The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə28/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
68 
 
bənzəyirdi. 
Beş dəqiqə qalmış, İltifat oturacaqdan qalxdı: 
- Hə, indi dur gelək. Bizim vaxtımız çatdı. 
Onlar meydana gedən yolun başlanğıcında topa halında yığışıb, ayaqüstü nə isə müzakirə edən məhkumlara 
qatıldılar.  Əziz  İltifatın  ləngiməsinin  səbəbini  başa  düşdü.  Bu  yığışanlar  “katyol  uşaqları”  və  onlara  yaxın  olan 
məhkumlar idi. Onlar özlərini fərqləndirdiklərindən axırda meydana daxil olurdular. Nəhayət, onlardan “vəzifəcə” 
böyüyü hamının eşidəcəyi səslə dilləndi: 
- Gedəyin! 
Bu göstərişdən sonra topa tənbəl-tənbəl meydana tərəf yön aldı. 
 
*** 
 
On  beş  gün  ötəndən  sonra  ayda  bir  dəfə  keçirilən  məhkəmə-nin  növbəti  iclası  baş  verdi.  Azad  olunub 
zavoda işləməyə göndə-rilənlərin siyahısında İltifat da var idi. Hamı onu təbrik edir, gözay-dınlığı verirdi. İltifat 
sevindiyi  üçün  Əziz  də  onun  sevincinə  şərik  olurdu.  Eyni  zamanda  yarım  ay  olardı  öyrəşdiyi,  dostlaşdığı  bir 
insa-nın, bundan  əlavə  zonda az-çox hörməti olan, gələn  gündən qanadı-nın altına alan, hiss  olunan qüvvənin 
onu  tərk  edəcəyinə  ürəyinin  dərinliyində  təəssüflənirdi.  Ancaq,  nə  etmək  olardı,  İltifat  ona  görə  azadlığa 
çıxmamalıydımı? Əlbəttə  yox, hərə öz taleyini  yaşamalıydı. “Yenə şükürlər olsun, az müddətə olsa da, Allah 
onu mənimlə rast-laşdırdı”, - Əziz özünə toxtaqlıq verirdi. 
Məhkəmənin  qərarını  biləndən  sonra  İltifat  Əzizi  həmişə  vaxt-larını  keçirdikləri  tut  ağacının  altındakı 
skamyanın yanına gətirdi: 
- Otur, sənnən işim var. 
Onlar əyləşdilər. 
- Eşidirəm, - Əziz səbirsizliklə onu dinləməyə hazır idi, - nə çətinliyin var, gücüm çatannan edərəm. 
-  Çətinliyim,  bilirsən  nədir?  Katyolda  suddan  keçməyimi  göz-ləyirdilər.  Şükür  Allaha,  bu  gün  suddan 
keçdim. Axşama yerimə na-mizəd göstərməyi tapşırıblar. 
- Çətin nə var ki, burda. Nə çoxdu adam, birini göstərərsən qurtarıb gedər. 
- Hə, mən də elə fikirləşmişəm. İstəyirəm axşam səni özümlə aparım katyola... 
- Məni? - Əziz təəccüblə sözünü kəsdi, - məni niyə? 
- Necə niyə? Namizəd kimi! 
-  Nə  danışırsan?  -  Əziz  yerində  otura  bilməyib  ayağa  durdu,  -  mənə  tez  deyil?  Zona  gəldiyimdən  ay 
keçməyib. 
- Nə olsun. Yoxsa qorxursan, bacarmayasan? Bu işdə nə böyük çətinlik var ki, bacarmayasan da? Ürəkli 
ol, özün-özüvü göz-dən salma. İşləyənlər səndən artıq oğlandı? İnan, tanıdıqca özün də görəcəksən, içərilərində 
elə əskikləri var, deməyən kimi. Sən elələ-rindən dəfələrlə artıq oğlansan. Ona görə də gəl mən deyənə qulaq as. 
- Bəs deməzlər, yerlibazlıq edir? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
69 
 
- Desinlər də. Yerlim ola-ola öz yerimi başqasına niyə də verim? Yoxsa düz demirəm? 
 Əziz ürəyində tərəddüd keçirsə də İltifatla razılaşmamağı bacarmadı. Bəlkə də, o, haqlı idi. 
 
*** 
 
Katyol (məhkumların şurası) birinci korpusun alt mərtəbəsin-də yerləşirdi. Katyol adına yığılan pulların 
xərci  ilə  azı  ildə  bir  dəfə  təmir  olunduğundan,  başqa  korpuslardan  fərqli  olaraq  yaraşıqlı,  işıqlı  və  təmiz  idi. 
Koridordan  başlamış,  geniş  otaqlardan  ibarət  barakların  hamısında  çilçıraqlar  asılmışdı.  Çilçırağın  ən  böyüyü 
isə  polojenes  (vəziyyəti  idarə  edən)  hesab  edilən  zonun  obşakı  Etimad  qalan  otağın  tavanında  idi.  Obşakdan 
başqa  bu  otaqda  ikinci  mərtəbəsi  olmayan  çarpayılarda  ona  sadiq  əshabələrindən  sayılan  daha  üç  məhkum  da 
yatırdı. 
Etimad  ona  olan  etimadı  havayıdan  qazanmamışdı.  Əvvəlki  rəisin  müəssisədə  yaratdığı  özbaşınalığı 
qaydasına  salmaq  üçün  Əli-məmməd  üç  ay  ərzində  zonu  lotu  və  lotukimilərdən  təmizlədi.  O,  nə  qədər  “lotu 
özüməm” desə də, zonda obşakın  yeri  görünürdü. O zaman Etimad adi  korpusnoylardan biri idi. Onun üstün 
cəhəti  məh-kumlar  və  zabitlər  tərəfindən  eyni  hörmətə  malik  olmasındaydı.  Əli-məmməd  əməliyyat  qrupuna 
obşak axtarmağı göstəriş verəndə əməliyyat şöbəsinin rəisi Əhməd Etimadın adını çəkmişdi. O tək-lifdən sonra, 
Etimadı Əliməmməd otağında gizlin, təkbətək qəbul et-mişdi. Aralarında olan söhbətdən razı qalan Əliməmməd 
Əhmədə  işin  üstünə  düşməyi  tapşırdı.  Əsas  iş  məhkumlar  arasında  aparılmalı,  Etimadın  hörməti  birə  on  qat 
artırılmalı  idi.  İki  aydan  uzun  çəkən  bu  tam  məxfi  proses  sonda  müvəffəqiyyətlə  başa  çatdı.  Çoxdan  başsız 
qaldıqlarından  gileylənən  məhkumlar,  öz  aralarında  söhbət  aparıb  başqalarına  nisbətən  sözünə  bütöv,  qismən 
ədalətli,  hər  mübahisəni  səbrlə  ölçüb-biçib  düzgün  qərar  verən  Etimadı,  obşak  seçilməsinə  hə-vəslə  razılıq 
verdilər.  Və  bir  axşam  avtoritet  hesab  edilən  məhkumlar  yığışıb  Etimadı  obşak  elan  etdilər.  Məhkumların 
gəldiyi  qərara  Əliməmməd  də  hörmətlə  yanaşıb  qəbul  etdi.  O  gündən  rəisin  qeyri-rəsmi  müavini  kimi  Etimad 
onunla birgə zonu idarə etməyə başladı. 
İltifat axşam tərəfi Əzizi yanına salıb katyola apardı. Həmişə bura həyətdən tamaşa etmiş Əziz içəri ilk 
dəfə  gəldiyindən  hər  tərəfə  maraq  və  diqqətlə  baxırdı.  Dəhliz  boyu  İltifatla  dostcasına  görüşən  məhkumlar 
Əzizə də eyni maraqla baxırdılar. Onlar obşak qalan otağın qarşısına çatdılar. Qapı yarıaçıq idi. İçəridə iki nəfər 
yanaşı çarpayıda üz-üzə oturub çarpayı hündürlükdə balaca stolun üzərində nərd oynayırdılar. Daha iki nəfər o 
biri  çarpayılarda  oturub  siqaret  çəkə-çəkə  kiçik  ekranı  olan  televizorda  kinoya  baxırdılar.  Otaq  yara-şığı, 
səliqəsi, çilçırağı ilə barakdan çox kabinetə bənzəyirdi. Televi-zordan əlavə radio, audio və video maqnitofon, 
sərinkeş,  balaca  soyuducu,  gecə  lampası,  divar  saatı  Əzizə  neçə  vaxtdır  ayrı  düşdüyü  mühiti  xatırlatdığı  üçün 
daxilən heyrətləndirdi. İltifat içəri daxil olaraq soruşdu: 
- Gəlmək olar? 
-  Gəlin,  -  nərd  oynayanlardan  biri,  orta  yaşlı,  dik  baxışlı,  saçı,  bığı,  normal  geyimi,  bütün  görkəmi  ilə 
məhkuma bənzəməyən  şəxs  onları  içəri  dəvət  etdi.  Əziz o biri  üç nəfərdən  çox onu  - Etimadı daha tez tanıdı. 
Etimad  səhər-axşam  yoxlamalarında  iştirak  etməsə  də,  yaxın  ətrafı  ilə  zonun  həyətində  gəzintiyə  çıxanda  onu 
uzaqdan gör-müşdü. 
İltifat əvvəl Etimadla, sonra qalanlarla görüşdü. 
- Gözün aydın, - hamı bir ağızdan onu təbrik etdi. 
- Sağ oğlun. Allah sizin də qapınızı açsın, - İltifat razılıq etdi. 
- Deyəsən sözün var? - Etimad oyununu saxladı. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə