The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə30/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
73 
 
İltifat düz eşidibmiş - onun da adı çəkilirdi. Görəsən kimdi onu yada salan? - ürəyinə təlaş düşdü. İnsanı 
dünyada atadan, anadan qeyri kim çox istəyə bilər? Əvvəlki məhkumluğuna baxma, iki dünya bir ola bu dəfə 
atası  yanına  gələn  deyil,  xasiyyətinə  bələd  idi.  Yalnız  anası  ola  bilər.  Ana  ürəyinin  qiyməti  yoxdur.  Qiyməti 
olmadığı üçün də onun dəyərini insan itirənədək dərk etmir. 
Əziz  ürəyi  çırpına-çırpına  gəldiyi  yolu  geri  qayıtdı.  Vaxtaya  daxil  olub  yaşayış  zonasına  olan  gediş-
gəlişə nəzarət edən nəzarətçi çavuş Mehmanla görüşdü: 
- Radioda adımı çəkdilər. Doğrudan görüşə çağırırlar? Heç inanmağım gəlmir. 
- Adın nədir? 
- Əziz Əzizzadə. 
Mehman otaqdakı balaca stolun üstündəki jurnalın altında gizlədilmiş xırda kağız parçasını tapıb orada 
yazılan adlara göz gəz-dirdi: 
- Var, sənin adın var. Burdan sağa dön, sonra düz get. Görüş orda verilir. Əbülfəzi tanıyırsan, onu gör, 
görüşə o baxır. Bax ha, qayıdanda mənim şirinliyimi verəcəksən. 
-  Oldu,  yaxşı,  -  deyə  Əziz  onun  göstərdiyi  yolla  görüş  verilən  tərəfə  getdi.  O,  Əbülfəzi  görməsə  də 
haqqında  eşitdiklərindən  onu  tanıyan  qədər  var  idi.  Deyilənə  görə  bu  adamda  pul  söhbətində  insaf,  abır-həya 
adlı  şey  yoxdur.  İşi-gücü,  məqsədi,  amalı  görüşə  gələn  vətəndaşlardan  rəisin  müəyyən  etdiyi  həddən  artıq 
bacardığı qədər çox pul qopartmaqdır. Üç-beş manatla kifayətlənməyib, könlündən rəisə hər axşam hesabat edib 
verdiyi  pullar  qədərində  özünə  də  pul  qalması  keçirdi.  Ona  görə  də  istədiyi  pulu  almayanda  tez  bildiyi  bic-
likləri işə salır, sənədlərdə neçə dənə istəsən səhv, uyğunsuzluq, qa-nundan kənar əmmalar tapır. Sənədlərdə heç 
nə  tapmasa,  işində  son  dərəcə  dəqiq  adamlar  kimi  şəxsin  özünü,  gətirdiyi  bütün  ərzağı  az  qala  mikroskopla 
yoxlayıb saatlarla incidirdi. Bir neçə dəfə Əbül-fəzdən rəisə şikayətlər də edilmişdi. Rəis həmin dəqiqə Əbülfəzi 
çağırıb  görüş  yerində,  adamlar  arasında  çığır-bağır  salsa  da,  əslində  onun  iş  üslubundan  ürəyində  razı  idi. 
Çünki, Əliməmməd bilirdi ki, bu milləti sıxmasan, incitməsən, öz kefinə qoysan, salamdan artıq nə isə verməz. 
Salamın ümidinə qalsa onu bir gün də bu vəzifədə sax-lamazlar. 
Görüş otağının qapısında katyol korpusda qalan Mahmud   dayanmışdı. Salamlaşdılar. 
- Mahmud, görüşə gəlmisən, kimin gəlib? 
- Yerlimin yanına gəliblər, kəndçilərimdi. Əbülfəz buraxsaydı görüşərdim, evə məktub göndərərdim. 
- Buraxmır? 
- Nə bilim, Əbülfəzin sözündən baş açmaq olur? Sənin yanına gəliblər? 
- Bilmirəm, radioda adımı çəkdilər. 
- Odey gəlir, soruşarsan. 
Mahmud idarənin ikinci mərtəbəsindən pilləkənlərlə enən, əlində çoxlu pasport və sənədlər tutmuş boy-
buxunlu,  sifətindən  özündən  razılıq,  hiyləgərlik  yağan  çavuşu  göstərdi.  Əbülfəz  yaxın-laşıb  Əzizin  üstünə 
çımxırdı? 
- Sən kimsən? Adını de. 
- Adım Əzizdir. 
- Əzizzadə Əziz? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
74 
 
- Bəli. 
- Bə, harda yatıb qalmısan? Səhərdən camaat səni gözləyir, beş dəfə elan verdirmişəm. Əcəb adamsan, 
yoxsa qabağına gəlim, oynaya-oynaya? 
- Gec başa düşdüm, inanmağım gəlmədi. Sən Allahın, kim gəlib yanıma? 
- Axırıncı dəfə olsun, gələn dəfə də gec gəlsən, görüşə burax-mayacağam. Gəl arxamca, qohumun gəlib. 
Əzizi  narahatlıq  bürüdü:  görəsən  hansı  qohumdu,  kimdi?  Gö-rüş  otağında  onu  gözləyən  dayısı  oğlu 
Samiri  görəndə  ürəyi  sakit-ləşdi.  Onu  çox  güman  ki,  bacısı  göndərmişdi.  Bacısı  ilə  Samirin  arasında  xoş 
münasibət olduğunu bilirdi. Bu xoş münasibətin gələ-cəkdə sevgiyə çevrilməsinə heç kəsin də etirazı yox idi. 
Samir  pay-pərəsiz  gəlmişdi.  Hal-əhval  tutduqdan  sonra  giz-lincə  Əzizin  cibinə  pul  qoydu,  evlərindən 
göndərmişdilər. Anası gəl-mək istəyib,  amma atası “hələ tezdir, qoy bir-iki il  yatıb ağlı başına gəlsin”, - deyə 
qoymayıb.  Daim  ona  ürəyi  yanan  bacısı  anası  ilə  xəl-vəti  razılaşıb  Samiri  göndərmişdilər.  Tutulduğu  gündən 
bəri ötən üç ayda ilk dəfəydi onun yanına gələn olmuşdu. Nə yaxşı ki, dünyada anamla bacım var, yoxsa kim idi 
məni  yada  salan!  -  gözləri  dolaraq  düşündü.  İstədi  Zinyət  barəsində  soruşsun,  Samir  ondan  kiçik  olsa  da, 
Zinyətin  adını  çəkməyə  utandı.  Samir  sözarası  cibinə  qoyduğu  pulu  xatırladanda,  yadına  söz  verdiyi  borclar 
düşdü.  Pulu  qorumaq  məqsədilə  görüşdən  çıxanadək,  paralayıb  paltarının  müxtəlif  hissə-lərində  gizlətməyi 
qərara aldı. 
- Yadımdan çıxmışdı, sənə məktub da göndəriblər, - Samir dörd yerə qatlanmış kağızı ona uzatdı. Bacısı 
yazmışdı, xəttini tanıdı. 
- İstəyirsən sonra oxuyarsan, sakitlikdə. 
- Yox, - Əziz etiraz etdi, - bəlkə nəsə soruşur, qoy bilim ki, cavabını sənə deyim. 
Məktubu acgözlüklə oxumağa başladı. Oxuduqca qarşısında sanki bacısının doğma, mehriban çöhrəsini 
görür,  anasının  nəfəsi  tək  isti,  əziz  nəfəsini  duyurdu:  “Bacı  sənə  qurban,  salam,  necəsən?  Biz  yaxşıyıq.  O  bir 
Allahdan sənin də yaxşı olmağını arzu edirəm. Mama gecə-gündüz sənin fikrini edir. Neçə dəfə istəyib yanına 
gəlsin, kişi icazə vermir. Hələ acığı soyumayıb. Bilirəm, Zinyəti unutmamısan. Bir neçə gün olar xəstəxanadan 
qayıdıb, yaxşıdır. Xəstəliyi yoxdur, narahat olma. Özünə qəsd etmək istəmişdi. Səndən gizlətməyin nə mənası, 
onsuz da nə vaxtsa bilib, gizlətməyimə  görə məndən inciyə-cəksən. Yaxşısı hər şeyi olduğu kimi bilməyindir. 
Çox çalışdılar onu öz evinə qaytarsınlar, getmədi. Əvvəlki qadın salonunda işləyir, bi-zim blokda anası ilə qalır. 
Ötən  günlərin  birində  anamla  qarşılaşar.  Səhər-axşam  sənin  fikrini  çəkən  arvad  Zinyəti  görüb  qeyzlənər,  “nə 
qulağına, oğlumu göndərib türməyə özünçün gəzirsən” deyib acı-layar. Onsuz da özünü günahkar bilən Zinyət 
bu  sözdən  sonra  özünü  öldürmək  üçün  ovucla  dərman  içər.  Halı  pisləşər,  vaxtında  xəbər  tutub  xəstəxanaya 
aparıb  xilas  edərlər.  Düzü  mamanı  da  qınamalı  de-yil.  Hər  bir  ana  yandığından  belə  söz  deyə  bilər.  Amma, 
biləndə ki, Zinyət özünə qəsd etmək istəyib, peşman olmuşdu. Bunları yazmaq-da məqsədim odur ki, bu söhbəti 
biz ola-ola başqasından eşitmə-yəsən...” 
Arxasını oxumağa Əzizin hövsələsi çatmadı. Belə məktubu gərək Samir demişkən sakit, kimsəsiz yerdə 
tələsmədən oxuyasan. Məktubu qatlayıb döş cibinə qoydu. 
Samirin getmək vaxtı çatdı. Əziz ona dərin minnətdarlığını bildirdi: 
- Çox sağ ol, Allah ürəyinə görə versin. Məndən hamıya salam de. Evimizə deyərsən, narahat olmasınlar, 
yaxşıyam, yaxın günlərdə poçtla məktub yazacağam. Sağ ol. 
- Salamat qal. 
Samir otaqdan təzəcə çıxmışdı, Əbülfəz başının üstünü kəs-dirdi. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə