The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə34/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
83 
 
- Şəfi müəllim, könüllü, ürək söhbətinə qalsa, millət ac qalar. Hər on nəfərdən birinin bəlkə, ürəyi gələr 
ki, öz xoşuna kiməsə hör-mət etsin. 
-  Bilirsən,  əslində  qazancı  olan  hər  kəs  ətrafında  ünsiyyətdə  olduğu  adamların,  o  qazancda  nəfsləri 
qalmaması üçün, hamı bir-birinə, əlbəttə, eyni ölçüdə deyil, öz dərəcələrinə uyğun maddi münasibət göstərməlidirlər. 
Bunu etməyəndə, əlini yığanda yuxarıdakı kişi, - əlini havaya qaldırdı, - günlərin birində bir bəhanə ilə vermədiyini 
əlindən alıb, gözündən gətirir. Sonra da həmin anlamaz qalır fikirləşə-fikirləşə: görəsən, ay Allah, bu iş niyə başıma 
gəldi? Əlbəttə, bunu hamı qabaq-cadan görə bilmir, ağlı çatmır, ya da satılıb şeytana, şeytan da ona imkan vermir 
anlasın. Allaha inanırsan? 
- İnanıram, ancaq, mənimlə belə söhbət eləyən şəxsin də “paqonda” işləməyinə çətinliklə inanıram… 
- Niyə, “paqonda” Allahı sevən adamlar var. Sadəcə əksərinin işləri çoxdu, o haqda düşünməyə vaxtları 
çatmır, - Şəfi öz zarafatına güldü, - səninlə bir işim də var. Tanıdığın yaxşı bir oğlan, daha vələdüzna yox, varsa, ya 
özün  gətir,  ya  göstər  mən  danışım.  Arada  mənimçün  çay  hazırlasın,  özü  də  içsin,  qabiliyyətli  adam  olsun.  Siz 
dnevalnı deyirsiz. 
- Baş üstə, rəis. İndi çayınız var? 
- Çayım da, qəndim də var. Bilmirəm harda hazırladım. Sə-hərdən çay içməmişəm. 
Əziz ayağa durdu: 
- Yemək də yeməmisiniz? 
- Yeməyim var, evdən gətirmişəm. 
- Bizim kupedə siz deyən qaydada bir oğlan var. “Malış” çağırırıq. Bu dəqiqə göndərərəm, çayınızı da, 
yeməyinizi də hazır-layar. Başqa qulluğunuz olsa xəbər eylərsiz. 
Əziz bütün söhbətləri zamanı açıq qalmış qapıdan çıxanda döndü: 
- Qapını örtüm, yoxsa açıq qalsın. 
- Örtmə, qoy qalsın, - Şəfi cavab verdi. 
Əziz  Şəfinin  bayaq  danışdıqlarını  xatırlayıb,  iyirmi-otuz  metr  getdikdən  sonra  bir  də  dönüb  dəstə 
rəisinin otağına tərəf baxıb, fikir-ləşdi: əgər əməli, danışığı ilə düz gəlsə, onda bu adamın yeri bura deyil... 
Axşam yoxlamasına az qalmış Şəfi sançasta gedib Malik həkimin otağına daxil oldu: 
- Həkim, icazə olar? 
- Bay, ayıb söhbətdi, gəl içəri. 
Malik həkim televizorun səsini azaldıb yerindən tərpənmədən əlini Şəfiyə tərəf uzatdı. 
- Salam, əyləş. 
Şəfi onunla görüşüb əyləşdi. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
84 
 
- Nə qulluğun, xeyirdimi bizim tərəflərə gəlmisən? 
-  Sağlığın.  Bilirsiz,  mənim  bir  məhkumum  var,  Məmmədov  Rafiq.  Mümkünsə  ona  kömək  edin,  ola 
bilsin tuba - vərəmə yoluxub. 
- Elə bu? Buna görə narahat olmusan? Zonun üçdə biri vərəm-di. Tanıyıram sən deyən məhkumu, gəlmişdi 
yanıma. Əgər pulu yoxdusa, mən nə edim, cibimdənmi xərcləməliyəm? Elə bilirlər pulu təkcə özümə alıram. Verilən 
iynə-dərman üçün haqq istəyirlər. İnandıra bilmirəm ki, - baş barmağı ilə özündən yuxarı işarə etdi, - ala bilmirəm, 
yoxdu, vermirlər. Onda da deyirlər ki, deməli, işləməyi bacarmırsan. 
- Qabağı alınmasa, epidemiyaya çevrilsə, kim cavab verəcək? 
-  Əlbəttə  özləri.  Qazandığımız  manatın  hesabınacan  bilirlər.  Nə  vaxt  lazımi  qədər  havayı  iynə-dərman 
verəcəklər,  onda  mən  də  müalicə  edib  təkcə  öz  hörmətimi  istəyəcəm,  artığını  yox.  “Tak  şto”  bu  məsələ  nə 
sənlik, nə mənlik deyil. Biz gərək indi çalışıb özümüzü qoruyaq, özümüz yoluxmayaq. 
Həkimin  xəbərdarlığı  Şəfini  karıxdırdı.  Heç  bu  barədə  düşün-məmişdi.  Vərəmə  yoluxarsa,  laqeyd, 
etinasız dünyada onu nələr göz-ləyirdi?!. 
Axşam yoxlamasına çağıran zəngin qulaqları dəlib-deşən, beyin qıcıqlandırıcı səsi gəlirdi... 
 
*** 
Saat  yeddidən  sonra  gecə  növbəsinə  qalanları  növbətçi  köməkçi  bir  yerə  yığıb  Rasim  müəllimin  otağına 
apardı.  Otaq  Bəhram  müəllimin  kabinetindən  ölçülərinə  görə  yığcam  olsa  da,  əşyaların  sayına  görə  ondan  geri 
qalmırdı. 
İki  dəstə  rəisi  -  Şəfi  və  Akif,  rejim  Mehdi  və  oper  Fazil  otaqda,  Rasimin  stolu  qarşısında  farağat 
durmuşdular. Yusifə kənarda əyləş-məyə icazə vermişdi. Rasim televizorun səsini əlindəki pultla alıb sözə başladı. 
- Sizi bura Yusif “instruktaj” adı ilə yığıb. Təzə dəstə rəisin-dən başqa hamınız köhnə işçilərsiz. Nəyin 
harada, necə olmalı oldu-ğunu yaxşı bilirsiniz, durub indi sizə dərs keçməyin vaxtı deyil. Hər bir şəxs öhdəsinə 
düşən vəzifəni ayıq-sayıq, vicdanla yerinə yetir-məli, hadisə baş verərsə, hamı bir-birinə kömək etməlidir. Rəislə 
mən axşam zonu tərk edəndən sonra bütün səlahiyyətlərin ixtiyarı Yusifə keçir. Ta biz səhər gələnə qədər. Hamı 
onun göstərişinə əməl etmə-lidir. “Çepe”nin yaranmasına imkan verməyin, yaranarsa daha da böyüməməsi üçün 
həmin an cəzalandırmağa tələsməyin. Saxlayın gündüzə. Gecəni əməliyyat - rejim baxımından stabil keçirməyə 
çalı-şın.  İndi  gedirsiz,  yatmaq  vaxtınacan  -  adboya  qədər  dincəlirsiz,  ad-boy  vaxtı  camaatın  yatırılmasında 
iştirak  edirsiniz,  öz  vəzifənizdən  əlavə  gecə  yoxlamasına  kömək  edirsiz,  həyəti  boş  qoymursuz.  Növbə  ilə 
həyəti  aylanırsız,  arada  bir-iki  saat  dincələ  bilərsiz.  Daha  kəlləni  atıb  yatmaq  olmaz.  Səhər  icazə  veriləcək, 
gedib bütün sutkanı eviniz-də yatarsız. Akif, sən şizodasan? 
- Bəli, cənab mayor, - Akif cavab verdi. 
- Necədi, orda vəziyyət, axşam yeməyi verilib? Səs-küy salan varmı? 
- Hər şey öz qaydasındadır, cənab mayor. Sakitlikdir. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
85 
 
- Təzə dəstə rəisinə kömək edin, bilmədiyi şeyi başa salın. Dəstə rəisləri, siz gedin. 
Deyəsən  müavin  öz  sahəsinin  əməkdaşlarına  əlavə  nəsə  deyə-cəkdi.  Akiflə  Şəfi  otaqdan  çıxıb 
kabinetlərinə tərəf yönəldilər. 
Akifin  yaşı  əllini  haqlasa  da  xeyli  cavan  görünürdü.  İyirmi  ildən  artıq  idi  xidmət  edirdi.  Əvvəllər 
müxtəlif  vəzifələrdə  işləmiş,  kalonların  birində  rəis  müavininədək  yüksəlmişdir.  Sonra,  oradakı  rəisin  günahı 
ucbatından,  baş  verən  hadisəyə  görə,  əsil  günahkar  arxası  möhkəm  olduğu  üçün  kənarda  qalmış,  onu 
müavinlikdən  azad  edib,  bu  müəssisəyə  dəstə  rəisi  göndərmişdilər.  Onun  yaşıdlarından  bəziləri  polkovnik 
olsalar da on ildən çox idi mayordan yuxarını ala bilmirdi. 
- Bacıoğlu,  darıxırsansa gedək mənim  otağıma,  -  Akif təklif  etdi,  - sən o, obşak Nuruya  çox qoşulma, 
qoyar səni də öz gününə... 
Akifin Nuru ilə xüsusi zarafatı vardı, daim onu gözümçıxdıya salmaqdan həzz alardı. 
-  Çox  sağ  ol,  Akif  müəllim,  işim  çoxdu.  Darıxsam  otağınızı  tanıyıram,  gələrəm.  Qaldı  ki,  Nuruya, 
neynəyək obşakdı da. Obşaka hörmət etmək borcumuzdur. 
Akif dodağının altında söylənib ondan ayrıldı: 
- Obşak ha, yox bir... 
Adboyadək Şəfinin otağına gəlib-gedən məhkumların ardı-arası kəsilmədi. Müxtəlif korpuslardan çoxlu 
sayda  yerliləri  tapılmış-dı.  Onların  heç  biri  Şəfini  şəxsən  tanımasa  da,  yerli  kimi  mehribanlıq  edirdilər.  Gecə 
növbəsində  qaldığına  görə,  ona  pay  -  şirniyyat,  mey-və,  şirələr  də  gətirmişdilər.  Şəfiyə  eyni  zamanda  çoxlu 
xahişlər də olmuşdu. İki nəfər borc pul istəmişdi, bir nəfər ünvan verib evlərinə dəyməyi yalvarmışdı, qalanları 
isə elə tanış olduqları gün ürəklərin-dən keçənləri dillərinə gətirməyə utanmışdılar. 
Əzizin göndərdiyi Malış səliqəli və işlək idi. Oğurluq üstündə məhkum olunan, balaca boyuna və yumşaq 
xasiyyətinə  görə  Malış  çağrılan  Zahir  yaxşı  çay  dəmləyirdi.  Xırda  gözlərinin  içində  hiyləgərlik  gizlənən  bu 
məhkumun davranışı hələlik Şəfini razı salırdı. 
Yuxu  vaxtına  yarım  saat  qalmış  yenə  xəbərdaredici  zəngin  səsi  bütün  zona  yayıldı.  Bir  qayda  olaraq 
zəngin ardınca nəzarətçi-lərin harayı eşidildi. 
- Adboy, yığışın yerinizə, ləngiməyin, cəld olun. 
- Ay bala, ey, - Yusifin səsi idi, - nə yığılıb dayanmısınız, kimi gözləyirsiz, haydı, yatmaq vaxtıdı. 
Şəfi qapını bağlayıb adboy prosesində görsənmək üçün həyə-tə çıxdı. Bu onun ilk gecə növbəsi olduğu 
üçün, sabah onun etdikləri və etmədikləri ən xırda detallarınacan çözülüb Əliməmmədə çatdı-rılacaqdı. 
Klubdan  və  müxtəlif  tərəflərdən  korpuslara  axışan  məhkum-lar  tənbəl-tənbəl,  ləngər  vura-vura  öz 
baraklarına addımlayırdılar. 
- Saat  onda qapılar bağlanacaq. Kim  geciksə, çöldə  qalacaq, sonra  şizoya salacağam,  -  bu Yusifin son 
xəbərdarlığı idi. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə