The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə32/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
78 
 
- Zon olsun, nəyinsə üstü açılmamış olsun, ola bilməz. Yəqin oğlanlara qurd ürəyini yedirənlər var. Elə 
belə öz axarına heç nə olmur. Heç üstü açılan olmayıb? 
-  Olub.  Adamından  asılıdır.  Nəzarətçi  İlkini  tanıyırsan?  Bir  dəfə  araq  gətiribmiş,  gec  bildilər.  Əhməd 
müəllim  ha  çalışsa  da,  sübut  edə  bilmədi.  Amma,  dəstə  rəisi  Dahini,  yuxarıda  adamı  var  idi,  başqa  zona 
göndərdilər. 
- Axmaq işdir, özünü qumara qoymağa bərabərdir. Qumar məsələsi nətərdi? Dəstədə qumar gedir? 
-  Bizdə  qumar  yoxdu  ki.  Qumar  gedir  yuxarı  korpuslarda,  necə  lazımdı.  Əhməd  müəllim  özü  bilir, 
vaxtlı-vaxtında qumarbazla-rın da, sələmyığanların da “qanını” alır. 
- Bax, mən təzə işə başlamışam, nabələdəm, öyrənmək ayıb deyil, mənə başa sal görüm katyolun sizə nə 
xeyri var, nə iş görür? 
-  Xeyrini  xeyrinigörənlər  bilir.  Şəxsən  mənə  fərqi  yoxdur.  Katyol,  obşak  var,  yoxsa  yox.  Hərcmərclik 
olanda,  yeri  görünürdü,  ehtiyac  vardı.  Əliməmməd  olandan  sonra  neynirəm  obşakı.  Nə  dər-dim-sərim  var, 
ürəyim  nə  vaxt  istədi,  gedib  danışıram,  yoluna  qo-yuram.  O  kişi  mənim  obşakımdı.  Onunla  olan  yaxşı 
münasibətimə görə, hamı məndən çəkinir. Söz çıxarıblar ki, mən rəisin “suka”-sıyam. Olum da, nə olsun, burda 
pis nə var ki? Zonda bir paqonlu, ya bir məhkum göstər ki, rəisi lazım gələndə “priznavat” eləməsin, ona xəbər 
çatdırmasın. Obşak özü iki gündən bir rəisin otağında olur, heç ona söz deyən yoxdu. Məncə katyol məsələsi 
müəyyən adamların dolanması üçün olan işdir. O günü görüşə çıxmışam, görürəm bizim baraka baxan Əzizin 
pulyığanı başımın üstünü kəsib ki, “proqon” verməlisən. Dedim ə, get işinin dalınca, pulum-filanım yoxdu. Get 
kimə də istəyirsən deynə, mən katyola pul vermirəm. Özlərinə pul yığırlar. Bir şizo üçün papiros alırlar, bir də 
düşəndə  bir  yetimə  nəsə  alıb  verirlər,  gözə  kül  üfürmək  üçün,  vəssalam.  Ora  verməkdənsə,  pulumu  dəstə 
rəisimə, ya da başqa paqona verərəm ki, işim onlardan keçir. Katyoldan nə işim keçir? 
- Sən oğru dünyasının cəzalarından qorxmursan? 
- Mən bu katyolu oğru dünyası saymıram. Necə oğru dünya-sıdı ki, rüşvət alıb petuxa “opravdaniya” - 
bəraət  verib  mujik  elan  edirlər.  Həmişə  görmüşdük  paqon  rüşvət  alar,  bunlar  da  başlayıb  pa-qonun  yolu  ilə 
getməyə. Belə getsə rüşvətlə lotu adı da almaq olacaq. 
- Əziz haradadır? Ümumiyyətlə necə adamdır? 
- Səhər barakdan çıxandı. Belə də, nə ətdir, nə balıq. 
- Yaxşı. Qapının ağzında deyəsən dayanan var, gör kimdi? 
-  Bayaq  nərd  oynayanların  biridi.  Deyəsən  çıxmağımı  gözlə-yir.  Rəis,  sizdən  bir  xahişim  var,  sən 
Allahın, mənə kömək elə. 
- Nə olub, nə lazımdı? 
-  Mümkünsə  axşam  telefonla  evimizə  zəng  eləyərsən,  deynə  gələn  dəfə  görüşə  gələndə  əmanəti 
gətirsinlər, özləri başa düşəcəklər. 
- Bəyəm özün zəng edə bilmirsən? Gör neçə kabinetdə tele-fon var? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
79 
 
-  Nöş  edə  bilmirəm,  keçəl  halva  yeyər,  puluna  minnət.  Əlim  aşağıdı,  həm  də  ki,  xeyrimi  özgəyə  niyə 
verim, Allah qoysa görüşə çıxanda hörmətinizdən çıxaram. 
O, telefon nömrəsi yazılmış kiçik kağız parçasını Şəfinin qarşısına qoydu. 
- Onda bir şərtlə. Kimsə bilməsin. Bilsəm ki, kiməsə söhbət etmisən, özündən küs, - Şəfi kağızı götürdü. 
- Yox,  yox nə  danışırsız, söhbət  ola bilməz.  Çox sağ ol.  Allah köməyin olsun.  Məni  başqaları  ilə eyni 
tutma, beş barmağın beşi də bir olmur, necəliyimi özün görəcəksən, inşallah, sağ ol. 
Elçin otaqdan çıxmışdı, barakda nərd oynayanlardan yaşlısı içəri girdi. 
- Rəis, icazə olar? 
- Gəl. 
- Rəis, Cəbrayıl müəllimin fikri gedib öz dəstəsinə, elə bilir hər yerdə qumar oynayırlar. Vallah-billah, 
elə-belə, vaxtımızı öldür-mək üçün oynayırıq. 
- Sənin adın nə oldu? 
- Zahid. 
-  Zahid,  gəl  belə  danışaq,  sən  dedin  mən  də  inandım.  Söhbəti-mizi  sənin  adına  yazılan  dəftərə  qeyd 
edəcəyəm.  Əgər,  nə  vaxtsa,  nərddən  qumar  məqsədi  ilə  istifadə  etdiyini  eşidəm-biləm,  sənə  bir  daha 
inanmayacağam. Razılaşdıq? 
-  Mən  razı,  çox  sağ  olun,  -  o  yerində  narahat-narahat  qurca-landı.  Əlini  stolun  üstündəki  dəftərlərdən 
birinin ətrafına gəzdirib mızıldandı: 
- Rəis heç yaxşı olmadı. Siz Allah bağışlayın, təzə işə başla-mısınız, imkan olmadı babat hörmət edək. 
- Heç nə lazım deyil, get, yaxşı yol. 
Zahid  başını  aşağı  salıb  otaqdan  çıxdı.  Şəfi  yadda  ikən  Zahi-din  adına  olan  dəftəri  tapıb,  dediklərini 
qeyd  etmək  istədi.  Dəftərləri  axtarıb,  götür  qoy  edərkən,  stolun  üstündəki  dəftərlərin  altından  çı-xan  onluğu 
görəndə təəccübdən dondu. Bu pulu kim qoymuşdu bu-ra? Bəlkə onu yoxlayırlar? Ola bilməz. Axı burda kim 
pul  almır?  Ək-sinə  bəziləri  pul  qopartmaq  bacarığı  ilə  açıqdan-açığa  qürrələnirlər.  Olsa-olsa  Zahidin  işidir. 
Gərək  ki,  o,  əlini  stolun  üstündə  gəzdirib  mızıldandı.  Şəfi  yerindən  qalxıb  fikirli-fikirli  gəzindi.  “Yoxsa  onu 
çağırıb  pulunu  qaytarım!?  Necə  alınar?”  Yenidən  qayıdıb  yerində  əy-ləşdi.  “Yox,  hamı  ona  gülər,  elə 
məhkumlar da. Harda görsənib pul versinlər, götürməyəsən, ağılasığan deyil. Belə etsə qara qarğalar içində ağ 
qarğa kimi görsənər. Heç ağ qarğa olur ki? Ona gülmək nədi, məsxərəyə qoyarlar. Deyərlər belə təmiz oğlansan 
daha çiyninə paqon niyə taxıb yer “zanit” etmisən, get müəllim işlə...” 
Hanı  o  vaxtlar?  O  əvvəllər,  idi  müəllim  özünə  ar  bilib  rüşvət  almırdı.  İndi  dolanışığın  ucbatından 
müəllim  də  pul  umur.  “Hə,  demək  bu  onluq  mənim  ilk  rüşvətimdi,  yəni  siftəmdi”,  -  onluğu  götü-rüb  mənalı-
mənalı baxdı. 
Yox, bu rüşvət deyildi, - ürəyində başqa səs dilləndi. O, heç kimdən heç nə tələb etməmişdi. Sadəcə, kimsə 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə