The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   15   16   17   18   19   20   21   22   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

61 


 

- Bəs Nail... 

Əflan sözünü tamamlamağa qoymadı: 

- Mən yoluna qoyaram. Sən get... - Əflanın səsinin tonundan təhlükənin olmadığını yəqin edən İnci 

ürəkləndi, üzünü onu yola salanlara tərəf tutub vidalaşdı: 

- Sağ olun. Polisə etibar yoxdur. Birdən getdim, qayıtmadım. Salamat qalın. 

- Özündən asılıdır. Baxır özünü necə aparacaqsan. - Əflanla sağollaşan kapitan onunla avtomobilə sarı 

getdi. İnci maşının arxa qapısını açıb əyləşəndə dönüb bir də hamıya əl etdi. 

Maşın "Restoran-bardan" uzaqlaşıb yola çıxandan sonra sükutu polis zabiti pozdu: 

- Görürəm yoldaşların səni yaman çox istəyirlər. Adam qalmadı səni yola salmasın. 

- Yazıqları gəlirdi. Ona görə arxamca çıxmışdılar. Polis maşınına yox, başqa maşına minsəydim, 

paxıllıqdan biri də mənə tərəf üz çevirməzdi, - İnci gözlərini yaxınlıqdakı dənizin üfüqlə birləşməsində əmələ 

gələn gözəllikdən çəkmədən cavab verdi. İki nəhrin xətt boyunca qovuşması  ona hər zaman dünyanın əbədiliyi, 

sonsuzluğu qədər mənalı, düşündürücü görünürdü. Dəniz yol kənarında əkilmiş ağacların arxasında gözdən 

itəndə polisin bir az əvvəl dediyi sözü xatırlayıb dilləndi: 

- Hə, "naçannik" dediniz maşında deyəcəyəm. İndi deyin görüm nə məsələdi, məni hara aparırsınız? 

- Qulaq as, mən "naçannik" yox,  cinayət axtarış bölməsinin rəisi Səmədliyəm. Sənin arxanca gəlməkdə 

məqsədim bu gün səhər aşkar olmuş qətl hadisəsinin araşdırılmasına səni də cəlb etməkdir... 

İnci Səmədlinin sözünü yarımçıq kəsib bozardı: 

- Necə, qətl, harda olub? Olmaya mənəm qatil? 

- Xanım, özünü ələ al. Mən demədim ki, sən qatilsən. İstəyim odur ki, qatilin tapılmasında mənə kömək 

edəsən. 


- Yaxşı, mən qatil deyiləm, onda bəs öldürülən kimdir? Mən onu tanıyıram? 

- Darıxmayın, deyəcəyəm. Əvvəlcə de görüm, ötən gecə sən harda olmusan? 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

62 


 

- Barda. 

- Bəs srağagün? 

- Mən üç günə yaxındır ki, bardayam. 

- Demək, evdən üç gündür ki, çıxmısan? Niyə üç gün? Eviniz yoxdu məgər, yoxsa qazanc səni sövq edir 

bütün gününü barda keçirəsən. Bildiyimə görə sən əsasən gecələr barda olursan. 

- Olmağına elədir. Üç gün qalmağıma səbəb xəstələnməyim oldu. Elə bərk soyuqlamışdım ki, 

qızdırmadan göz aça bilmirdim. Özümə gələ bilmədiyim üçün qoymadılar evə getməyə. Bu gün bir az özümə 

gəlmişəm.. Evə getməyə hazırlaşmışdım, siz gəlib çıxdınız. Əgər mənə inanmırsınızsa, sözlərimin doğruluğunu 

barda olanların hamısından soruşuüb öyrənə bilərsiniz. 

- Və bu üç gün ərzində bir dəfə də olsun evinizlə, ananla maraqlanmaq yadına düşmədi? 

- Anam çoxdan rəhmətə gedib. Analığım Məsməni deyirsən? Olmaya başına iş gəlib? O, kimisə 

həyatından bekzikdirə bilər, amma adam öldürmək əlindən gəlməz. İnanmıram! 

- Düz deyirsən, haqlısan, - Səmədli bir gözü onda, digəri  şəhərə yaxınlaşdıqca maşınların sayı artan 

yolda İncinin  fikrini təsdiqləyib sözünə davam etdi:  

          - Əlindən gəlsəydi, qatilinə onu öldürməyə imkan verməzdi... 

- Məsməni öldürüblər? Kim, harda, necə? - İnci cərəyan vurubmuş tək yerindəcə qurudu: “Axı niyə belə 

oldu? Gərək belə olmayaydı...” 

- Bax, elə mən də sənin arxanca ona görə gəlmişəm ki, qatili köməkli tapaq. Görək onu evində 

gicgahından vurub o dünyalıq edən kim ola bilər? 

İncinin göz yaşı da qurumuşdu. Ağlamaq könlündən keçsə də alınmırdı. Keçirdiyi təzadlı hisslərin 

bədəninə gətirdiyi  üşütmədən sifətinə soyuq tər gəlmişdi. Kədərlənsin, ya sevinsinmi? Məsmədən canı azad 

oldu!..Bundan sonra gələcəyi necə olacaq? Təkbaşına keçinə biləcəkmi? Düşündüklərini Səmədlidən gizlətmək 

üçün başını aşağı dikdi. Əlləri ilə üzünü örtdü. 

Kapitan aramla sözünə davam etdi: 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

63 


 

- Səni anlayıram. Axır qəmin olsun. Belə başa düşdüm ki,  ögey də olsa münasibətiniz çox da pis 

olmayıb. Amma neyləməli. Olan olub. Çətin də olsa suallarıma cavab verməlisən. Axırıncı dəfə analığını nə 

vaxt, harda görmüsən? 

İnci əllərini üzündən çəkmədən gözlərini ovxaladı, bir neçə dəfə burnunu çəkdi. Şeytanın ağlını aldığı o 

günü xatırlamaq ağır idi. Ürəyi sıxılırdı. O günkü əhvalını yadına salanda əsəbləri yenidən gərilməyə başlayırdı. 

Hər şey - onun özündən çıxması, dəliliyinin tutması, barda sərxoş olanadək içməsi, ağlını itirib sonra başına nə 

gəldiyini unutması bircə səsdən başlamışdı. Qonşu otaqdan gələn, onu qısqanclıqdan hövsələdən çıxaran sevdiyi 

şəxsin səsindən... Səmədli cavab gözləyirdi: 

- Analığınla son görüşünü xatırla! 

- Bara gəldiyim gün, axşam üstü evdən çıxdım. Həmin gün o işə getməmişdi. Evdən çıxanda qonşu 

otaqda idi. Sağollaşmadan sakitcə çıxdım evdən, taksiyə oturub bara gəldim, vəssalam. 

- Niyə sağollaşmadın? Yoxsa aranızda narazılıq vardı? 

- Yox, yox, - İnci tələsik etiraz etdi- heç bir narazılıq yox idi. Ancaq burası da var ki, analıq ananın 

yerini verməyəcəkdi ki. Yeri gələndə məni saymırdı, acılayırdı. Sağollaşmadım ona görə ki, mən evdə ola-ola 

öz otağında kişi qəbul etmişdi. 

- Demək o günü sən evdən çıxanda Məsmənin otağında kişi olub. Kim idi? 

İnci qəlbində özünə acıqlandı. Məsmə ilə vidalaşmamasına başqa səbəb tapa bilməzdi? Lazım idi olduğu 

kimi danışmaq? Bilsələr ki, yanında Fateh olub, yazıqdan əl çəkməyəcəkdilər. Artıq söz ağzından çıxmışdı: 

- Bilmədim kim idi. 

- Bəs, necə bildin ki, qonağı var? 

- Dəhlizdə otaqdan gələn səsi eşitdim. 

- Maraqlanmadın kimdir? 

- Nə danışırsınız, ayıb deyilmi, maraqlanım ki, analığımın könlünü alan kişi kimdir? Biz bu məsələdə 

bir-birimizin işinə qarışmırdıq. 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə