The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

47 


 

- Özü yıxılan ağlamaz. Qulaq asmadın mənə, öz bildiyini etdin. İndi cəzanı çək. Daha heç yerdə, heç 

kimə demə ki, məni ögey anam bədbəxt etdi. Özün günahkarsan. Qaldı Nailə, özü bilər, səninlə necə istər, elə 

rəftar edər. Daha mənlik deyil. 

O, üzünü çevirib, arxaya baxmadan qapını çırpıb, otaqdan çıxdı... 

  

*** 



  

                                                       II     

  

Vanna otağından çıxan İnci çarpayısının yuxarı tərəfindəki iri bədənnüma güzgünün qarşısında dayanıb, 



bir xeyli özünə tamaşa etdi. Hələ təravətli qalmışdı. Nə yaşı var idi ki!.. İyirmi üçü təzə adlamışdı. Saçları 

çoxalana oxşayırdı. bərbərə getməyin zamanı yaxınlaşırdı. Axır vaxtlar, saçının bəzi yerlərində tək-tük də olsa, 

ağ saçlar müşahidə etmişdi. İlk dəfə görəndə qəlbini ağrıtsa da, təbiətin bu xəbərdarlığı ilə barışmaqdan savayı 

çarəsi yox idi. Saçla dərd qurtarsaydı, nə vardı? Utancaq qara gözləri indi, son üç il ərzində dünyanın abırsız 

sifətlərini görüb-götürmüş, sirli mənalarla dolu baxışlara çevrilmişdi. Az qala hər gün içdiyi spirtli içkilərin, 

yoxsa təzə-təzə öyrəşdiyi marixuananın təsirindən idimi, gözləri şişkinləşmiş, alt hissələrində isə üstünü krem-

pudra ilə ört-basdır etdiyi göyümtül ləkələr əmələ gəlmişdi. 

- Eh, İnci, - gözlərini ondan çəkməyən surəti ilə danışdı, - bu minvalla tezliklə səndə nə incilikdən, nə də 

ki, incəlikdən heç bir əlamət qalmayacaq.Saf, məsum qızın fahişə qadına çevrilməsinin aqibəti necə olmalıydı 

ki?.. 


Ah çəkdi, yeniyetməlik çağını xatırladı.  İçkiyə, siqaretə alışdıqca, il-ildən gözəlliyi də ondan yavaş-

yavaş üz döndərirdi. Belə getsə əyləncə xatirinə öyrəşdiyi bu pis vərdişlər əvvəl gözəlliyini, sonra ağlını, olan-

qalan vicdanını korlayıb, həyatını cəhənnəm əzabına döndərəcəkdi. Necə var atmalı, qarşısını almalı, heç 

olmasa miqdarını azaltmalı idi. 

Atmaq asan idimi? Elə azaltmaq da çətin idi. Siqareti azaldanda içki çoxalırdı. İçkidən usananda isə 

siqaret dadına çatırdı. 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

48 


 

İçində günü-gündən payını - "doza"sını artıran, acgözləşən, azğınlaşan "əjdaha"nın yarandığını duyurdu. 

Onun həddini keçən tələbatını azaldanda narazılığını bildirirmiş kimi, bədənində kəskin ağrılar baş qaldırırdı. 

Əvvəllər qəlbinin boşluğunu dolduran, kədərini , qəmini dağıdan bu «qonaq» illər keçdikcə ərköyünləşir, icazə 

istəmədən canına, ağlına sahiblik edirdi. 

Son günlər hərəkətlərində qəribəliklər görən Nail də ona içməyi, çəkməyi azaltmaq barəsində 

xəbərdarlıq etmişdi. Sözünə baxmasa, bardan qovacağı ilə hədələmişdi. Elə bu bəlaya düçar olmasına Nail 

günahkar deyildimi? 

Uğursuz "yoxlamadan" sonra bir müddət öz mehmanxanasında məşuqəsi kimi saxlayan Nail, ilk gündən 

qüssədən ürəyi partlayan İncini içkiyə, siqaretə qonaq etmiş və öyrəşdikcə səxavətini əsirgəməmişdi.  

Keçmiş məşuqələrini çölə atmayan, sahibkarlıq etdiyi işlərdə hərəni bir işlə təmin edən Nail yenisini 

tapanda İncinin də dənizkənarı barda işləməyini məqsədə uyğun hesab etdi. Burada qızları işəmuzd qaydasında 

haqqını ödəməklə yanaşı sağlamlığını da diqqət mərkəzində saxlayırdı. Beləki, onlar zöhrəvi xəstəliklərə, 

hamiləliyə qarşı istifadə edilən bütün qoruyucu vasitələr və dərmanlarla təmin edilirdi. Vaxtaşırı aparılan 

müayinələr zamanı xəstəlik, həmçinin hamiləlik aşkar olunanda qarşısını almaq üçün təcili lazımi tədbirlər 

görürdü.  

Əsasən, qaranlığın düşməsi ilə fəaliyyətə başlayan bar, gecədən səhər açılanadək işləyirdi. İlin soyuq 

aylarında tək-tük müştərisi olan bu barın ən gur vaxtı, çimərlik dövrü olurdu. Müştərilər milyonçu varlılar 

olmasa da, kasıb da deyildilər. Şəxsi avtomobili olan, şəhərin səs-küylü həyatından başını qaçırıb, dəniz 

sahilində özləri ilə gətirdikləri qızlarla səhərədək keflənib rəqs edən cavanların əksəriyyəti vəzifəli, varlı 

adamların uşaqları idi. Məsmənin işlədiyi yol kənarındakı kafedən fərqli olaraq, bura yalnız əylənməyə imkanı 

çatanlar gəlirdi. Daha hər yoldan ötən sürücü yox. 

Tək gələnlərə də tərəfdaş qadın tapmaq çətin deyildi. Nailin göstərişi ilə müştərilərə yüksək xidmət 

göstərməkdən ötrü, müştəri işçi qadınlardan hər hansı birinə əylənməyi təklif edərsə, o, razı salınmalıdır. Əlavə 

ehtiyac yarananda isə tanış Mama Rozaların biri ilə təcili əlaqə saxlanılır, şəhərdən xüsusi "personal" dəvət 

edilirdi. Əsas tələb və məqsəd müştəridən mümkün qədər çox pul qopartmaq, bara yenə gəlməyə həvəs 

yaratmaq idi. 

İnci, üz-gözünü səliqəyə salıb, paltarlarını geyinib evdən çıxmağa hazırlaşanda, qulağına qonşu otaqdan 

gələn kişi səsi dəydi. Məsmə kafedə daha hər gün yox, günaşırı işləyirdi. Bu gün evdə olan günü idi. Olmaya 

Məsmənin qonağı var, - fikirləşdi. İncini qəribə bir maraq bürüdü: Görəsən kimdir? 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

49 


 

Qulağını divara söykədi. Boğuq gələn danışıq səsindən qeyri heç nə eşitmədi. Səsin kimə aid olmasını 

aydınlaşdırmaq çətin idi. Bəlkə dünənki polis, sahə müvəkkili idi? 

Məsmənin "saxladığı" qızlardan birinin yaxınlarda baş vermiş qətlin törədilməsində şübhəli şəxs kimi 

həbs edilməsi yeni  təyin olunmuş sahə müvəkkilinin “nəzərindən” yayınmamışdı. Açılmış cinayət işində 

Məsmənin iştirakı olmasa da, onun bu ərazidə cəmiyyətin mənəvi aşınmasına təsir göstərən əxlaqsız qadınlar ilə 

əlaqəsi, onları idarə edərək, gəlir götürməsi, qanun keşikçisinin fikrincə cinayət məsuliyyəti yaradırdı. Məsmə 

üzərinə "top-tüfənglə" gələn müvəkkili uzun illərdən bəri təcrübədən keçirdiyi üsullarla sakitləşdirmiş, xeyli 

söhbətlərdən sonra "ortaq məxrəcə" gəlib razılaşmışdılar. Əxlaqsızlığın inkişafının günahı nə polisdə, nə də 

Məsmədədir, - sonda polis zabiti belə qənaətə gəlmişdi, - günah cəmiyyətdədir. 

Maraq İnciyə üstün gəldi. Dəhlizə çıxdı. Ayaq barmaqlarını ucunda qonşu otağın qapısına yaxınlaşdı. 

Kişi səsi ona tanış gəldi. Diqqətini topladı. Qulaqlarına inanmadı. O idi, Fateh, - düşündü. Həyacanlandı. Xeyir 

ola, onun Məsmə ilə nə işi ola bilər? Ağlına cürbəcür fikirlər gəldi. Güman ki, onu da özününküləşdirib, 

Məsmənin cavan oğlanlardan çox xoşu gəlirdi. Onları şirin dillə, pulla, müxtəlif şirnikdirici yollarla özünə cəlb 

etməkdən xüsusi zövq alırdı. Yəqin, indi də Fatehə əl atıb. İstədi qapını zərblə çırpıb otağa girsin. Bəs sonra? 

Fərz edək ki, içəridə sevişirlər. Acıqlanmağa, atılıb-düşməyə nə ixtiyarı çatırdı? Deyərlər ki, sənə nə? Fikrindən 

daşındı. Acığını tuflilərinin dabanları ilə biruzə verərək, sakitliyi pozan tappıltı ilə evdən çıxdı. Axşamın 

düşməsinə az qalırdı. Küçədən keçən taksini saxladıb, əyləşdi. Hava çiskin, göyün üzü buludlu idi. Belə havada 

həmişə İncinin ürəyi sıxılır, darıxırdı. Üstəlik Məsmənin otağından eşitdiyi səs - Fatehin səsi qanını qaraltmışdı. 

Deməli, Məsmə artıq onu caynağına keçirib. Niyə də olmasın? Boy-buxunlu, hərtərəfli qabiliyyəti olan, orta 

imkanlı bu cavan oğlan qızların yuxusunu qaçırırsa, Məsmə kimiləri nə qınayasan? 

Fatehi tanıdığı günü xatırladı. Söz vaxtına çəkər. Ötən yayın belə vaxtları idi. Havalar sərinləşməyə 

başlayırdı. Çiskinli, buludlu gün qarşıdan gələn payızdan xəbər verirdi. Barın adi günlərindən biri idi. Yayın 

əvvəlindən barda tanış olduğu Elvin həmin gün dostlarını da gətirmişdi. Elvin tələbə idi. Hüquq fakultəsində 

oxuyurdu. Atası prokurorluq, anası məhkəmə işçisi idi. Ehtiyacın nə olduğunu bilməyən Elvin başqa varlı 

uşaqlarla müqayisədə gözü tox, əliaçıq,  ürəyiyumşaq, hərəkətinin yerini bilən, centlimen idi. Sadəcə taleyin 

ona əziyyətsiz bəxş etdiyi saysız-hesabsız nemətlərdən o da başqaları kimi yetərincə dadmaq istəyirdi. 

O gün axşamadək əvvəlcə restoranda yeyib içdilər. Restorandan sonra əylənməni davam etdirmək 

istəyən üç oğlan-üç qız bara yol aldılar. İncinin və digər gözə gəlimli işçilərin işi bara gələn müştərini cəlb 

etmək, ələ almaq, şirnikləndirmək və nəhayət, Nailin təbirincə nümunəvi qulluğun əsas prinsipi hesab edilən hər 

hansı bir formada onun cinsi tələbatını ödəmək idi. Hər dəfə Elvin kimi köhnə tanışlardan olanda o, rəhbərlik 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə