The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə5/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   2   3   4   5   6   7   8   9   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
16 
 
- Təzə  leytenanta nə  lazımdı  başa sal, kömək  eylə.  Bax, pəncərənin üstündə tavanda hörümçək torunu 
görürsən?  Təmizləmə-yiblər,  fikir  ver!  Hər  yerə,  hər  şeyə  gərək  fikir  verəsən.  Yaxşı,  həkim,  qeydlərini  götür 
gedək. 
Gələnləri yola saldıqdan sonra Cəbrayıl otağında canı yükdən azad olub dincəlirmiş kimi çarpayıya 
uzandı: 
- Hə qardaş, bu günlük bunları belə yola verdik, sonrasına da Allah kömək olsun, baş-beynimizə yazığı 
gəlsin… 
 
*** 
 
Cəbrayılın  otağının  qapısı  karvansara  qapısına  dönmüşdü.  Tez-tez  məhkumlar,  bəzən  də  işçilər  otağa 
get-gəl  edir,  Cəbrayıla  səhərdən  qabağına  qoyduğu  yazını  tamamlamağa  imkan  vermirdilər.  Bir  çox 
məhkumlar  qapıdan  içəri  boylanıb  Şəfini  görcək  söz  demə-dən  kənarlaşırdılar.  Cəbrayıl  da  Şəfidən 
çəkindiklərinə görə bəziləri-nin ardınca dəhlizə çıxır, bəzilərinə içə heç əhəmiyyət belə vermirdi. Bütün bunları 
seyr edən Şəfi narahatlıqla Cəbrayıla dedi: 
- Müvəqqəti də olsa, görürəm sənin işinə mane oluram. Lazım gələndə mənə işarə et, çölə çıxım. 
- Heç bir maneçiliyin  yoxdu.  Əksinə tək olanda baş-beynimi  lap çox aparırlar. O ki, qaldı mənə lazım 
olanları,  onları  əldən  burax-mıram,  qardaşın  elə  oğlan  deyil.  Gəlib  baxıb  gedənlərin  bəziləri  isə  bizə  nəzarət 
edənlərdir. 
- Başa düşmədim, - Şəfi təəccübləndi, - məhkum bizə nəzarət edə bilər? 
- Bəli. Onlar təkcə öz məhkum  yoldaşlarından deyil, bizim bütün işlərimizdən, otaqda yatmağımızdan, 
ən adi görünən xırda məsələlərədək rəisə və əməliyyat şöbəsinə çatdırırlar. Bir şeyi daim yadından çıxartma ki, 
az qala bütün iş günü “efirdəsən”, sənə hər tərəf-dən göz qoyurlar və Əliməmməd kabinetində oturub “ekranda” 
sənə baxır. O “stukaç”ların demək olar ki, çoxusunu tanıyıram. İşləyə-işləyə sən də tanıyacaqsan. 
- Mən belə baxıram, burada işləmək təhlükəsizlik xidmətində işləməkdən çətindir. 
- Bəs nə bilmişdin? 
Cəbrayıl qəhqəhə ilə güldü: 
-  Gör  sənə  necə  böyük  etimad  göstərib  belə  şərəfli  yerə  işləməyə  göndəriblər,  -  sağ  əlini  Şəfinin 
kürəyinə vurdu. – Yeri gəlmişkən, xərci bir otaqlı mənzilin qiymətinə yaxın olan işinin qədrini bil... 
Şəfi onun nəyə eyham vurduğunu başa düşdü: 
             -Bilmirəm inanacaqsan, yoxsa inanmayacaqsan, mənim bu işə düzəlməyib üçün xərcim olmayıb. 
            - Onda belə çıxır ki, güclü “dayın” var. Düzdümü? – Şəfi susdu. – Burada hamının “dayısı” var. Fərqi 
yalnız böyük və ya balaca olmalarındadır...  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
17 
 
 
                                    *** 
 
Cəbrayıl əlinin yazısını saxlayıb təşvişlə Şəfidən soruşdu: 
- Saat neçədir? 
- Bir tamam. 
- Dur, dur, tez elə, tez elə, gecikdik, - hövlank yerindən durub, furajkasını aradı. 
- Hara? 
- Obedə, nahara gecikdik, yeməkxanaya getmək lazımdı. Get-məyəndə, ya da gecikəndə rəisə çatdırırlar. 
O da iclasda adamın başını xarab edir. 
Onlar  tələm-tələsik  əvvəl  otaqdan,  sonra  binadan  həyətin  o  biri  başındakı  yeməkxanaya  tərəf 
addımladılar. 
Yeməkxananın qapısı təzəcə açılmışdı. İçəri doluşmuş məh-kumlar geniş bir pəncərənin qarşısında sıra 
ilə  növbəyə  düzülmüşdü-lər.  Rəisin  növbətçi  köməkçisi  və  bir  neçə  əməliyyatçı  xörək  və  çörək  paylayanlara 
nəzarət edir, göstərişlər verirdilər. Qapının yaxın-lığında dəstə rəisləri  yığışıb nəyi isə müzakirə edir, o baş bu 
başa var-gəl edirdilər. Dəstə rəislərindən ikisi yox idi, haradasa ləngiyir-dilər. Həmişə onlara söz atıb məzələnən 
rejim Nurəddin adətinə xilaf çıxmadı: 
- Bir vəzifədən ki, səkkiz dənə ola, o vəzifənin adını çəkməyə dəyməz, işləmək bir yana qalsın… 
Dəstə rəislərindən yaşlısı onu cavabsız buraxmadı: 
- Ə, sən, get kəkil ölçməyinlə məşğul ol. 
Zalda üç cərgə dar uzun stullar və stol boyunca sağ və solda oturacaqlar düzülmüşdü. Bir stolun ətrafına 
on nəfər yerləşirdi. 
Balandanın ağır iyi yeməkxanaya dolmuşdu. Alüminiumdan düzəlmiş ağ boşqab-miskiləri, tomatlı suda 
üzən  bir  neçə  kartof  və  kələm  parçasından  ibarət  xörəklə  doldurub,  oturacaqlarda  əyləşən  məhkumlar 
tələsmədən  nahar  edirdilər.  Düzünə  qalsaydı  belə  xörəklə  doymaq  mümkün  deyildi.  Odur  ki,  onlardan  beş-on 
nəfəri çəkinmə-dən ikinci və hətta üçüncü dəfə növbəyə durub balanda alırdılar. 
Az keçməmiş rəisin müavinləri də yeməkxanaya gəldilər. Onların gəldiyini görən çöldə dayanan zabitlər 
də içəri daxil olub zal boyunca nizamla düzüldülər. 
Balandanın iyindən içəridə çox dayana bilməyən müavinlər yeməkxananın hər tərəfinə göz gəzdirib çölə 
çıxdılar. 
Cəbrayıl qapının qarşısında əlində balanda ilə dolu miski tutan məhkumun qarşısını kəsmişdi: 
- Qaytar, qaytar geriyə. Baraka yemək aparmaq olmaz, rəis tapşırıb. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
18 
 
- Cəbrayıl müəllim, kəndçimçin aparıram, xəstədir, gələ bilmir. 
- Xəstədir,  getsin sançasta. Ya da  get  növbətçidən icazə  al, sonra apar. Sən bilirsən ki,  yeməkxanadan 
yemək daşımağa ancaq üzdəniraqlara icazə verilib. Sən, üzdəniraq deyilsən? 
-  Cəbrayıl  müəllim,  bu  nə  sözdür,  -  məhkum  incidi,  -  nə  olar  qoymayın,  Allah  canınıza  dəyməsin,  - 
miskini stollardan birinin üstü-nə qoyub, burnunda mızıldanıb çölə çıxdı. 
Cəbrayıl zala daxil olandan hər şeyə nəzər yetirən Şəfiyə məsləhət verdi: 
- Bax, belələrini görəndə, sən də qarşısını al. Səni daha da tez tanıyarlar. 
- Bəlkə, doğrudan xəstə olanı var? 
- Xəstələri biz tanıyırıq, kim xəstədir. Bu xörək daşıyanların çoxu şusturyaklık edir. Başdanxarabın birisi 
oturur barakda, belələri-ni göndərir ki, get mənimçün balanda gətir. 
- Yeməyə hamı gəlmir? 
- Xeyir. Əvvəllər on faizi gələrdi, indi çöldə yaşayış çətin-ləşdiyi üçün yarıya qədəri gəlir. 
Bayaqdan  bütün  zal  boyu  var-gəl  edən  dəstə  rəisi  mayor  Nuru  müəllim  onların  bərabərinə  çatanda 
Şəfiyə dedi: 
-  Məsəl  var,  atı  atın  yanına  bağlarsan  həmrəng  olmasa  da,  həmxasiyyət  olar.  İndi  nəbadə  bunun 
xasiyyətlərini öyrənəsən, - Cəb-rayılı göstərirdi, - işini öyrən, amma xasiyyətini yox. 
- Xasiyyətim nə qədər təhlükəli olsa da, ayağı sürüşkənlikdə sizə çatmaram. 
- Gördün? - Nuru Şəfiyə sual etdi, - bu hələ mədəni forması-dır. 
- “Körpə” hardadır, gözə görünmür, - Cəbrayıl maraqlandı. 
- Sən bilərsən. Gül kimi uşağı korladın, vələdüzna etdin. İndi nə bilim, kim qucağına alıb? 
-  Indi  şəbədə  edirsən, vaxt  gələcək rəis  olacaq,  yalmanacaq-san. Niyə  də  olmasın? Yuxarıda adamı  da 
var, yetərincə pulu da var, nə olsun ki, özəl universitet bitirib... 
- “Körpə” kimdi? - Şəfi soruşdu. 
-  “Körpə”  səhər  iclasda  gördüyün  uzun,  arıq  leytenant  var  idi  ha,  -  Cəbrayıl  eyni  zamanda  onun  yerişini 
yamsıladı, - Rahib, hə onun aya-masıdı. Bir ildir işləyir. Təzə gələndə ona da mən hamilik etdim, fırıl-dağın biridir, 
“körpə”  olmasına  baxmayaraq.  Hə,  qardaş  burda  hamının  ayaması  var.  Darıxma,  bir-iki  günə  sənə  də  ayama 
tapacaqlar, - ətrafdakı rəislərə işarə edib sadaladı, - alkaş, qaqaş, bozdar, masya, zır-zır. Nuru da ki, xəbərin olsun, 
obşakdır. Bizim obşakımız. Amma, ağlına başqa qafiyəli söz gəlməsin ha... 
Nuru tez cibindən iri bir təsbeh çıxarıb onun kürəyinə zərblə çırpdı: 
- Ay səni, “çort”... 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə