The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə25/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
62 
 
Səhəri gün həvəslə işə başlayan  İltifatın gözü bütün günü şüşəbənddə qalmışdı. “Əcəb işə düşdüm, elə 
bu çatmırdı”, - ürəyində özünü nə qədər qınadısa da qızı fikrindən çıxara bilmədi. 
Növbəti  şənbə  günü  yenə  İbrahimxəlil  səhər  tezdən  ailə-uşağı  harasa  yola  saldı.  Günün  günorta  çağı, 
gözlərindən  cin  yağan  həmin  sarışın  qonşu  qızı  tanış  baxışlarla  hər  tərəfə  göz  qoya-qoya  evə  girdi.  Otaqların 
birindən  televizorun  səsi  gəlirdi.  Bu  dəfə  bir  saatdan  da  çox  keçmişdi  qız  küçəyə  çıxmadan  ən  qısa  yolla 
evlərinə tərəf döndü. 
İş-gücünü atıb baş verənləri müşahidə edən İltifatın şəkk-şübhəsi qalmamışdı: torbada pişik var! Evdə 
kimsə olmayanda özün-dən otuz-otuz beş yaş kiçik qızla İbrahimxəlilin nə gərəkli işi ola bilər? 
Evin tikintisində çalışan usta - Əlifəttah İltifatın işini saxlayıb müşahidə etməsinə, təəccüb keçirməsinə 
gülürdü: 
-  Sən  Allah,  özünü  elə  aparırsan  ki,  guya  heç  bu  dünyanın  adamı  deyilsən.  Nə  var  axı  burda.  Varlı-hallı 
kişidi, bezib “boçka” arvaddan, həftədə bir gün suyunu dəyişir. Günahdı? Nə olsun ki, qocalıb? Qoca at arpa yemir? 
Di  gəl pulu, zibil kimidir. Qız da ki, bacılarına qoşulub ora-bura gəzməkdənsə, arada kişini rahatlayıb qonşuluqda 
xeyrini götürür. Vəssalam, - dalısıyca qəhqəhə çəkdi. 
- Gülürsən, - İltifat eşitdiklərindən bərk mütəəssir olmuşdu, - əslində ağlamalıdır. Qızı yaşında olan qızla 
qurdunu öldürmək nə dərəcədə düzgündür? Hələ qızı demirəm, mən yaşda cavanlar ola-ola, atası yaşda kişidən 
nə ləzzət alır? 
Əlifəttahın qəhqəhəsi artdı: 
- Deynə qarnımın ağrısı var da. Olmaya gözün düşüb, sənin də tamahın çəkir? Ay axmaq, nə olsun ki, 
cavansan. Sənin kimi lüt-lərdən bilirsən nə qədər var? Yəqin ki, o qoca qədər ona haqq verən yoxdur. Bilsə sən 
verərsən, səninlə gəzər. Varındı, o qədər pulun? – istehza ilə soruşdu. 
- Qocalmamışam ki, ona pul verəm. Mən onu pulsuz fırlada-cağam, görərsən. 
- Ağlıvı  başıva  yığ, sən  bu həyətə  çörək dalıyca gəlmisən,  ya  gəzəyənçün? Peşman olarsan, bunu mən 
deyirəm sənə. 
Əlifəttahın  uzaqgörənliklə  dediyi  sözlər  İltifatın  beyninə  girmədi.  Çörək  qazanmağa  nə  var  ki,  harda 
olsam çörəyimi qazana-cağam, - fikirləşdi. 
O  gündən  bildiyi  bütün  üsullardan  istifadə  edən  İltifat,  gün-boyu  şüşəbənddən  gözlərini  dikib  bic-bic 
ona  baxan  Fəridəyə  yol  tapdı.  Qısa  zamanda,  axşamın  ala  toranında,  tikintisi  qurtarmayan  otaqların  birində 
görüşdülər. 
İltifat qələbəsindən məmnun idi. İyirmi bir yaşlı gözəl,  yara-şıqlı Fəridənin pula görə qocaya bədənini 
satmasına  öz  aləmində  razılaşa  bilmirdi.  Yeyib-geyinməkdən  ayrı,  həyatın  başqa  “nemətlərin-dən”  Fəridənin 
xəbərsiz olmasına ürəyində acıyırdı. Onun gözlərini açmaq, yaraşığının, cavanlığının qədrini bilməyi anlatmağa 
çalışırdı. 
Ayaqüstü  görüşlər  Fəridəni  doyunca  görməyə  imkan  vermir-di.  “Keçmə  müsəlmanın  bu  işindən,  - 
imkansızlıqdan, şəraitsizlikdən yanıb-yaxılırdı, - ayaqüstü də iş olar?” 
Çox  keçmədi,  atüstü  görüşlərin  xəbəri  İbrahimxəlilə  çatdı.  Qısqanclıqdan  qəzəblənən  qoca  elə 
həmin gün İltifatın qalan haq-qını, şələ-küləsini qoltuğuna verib işdən qovdu. 
“Nə olar işdən ayırdın, eybi yox, amma, Fəridədən ayırmağa gücün çatmaz”, - İltifat qəzəbləndi. Bir 
neçə  gün  evdə  oturub  iş  tapa  bilməməsi,  İltifatın  İbrahimxəlilə  qarşı  kinini  daha  da  artırdı.  Qərar  tuta 
bilmədi.  Fəridə  ilə  zəngləşib,  onu  məhəllənin  sakit  guşəsinə  çağırdı.  Həmişəki  kimi  hava  qaralanda 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
63 
 
görüşdülər. Söhbət əsasən  İbrahimxəlildən getdi. Qocanın  əlindən Fəridə  də  yanıqlı  idi. Daim əliaçıq olan 
İbrahimxəlil onun İltifatla olan əla-qəsini biləndən sonra səxavətni yarıbayarı azaltmışdı. 
- Bəlkə, gəlsənə dərsini verək? - Fəridə təklif etdi. 
- Necə? - İltifat soruşdu. 
- Çox asan. O, mənimlə bəzən sübh tezdən, hamı yuxuda olanda görüş təyin edir. Görüş vaxtı qəfildən 
sən onu elə qorxuz ki, huşunu itirsin. Qalanını, nə etmək lazım olduğunu mən bilirəm. 
İltifat tərəddüd keçirdi, dinmədi. 
- Yoxsa qorxursan? 
- Mən? Ayıbdı ki, bir qoca ilə də bacara bilməyəcəyəm? 
- Elə edərik səni tanımaz. Lap ayılandan sonra tanısa da, arvadının qorxusundan şikayət edə bilən deyil. 
Razılaşdılar. Üç gün keçdi. Yenə axşam qaranlığında görüş-dülər. Tanış-biliş, qonşular görməsin deyə, 
hamı  yatmağa  hazırlaşan-da  gecənin  yarısı  Fəridə  İltifatı  xəlvətcə  həyətlərindən  keçirib,  evlə-rinin 
yarımzirzəmisində gizlətdi. 
Fəridənin anası  alverlə  məşğul olduğundan, çox vaxt evdə tapılmırdı. Atası o, körpə olanda onları atıb 
getmişdi.  Böyük  bacısı  yaşı  qırxı  haqlasa  da,  ərə  getməmişdi.  Kombinatda  işləyirdi.  Ortancılı  tibb  bacısı  idi. 
Əvvəl  qoşulub  qaçmışdı.  Tezliklə  ayrılmışdı.  Qardaşı  yox  idi,  yəqin  Allah  məsləhət  bilməmişdi.  Evdə 
başıpapaqlı, böyük olmadığından hərə kefi istədiyi kimi yaşayırdı. 
Fəridə  məktəbi  qurtarıb  dərziliyi  öyrəndi.  İstədi  işləsin,  sevi-lib  seçilsin,  bacılarından  fərqlənsin.  Nə 
qədər  çalışsa  da,  alınmadı,  xeyri  olmadı.  Anası,  bacıları  elə  ad  çıxarmamışdılar  ki,  kimsə  ona  ciddi  niyyətlə 
yanaşsın. Gözəlliyinə aludə olan hər kəs, Fəridənin xoşu gəldi-gəlmədi, sanki belə olmalıymış, bədənindən sui-
istifadə  etmək  istəyirdi.  Fəridəyə  elə  gəlirdi  ki,  onun  xoşbəxtliyi  bu  qəsəbə-dən  uzaqlarda,  kimsənin  onu 
tanımadığı böyük şəhərdə idi. Ancaq, hara getsəydi anasını, bacısını ata bilmədiyi kimi, üstündə olan adı da ata 
bilməyəcəkdi. 
Hərdən  fikirləşirdi  ki,  o  belə  həyatı  yaşamağa  məhkumdur.  Odur  ki,  bəzən  öz  aləmində  hər  şeyə 
tüpürüb, əylənmək, heç olmasa bu sayaq həyatdan zövq almaq istəyirdi. İki il qabaq İbrahimxəlilin ona müştəri 
gözüylə baxması tərəddüdlərinə son qoydu. Onsuz da Fəridəyə bu yola atılmağa təkan lazım idi. 
Həmin  günü  Fəridə  xatırlayanda  bilmirdi  kədərlənsin,  ya  sevinsin.  Çünki  bütün  gənc  qızların 
arzuladıqları  “Vağzalı”  sədası,  ağ  gəlinlik  qiyafəsi,  zifaf  gecəsinin  “bərəkallahı”  olmadan  qadın  olmuşdu. 
Əvəzinə,  çoxlarına  nəsib  olmayan  zinət  bər-bəzəyi,  xeyli  daş-qaş  qazanmışdı.  Namusu  bahasına,  hissə-hissə 
olsa da. 
Fəridə  hərdən  bir  İbrahimxəlilin  arvadının  istəyi  ilə,  onlar  üçün  ev  işləri  görürdü.  Hər  dəfə  Fəridənin 
çılpaq  qıçları,  paltardan  çıxan  əndamı  kişinin  ağlını  başından  çıxarırdı.  Fürsət  düşəndə  Fəri-dəyə  əl  atır,  ona 
toxunmaqdan həzz alırdı. Və nəhayət... 
Onu bir şənbə günü şüşəbəndi təmizləmək bəhanəsi ilə İbrahimxəlil evə çağırdı. Qız evə girəndə heç kəs 
yox idi. Həmişəki kimi stulu qoyub, şüşələri silmək istədi. Əllərini  yuxarı qaldıranda onsuz da qısa olan donu 
daha da yuxarı qalxdı. İbrahimxəlil şəraiti özü yaratmışdı, bu hal onu təbdən çıxardı, daha dözmədi. Qızı arxa-
dan qucaqladı. Fəridə əvvəl dartındı, amma inad etmədi. Belə bir günün olacağını təxmin etmişdi. 
Ehtirasdan  yanan  qoca  onu  yatağa  yıxıb,  donunu  çəkib,  dəli-cəsinə  qollarının  arasına  aldı…  Yataqda 
qıvrılan  Fəridə,  bədənində  gizilti,  ağrı  duydu.  Ağrıya  baxmayaraq,  İbrahimxəlilin  ehtirası  gənc  qıza  da  təsir 
etmişdi. O, tam qocanın ixtiyarında idi. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə