The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə4/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   2   3   4   5   6   7   8   9   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
13 
 
- On iki. Siqaret çəkirsən? 
- Xeyir, çəkmirəm. 
-  Düz  edirsən,  -  siqaretini  alışdırdı,  -  mən  də  sən  yaşda  olanda  çəkmirdim.  Sonra  adamı  gic  eləyən 
vəziyyətlərə dözümlü olmaq üçün dözə bilmədim, çəkdim. 
Qapı döyüldü. 
- Gəl. 
Orta yaşlı bir kişi qapını açdı. 
- Sabahın xeyir, rəis. Necəsiz? 
- Sağ ol, Əhməd. 
- Mən lazımam? 
- Əhməd, hamıya xəbər eylə, səliqə sahmana fikir versinlər, rəis “obxoda” çıxacaq. İndi özüm də gəlirəm. 
Çayın varsa, bizə bir stə-kan çay ver. 
- Termosu göndərərəm. Başqa qulluğunuz? 
- Sağ ol. Sən canın “üzdəniraqları” gözdən qoyma, üstlərində ol, tualetədək hər yeri parıldatsınlar. 
- Yaxşı, rəis, - Əhməd qapını örtüb getdi. 
- Üzdəniraqlar rejimi pozanlardır? - Şəfi maraqlandı. 
-  Xeyr,  cəmiyyətin  pozulmuş  adamlarıdı.  Onlar  daxili,  mənəvi,  əxlaqi  deformasiyaya  uğradıqlarından, 
cismani deformasiya-ya da məruz qalıblar. Yəni “mavi”lərdir və ya belə də demək olar, rəis demişkən “müəssisənin 
qızları”. Yaxşı yadıma düşdü, deyim, sonra gec olar. Tanımadığın məhkumla əl verib görüşmə. Bu işçilər arasında 
yaramazlar var, səni məsxərəyə qoymaq üçün bir üzdənirağı gön-dərərlər, gəlib sənlə əl verib görüşər. Nəbadə 
belə şeyə yol verə-sən. Sonra, bu zonda işləyə bilməyəcəksən. Yadda saxla, üzdəniraqla əl ilə görüşmək olmaz. 
Qapı  sakitcə  aralandı.  Arıq,  uzun,  üzündən  uşaqlıq  cizgiləri  getməyən  məhkum  bir  əlində  termos, 
digərində iki stəkan-nəlbəki içəri daxil oldu. Çay süzdü, sonra: 
- Cəbrayıl müəllim, başqa qulluğunuz olsa çağırın, - deyib otaqdan çıxdı. 
- Bəs bu kimdir? - Şəfi soruşdu. 
- Bu “şusturyakdı”. Bayaqkı məhkumun - Əhmədin şusturya-kıdır. Sən otur, çayını iç, mən bir fırlanım, 
“obxod” edim, bunlara çox arxayın olmaq olmaz, gedim özüm yoxlayım. 
Cəbrayıl  dəhlizə  çıxdı.  Şəfi  təklikdə  otağa  daha  diqqətlə  nəzər  yetirdi.  Stolun  küncündə  xeyli  kitab-
dəftər üst-üstə qalaqlanmışdı. Divar qəzeti ötən bayramdan qalan idi. Çarpayının üstünə sərilmiş adyalın rəngi 
bozarmışdı. Otaq adama cansıxıcı gəlirdi. İstər-istəməz azad dünyadan kənar olduğun duyulurdu. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
14 
 
Şəfi darıxan kimi oldu, ayağa durub pəncərənin önünə gəldi. Xeyli uzaqdan yanbayan düzülən doqquz 
mərtəbəli evlər görünürdü. Bir qədər aralıda isə meşənin kənarındakı şossedə sürətlə maşınlar şütüyürdü. Elə bil 
yaşadığın dünyaya kənardan, başqa dünyadan baxır-dın. 
Pəncərənin  altından,  binadan  iyirmi  metr  aralı  nəzarət  iz  zolağı  keçirdi.  Əvvəlcə  cırğa  boyu  adam 
hündürlüyündə  tikanlı  məftil  uzanırdı.  Məftildən  sonra  üç  metrdən  çox  enlikdə  toz  kimi  narın  şumlanmış  torpaq 
sahəsi gəlirdi. Sahənin ətrafı boyu dörd metrədık hündürlükdə, üstü tikanlı məftillərlə örtülü, qalın daşdan hörülmüş 
divar müəssisəni azadlıqdan ayırırdı. Bu divardan beş-on metr aralı daha hündür taxta hasar qurulmuşdu. Hasarların 
arası ilə çiyinləri avtomatlı əsgərlər gəzişirdi. Əslində bu hasarlar azad dünya ilə məhbəs həyatının arasında sərhəd 
idi, dövlət sərhəddindən də ayıq-sayıq qorunan sərhəd. 
Dəhlizdən Cəbrayılın acıqlı səsi gəlirdi: “Adama nə qədər deyərlər, nə qədər başa salmaq olar, gərək bir 
biz alıb bir-bir bizləyə-sən ki, hərəkətə gələlər. Tualetə heç kimi qoyma, getsinlər həyətə, cəld olun, gəlib məni 
danlasalar, sonra mən bilirəm sizinlə necə rəf-tar edəcəyəm.” 
Cəbrayıl qanıqara otağa qayıdanda Şəfi soruşdu: 
- Nə olub, nədən əsəbiləşmisən? 
-  Qardaş,  bizim  günümüz  belədi.  Səhərdən  başlayır  haray-qışqırıq,  qanqaraçılıq,  axşamadək.  Bunlarla 
başqa  cür  mümkün  deyil.  Biri  anlayır,  üçü  özünü  qoyur  anlamazlığa,  gərək  gedib  eşşəyi  biz-ləyən  kimi 
bizləyəsən ki, bulaşdırıb üstündə oturmasınlar. Yoxsa rəis gəlib səni danlayacaq ki, niyə səliqə-sahman yoxdur. 
Nə qədər qış-qırmaq, əsəbiləşmək olar, inan Allaha, axır vaxtlar ürəyimdə san-cılar olduğunu hiss edirəm. Belə 
getsə pensiya-filan gözləməyə-cəyəm, atıb işi gedəcəyəm. Bir parça çörəyi harda olsa Allahım yeti-rəcək, guya 
ki, burada qazancım başdan aşır. Əksinə, ömrüm puç olub gedir yaramazlar arasında. 
-  Cəbrayıl,  -  Şəfi  onun  sözünü  kəsdi,  -  düzünü  desəm  mən  bura  qazanc  dalınca  gəlməmişəm,  belə 
məsləhət  bildilər  ki,  bu  sahədə  gözübağlı  qalmamaq  üçün,  gərək  müəyyən  müddət  kalonda  çalışasan.  Amma 
bayırda, adamlarda belə təəssürat var ki, burda işlə-yənlər pul içində üzürlər. 
- Ölmüşdü Əliməmməd, qoysun özündən savayı kimsə qa-zansın. Bax mənim dəstəmdə kaptorqşik deyilən 
yer var. Məhkumların əşyaları, evdən göndərilən ərzaq burada saxlanılır. Əvvəl ora baxan evə buraxılıb, neçə vaxtdır 
yer boşdur. Müvəqqəti Əhmədə tapşırmışam, o baxır. Özün gördün, hər iclasda Bəhram müəllim məndən soruşur ki, 
adam  tapmısan?  Rəis  də  deyir  işləmirsiz.  Adamı  haradan  tapım?  Elə  qiymətə  yaxın  duran  tapa  bilirlər  tapsınlar, 
onsuz da ordan mənə çatacaq bir şey yoxdur. Nə deyim özün işlədikcə hər şeyi öyrənəcəksən, görə-cəksən. 
Otağa iki leytenant daxil oldu: 
- Rəis, necədi işlər? 
- Sağ olun, - Cəbrayıl eyni ahənglə cavab verdi, sonra Şəfiyə, - tanış ol, bu yoldaşlar bizim mərtəbənin 
operləridir, yəni əməliyyat işinə nəzarət edirlər. 
Ucaboy leytenant - Fazil, ondan az gödək isə - Gəray, - deyə-rək özlərini təqdim etdilər. 
- Əyləşin, çay için, - Cəbrayıl sözünə davam etdi. 
- Yox, içmirik. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
15 
 
- Salamatlıqdımı? Sözünüz, qulluğunuz var? Lazımdırsa bara-kı aylanaq? 
- Aylanmışıq, - Fazil cavab verdi, - yaxşıdır, səliqə-sahman qaydasındadır. Axşam baş verən “çepe” ilə 
bağlı Ağarəhimi axtar-dım, harasa çıxıb, onu mənim yanıma göndərərsən. 
- Oldu. Obxoddan sonra göndərərəm. Arxayın ol. 
Əməliyyatçılar  gəldikləri  qaydada  bir  an  içində  otaqdan  çıx-dılar.  Cəbrayıl  səsini  kimsə  eşitdəcəkmiş 
kimi, az qala pıçıltı ilə Şəfiyə dedi: 
-  Bunlardan  özünü  qoru,  ehtiyatlı  ol  ha...  Mən  baxıram,  sən  yaxşı  oğlansan,  xətrini  istəyib  deyirəm. 
Birdən gedib özlərinə deyər-sən. 
- Nə danışırsan, Cəbrayıl, sən məni nə hesab edirsən? - Şəfi incidi. 
- Sənə qəribə gəlməsin. Burda adətdir, çoxu görüşəndə ağız-ağıza öpüşür, arxada isə bir-birlərinin ağzını 
söyürlər.  Ən  qorxuluları  isə  operlərdir.  Hamısını  demirəm,  aralarında  yaxşıları  olsa  da,  işləri-nin  xətrinə  hər 
yola əl atanlar da var. Məhkumdan sözləri qurtaranda, başlayırlar zabitlərdən çuğulluq etməyə. 
Əhməd qapıda görsəndi: 
- Rəis, Əliməmməd müəllim aşağı mərtəbələrdədir, indi bura qalxacaqlar. 
- Belə et, sən olan-qalanı çıxart həyətə, barakda heç kim qalmasın, biz də gəlirik. 
Cəbrayıl yerində otura bilmədi: 
- Şəfi, furajkanı götür, çıxaq Əliməmmədin qabağına, xoşuna gəlir onu qarşılayanda. 
Onlar dəhlizə çıxıb baraklara  yollandılar. Barak səliqəsiz əsgər kazarmasına oxşayırdı. Böyük zalın sağ  və 
sol  tərəflərində  iki  cərgə  iki-mərtəbəli  çarpayılar  düzülmüşdü.  Çarpayıların  baş  tərəfində,  aralarda  tumbalar  və 
müxtəlif  cür  düzəldilmiş  alçaq  stollar  gözə  dəyirdi.  Barakda  bir  neçə  məhkum  vurnuxurdu.  Cəbrayıl  onları  görüb 
açıqlandı: 
- Ay balam, neçə kərəm deyərlər, yerini qaydaya salmısan, çıx get də həyətə, nə qurtdalanırsan, özünçün 
“priklyuçeniye”  axta-rırsan,  gəlib  bir  “zameçaniye”  tapıb  bassınlar  karsa  səni.  Yeri  get,  obxod  qurtarandan 
sonra gəlib işini görərsən. 
Barakdan qayıdıb pilləkənlərə tərəfə gəldilər ki, rəisin gəlib-gəlmədiyini öyrənsinlər. Elə bu an rəis, iki 
müavini,  əməliyyat  rejim  şöbəsinin  iki  əməkdaşı,  rəisin  növbə  köməkçisi,  həkim  və  daha  bir  neçə  nəzarətçi 
mərtəbənin girəcəyinə varid oldular. Cəbrayıl və Şəfi farağat vəziyyətini alıb, hərbi təzim etdilər. 
- Cəbrayıl, - rəisin gur səsi dəhlizə yayıldı, - ə, bu camaat sən-dən şikayət edir ki, qışqırığından barakda 
otura bilmirik. Qışqırmaq-la iş düzəlsəydi nə dərdimiz. Bir aydır zampalitlə baş sındırırsız, bir kaptorqşik tapa 
bilmirsiz. Belə qalsa özüm məşğul olacağam. Sonra orda-burda ağzıvızı Allah yolunda qoyub deyib gəzirsiz ki, 
Əliməm-məd adam dolandırmır. 
Rəisin  əhval-ruhiyyəsi  yaxşı  idi,  o  danışdıqca  ətrafındakılar,  xoşbəxtcəsinə  gülümsəyirdilər.  Onun 
sözləri canlarına yağ kimi yayı-lırdı. Rəis barakın yarısından geriyə döndü. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə