The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə10/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
30 
 
salsınlar.  Üçün-cüsü  də,  gün  ərzində  hər  dəfə  buradan  keçəndə  mənə  dəy,  daha  sənin  arxanca  düşüb 
axtarmayım.  Oldumu?  Yox,  əgər  belə  olmasa,  nə  təd-bir  görəcəyimi  özüm  biləcəyəm.  Hər  hal  çiynimdəki 
ulduzları elə-belə verməyiblər. 
-  Oldu,  naçalnik.  Əlbəttə,  siz  mənim  dəstə  rəisimsiz  və  mənim  siz  deyənlərə  əməl  etməməyə  haqqım 
yoxdur. Söhbəti ola bilməz. Hamısı necə lazımdı ediləcək. Bu dəqiqə çağırım, silib-süpürsünlər, - o başını çölə 
çıxarıb həyətdə gözünə dəyən üzdəniraq-lardan birini fitlə hayladı: 
- Potanı tap, tez gəlin bura. 
- Topuş, - Şəfi söhbətini davam etdirmək üçün sözə başladı, - sənin əsl adın nədir? 
- Adım Tərlandır. 
- Bəs necə oldu Topuş oldun? 
-  İkinci  sroka  gələndə  yaxşı  kök  idim.  Nə  bilim,  zonda  hərə-nin  bir  adı  olmalıdır.  Məni  də  Topuş 
çağırdılar. 
- Cinayətin nədir? 
- Oğurluq. 
- Əvvəlki cinayətin nə olub? 
- O da oğurluq. 
- Nə oğurlayırdın? 
- Xırım-xırda. Əlimə nə keçsəydi. Çöldə altı ay qaldım. Tab gətirə bilmədim, təzədən oğurluq edib zona 
qayıtdım. 
- Üzdəniraq necə oldun? 
- Yerlilərim “petux” etdilər. 
- Bəs niyə yerlilərin? - Şəfi təəccübləndi. 
- Tavan məsələsiydi. Birinci srokumu burjuy kimi keçir-mişdim. İkincisinə də pis başlamamışdım, odu 
ki,  qoşuldum  qumara.  Sonra  da  yerlilərim  başıma  oyun  açdılar.  Dəyişildim  bu  zona.  Eybi  yox,  vaxt  gələr 
borclarından çıxaram. 
- Belə başa düşdüm ki, zonda yaşamaq sənin üçün çöldə yaşamaqdan rahatdır... 
-  Əlbəttə.  Çöldə  yaşamaq  azadlıq  olsa  da  çətindir,  -  Topuş  söhbətin  uzanacağını  görüb  qapı  ilə  yanaşı 
pəncərənin səkisinə söy-kəndi. 
Şəfi  istədi  yanındakı  stullardan  birinə  əyləşməyi  təklif  etsin,  lakin  Topuşun  üzdəniraq  olmasını  və 
başqalarının bunu yaxşı qiy-mətləndirməyəcəyini xatırlayıb fikrindən daşındı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
31 
 
-  Dörd  il  yatdım,  çıxdım  çölə  iş  tapa  bilmədim.  Türmədə  yatdığımı  biləndə,  heç  çətin  işlərə  də 
götürmürdülər. Yaxşı işlər üçün də, hara gedirsən get, bir ətək rüşvət istəyirdilər. Fikirləşdim zon yaxşıdır. Sağ 
olsun  hökumət,  pis-yaxşı  yeməyimizi  verir,  bu  qədər  “soldat”ı  dörd  tərəfimizə  düzüb  qoruyur,  “sançast”ımız, 
klubumuz, hamamımız. Nəyimiz çatmır, çöldə bunların hər biri problemdir. Burada çatışmayan varsa, arvaddır. 
Özümüz arvada dönəndən sonra, heç ona da ehtiyac yoxdur. 
Şəfi Topuşun son sözlərinə özünü saxlaya bilməyib qəhqəhə ilə güldü. 
- Naçalnik, vallah düz deyirəm. Siz mənim barakda düzəlt-diyim “kutok”umu görmüsüz? Allah rəisin canını 
sağ eləsin, imkan ve-rib, özümçün elə şərait yaratmışam ki, daha nəyim yoxdur. Rahatlığım, radiom, maqnitofonum. 
Bəzi azadlıqda yaşayanlardan əla yaşayıram. 
- Həqiqətən, rəis sənə çox böyük güzəştlər edir. 
- Etməlidir də, bəs necə? Elə-belə etmir ki, işinin xətrinə edir. İnan Allaha, petuxlar olmasa zon batar, 
zibil  əlindən  tərpənmək  olmaz.  Bax,  bütün  barakların,  kabinetlərin,  tikililərin,  ayaqyoluların  təmizliyi, 
meydanların,  sahələrin  süpürülməsi,  zibilin  daşınması.  Bundan  başqa,  bütün  işlərin  doxsan  faizini  biz  görürük. 
Maşını boşaltmaq, yükləmək, daşımaq, nəyisə sökmək, tikmək, kanalizasiyanı təmizləmək... Petuxların hər birinin 
xasiyyətini,  hansı  işi  bacarıb,  bacarmadığını  mən  bilirəm.  Onların  hərəsinə  uyğun  olan  işləri  bölürəm,  başlarının 
üstündə dayanıb tələb edirəm. Rəis hər ofiserə icazə vermir petuxa əl qaldırsın, amma mənə ixtiyar verib, kim 
sözü-nə  qulaq  asmasa,  çırp  mitilinə  səni  eşidənə  qədər.  Belə  olandan  son-ra,  hansının  duxu  var  mən  deyəni 
etməsin.  Çox  vaxt  olur,  rəis  tap-şıran  işi  gündüz  qurtara  bilmirik,  gecələr  də  işləyirik.  Gündüzlər  istirahət 
etdiyimə  görə,  rəis  icazə  verib,  yoxlamaya  çıxmıram.  Siz  məni  çağırtdıranda  yuxudan  təzəcə  ayılmışdım. 
Bunlar harda batıb qaldılar? - Topuş yenidən qapıdan çölə boylandı: 
- Qapının ağzında nöş durmusuz, gicgicələr? Keçin içəri. 
İki üzdəniraq - biri uzun, arıq, digəri gödək, kök, ürkək baxış-larla otağa daxil oldular. 
- Bax, görürsüz otağı, nə vəziyyətdədir. Bizim dəstə rəisimiz Şəfi müəllim bu gündən burada oturacaq. 
Biriniz  döşəməni  yuyur-sunuz,  biriniz  də  divarları,  qapı-pəncərəni,  stol-stulları  silib  təmiz-ləyirsiz.  On  beş 
dəqiqəyə otaq gül kimi tərtəmiz olmalıdır. Eşitdi-nizmi? Başlayın! Pota, sabahdan hər gün bu vaxt gəlib otağın 
səliqə-sinə  əl  gəzdirərsən,  sənə  tapşırıram,  yadından  çıxartma,  -  sonra  Şəfi-yə  müraciət  etdi,  -  Şəfi  müəllim, 
ixtiyarında  bu  qədər  petux  olan  naçalnikin  problemi  olmamalıdır.  Yenə  nə  sözünüz,  qulluğunuz  olsa,  xəbər 
eləyin, mən hazır. 
- Sağ ol, Topuş, get istirahət elə, - Şəfi Topuşu yola saldı. 
On beş dəqiqə keçmədi, otaqda təmizlik yarandı. Yolları qapının qarşısından keçən işçilər içəri boylanıb 
gülümsünür, Şəfini təbrik edirdilər: 
- Mübarəkdi, cansağlığı ilə, xeyirli olsun. 
Üzdəniraqlar sil-süpürü qurtardıqdan sonra Şəfi də Potaya hər gün gəlib otağı təmizləməyi tapşırdı. Pota 
ilk baxışda iyrənci görünsə də sözübütöv adama oxşayırdı: 
- Baş üstə, naçalnik, baş üstə. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
32 
 
Şəfi stolunun üstündəki köhnə qəzetlərdən birini Potaya uzatdı: 
- Götür, sizə verirəm. 
Onlar sevincək qəzeti alıb otaqdan çıxdılar. 
“Dünyanı verim idarə edir”, - Cəbrayılın sözlərini xatırladı. 
Srağagün onun məhkumlara köhnə qəzet payladığını görüb təəcüblənmişdi: 
- Köhnə qəzetlə savadmı artırırlar? 
Cəbrayıl gülmüşdü: 
- Canım, nə savad, maxorka bükürlər. 
- Bəs bir-bir niyə? 
- Hər şey çox olanda qiymətdən düşür. Bir qəzetlə mən həmin adama olan diqqətimi çatdırıram. 
Bu an Cəbrayıl otağa daxil oldu. 
-  Qardaş,  mübarəkdi,  bax  belə,  əla,  əla.  Stolun,  stulun,  şkafın,  çarpayın,  asılqan,  daha  nə  lazımdı, 
rəqqasələr, o da dəstəndə nə qədər istəsən. 
- Cəbrayıl, ürəyi düz adamsan. Sənin barəndə düşünürdüm, gəlib çıxdın, - Şəfi onu sevinclə qarşıladı, - 
əyləş - öz yerini ona gös-tərdi. 
Cəbrayıl razılıqla özünü kresloya bənzər stulun üstünə yıxdı: 
- De görüm, siftən olub? Heç məhkum qəbul eləmisən? 
- Yox hələ. Hələlik tanışlığa Topuşdan başlamışam. 
- Topuşdan qışda buz almaq olmur, qalmışdı indi. Burda otur-maqdan bir şey çıxmaz. Dur gedək, sənin 
baraklarını gəzək, obxod edək, camaatı tanı. 
 - Gedək, - Şəfi etiraz etmədi. 
Korpus  otaqdan  aralı  idi.  Onlar  baraka  daxil  oldular.  İçəridə  məhkumların  bir  neçəsi  səliqə  sahmanla 
məşğul idi. Küncdəki kupe-yə dörd nəfər yığışıb çay içirdi. Cəbrayıl müraciətlə: 
- Sabahınız xeyir, nətərsiz? - soruşdu. Cəbrayılın salamını eşitcək ayağa durdular: 
- Sabahınız xeyir, Cəbrayıl müəllim, sağ olun yaxşıyıq. 
- Baraka baxan burdadır? 
- Əzizi deyirsiz? İndicə harasa çıxdı. 
- Təzə işçimiz sizin dəstə rəisidi, bilirsiz də? 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə