The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   15   16   17   18   19   20   21   22   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

56 


 

Zemadan fərqli olaraq,Lida ilk sevgisinin bəlasını çəkirdi. Orta məktəbi bitirib ata-anasının razılığı 

olmadan sevişməyə başladığı oğlana qoşulub qaçmışdı. Bir il keçmişdi sevgisi vaxtsız açan çiçək təki erkən 

soldu. Ayrılmağa məcbur olan Lida yeni doğulan uşaqla kimsəsiz qalmışdı. Vaxtında ata-anasının məsləhətini 

qulaqardına vurmağına peşman olsa da, sonrakı üzürxahlığının xeyri olmadı. Acığa düşən valideynləri ona 

yaxın durmayıb, "get, cəzanı çək" dedilər. Əyalətdəki tanışları, doğmaları arasında çətin dolanışığı ilə özünü 

sındırmaq istəməyən Lida istədiyi qaydada yaşamaq üçün uşağını götürüb böyük şəhərə, paytaxta gəldi. Gözəl 

və cavan olmasına güvənib, xoşbəxtlik axtarışına başladı. Kirayə ev tapdı, qızına dayə tutdu. O, qızına qulluq 

etsəydi, bəs kim pul qazanacaqdı? Az maaşa işləməyə dəyməzdi. Yüksək maaşlı işi isə haradan tapacaqdı. Ona 

görə də pul qazanmaq üçün hər yola düşməyə hazır idi. Onsuz da həyatı pozulmuşdu. Bundan sonra gündə biri 

ilə yatağa girməsinə kimsə eyib etsə də onun üçün əhəmiyyəti yox idi. İnsanla qaynaşan bu nəhəng şəhərdə 

minlərlə onun kimi yaşayanlar vardı... 

Gülyaya isə pul dolanışıqdan çox, kef çəkməyə lazım idi. Atası böyük vəzifədə işləyirdi. Evlərində nə 

zamansa maddi sıxıntı, ehtiyac görməmişdi. Onu sıxan ailədəki ürək ağrıdan laqeydlik, özbaşınalıq idi. Məsul 

vəzifədə çalışdığı üçün atasının üzünü gecədən-gecəyə, bəzən isə günlərlə görmürdü. Daim əsəbi, fikirli 

görüntüsü olan bu adam evə pul gətirməklə vəzifəsini bitmiş hesab edirdi. Arvadına və qızına hər hansı başqa 

diqqət və münasibətə nə həvəsi, nə də vaxtı yox idi. Uşaqlıqda anlamasa da böyüdükcə valideynləri arasındakı 

soyuqluğu, sevginin olmamasını yəqin etdi. O, deyəsən dünyaya cavanlıq səhvinin nəticəsi kimi gəlmişdi. Sonra 

da ata-anası uşağa görə ayrılmayıb, nə vaxtsa sevəcəklərinə ümid bəsləyərək dözmüşdülər. Amma ürək əşya 

deyil ki, sınığını yapışdırasan. Atasının kənarda arvad saxlamasını anası da bilirdi. Üzdə özünü laqeyd göstərən 

anasının da son vaxtlar gizlində kiminləsə görüşdüyündən əmin olmuşdu. Hərə özü üçün yaşadığından sanki 

Gülya unudulmuşdu. Ondan yalnız yaxşı oxumağı tələb edən atası bütün maddi xərcləri ödəməklə, diqqət və 

təhlükəsizliyini yaxın qohumu olan sürücüsü Vaqifə tapşırmışdı. Maddi tələbatdan əlavə, gənc yeniyetmə qızın 

mənəvi ehtiyacı yaddan çıxmışdı. Valideynlərin başları özlərinə qarışdığından qapalı həyat sürən qıza mənəvi 

dayaq olmaq vəzifəsini sürücü öz üzərinə götürmüşdü. Düşüncələrini, qəlbindəki fikirlərini Vaqiflə bölüşən 

qızda, özündən on yaş böyük olan kişiyə qarşı xüsusi isti münasibət, xoş duyğular yaranmışdı. İlk əvvəl 

dostluğa bənzəyən bu münasibət günlər ötdükcə sevgiyə çevrildi... 

Gülya, yaşca xeyli böyük ailəli kişini sevməyin heç də düz iş olmadığını başa düşürdü. Ancaq Vaqifə elə 

öyrəşmişdi ki, onsuz nə edəcəyini düşünmək ağır idi. O, hər səhər tezdən gəlir, onu məktəbə tələsdirirdi. Bəzən 

yatıb qalanda otağına daxil olub mehriban-casına yuxudan oyadırdı. Təbəssümlə maşına əyləşdirib məktəbə 

aparırdı. Məşğələ qurtaranda qapının ağzında hazır dayanardı. Evdən kənara hara çıxsaydı, arxasınca gələrdi. 

Axı, atası ona qızın üstə göz olmağı bərk-bərk tapşırmışdı. Gülyanı heyran edən o idi ki, nə vaxtsa Vaqifin 

incidiyini, yorulduğunu görməmişdi. Daim üzü gülər, diqqətli və qayğıkeş idi. Ata-anası onunla Vaqif qədər 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

57 


 

maraqlanmırdılar. Onların yaratdığı boşluğu yalnız Vaqif doldururdu. Qəlbən çəkdiyi əzabları Vaqif kimi 

duyan, anlayan da yox idi. Ailədəki könülbulandırıcı şərait Gülyanı yaşıdlarından da kənarlaşdırırdı. İstəmirdi 

ailədəki ab-havadan dostları da xəbər tutsun. Hər hansı oğlan dostu Vaqifi əvəz edə bilməyəcəkdi. Çünki, 

əsasən, "macəra" axtaran bu oğlanların Vaqifdən fərqli olaraq həyat təcrübəsi, dünyagörüşü çox az idi. Ona görə 

də günlərin birində öz ürəyinin istəyi ilə elə avtomobildəcə Vaqifin qucağına atıldı. Təzə-təzə tərəddüd keçirən 

sürücünü az keçməmiş özünə ram etdi. Gah avtomobilin arxa oturacağında, gah da öz otağında öpüşməkdən 

yorulmurdu...  

Nəyə görə sevmək, evdən kənardan arvad saxlamaq atasına, başqa kişiylə görüşmək anasına olardı, 

amma onların etibar etdikləri insanla sevişmək Gülyaya olmazdı. Qalan vaxtı xatırlanmayan qaydalar, əxlaq 

normaları söhbət ondan gedəndə yada düşürdü. Bu o zaman baş verdi ki, anası Gülyanın sevgisindən xəbər 

tutdu. Düzgün yolda olmadığını xəbərdar edən anası, o gündən nəzarəti artırdı. Bir müddət keçəndən sonra 

qızının onun tələbinə əhəmiyyət verməməsini görəndə təcili atasını məlumatlandırdı. Aldığı xəbərdən 

qəzəblənən atası səhərisi günü Vaqifi işdən azad etdi və qızı ilə bir daha rastlaşmamağı tapşırdı. Əks halda, 

görüşməyə davam edərsə, bütün yollara əl atıb onu həbs etdirəcəyi ilə hədələmişdi. 

O gündən canının qorxusundan Vaqif gözə dəymədi. Gülya hikkəsindən aləmi bir-birinə qatdı. Ata-

anasına qarşı ürəyində olanları üzlərinə vurub, gizli heç nə qoymadı. Özünü azad elan edib, yenə qarşısını 

kəsərlərsə bu dəfə onları camaat içində biabır edəcəkləri ilə xəbərdar etdi. Sevdiyim adamla imkan vermədiniz, 

indi kiminlə oldu gəzəcəyəm,- deyə Gülya ürəyindəki dərd-qəmini alkoqol və narkotiklə soyudan yaşıdlarına 

qoşulub yolunu barlara saldı. Ona görə də usanmadan hər gün öz aləmində uğursuz sevgisinin acığını çıxırdı. O, 

nə elədiyini bilsə də çox vaxt özü-özünü dərk etməkdə çətinlik çəkirdi: yataqdakı yaxınlıq anlarında bayılaraq 

aldığı həzz, nədənsə bəzən də amansız əzaba çevrilirdi və “bəxti qara” yataq tərəfdaşına bu heyvani işin tez 

qurtarmasını yalvarırdı... 

İncinin halı evdən çıxandan bəri qaydasında deyildi. Özünü çox pis hiss  edirdi. Əhvalının korlanması 

görünür görkəminə də təsir etmişdi. Qızlar hərə özünə təzə "kavaler" tapsa da, ona yanaşan olmamışdı. 

Arzulamırdı da köhnə tanışlardan kimsə ilə qarşılaşsın. Bu gecə fərdi xidmət deyil, ümumi xidmətə qoşulub

dincəlmək istəyirdi. Yorulmuşdu. Bu, həyat idimi yaşayırdı? Hər gecə tanımadan, sevmədən bir kişinin 

qucağında olmaq, müxtəlif adamların təmasını hiss etmək, şəhvani duyğularla heyvani instinkti yerinə yetirmək, 

kənardan kef kimi görünsə də, əslində məşəqqət idi. Sevmək, xoşbəxtliyindən həzz almaq üçün Allahın 

yaratdığı bu vasitəni, neməti - alçaltmaq, ucuzlaşdırıb alver etmək günah idi. Cəzasından heç yana qaça 

bilməyəcəyin günah... 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə