The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə35/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
86 
 
Dörd nəzarətçi və Yusifdən əlavə, qrupun digər  üzvləri - Akif, Mehdi, Fazil də həyətdə idilər. Yusifin 
qanı  qaralmışdı.  Göstə-riş  verib  həyətdə  gəzişdikcə,  onunla  üzbəüz  gələn  nəzarətçi  və  məh-kumlardan 
nigarançılıqla soruşurdu: 
- Ə, cındır oğlu tapılmadı, hara itib görəsən? 
İtən Çandriko idi. Adboya yarım saat qalmış Yusifə xəbər çatıb ki, axşam yeməyindən sonra Çandriko - 
İntizam  baraka  gəlmə-yib. Təcili bütün korpuslara xəbər verilib axtarışa başlanmışdı.  İntizamı gördüm  deyən 
yox idi. İstehsalat zonası, sexlər, “toçkalar” hamısı axtarıldı. İntizam elə bil qeybə çəkilmişdi. Əksər məhkum-
ların  qapazaltısı  olan  İntizamın  müəssisədən  qaçması  mümkün  olan  iş  deyildi,  o  haradasa  gizlənmişdi.  Yusif 
gümanı gəldiyi hər yeri yox-latdırmışdı. Birdən tapılmasa nə etsin, rəisəmi zəng etsin? Yenə bir fərli-başlı adam 
olsa,  dərd  yarıdı.  Yox,  öldüsü,  ya  qaldısı  tapılmalıdı.  Quşa  dönüb  uçmadı  ki,  harda  olsa  bu  zondadır,  -  Yusif 
fikirləşdi. 
Adboya  qədər  İntizamın  tapılmadığını  eşidən  obşak  da  kat-yoldan  beş-altı  nəfər  başına  yığıb  həyətə 
çıxaraq ayrı axtarış aparırdı. Şəfi gündüzlər rast gəlmədiyi obşakı - Etimadı birinci dəfə idi yaxın-dan görürdü. 
On  birə  on  beş  dəqiqə  işlədi.  Korpusların  əksəriyyətinin  qapı-ları  bağlansa  da,  İntizam  tapılmadığı  üçün 
adboy uzanır, həyətdə məh-kumların gəzintisi davam edirdi. Katyol uşaqlarından biri Yusifdən soruşdu: 
- Yeməkxana yoxlanılıb? 
- Yeməkxana axşam yeməyi qurtarandan bağlıdır. 
- Əziyyətdən keçib, oranı da yoxlayaq. 
Çarəsiz  qalan  Yusif  yeməkxananı  açdırıb  işıqları  yandırtdı.  İçəri  girib  bir  az  axtarmışdılar  ki,  birisi 
sevinclə çığırdı. 
- Budemi, bişərəf gör necə xorna çəkir. 
İntizam  stollardan  birinin  altında  hamıdan  xəbərsiz  gizlənib-miş.  Gizləndiyi  yerdə  yuxu  aparıb.  Yusif 
onu təpikləyib ayıltdı. 
- Ə, cındır, səhərdən camaatı dəli eləmisən, burda niyə yatmı-san? Dur get yerində yat. 
İntizam ayılıb Yusifi görcək oturduğu yerə sıxılıb yazıqlaşdı: 
- Qadan alım, qoy yatım burda, getmirəm, barakda qoymurlar məni yatmağa, qovurlar. 
- Qovacaqlar da, qovmayıb neyləsinlər, - nəzarətçi Mehman dilləndi, - aylarla çimmirsən, it iyi verirsən. 
- Ə, dur rədd ol yerinə, - onu stolun altından sürüyüb çıxar-dılar, - bura yatmaq yeri deyil. 
- Bu gün Cəbrayıl müəllim növbədən sonra istirahətdədi, ona görə də buna fikir verən, oxudan olmayıb, 
- Mehman qımışdı. 
- Olmaya üzdəniraqdı? - Şəfi maraqlandı. 
-  Bu  bədbəxt  oğlunda  bəxt  hanı?  Petux  olsaydı  gün  görərdi,  yatdığı  yerdən  qovmazdılar  ki,  -  özünə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
87 
 
gəlmiş Yusif nəzarətçilərə tapşırıq verdi, - aparın yerinə, deyin heç kim dəyməsin. 
Çandriko tapılmışdı. Axtarışda özünün iştirakından məmnun qalan obşak otağına qayıtdı. Qalan qapılar 
da bağlandı. Bütün zon rahat nəfəs aldı. Növbətçinin göstərişi ilə barakların işıqları yavaş-yavaş söndürülməyə 
başladı. 
 
 
 
*** 
 
Məhkumların  baraklara  yığışması,  gediş-gəlişin  kəsilməsi  ilə,  həyətdə  üzdəniraqların  təmizlik  işinə 
baxan gecə növbəsinin fəaliy-yəti başlanmışdı. Ondan çox üzdəniraq zibil qutularını, həyət boyu hər qarışı, silib 
süpürürdülər. 
- Axşamınız xeyir, - üzdəniraqlara nəzarət edən Topuş, zabit-lərin yanından keçərkən səsləndi. 
-  Topuş,  komandan  bir  saat  ərzində  həyəti,  zibilxananı,  ümumi  tualeti  silib  süpürür,  yatırırsan.  Daha 
gizlənib tualetlərdə qal-masınlar. Sabah rəis zonu obxod edəcək. Yerdə bir “piçok” qala ha, sonra bilirsiz də o 
“piçok”u neyləyəcəyəm? 
- Aydındı, cənab kapitan, baş üstə, - Topuş Yusifə sözünün dalını deməyə imkan vermədi. 
Yusif korpuslara, işıqları yanan baraklara tərəf baxdıqca darıxıb əsəbiləşirdi: 
- Vicdansızlar işıqlarını söndürüb yatmırlar. Gözləyirlər gərək gedib bizləyək, sonra işığı söndürsünlər. 
Adboydan  yarım  saat  keçib,  hələ  yatan  yoxdu.  Gəlin  belə  edək.  Siz,  dəstə  rəisləri,  öz  dəstənizə  baş  çəkin, 
qalanlar  da  hərə  bir  korpusa  dəysin.  Bunları  özbaşına  bu-raxsaq,  yatan  can  deyillər.  Tək  getməyin,  yanınızda 
nəzarətçi aparın. 
- Mənə heç kəs lazım deyil, özüm gedəcəyəm, - oper Fazil ayrılıb katyol korpusa tərəf getdi. 
-  Az  bilmir,  -  rejim  Mehdi  Yusifə  Fazilin  arxasınca  işarə  etdi,  -  cavan  olasan,  bu  qədər  biləsən.  Var 
olsun ürəkli oğlanlar. Getdik. 
Şəfi nəzarətçi Mehmanla öz dəstəsinə tərəf irəlilədi. İçəridə qapının ağzında iki nəfər deyəsən atasda - 
pusquda durmuşdu. Onla-rın uzaqdan yaxınlaşdığını görəndə yuvasına girib gizlənən siçanlar kimi məhkumları 
xəbərdar etmək üçün yox oldular. Bir işıq söndü. 
Yusif  düz  deyirmiş,  kimsənin  yatmaq  fikri  yox  idi.  Kupelərin  çoxunda  çay  içə-içə  söhbət  edirdilər. 
Siqaretləri  imkan  tapıb  söndür-sələr  də,  tüstü  dumanı  çəkilməmişdi.  Gördüklərindən  əsəbiləşən  Şəfi  özündən 
asılı olmadan səsini ucaltdı: 
-  Camaat,  yatmaq  vaxtıdır,  bazarı  yığışdırın.  Vaxtında  çayınızı  içib,  söhbətinizi  edəydiz.  Deyilib  bu 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
88 
 
zəhrimarı çöldə çəkəsiz, tüstüsü ilə özünüzü boğmayasız. Qurtarın, işıqları söndürün. 
- Ay rəis, vallah yatmaq olmur, yuxu gəlmir adamın gözünə. Onsuz da bütün günü bekarçılıqdan yatırıq, 
yatmaqdan yorulmuşuq, - məhkumlardan biri mızıldadı. 
-  Bura  pansionat  deyil,  sakinlərin  arzusunu  nəzərə  alaq.  Qanunla  təsdiqlənmiş  rejim  şəraitindəsiniz. 
Yuxunuz  gəlmir,  uzanın  yerinizdə  yuxunuzu  gözləyin.  Əgər  kimi  çarpayı  bezdiribsə,  mən  ona  bir  müddət 
“nara” təşkil edə bilərəm. 
Dönüb Əziz yatan kupeyə tərəf baxdı, ora yaxınlaşarsa onlara da irad tutmaq məcburiyyətində olacağını 
duyub ayaq saxladı. 
- Əziz, bəri bax! 
- Bəli, - Əziz yerindən ayağa durdu. 
- İşıqların söndürülməsinə beş dəqiqə bəs edər? 
- On dəqiqə. 
- Olsun. Hamıya deyirəm, özünə hörmət qoymayanı, on dəqi-qədən sonra mən də adam saymayacağam. 
- Arxayın olun rəis, söndürərik, - yerbəyerdən məhkumların səsləri eşidildi. 
Çölə çıxdılar. 
- Siz təzəsiz də, - Mehman heyfsləndi, - olaydı Cəbrayıl, ya Kamil “moment” idi, üç-dördünü “boğardı”. 
- Nə bilim, mən hələ ki, bacarmıram. Bacarırsan, yarım saatdan sonra o biri nəzarətçini götür gəl, neçəsini 
istəyirsən “boğ”. 
- Üzdəniraqlara baxaq? 
- İşıqlarını söndürüblər, lazım deyil. Qayıdaq həyətə. 
Mehmanın təbirincə Mehdi üç-dörd nəfəri siqaretlə “yandır-mışdı”. Səhərə qədər Mehdiyə cərimələrini 
ödəməli  idilər.  Əks  halda  Mehdi  səhər  daxili  rejim  qaydalarını  pozduğuna  görə,  onları  aktlaş-dırıb  Rasim 
müəllimə təqdim edəcəkdi. Burda məsələ lap böyüyürdü. Söhbəti bitirmək üçün müavin səviyyəsində iş görmək 
lazım  gəlirdi.  Rasim  məsləhət  bilsə  karsa  salınmaq  üçün  qərarı  aparardılar  Əliməm-məd  müəllimin  qarşısına. 
Əliməmməd də çox vaxt Rasim deyənlə razılaşırdı. Beləliklə, on-on beş sutka, heç nədən düşürdün karsa. Bun-ların 
olmaması üçün salamatı bəri başdan Mehdini “görmək” gərək idi. 
Həmişə  özünü  müəmmalı  göstərməyə çalışan  Fazil  katyol  korpusundan kefsiz qayıtmışdı. Şəfi  işlədiyi 
on  gün  ərzində  iş  yol-daşları  arasında  bir  mənalı  olmayan  münasibətlər  müşahidə  etmişdi.  Əməliyyat-rejim 
işləri  üzrə  müavin,  tərbiyə  işləri  üzrə  müavindən  üstün  tutulduğu  kimi,  əməliyyat-rejim  sahəsində  işləyənlər, 
bütün  hallarda  başqa  sahələrdə  çalışanlardan  yüksək  tutulurdu.  Bu  ayrı  seç-kilik  birincilərdə  özünəməftunluq, 
qalanlarda isə onlara qarşı gizli daxili ikrah yaratmışdı. Əməliyyatçıları nə vaxtsa zarafatlaşan, qaynayıb-qarışan 
görməzdin.  Hər  zaman,  hər  yerdə  tənha  canavar  kimi  gəzər,  hamı  onlardan  ehtiyat  etdiyi  halda,  onlar  bir-
birindən  ehtiyatlanardılar.  Ağrımayan  başına  dəsmal  bağlamamaq  üçün  dəstə  rəislərindən  kimsənin, 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə