The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə21/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   15   16   17   18   19   20   21   22   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

64 


 

- Yəni onlar “məşğul” idilər? 

- Tutaq ki, məşğul deyildilər, məşğul olmağa hazırlaşırdılar. Sizin üçün fərqi var? 

- Fərqi olmasa da araşdırmaq üçün ciddi və düşünülməli vəziyyətdir. İndi evə çatırıq. Orada istintaqa 

qaranlıq qalan müəyyən məqamların aydınlaşmasına kömək edərsən, sonra şöbəyə gedib verdiyin ifadəni 

sənədləşdirərik. 

Avtomobil işıqfora məhəl qoymadan bəzən hərəkətin əksinə küçələri ən qısa yolla keçərək məhəlləyə 

yaxınlaşdı. Binaya çatanda həyətdə daha bir neçə polis maşını dayanmışdı. Deyəsən, işlərini hələ 

tamamlamamışdılar.. 

Bu gün səhər qonşular polisə Məsməgilin qapısının iki gündür  bağlı olmasını, mənzildən çölə pis 

qoxunun yayılması xəbərini çatdırmışdılar. Məlumatı yoxlayan polis evə girmək üçün qapının qıfılını sındırmalı 

olmuşdu. Mənzildə Məsmənin neçə gündən bəri döşəmədə qalan iylənmiş meyidi tapılmışdı. Meyidin yaxınında 

laxtalanmış qan nohurlanmışdı. Ağ divar kağızına qırmızı ləkələr salmış qan izləri Məsmənin kiminləsə 

dalaşmasından, qatilin onun başını yarılanadək divara çırpmasından xəbər verirdi. Polisin təcili topladığı  

əməliyyat qrupunun ekspertlərinin qənaətinə görə qatil Məsmənin başını yaranadək əl çəkməmişdir. Huşunu 

itirən mərhum müvazminətini saxlaya bilməyib döşəməyə yıxılmış, köməksiz qaldığı üçün çoxlu qan 

itirməkdən keçinmişdir. Hadisədən bir neçə gün keçdiyinə görə baxımsızlıqdan meyit iylənmişdi. Nəfəs alıb 

mənzilə ayaq basmaq, meyidə yaxınlaşmaq asan deyildi. Cinayətin baş verməsi ilə bağlı sənədləşmə aparılarkən 

polis tərəfindən xahiş edilməsinə baxmayaraq qonşulardan hal şahidi kimi içəri daxil olub iştirak etmək istəyən 

tapılmadı. Nəinki kömək etmək, hətta Məsmə haqqında danışmaq, adını belə çəkmək istəməyən qonşular 

müxtəlif bəhanələrlə yaxalarını kənara çəkirdilər. Baş çatladan iyin azalması üçün qapı-pəncərələri taybatay 

açsalar da xeyri olmadı. Cinayətkarın izini tapmaq  məqsədilə otağı diqqətlə müayinə etmək lazım idi. İylənmiş 

meyitin ətrafında işləmək mümkün olmadığı üçün ilk növbədə sənəd və fotoşəkillər hazırlandıqdan sonra onu 

mənzildən çıxarıb ölüxanaya göndərdilər. Sahə rəisi işləyən  həmkarından müəyyən məlumatları əldə edən 

Səmədli əvvəlcə Məsmənin işlədiyi kafeyə getmiş, kafenin müdirindən, iş yoldaşlarından onu maraqlandıran 

məsələləri öyrəndikdən sonra İncinin arxasınca bara gəlmişdi. 

İnci ilə Səmədli maşından düşüb mənzilə daxil olanda əməliyyatçı ekspertlər işlərini tamamlamaq üzrə 

idilər. Meyid mənzildən aparıldıqdan sonra azalan iy otağın daş-divarına hopduğundan hələ tam çəkilib 

getməmişdi. 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

65 


 

Mənzilə daxil olan İnci ona dikilən baxışlardan özünü itirdi. O, heç vaxt evlərində bu qədər polis 

görməmişdi. Mənzilin hər tərəfi axtarışdan ələk-vələk olmuşdu. Canı qədər əziz olan doğma ocağının belə günə 

düşəcəyini nə zamansa təsəvvürünə də gətirməzdi. Gördüyü mənzərədən, döşəmədə və divarda quruyub qalmış 

qan izlərindən ürəyi sıxıldı, bənizi ağardı. Bir yandan da içini bulandıran otaqdakı kəskin qoxu nəfəsini 

çətinləşdirdi. Əlini ağzına tutub səndirlədi. Onun yıxılacağını, huşunu itirəcəyini görən Səmədli cəld qolundan 

yapışıb saxladı. Köməkləşib həmin otaqdan çıxarıb, qonşu otağa keçirdilər. Kimsə qaçıb mətbəxdən stəkanda su 

gətirdi. 

Onun əyləşib özünə gəlməsini gözləyən Səmədli su stəkanını qayğıkeşliklə qarşısındakı kətilin üstünə 

qoydu: 


- Su iç, özünə gəl. Möhkəm ol, bildiklərini bir də yaxşı-yaxşı xatırla. Onu öldürən kim ola bilər? Şübhə 

yaranası adam varmı? 

İncinin gözləri yaşarmışdı. Nəsə xatırlayası halı yox idi. Gördükləri ona xeyli ağır təsir etmişdi. Nə 

cavab verəcəyini qərarlaşdıra bilmirdi. 

- Evə gəlib-gedən tanışlar arasında analığınızla nə vaxtsa düşmənçilik münasibətində olan olub? 

- Nə bilim, istər qadın, istər kişi, o qədər tanışı vardı ki, saysız-hesabsız... 

- Bir də ətraflı xatırlayın. Onun yanında kişi olduğunu nə vaxt bildin? Bu otaqdan səslərini eşidirdinmi? 

- Mən yuxudan duranda axşama az qalmışdı. Əvvəl hamamda yuyundum. Sonra otağıma qayıdıb bara 

getməyə hazırlaşmağa başladım. Onun otağında kiminsə olub-olmamasından xəbərim yox idi. Evdən çıxmaq 

istəyəndə qulağıma gələn kişi səsindən onun tək oldmadığını bildim. Dəhlizdə ayaq saxlayıb kişinin səsinə 

diqqət etsəm də... tanımadım. Sağollaşmadan evdən çıxdım. 

Danışa-danışa  gözlərinin yaşını silən İnci dalısını xatırlamaq istəmirdi. İsti yaranın ağrısı soyuyanda 

kəskinləşən sayaq İnci də üç gün əvvəl sərxoş vəziyyətdə anlamadıqlarını ayıq başla düşünəndə dəhşətə gəlirdi. 

Lənətə gəlmiş o gün bu ailəyə elə bil İlahidən cəza göndərilmişdi. Ağlını almış qeyri-adi qüvvə onu robot kimi 

idarə edirdi. Sərxoşluq bəhanə idi. O gün başına gələnlər bəlkə də taleyin acı istehzası idi... Necə olur-olsun 

Fatehin adını çəkməyəcəkdi. Heç vaxt razı da ola bilməzdi Fatehi nədəsə təqsirləndirsinlər. Əgər 

təqsirləndirərlərsə hazır idi, onun əvəzinə hər cəzanı çəkməyə. Sonu ölümlə qurtarsa da. Onsuz da ona can 

borcu vardı. 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

66 


 

Səmədli qəmdən boğulub içini çəkən İnciyə nə fikirləşdisə, növbəti sualı vermədi: 

- Yaxşı. Hələlik bəsdir. Bir az özünə gəl. Sonra şöbəyə gedib ifadəni rəsmiləşdirərik. 

Ekspertlər belə ilkin rəyə gəldilər ki, qətl tamah məqsədiylə törədilməyib. Belə ki, evdəki qiymətli 

əşyalara toxunulmayıb. Hadisə sırf münaqişə zəminində baş verib. Başının yarılmasından savayı meyidin 

üzərində heç bir zorakılıq əlaməti aşkar olunmayıb. Ən maraqlı tapıntı isə Məsmənin əl çantası olub. Əl 

çantasında az miqdarda pul, bir dəstə açar, telefon kitabçası, cib telefonu və intim əlaqə üçün bir xeyli təzə, 

bahalı rezin qoruyucular tapılmışdı.  Xüsusilə əl telefonunun və telefon nömrələrinin çantada olması Səmədlini 

sevindirmişdi. 

- Hə, daha ümid etmək olar ki, müqəssirin yaxası əlimizdədir. 

Polis işçiləri işlərini qurtaranadək qıfılın sındırılmış hissəsini düzəldib əvvəlki vəziyyətinə 

qaytarmışdılar. Çantadakı açarlar Səmədlinin fikirlərini bir qədər də qarışdırmışdı. 

- Səhər qapını aça bilmədiyimz üçün qıfılı sındırdıq. Səndə evin açarı var? - İncidən soruşdu. 

- Bəli, hərəmizin öz açarı vardı. 

- Başqa kənar adamda var? 

- Yox, gərək ki, olmasın... 

- Ona aid açarlar burdadı, eləmi, - çantanı göstərdi, - yaxşı, bəs onda qapını kim bağlamışdı? Məsmə özü 

bağlaya bilməzdi. Əgər bağlayıbsa, onu öldürən adam evdən çıxmaq üçün pəncərəni qırmalıydı. Pəncərəni 

qırmayıb, qapıdan çıxıbsa, deməli, onun da açarı olub. Açar başqa adamda olmayıbsa, həmin vətəndaş otaqdan 

necə çıxıb? 

Qapı məsələsi İncini də heyrətləndirdi.O, nə vaxtsa Məsmə evdə ola-ola evin qapısını bağlaması yadına 

gəlmirdi. Səmədlinin sözlərində həqiqət vardı. Qapını kim bağlamışdı? Bu sualın cavabı aydınlaşmasa, 

meydana başqa gərəksiz suallar çıxacaqdı. İncini fikir apardı. Mənzili tərk edən polislərin arxasınca çıxmağa 

hazırlaşarkən qapının qarşısında Səmədlinin açar söhbəti açması onu çaşdırmışdı. Gözlərini döşəməyə zilləyib

axtarırmış kimi ürəyinə gələn fikirləri çözələyirdi. Məsmənin açarı çantasında idi. Belə çıxır ki, qatilə mən 

kömək etmişəm, məndə olan açarlardan istifadə edilib. Halbuki, son üç gündə bardan kənara çıxmayıb. Birdən 




Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə