The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə19/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
50 
 
Açıq  qapıdan  azadlıqda  qədrini  bilmədikləri  çölə  son  dəfə  baxdılar.  Allah  bilir,  çölü  nə  vaxt 
görəcəkdilər?! 
Varanok  bayıra  çıxdı.  Qapılar  ləngər  vura,  ağır-ağır  bağlandı.  Növbətçi  üzünü  zabitlərdən  birinə  tutub 
çağırdı: 
- A, bəy! 
- Bəy özünsən, cənab növbətçi, - çağırdığı zabit onun sözünü kəsdi. 
-  Yaxşı,  cənab  rejimnik,  dəllək  harda  qaldı,  niyə  gəlib  çıxma-dı?  Gəlsin  başlarını  qırxsın. 
Əməliyyatçıları da çağır. Yarım saat vaxt verib, rəis özü qəbul edəcək. Siz nəzarət edin, mən qovluqları aparıb 
rəisə verim. 
O,  qovluqları  üst-üstə  qalayıb  idarəyə  tərəf  yollandı.  İkinci  mərtəbədəki  iri  çilçıraqları  olan  otaqdan, 
telefonla kiminləsə danışan rəisin qəhqəhələri yayılırdı. 
 
                                     *** 
Başlarında olan qısa saçlar təmiz qırxılandan sonra ucaboy idmançıya bənzəyən nəzarətçinin müşaiyyəti 
ilə  bir-bir  əməliyyat-çıların otağına  çağırıldılar. Məhkumlardan biri  altı  ay  əvvəl  buradan məcburi  əməyə  cəlb 
edilməklə  azad  edilmişdisə  də  çöldə  başını  sax-laya  bilməyib,  yenidən  kalona  qaytarılmışdı.  İkisi  “kriti” 
adlandırılan  həbsxanadan  gətirilmişdi.  Rəsul  çağırılan  keçən  il  başqa  müəssisədə  cəza  çəkərkən  qiyam 
məqsədiylə dustaqları dama çıxardığına görə, bir il həbsxanaya göndərilmiş, vaxtı bitdiyi üçün bu kalona yatab 
olunmuşdu. Güləli çağırılan məhkum isə ölüm maddəsi ilə həbsxa-nada yatmalı vaxtı bitdiyindən qalan cəzasını 
kalonda çəkməyə gəl-mişdi. On beş il cəza alsa da namus üstə yatdığına görə fəxr edirdi. Bacısı qızını istəyən 
oğlan  qız  ilə  adı  çıxıb  nişanlanandan  üç  ay  sonra  nişanı  qaytarıbmış.  Camaat  içində  bunu  özünə  təhqir, 
biabırçılıq  hesab  edən  Güləli,  yaxın  adamlarını  başına  toplayıb,  fürsət  tapanda  oğlanı  tutub,  balta  ilə  hissələrə 
bölüb öldürüb. Fəxr etməyinə baxma-yaraq, həm də it kimi peşman olmuşdu. Güləli beş il krıtıda yatmışdı, on 
ili  də  qabaqda idi.  Ötən beş  ildə  onu nə bacısı  xatırlamışdı, nə  də bacısıqızı. Bacısıqızı iki il  idi başqa oğlana 
qoşulub  qaçmışdı. Heç  nə  baş  verməmiş  kimi, hamı  öz qaydasında  yaşayırdı. Güləli, nə  də  onun qeyrəti  artıq 
heç  kimə  lazım  deyildi.  Ara  yerdə  ölən  bədbəxt  oğlu  dünyadan  getdi,  bir  də  Güləlinin  arvadı,  balaları  illərlə 
türmələrin yolunda əsir-yesir oldular. 
Qalan məhkumlara təzəlikcə hökm oxunmuşdu. İki nəfərin üçüncü gəlişləri idi. Son cinayətləri - birində 
xırda  oğurluq,  digərində  narkomanldıq  əsas  götürülmüşdü.  Daha  iki  nəfər  qazanc  məqsədiylə  narkotik 
maddələrlə alver etdiyinə görə, hərəyə on il cəza almışdılar. 
İstintaq təcridxanasında özünü “burjuy” kimi tanıdan orta yaşlı, daz-baş, ətli, girdəsifət Taleh milyonlarla dövlət 
əmlakını mənimsəmişdi. O, uzun illər böyük vəzifələrdə çalışmış, şəhərdə tanınan zavod-lardan birinə başçılıq 
etmişdi.  Daim  çöldən  pulla,  ərzaqla  təmin  olun-duğundan  heç  nədən  korluq  çəkmirdi.  Məhkumlardan  tutmuş 
paqon-luyadək - hamı öz xeyri üçün imkanlı olmasına görə fərqləndirir, hörmət edirdilər. 
Güləli kimi dörd məhkum da namus üstündə, ölüm maddəsi ilə cəza almışdı. Aralarında ən cavanı Azad 
idi. Əsgəri xidmətdə davranışı və qabiliyyəti ilə seçildiyinə görə, evə iyirmi günlük məzu-niyyətə gəlmişdi. Kaş 
gəlməyəydi.  Ondan  nə  qədər  gizlətməyə  çalış-salar  da,  Azada  çatan  söz-söhbət  onu  sarsıtdı.  Keçən  bir  il 
ərzində, özündən kiçik bacısının adının bir neçə adamla çəkildiyini, hamilə qalmasını, hamilə olandan sonra heç 
kimin ona yiyə durmamasını və hətta bic doğmasını biləndə qulaqlarına inanmadı. Onun evə  gəlmə-sindən on 
gün  əvvəl,  anası  gizlin  doğulmuş  körpəni  dünyaya  gələndə  başına  küt  alətlə  vurub  öldürmüş  və  basdırıbmış. 
Nahaq deyilməyib, yerin də qulağı varmış. Bacısı ilə bu barədə kəlmə kəsməyə ar etdiyindən, bütün deyilənlərin 
doğruluğunu ancaq anasından öyrənə bilərdi. Bir axşam anasını ayrıca otağa çəkib, ikilikdə, ürəyini part-ladan 
söhbətlərin  düzünü  deməyi  yalvardı.  Olubmu? Olmayıbsa  bu  şaiyələr  haradan  yaranıb.  Anası  gah  ağardı,  gah 
qızardı, dili “yalan-dır” desə də, özünü saxlaya bilməyib dərdli-dərdli ağladı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
51 
 
Azad  anasını  öz  canı,  ruhu  kimi  duyurdu.  Məsələ  ona  aydın  idi.  Demək  deyilənlər  doğru  imiş,  anası 
onun xasiyyətinə bələd oldu-ğu üçün açıq etiraf etməyə qorxurdu. 
O,  bacısının  əxlaqsızlığa  yuvarlandığını  bilsəydi,  bir  daha  kəndə  qayıtmazdı.  Elə  fərz  edək  ki,  kəndə 
gəlmədi.  Bəs  camaat,  el-oba?  Şəhərdə  də  onlarla  rastlaşa  bilərdi.  Onu  hər  yerdə  barmaqla  göstərib,  bacısı 
fahişədir,  -  deyə  güləcəklər.  Ömrü  boyu  diliqısıq,  gözü  kölgəli  olub,  heç  kəsin  üzünə  şax  baxa  bilməyəcək. 
Fikirlər onu didib dağıdırdı. Necə oldu bacısı əxlaqsız oldu, kim onu bu yola sövq etdi? Olan olmuşdu, palan içi 
sökməyin  əhəmiyyəti  yox  idi.  Onu  düşün-dürən  yaşlı  atasının,  özünün  hörməti,  gələcəyi,  üstlərindəki  həqarətin, 
ləkənin yuyulmasıydı. Bircə yolu vardı, bic körpəsi təki anasından da qurtulmaq. 
O, günlərlə evdən çıxmayıb, götür-qoy etdi. Qayıtmaq vaxtı yaxınlaşırdı. O, gələndə vüqarla gəlmişdi, 
elə  də qayıtmalıydı. Məzu-niyyətin sonuna bir  gün qalmış  gecə  bacısı  yatan otağa  girib,  yuxuda  ikən onu baş 
yaylığı  ilə  boğub,  evdəkilərə  heç  nə  demədən  hərbi  hissəyə  deyil,  polisə  getmişdi.  Azad  gördüyü  işə  haqq 
qazandırırdı, lakin iş açılarkən anasının da körpəni qəsdən öldürməsinə görə həbs olunması onu yandırırdı. 
İdris  atasını  erkən  itirmişdi.  Anası  neçə  illərdi  dul  qalıb  onu  və  iki  kiçik  bacısını  əzab-əziyyətlə, 
məhrumiyyətlə  saxlayıb,  boya-başa  çatdırmışdı.  Anasını  dünyalar  qədər  sevirdi.  Onun  nəzərində  dünyada 
anasından uca, pak başqa qadın yox idi və ola da bilməzdi. Əsgərlikdən təzəcə qayıtmışdı. Hələlik ürəyinə yatan 
iş tapa bilmə-məsindən gününün çoxunu evdə, həyət bacada keçirirdi. Gəldiyi vaxt ərzində onun üçün yeni olan, 
əvvəllər fərqinə varmadığı, bəlkə də dərk etmədiyi, anasının qonşu Fərəclə gizli yaxınlıq etməsi idi. 
Əsgərlik  İdrisi  xeyli  dəyişdirmişdi.  O,  hər  şeyi  anlamağa  çalı-şırdı.  Başa  düşürdü  ki,  anası  onlara  - 
balalarına görə vaxtında ərə getməyib, cavan ömrünü puç edib. O da insandır, qadındı, kişiyə ehtiyacı var. Ərə 
getsəydi və ya haradasa özünə uyğun kənarda, göz-dən uzaq yerdə isitəklisi olsaydı, özünü bilməməzliyə vurar, 
qına-mazdı da. Amma, anasının özü yaşda, qonşuluqda “bacı” dediyi, arvadı olan Fərəclə gecələr həyət-bacanın 
gizlin  yerlərində  yaxınlıq  etməsi  ürəyinə,  mənliyinə  toxunurdu.  Bəs  onu  yoldan,  ağıldan  çıxar-dan  Fərəc? 
Anlamırdımı  gizlinlər  bir  gün  aşkar  olacaq?  Əgər  o  anasını  sevirdisə,  bunu  çoxdan  çəkinmədən,  kişi  sayağı 
hamıya elan etməliydi. Yox, sevmirdisə, nə vaxta qədər oğru pişik kimi haram tikəyə qonaq olacaqdı? Bu vaxta 
qədər Fərəc qərara gəlməmişdisə, cəzalanmalıydı. İdrisin fikri qəti idi... Baxmayaraq ki, anası da günah sahibi 
idi, onu cəzalandırmağı ağlına sığışdırmırdı, nə də olsa, südünü əmdiyi anası idi. 
Bir  yay  günü  gecə  yaxınlıqdakı  toydan  evə  sərxoş  qayıdan  İdris  qəfildən  həyətə  girəndə,  eyvanın 
qarşısındakı ağacın altında adam qaraltısı gördü. Qaraltının Fərəclə anasının olduğunu duyunca, elə bil başında 
ildırım çaxdı. Çaxan ildırımın işığında anasını Fərəcin qucağında gördü. İldırım Fərəci  yandırıb kül etməliydi. 
O,  çoxdan  cibində  gəzdirdiyi  fin  bıçağını  arxadan  Fərəcin  kürəyinə  zərblə  sap-ladı.  Fərəcin  qolları  boşaldı. 
Ağrıdan  zarıyıb  yerə  çökdü.  Anası  əvvəlcə  başqa  aləmdə  olduğundan  nə  baş  verdiyini  anlamadı.  Fərəcin 
kökündən  qoparılmış  ağac  kimi  yerə  dəydiyini,  arxasınca  İdrisin  qan  çanağına  dönmüş  gözlərini  görüncə, 
dəhşətə gəldi. Çığırmaq, bağır-maq istədi. İdris yerə sərilmiş yaylığı yumrulayıb, heyrətdən açıla qalmış ağzına 
tıxadı. Nifrət dolu səslə, ömründə birinci dəfə anasının üstünə qışqırdı: 
- Rədd ol burdan, rədd ol. Vallah öldürərəm, tikə-tikə doğra-ram, gözüm görməsin səni... 
Qorxudan,  xəcalətdən  canına  üşütmə  düşən  anası  tələm-tələsik  evə  qaçıb  gözdən  itdi.  İdris  ilk  bıçaq 
zərbəsindən  sonra  yerə  yıxılmış  Fərəcin  namussuz  qanının  yeri  bulamaması  üçün,  üzü-üstə  düşmüş  meyidi  it 
leşi kimi sürüyüb çəpərin o tayına, öz həyətinə tolazladı. Səhərin açılması ilə başlanacaq qalmaqalı gözləmədən 
özünü polisə təslim etdi. 
Zülalın qardaşı evlənəndən üç ay sonra iş dalınca Rusiyaya getmişdi. Təzə vaxtlar hər ay pul göndərir, 
altı aydan bir evinə baş çəkirdi. İllər keçdikcə pul göndərişlərinin sayı azaldı, özü isə ildə bir dəfə gəlir, ya da 
heç  gəlmirdi.  Bir  oğlu,  bir  qızı  böyüyürdü.  Ev  ata-anasının  yanından  kənarda  olduğundan  tamamilə  keçmişdi 
gəlinin  ixtiyarına.  Əri  evdə  olmadığı  üçün  evin  xeyrini,  ziyanını,  bütün  işlə-rini  özü  sərbəst  icra  edirdi.  Bu 
minvalla  yeddi-səkkiz  il  keçdi.  Ata-anasının,  bacı-qardaşlarının  təkidlərinə  baxmayaraq,  gedəndə  üç  ilə 
qayıdacağını vəd edən qardaşının birdəfəlik qayıdıb evinə yığışmaq fikri yox idi. Zülalı təəccübləndirən qardaşı 
arvadının ərinin Rusiyadan qayıtması söhbətinə laqeyidliyi, əksinə, onun tərəfində durmasıydı. Qardaşı boynuna 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə