The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə22/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
56 
 
-  Yox,  rəis,  ola  bilməz,  -  rəng  verib,  rəng  alan  Hafiz  özünü  itirmişdi,  -  elə  deyil,  oğurlamağına 
oğurlamışdım... 
- Ə, nə həyasız adamsan, nə tez sözünü dəyişdin. İndicə demədin heç nədən tutublar. Halaldı o kişinin 
qızına, sənin kimisinə nə olsa azdı... 
Növbə Əzizin idi. O, rəisin sərt, iti, adamı dəlib keçən baxış-larını görəndə nə  edəcəyini bilmədi. Rəis 
rentgen sayağı baxışları ilə sanki onun daxilinə, iç dünyasına baxır, “çəkisini” müəyyən edirdi. Müavin Əzizin 
donub qalmasına dözmədi, çımxırdı: 
- Nə yatmısan, ayaqüstə at kimi. 
Ətrafdakı zabit və nəzarətçilər hirslə göz-qaş etdilər: özünü təqdim elə. Əziz nə edəcəyini xatırladı. 
- Əziz Əzizzadə. Maddə... 
- Hə, reket, - rəis də onun hökmünü xatırladı, - ə, zalım oğlu, ilişməyə adam tapmadın? 
Müavinə tərəf çöndü: 
-  O  rayonun  “pomprokuroru”  var  ha,  ondan  pul  istəmək,  əzra-yıldan  can  istəməyə  oxşar  bir  şeydi,  - 
məzəmmətlə Əzizə baxdı, - Don Kixot... 
Rəis bir addım da irəlilədi: 
- Nədi ə, sənin adın? 
- Rəsul... 
Orta  boylu,  həbsxanada  gördüyü  “xoş”  gündən  arıqlayıb  çöpə  dönən  məhkum  özünü  təqdim  etdikdə 
rəisin sifəti dəyişdi, gözlərində qəzəb parladı: 
-  Camaatı  dama,  qiyama  sən  qaldırmışdın,  eləmi?  Heç  bildinmi  nə  qədər  adamın  balasını  çörəksiz 
qoydun, sən oğraşın ucbatından neçəsini işdən çıxartdılar? Paqonun ağzını, sən, söymüşdün? 
 Rəisin  aşıb-daşan  qəzəbinin  qarşısında  Rəsulun  səsi  içində  bo-ğulub  qalmışdı.  Birdən  şillənin  səsi 
qulaqlarda  əks-səda  verdi.  Rəisin  qolunun  açılması  ilə  Rəsulun  arxa  tərəfdəki  gül  kollarının  üstünə  sərilməsi  bir 
oldu: 
- Ə, binamus oğraş, gülləri əzmə, - rəisin hirsi soyumaq bil-mirdi, odur ki, irəli gedib onu dayanmadan 
təpikləyirdi, - paqonun ağzını söyürdün, indi gör sənin ağız-burnunu necə “qayıracağam”... 
Onu tez əhatəyə alan zabit və nəzarətçilərə göstəriş verdi: 
- Çırpın, mitilinə oğraşın. Şalvarını da çıxarın. 
Söz rəisin ağzından çıxmışdı ki, ayağa qalxa bilməyən Rəsul yağışdan yağmura düşdü. Altı nəfər yerdə onu 
təzək kimi tapdalayırdı. Sifətinin salamat qalması üçün üzünü yerə tutub, necə gəldi vurulan təpiklərdən qoruyurdu. 
Əvvəl köynəyi, sonra şalvarı para-para parça-lanıb əynindən çıxarıldı. Üstündə yalnız corabı və alt paltarı qalmışdı. 
Rəis qolundan açılmış saatını düzəldib öz yerinə - sıranın qabağına qayıtdı: 
-  Sənin  meyidini  çıxararam,  vicdansız,  əgər  burda  da  aləmi  qarışdırmaq  istəsən.  Saxlayın  daha,  bəsidi 
hələlik. Durğuzun ayağa, paltar verin geyinsin. 
Baş  verən  hadisə,  rəisin  əsəbiləşməsi,  yeni  gələn  məhkumları  bərk  həyacanlandırmışdı.  İndicə 
gördükləri xırda epizod, havasına alışmadıqları müəssisənin çox mətləblərindən xəbər verirdi. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
57 
 
Narahatlıq sıranın rəisin hələ sorğu-sual etmədiyi hissəsində açıq-aşkar hiss olunurdu. 
- Sən, dillən görüm, kimin evini yıxmısan, - rəis Şahməm-mədin qarşısında dayanmışdı. Şahməmmədin 
dili dolaşdı. 
- Mən? Mən heç kəsin. Həyətdə bir az xaşxaş əkmişdim. Kasıbçılıq idi, dolanışığa görə. 
- Nə qədər satmışdın? 
- Elə birinci dəfə idi... 
- Ə, kimə atış gəlirsən? Bəs üstündə tutulan heroin, tiryək? Onları da birinci dəfə görürdün? 
Şahməmməd dinmədi. Rəis onun yanında boynunu büküb dayanmış, Güləhmədə də sual etdi: 
- Sən də kasıbçılığın daşını atmaq istəmisən? Qayıdıb düşüb təpənə? 
Rəisin gözlərinə baxmaqdan qorxan Güləhməd başını qaldır-madan: 
- Bir yerdə tutulmuşuq, - deyə susdu. 
- Bax indi mən necə sizin əcəb-əcdadlarınızı söyməyim. Sonra da deyirlər Əliməmməd dustaqları söyür. 
Ay  vicdansızlar,  ka-sıbçılıqdı,  hökumətin,  Allahın  qoyduğu  yol  ilə  pul  qazanın  da.  Yoxsa  narkotika  satıb, 
camaatın  balalarını  şikəst  eləməklə  çörək  yemək  olar?  Şərt  deyil  ki,  külüng  alıb  yıxasan,  kim  bilir  nə  qədər 
bədbəxtin evini yıxmısız, alçaqlar. 
Rəis  müavini  rəisin  sözünün  davamı  olaraq,  gözlənilmədən  Şahməmməd  və  Güləhmədin  hərəsinə  bir 
sillə çəkdi. Onlar yerlərin-də ləngər vurub başlarını yerə dikdilər. 
Sırada  ölümə  görə  məhkum  olunan  beş  nəfər  qalmışdı.  Yaxın-lıqda  dayanan  baş  əməliyyatçı  Xəlil  rəisin 
qulağına nəsə pıçıldadı. Rəis dayanıb qalan məhkumlara tərəf baxdı. Sonra, müavinə tərəf döndü: 
- Rasim, qalanları özün otağında qəbul edərsən. Növbətçi! 
- Bəli, rəis, - sıranın baş tərəfinin qarşısında dayanıb astadan nəzarətçilərə göstəriş verən növbətçi bütün 
diqqətini rəisə yönəltdi. 
-  Həmişəki  qaydada,  bir  əməliyyatçı,  bir  rejim,  üç  nəzarətçini  özünlə  götürüb,  yatabı  karantin 
korpusunda yerbəyer edirsiz. Oldu? 
- Baş üstə, rəis! 
-  Əgər  çatışmazlıq  olarsa  mənə,  ya  da  Rasimə  məruzə  edər-sən.  Qalan  işçilər  hərə  öz  işi  ilə  məşğul 
olsun. 
O,  dönüb  otagına  getmək  istəyərkən  gözü  kənarda  durub  baş  verənlərə  etinasız  baxışlarla  tamaşa  edən 
“istəkli” üzdəniraqlarından biri - İlyuşaya sataşdı.Yatab qəbulları zamanı rəis cinayət aləmindəki xoşu-na gəlməyən 
bəzi “bərk gedənləri” onun vasitəsilə ələ salıb məzələnirdi. Belə ki, Əliməmmədin işarəsi ilə İiyuşa tanımadıgı halda 
nəzərdə  tutulan  yeni  gələnə  mehribanlıqla  yanaşaraq  əl  verıb  görüşür,  sonra  da  öpürdü.  Öpüşün  dalısınca  rəisin 
həyəti başına götürən qəhqəhəsi eşidi-lərdi: 
- Ə, sən nə vaxtdan üzdəniraqsan, xəbərimiz yoxmuş. ”Petux” səni tanıyır ki, öpür də, tanımasa öpməz 
ki… 
Amma indi rəisin məzələnməyə hövsələsi qalmamışdı: 
- İlyuşa, çix get işinin dalınca. Sən bu gün lazım olmadın. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə