hər  ikimizi də  qadının ağıl-dan,  yoldan  çıxarmasıdır. Fərqi ondadır ki, 
sən  sevmisən,  mən  əylən-mək  istəmişəm,  -  bayaqdan  bəri  Əzizi  diqqətlə  dinləyən  yerlisi  ötən  günlərini 
xatırlayıb ah çəkdi... 
İltifat  birinci  dəfə  içkili  vəziyyətdə  həmyaşıdı  ilə  dalaşıb,  onu  bıçaqladığına  görə,  qəsdən  bədənə  ağır 
xəsarət yetirmə maddəsi ilə altı il cəza almışdı. Dörd il yatdı, axır iki ili atası borc-xərclə düzüb-qoşub, onu şərti 
azadlığa çıxartdı. 
Azadlığa  çıxanda  qarşısına  qoyduğu  məqsəd,  atasına  kömək  etmək,  onun  çölə  çıxması  üçün  aldığı 
borcları  ödəmək  idi.  Yaxşı  suvaq  vurmağı  bacarırdı.  Suvaqla  bağlı  istənilən  işi  görüb  pis-yaxşı  çörəkpulu 
qazanırdı. 
Günlərin birində dostları varlı bir qocanın həyətində ona iş tapırlar. Ömür boyu alverlə, ticarətlə məşğul olan 
İbrahimxəlil kişi topladığı var-dövlətin fikrini çəkməkdən zahirən vaxtından tez qocalsa da, yaşı altmışa çatmamışdı. 
Geniş, ikimərtəbəli mülkünün qarşısında yer alıb, xaricdə oxuyan oğlunun adına təzə, böyük ev tikdirmişdi. 
İbrahimxəlil  onu  təzə  tikilən  evə  gətirdiyi  gün  işin  çoxluğunu  görüb  sevinmişdi.  Əgər  gördüyü  bütün 
yalın divarları o suvaqlasaydı, borcun əksəriyyətini ödəyərdi. Ola bilsin hamısını. 
İltifat  suvaq  işini  öhdəsinə  götürməyə  əlüstü  razılıq  verdi.  Evdə  ondan  savayı  da  müxtəlif  işlər  görən 
ustalar  işləyirdi.  Suvaqdan  əvvəl  edilməli  işlər  qurtaranda  növbə  çatırdı  İltifata.  Bəzən  evin  içərisində  suvaq 
üçün hazır divar olmayanda, İbrahimxəlil ona bekar qalmaması üçün hər tərəfdən həyəti qala divarı kimi əhatə 
edən,  hün-dür  enli  daş  divarı  da  suvamağı  tapşırmışdı.  İşə  başlayanda  əvvəl  bilmədi  hardan  başlasın,  hasarın 
çölündən, yoxsa iç tərəfdən. Axşam soruşmağı unutmuşdu. Həmin gün İbrahimxəlil iş dalınca şəhərə get-mişdi. 
Elə  bil  kimsə  onu  cansıxıcı  həyətdən  bayıra,  küçəyə  çağırdı,  çöldən  başlamağa  qərara  aldı.  Beş  metrə 
qədər suvamışdı  ki, kənar-dan, qonşuluqdakı  evin şüşəbəndindən bir cüt  gözün ona tamaşa etdi-yini  hiss  etdi; 
təzə açılan gülə bənzər, on səkkiz, iyirmi yaşlarında yaraşıqlı qaməti olan sarıyanız qız gözlərini ona zilləmişdi. 
İltifat da nəfəsini dərib eyni maraqla xeyli ona baxdı. Qız heç vecinə də almadı, gözlərini belə qırpmadı. 
İltifatın  daxilini  qəribə  maraq  bürüdü;  xeyir  ola  bu  qız  ona  belə  baxır,  şeytan  baxışlarla  nə  demək 
istəyir?  Əstəğfürullah,  -  ürə-yində  deyib,  işinə  davam  etdi.  Dönüb  qıza  baxmamağa,  əhəmiyyət  verməməyə 
çalışaraq, fikrini işə vermək istəsə də bacarmadı. Ona elə gəldi ki, qızı haradasa görüb. Özü də çoxdan yox, elə 
bu yaxınlarda... 
İşini  görə-görə  əlini  saxladı,  yadına  düşmüşdü.  Ötən  şənbə  günü  İbrahimxəlil  evdəkilərin  hamısını  harasa 
göndərib evdə tək qalmışdı. Həmin gün axşamtərəfi bu qızın müəmmalı baxışlarla ətrafı süzərək evə girdiyini 
xatırladı. Bir saata yaxın evdən heç bir hənirtinin gəl-mədiyini, sonra da qızın gəldiyi qaydada oğrun-oğrun evdən 
çıxdığını  görmüşdü.  Heç  nə  anlamayan  İltifat marağını  boğub,  “nəyimə  gərək, nə  dərdimə qalıb”, deyə öz işi ilə 
məşğul olmuşdu. 
İltifatı yenidən maraq bürüdü, dönüb şüşəbəndə baxdı. Qız çəkilib getmişdi. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə