The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
70 
 
eynən rəhmətlik babamdır. Başını əlləri arasına alır, üz-gözünü turşudur və qəfil 
ayağa qalxıb çığırır. «Mən bu işi belə qoymaram!» - deyir. 
- Hansı işi? 
- Qarabağı azad eləmək haqqında düşünür. Deyir ki, lazım gəlsə, ermənilərlə 
danışa bilər. Onların da dilini bilir. Bizdən törəyiblər axı. Əks halda, o məsələ... 
yəni işlərini bitirəcək. Yaman comərddir. 
Söhbətin bu yerində ələkçinin qılverəni kimi dedim: 
- Qurban olum təpərinə!» Qeyrətli babam...mızzz... 
İmranbəy daha da coşdu: 
- Belə olub e, bizim babalarımız! Qorxmaz, cəsur və ürəkli! Gör neçə min ildən 
sonra da dəyanətlərini itirməyiblər. Namus onlar üçün namus, şərəf də şərəfdir! 
Heç nə dəyişməyib. 
- Yaxşı, bunları başa düşdüm, amma bir şey qaranlıq qaldı. «Lazım» kişi məsələsi. 
O da «lazım gəlsə» deyir? 
- Yox, onu mən özümdən artırdım. O elə demədi, dedi ki, ya onlarla danışaram, ya 
da dalaşaram! 
- Sənsə onu gizlətdin? Ora qaçmasın deyə? Qoyaydın gedəydi də. Problemlərimiz 
bir dəfəlik həll olunardı. 
- Hər şeyin zamana ehtiyacı var. Hələ ki sülh yolu tükənməyib... Onu etibarlı yerdə 
saxlamalıyıq ki, əlindən xəta çıxmasın. 
Mən İmranbəyin bu sözlərindən çox narahat oldum və yaxınlarda gördüyüm bir 
kinonu xatırladım. Kinonun qəhrəmanı zərif cinsə - öz tərəfdaşına deyir: «Desələr 
ki, etibarlı yerdəsən, deməli, səni öldürəcəklər, çalış qaçıb canını qurtarasan». Bu 
məntiqllə yanaşsaydıq, «etibarlı yerdə» gizlədilən hominidi də təhlükə gözləyirdi. 
Buna yol vermək olmazdı. Nəsə bir şey fikirləşmək, tədbir tökmək lazımıydı. Mən 
özümü o yerə qoymadım, güldüm və zarafata saldım: 
- Bəlkə o, özgə planetdən gəlmədir, aranı qarışıq görüb göyə çıxıb? 
- Bu cür ciddi məsələləri zarafata salma, - İmranbəy incik halda dedi və bir daha 
təkrar elədi, - zarafata salma, bildin, yoxsa, onu görməyəcəksən! 
- Anladım, - dedim, - amma mən onu görmək istəyirəm. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
71 
 
- Görəcəksən, əhvalat hələ bitməyib. 
 
- Qulaqlarım səndədir, - dedim və kətildə oturdum.  
İmranbəy də yerini rahatladı və böyük həvəslə söhbətini davam etdirdi: 
- Qorçatanla Azın sığındığı kaha meşənin ətrafındakı qayalıqdaydı. Əroğlu canına 
hələ su keçməyən çır-çırpı yığdı, qoynunda gizlətdi və kahaya çatan kimi ocaq 
çatdı. O, iki samballı quru odun seçdi, ağacları uzun muddət bir-birinə sürtməyə və 
üfürməyə başladı, nəhayət ağac od aldı. Odu Ər tayfasının başbilənləri çoxdan 
tapmışdılar. Göy tanrı onlara öncə odu göndərmiş, sonra onu qorumağın yollarını 
öyrətmişdi. Od tayfası ocağı min illər boyu qorumuşdu. Əvvəllər odu sönməyə 
qoymamaq üçün ocağın ətrafında növbə çəkirdilər, bir yerə köç eləyəndə kösövləri 
ağzı bağlı palçıq təknələrə qoyub aparırdılar. Təknənin böyründən deşiklər 
açırdılar ki, içəri hava girsin, kösövü sönməyə qoymasın, amma odu heç kimə 
vermirdilər.  
Ər tayfası axşamlar ocağın başına yığışar və çoxbilənlər odun tarixcəsini 
danışardılar. Qorçatan pələng balası boyda olanda bu barədə eşitmişdi... 
Az bir kənarda dayanıb Qorçatanın ocağı necə alışdırmasına baxırdı. O, indiyə 
kimi odu yaxından görməmişdi, ona görə də oddan qorxub kahanın küncünə 
sığındı. Qorçatan Azın qorxduğunu anladı və əlinin işarəsilə başa saldı ki, ocaq 
qızınmaq üçündür. O, Azı şəhadət barmağı ilə çağırdı ki, yaxına gəlsin və odda 
əlini qızdırsın... 
Qız çəkinə-çəkinə yaxına gəldi, Qorçatanın gözlərinə zəndlə baxdı, bilmək 
istəyirdi ki, yad adamın ürəyindən özgə fikir keçmir ki? Torpaq tayfasının 
ağsaçlıları özgələrin adamları odda bişirib yediklərini görmüşdülər, hətta özləri də 
dadmışdılar. Amma Qorçatanın pis niyyəti yoxuydu. O, qıza baxıb gülümsünürdlü. 
Az çəkinə-çəkinə Qorçatanın yanına gəldi, bir az aralıda çömbəldi, aralıdan-aralıya 
əllərini oda tutdu, bədəninə xoş, ilıq isti keçdi və yavaş-yavaş irəli gəldi. O, sanki 
buxarlanırdı və buxarlandıqca torpaq iyi ətrafa yayılırdı. Bu, xoş bir qoxuydu və 
Əroğlunun burnuna dolurdu. Qorçatan Azın Torpaq tayfasından olduğunu bildi, 
müqəddəs sümüyü oğurlayanların izinə düşdüyünü anladı və ürəyi sevindiyindən 
atlandı. O, atasını sevindirəcəyindən məmnun idi, üzü gülürdü. 
Qorçatan Torpaq tayfası barədə çox eşitmişdi. Onlar mağara və kahalarda yaşayır, 
çox yeyir, çox yatır, amma qənimət dalınca səfərə çıxanda günlərlə, aylarla oyaq 
qalır, ac-susuz yaşamağı bacarırdılar.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
72 
 
Qorçatan Aza diqqətlə baxdı, onda cəzbedici nəsə vardı. O, qızıın islanıb üzünə 
düşmüş saçlarını uzun və qaba barmaqları ilə geri daradı, üzünü sığalladı və 
sifətinə yapışmış yağış damcılarını sildi. Qız öncə diksindi, üzünü yana çəkdi, 
sonra Qorçatanın barmaqlarından axan isti onun könlünə yayıldı, qanına hopdu. 
Bu, Azın xoşuna gəldi və başını Qorçatanın çiyninə qoydu. Qızı yuxu basırdı. 
Əroğlu bunu hiss elədi, çiynindəki vaşaq dərisini yerə saldı, əvvəlcə özü oturdu, 
sonra Azın əlindən tutub, yanına çəkdi, üstünü bəbir dərisilə örtdü. Az başını 
Qorçatanın sinəsinə qoyub huşa getdi, sonra mürgülədi. 
Aradan bir xeyli keçdi. Hardasa ayı donquldandı. O, sanki yaxınlıqdaydı və kahaya 
doğru gəlirdi. Qorçatan Azın başını ehmalca yerə qoydu, qulaqlarını əvvəlcə 
kahanın divarlarına, sonra yerə dirədi. Ayının uzaqda olduğunu duyandan sonra 
sakitləşdi. Yorğunluq və aclıq Qorçatanı da əldən salmışdı. O, Azın böyrünə 
uzandı, bir azdan yuxuya getdi və ayılanda Azı yanında görmədi. Əroğlu qəfil 
yerindən sıçradı, ətrafa göz gəzdirdi. Yad tayfanın «öncə»sinin yoxa çıxması yaxşı 
əlamət deyildi. Qorçatan yarax-yasağını düzəltdi və çölə çıxmaq istəyəndə Az içəri 
girdi. Qız əlində bir cüt qırqovul tutmuşdu. Görünür, onları daşla vurub 
öldürmüşdü. Qorçatan da ovu bu cür ovlayırdı.  
Az quşları yoldu, birini Qorçatana uzatdı, o birisini isə dişlərinə çəkdi, çiy-çiy 
yeməyə başladı. O, ağzıqanlı vəhşilərə oxşayırdı. Ər tayfası bu cür adamları «yəc-
məc» adlandırırdı. Qorçatan Aza baxıb bir xeyli güləndən sonra onu dayandırdı, 
başa saldı ki, əti bu cür yemək olmaz. Qız əvvəlcə onu yaxına buraxmaq istəmədi, 
elə başa düşdü ki, Qorçatan onun ovunu almaq istəyir. Əroğlu öz payını çubuğa 
keçirib, közün üstünə qoydu. Dadlı yemək ətri ətrafa yayıldı. Ət bişəndən sonra bir 
tikə qopardı və çubuğu Aza uzatdı. Qız əvvəlcə tərəddüd elədi, amma yad adamın 
tikələri ləzzətlə yediyini görüb ətə girişdi və dadından xoşlandı. 
Yeyib doyandan sonra Azla Qorçatan çölə çıxdılır və qayalardan süzülən yağış 
suyundan içdilər. Bundan sonra Qorçatan əlini sinəsinə qoyub baş əydi. Bu o 
demək idi ki, «mən səndən xoşlanır və səninlə dost olmaq istəyirəm». 
Az onu başa düşdü, çünki Qorçatanın dili meşələrin, dağların, quşların diliydi, 
insanlar hamısı eyni dildə danışırdılar, təbiətlə bu ikiayaqlı varlıqlar bir-birinə 
qaynayıb-qarışmışdılar, amma son zamanlar bir-birilərindən uzaq düşdüklərinə 
görə düşmənçilikləri də başlamışdı, dillərini az qala yadırğamışdılar. 
Azın Qorçatandan xoşu gəlmişdi. O da öz növbəsində Qorçatana təzim elədi və 
Əroğlunun əlindən tutub, tayfasının içinə apardı.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə