The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə3/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   2   3   4   5   6   7   8   9   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
10 
 
Ümumiyyətlə, tapşı-racağam ki, qapıdakı əsgər bir dəqiqə gecikən adamı içəri buraxma-sın. Rasim, - yenidən 
müavinə müraciət etdi, - izahatın alarsan. 
Rəis nəzərlərini dolandırıb Şəfinin üstündə dayandırdı: 
- Onu da bildirim ki, hörmətli nazirimizin əmri ilə kollektivi-mizə bu gündən gənc zabit göndərilib - Şəfi 
Osmanlı. 
Şəfi adını eşitcək ayağa durub farağat vəziyyətini aldı. Kabi-netdəki bütün gözlər ona dikildi. 
-  Əyləş,  -  rəis  sözünə  davam  etdi,  -  dəstə  rəisi  vəzifəsində  çalışacaq.  İlk  gündən  pisikdirməyin,  nə 
çətinliyi  olsa  kömək  edin.  Zampalit,  -  deyə,  o  biri  müavininə  müraciət  etdi,  -  bu  leytenantı  sənə  tapşırıram. 
Hələlik  bir  neçə  gün  işləyib,  müəssisə  ilə  tanış  olsun.  Sonra  dəstə  verərik  işləyər.  Bu  qədər.  Hərə  öz  işinə. 
Kimisə başqası-nın otağında laqqırtı vuran görməyim. Görsəm özündən küssün, mən-dən yox. 
-  Axşam  növbəsində  olanlar,  bir  də  əməliyyatçılar,  mənim  otağıma  yığılın,  -  rəisin  əməliyyat  üzrə 
müavini mayor Rasim elan etdi. 
- Dəstə rəisləri də mənim otağıma getsinlər. Mən də indi gəli-rəm, - o biri müavin də dilləndi. 
Zabitlər bir-birinin ardınca rəisin kabinetini tərk edib dəhlizə çıxdılar. 
*** 
 
Şəfi  dəhlizdə  dayanıb  Əliməmməd  müəllimin  “zampalit”  de-diyi  müavinini  gözləyirdi.  Otaqda 
müavinlərdən savayı kimsə qalma-mışdı. 
Az keçmədi zampalit də otaqdan çıxdı. 
- Siz burada niyə dayanmısınız? - O, Şəfiyə müraciət etdi. 
- Cənab mayor, mən sizin otağınızı tanımıram. 
- Onda gəl mənimlə gedək. Əvvəlcə tanış olaq. Sizin adınız Şəfi oldu, eləmi? 
- Bəli, elədir. 
- Mənim adım Bəhramdır. Bəhram müəllim. Otağım yaşayış zonasındadır. 
“Zampalit”  zabitlərin  arasında  ən  ucaboylusu  idi.  Enli  kürəkləri,  geniş  alnı,  köklükdən  əsər-əlaməti 
olmayan əsl hərbçi bədəni var idi. Bəhram müəllim böyük addımlarla yaşayış zonasına yönəldi. Baxanda uzağı 
qırx  yaş  vermək  olardı.  Baxışlarında  ciddilik  olsa  da,  səsinin  tonundan,  danışıq  tərzindən  bir  az  mülayim 
xasiyyətli olması sezilirdi. Tərbiyə işləri üzrə müavin elə mülayim, insaflı olmalıdır, - Şəfi düşündü. 
Onlar pilləkənlə ikinci mərtəbədən həyətə enib sol tərəfə - yaşayış zonasına tərəf addımladılar. Sexlərin 
arasından  keçdikdən  sonra  daha  bir  qapıdan,  -  “vaxta”  deyilən  yerdən  keçdilər.  Yol  boyu  rastlaşan  zabit  və 
nəzarətçilər Bəhram müəllimi görcək salam verir, təzim edir, onunla yanaşı gələn Şəfiyə də göz qoyurdular. 
“Vaxta”dan  çıxıb  hər  tərəfi  müxtəlif  formalı  iki,  üç  mərtəbəli  binalarla  əhatə  olunmuş,  içərisi  qarışqa 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
11 
 
kimi  qaynaşan  məhkumla  dolu  geniş  həyətə  daxil  oldular.  Əyinlərində  qaramtıl  paltar,  başları  qırxıq,  boş-
boşuna həyətdə günün altında fırlanmaqdan yanıb qaral-mış bu əcaib məxluqlar görünüşcə qarışqaya daha çox 
oxşayırdılar. Hər tərəfdən yüzlərlə göz ona tərəf baxıb heç də xoş olmayan işıq-larla parlayırdı. Şəfiyə elə gəldi 
ki, ona yalquzaq kimi baxırlar. O, bu təsirdən daxilində nəfəsinin daraldığını hiss etdi, amma, tövrünü pozmadı, 
“zampalit”  sayaq  sifətinə  ciddi  ifadə  verdi,  gözünü  qırp-madan  onların  baxışına  əks  cavab  verərək  özünü  tox 
tutdu. 
Şəfi  Bəhram  müəllimlə  həyətin  mərkəzi  hissəsindəki  ikimər-təbəli  binanın  ikinci  mərtəbəsinə  qalxan 
dəmir pilləkənlərlə balkona çıxdılar. 
Balkonun  yuxarı başındakı  qapının ağzına ona  yaxın zabit  yığışmışdı. Onlara  yaxınlaşan kimi Bəhram 
müəllim “Bir daha saba-hınız xeyir”, - deyə salamlaşdı. 
- Hamı gəlib? – Təmkinlə yığışanlara nəzər saldı. 
- Hamı buradadır, cənab mayor, - ortaboylu kapitan cavab verdi. 
Bəhram müəllim otağı açıb öz yerində əyləşdikdən sonra bal-kondakıları da içəri dəvət etdi: 
- Gəlin, əyləşin, bir-iki məsələ var, götür-qoy edək. 
Bu otaq rəisin kabinetindən çox-çox balaca, yaraşıqsız və kasıbyana idi. Burada deyəsən hərənin öz yeri 
vardı. Hamı əyləşdi. Şəfi divar boyu düzülmüş boş stullardan birində əyləşdi. 
İçərilərindəki qısaboy, dolubədənli, yaşlı, başda oturan mayor Şəfiyə tərəf səsləndi: 
- Yaxın otur, ilk gündən özünü kollektivdən ayırma. 
Şəfi razılıqla gülümsünüb stulunu yaxına gətirdi. 
- Bir nəfər gözümə dəymir, - hamıya nəzər yetirəndən sonra Bəhram müəllim soruşdu: 
- Qulu hanı? 
- Gecə növbədə olub, - eynəkli kapitan cavab verdi. 
Rəis müavini əsəbləşdi: 
-  Neçə  dəfə  demək  olar  ki,  hamı  iclasda  iştirak  etməlidir.  Beş  dəqiqə  evə  gec  getsələr  elə  bil  körpəsi 
əmziksiz  qalacaq.  Yaxşı.  Ke-çən  dəfə  sizə  verdiyim  tapşırıqlar  nə  yerdədir?  Cəbrayıl,  sən  dəstənə  kaptorqşik 
tapa bildin? 
- Xeyr, - qırx-qırxbeş yaşlarında, saçlarına dən düşmüş kapi-tan ayağa durdu. 
- Durma, əyləş. Niyə? 
- Bəhram müəllim, işləmək istəyən çoxdu, yaxınlaşan yoxdu… 
- Axtar,  yaxınlaşanı tap. Axtaran tapar. Məsələni  uzatma. Sənədləriniz nə formadadır? Dəftərlərdə qeydlər 
aparırsız,  protokollar  yazılır?  Divar  qəzetlərini  necə,  təzələmisiniz?  Bax,  sizə  yenə  deyirəm,  baş  idarədən  gəlib 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
12 
 
yoxlayanda kimin sənədində çatışmazlıq olsa özü “cavab verəcək”, mən kiməsə görə ziyana düşən deyiləm.  Bu 
belə. Keçək başqa məsələyə. Qabaqdan yaz gəlir. İndidən barakların təmirinə hazırlaşın, məhkumlarla söhbət aparın. 
Sonra  rəis  sizi  qısnayanda  vurnuxa-vurnuxa  qalacaqsınız.  İndi  buradan  çıxan  kimi  hərə  gedir  öz  dəstəsinə. 
Baraklarda  bütün  səliqə-sahmana,  yataqların  düzlənməsinə,  çarpayıların  altına,  tumbalara,  dəhlizə,  ayaqyoluna, 
pilləkənlərə  nəzarət  edin.  Yarım  saatdan  sonra  rəislə  bütün  barakları  “obxoda”  çıxacağıq.  Bunu  ona  görə 
deyirəm ki, sonra əlli bəhanə tapmayasınız. Bayaq rəis təqdim etdi, mən də edim, bu cavan oğlan, leytenant Şəfi 
Osmanlı,  -  Şəfi  ayağa  durdu,  -  əyləş,  bu  gündən  həm-karımızdır.  Nə  çətinliyi  olsa,  kömək  etmək,  öyrətmək 
hamımızın borcudur. Cəbrayıl, təcrübəli işçi kimi Şəfini sənə həvalə edirəm. Hələlik səninlə aylansın, beş-on günə 
ona dəstə verəcəyik. 
- Baş üstə, cənab mayor! - Cəbrayıl cavab verdi. 
Bəhram müəllim bir daha Şəfiyə müraciətlə: 
-  Nə  çətinliyin  olsa,  utanmaq,  çəkinmək  lazım  deyil,  mənə  də  deyə  bilərsən.  Gedə  bilərsiz.  Gedin 
“obxoda” hazır olun. 
Zabitlər kabinetdən çıxıb həyətə düşdülər. 
- Bəlkə bir siqaret çəkək, sonra dağılışarıq, - kimsə dilləndi. 
- Sonra gec olar, - digəri etiraz etdi, - “obxod”u yola verək, siqareti həmişə çəkmək olar. 
Hərə bir səmtə ayrıldı. 
- Sən əvvəllər zonda işləmisən? - Cəbrayıl soruşdu. 
- Xeyr. Nəzəri məlumatım var, amma əyani tanışlığım yox-dur, - Şəfi cavab verdi. 
- Eybi yox, elə bu gün səni ən vacib məsələrlə yaxından tanış edərəm, gedək. 
Həyətin  yuxarı  başında  üçmərtəbəli,  təzə  ağardılmış  yataq-xananın  iki  giriş  qapısı  var  idi.  Onlar  sol 
girişdən pilləkənlərlə ikinci mərtəbəyə qalxdılar. 
İkinci  mərtəbənin  qapısı  ilə  üzbəüz,  üstündə  “Dəstə  rəisi”  yazılmış  otağın  qabağında  dayandılar. 
Cəbrayıl qapını aça-aça, üzünü dəhlizə tərəf tutub qışqırdı: 
- Əhməd, Əhməd, - dəhlizdən keçən məhkumu səslədi, - Səftər, Əhmədə deynən tez bura gəlsin. 
Qapını  açıb  otağa  daxil  oldular.  Bir-birinin  qənşərinə  qoyul-muş  iki  stol,  üç  stul  və  adi  yatacağı  olan 
çarpayıdan savayı otaqda heç nə gözə çarpmırdı. 
- Hə, qardaş, əyləş ürəyin istəyən yerdə. Özünü sıxma, öz otağında olan kimi hiss et. Xoşuna gəlsə, bir 
az xərci var, - gülüm-sədi, - bağışlayaram sənə, bütün mərtəbəsi ilə. Onsuz da canımı boğazıma yığıb, bezmişəm 
daha. 
Onlar əyləşdilər. 
- Neçə ildir işləyirsən? - Şəfi soruşdu. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə