The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   15   16   17   18   19   20   21   22   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

67 


 

qıfılın yerdəki qırılmış hissəsi gözünə dəydi. Əyilib götürdü. Düşündüyü fikrin əsaslandıracağına əmin imiş tək  

üzünü Səmədliyə çevirdi: 

- Naçannik, qapının necə bağlanmağında böyük bir sirr yoxdur. Baxın, bu sayaq qıfıllar qapını bərk 

çırpanda qapı öz-özünə bağlanır. İstəsəniz, yoxlayıb dəqiqləşdirə bilərsiniz. 

- Haradan, bu ki, qırılıb...  

             - Qıfıl satanlardan. 

 - Götürün qıfılı da, - Səmədli yanındakı sıravi polisə göstəriş verdi, - yoxlayarıq. 

İncinin o günü axşamadək polis şöbəsində keçdi. Səhəri gün başda müdir olmaqla, kafenin kollektivinin 

iştirakı ilə Məsməni şəhərdən aralı təzə açılan qəbiristanlıqda dəfn etdilər. Kimsəyə "gözün üstə qaşın var" 

deməyən Məsmənin öldürülməsi onu tanıyanların hamısını heyrətləndirmişdi. İstənilən insanın damarını tuta 

bilən onun kimi xoşxasiyyət bir adamın düşməninin olması fikrinə heç kim inana bilmirdi. 

Polis şöbəsində ifadə verərkən İncinin haldan-hala düşməsi, qəribə cavablar verməsi kapitan Səmədlidə 

ona qarşı şübhələr yaratmışdı. Ona elə gəlirdi ki, İnci sanki cinayətkarı tanıyır, lakin özünü ciddi cəhdlə 

bilməməzliyə vurur. Bir evin içində yaşayaraq, ana əvəzi olan adamın öldürülməsində  İncinin marağının 

olmasını heç cürə ağlına sığışdıra bilməyən Səmədli bəzən şübhələrinə görə özü-özünü qınayırdı. Axı onları 

ayıran, bir-birlərinə qarşı qoyan nə ola bilərdi və ya kimdir? 

Eyni zamanda onların arasında hansısa incikliyin olmasını dindirilənlərin heç biri dilinə gətirmirdi. 

Çoxusu İncini Məsmənin doğma qızı hesab edirdi. 

Məsməni tanıyan hər bir adamı maraq və səbrlə dinləyən Səmədli ilk günlər yaxın gəlməyən qonşuları 

şöbəyə dəvət edərək onların vətəndaşlıq borcuna dair söhbət aparıb ifadə verməyə vadar etmişdi. Qonşuların 

əksəri ümumi sözlərlə kifayətlənsə də, nəhayət biri hadisə aşkarlanandan iki gün əvvəl axşam tərəfi səliqəli 

geyimli bir cavan oğldanın Məsməgilə gəldiyini, hava qaralana yaxın arxayın, sakit addımlarla mənzildən 

çıxdığının şahidi olduğunu bildirdi. Bu cavan oğlan kim idi? 

Səmədli Məsmənin çantasından çıxan telefon kitabçasındakı bütün adlara, nömrələrə göz gəzdirdi. 

Burada qadınlı-kişili iki yüzə qədər insanın adı yazılmışdı. Onun axtardığının bunlardan hansı olduğunu tapmaq 

müşkül məsələ idi. Bu işdə yalnız ona Məsmənin əl telefonu ilə bağlı məhkəmənin qərarı ilə aparılan 

araşdırmanın cavabı kömək edə bilərdi. 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

68 


 

Aparılan analizlər qətlin iki gün əvvəl törədildiyini, mərhumun aldığı xəsarətin nəticəsində huşsuz 

vəziyyətdə köməksiz qalıb keçinməsini, baxımsız olması səbəbindən meydin iylənməsini təsdiqlədi. Demək, 

Məsmə qonşunun gördüyü oğlanın onun yanına gəldiyi gün öldürülmüşdü. 

Bir neçə gün sonra Məsmənin telefonuna həmin gün qadınlar tərəfindən xeyli zənglər olsa da günortaya 

yaxın olan sonuncu zəng Səmədlinin diqqətini cəlb etdi. Tez həmin nömrənin sahibinin kimliyi ilə maraqlandı. 

Məlum oldu ki, bu nömrə Fateh adlı bir oğlana məxsusdu. Fatehin qonşunun gördüyü oğlanın olduğunu yəqin 

edən Səmədli təcili onunla görüşməyə can atdı. 

Görüş zamanı Məsmənin ölümündən kədərləndiyini bildirən Fateh məmnuniyyətlə Səmədlinin bütün 

suallarını cavablandırdı. Mərhumun nə vaxt, kim tərəfindən öldürülməsindən xəbəri olmadığını deyən Fateh o 

günü axşam saat dörddən altıyadək Məsmənin qonağı olduğunu etiraf etdi. Lakin ondan sonra heç kəsin 

mərhumla zəngləşmədiyini və görüşmədiyini nəzərə alanda qətldən xəbərsiz olduğunu israr etməsi onun 

günahsızlığına əsas vermirdi. Fatehlə söhbətindən sonra dərhal prokurorla məsləhətləşən Səmədli ciddi dəlillər 

olmasa da sübutlar və ya başqa bir iştirakçı aşkar olunanadək, bu cavan oğlanı hələlik şübhəli şəxs qismində 

şöbənin təcridxanasında saxlanmasında kömək etməsini xahiş etdi. Prokuror Səmədlinin məqsədini tam dərk 

etməsə də işin ziyanına olmayacağına inanıb etiraz etmədi. Səhəri gün Fateh şöbəyə çağrılıb qətldə 

təqsirləndirildiyi üçün ona qarşı həbs qəti imkan tədbirinin seçildiyi elan edildi. 

Cinayət işinin açılması ilə bağlı mətbuata məlumat verən Səmədli, eyni zamanda bu xəbərə reaksiyasını 

öyrənmək üçün İncini şöbəyə dəvət etdi. 

Səmədli onu təbəssümlə qarşıladı: 

- Xanım, analığının “qonağını” tapmışam. 

- Kimi? - İnci narahatlıqla soruşdu. 

- Hə, sən tanımadığın kişini, kişi deyəndə elə yaşlı deyil, cavan oğlandı. Adı Fatehdi. 

- Fateh!..Gərək mən onunla görüşüb danışam, - İnci sevinməkdən çox əsəbiləşdiyini gizlətməyi 

bacarmadı. 

- Sən narahat olma. Biz artıq onu həbs etmişik. Özümüz onunla nə lazımdı danışacağıq. 

Səmədli ani düşünüb təəccüblə soruşdu: 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

69 


 

- Sən onu yaxındanmı tanıyırsan? 

Kapitan İncinin etiraz edəcəyini gözləyirdi. İlk gündən qızın Məsmənin otağında kişinin kimliyindən 

xəbəri olsa da, özünü bilməməzliyə vurması gümanı düz çıxmışdı. 

- Bəli, tanıyıram. 

Etiraf Səmədliyə ləzzət verdi: 

- Əla. Barda tanış olmusunuz, eləmi? Eşitdiyimə görə barın  daimi müştərilərindəndir? 

- Xeyr, dənizdə tanış olmuşam. Yaxşı üzmək bacarır. Ötən yay məni boğulmaqdan xilas edib. Başqa 

münasibətimiz olmayıb. Mənim onunla danışmaq istəyim də ona görədir ki, öyrənim, həqiqətənmi onun təqsiri 

var.İnanmıram onun qatil olmasına.Onu kiminləsə səhv salmısız. Görüşsəm, hər halda təzə nəsə öyrənə 

bilərəm... 

- Sən gərək ki, onun səsini tanımamışdın? 

- Əmin deyildim Fatehin olmasına, ona görə də adını çəkməmişdim. İndi nə deyir, Məsməni öldürməsini 

boynuna almır? 

- Həmin axşam evinizdə olduğunu danmır, amma, qətldən xəbəri olmadığını söyləyir. 

- Maraqlıdır. Bəs siz o axşam Fatehin Məsmənin yanında olmasını necə tapdınız?  

          - Onun mənzildə olmasına dair dəlillərimiz var idi. Şöbəyə söhbətə çağırdıq, özü qətldən savayı hər şeyi 

açıqladı. 

- Əgər bütün istintaq boyu boynuna götürməyib özünü günahsız hesab etsə nə edəcəksiniz? 

- Götürəcək, hər şeyin öz zamanı var. Zamanı gələndə günahını inkar edə bilməyəcək. Etsə belə xeyir 

yoxdur. Məsmənin sonuncu qonağı o olub. Mən vurmadım, sən vurmadın, o vurmadı, bəs ölünü kim öldürüb?  

         - Ondan mənim haqqımda da soruşmamış olmazsınız. 

- Yox, hələ lazım gəlməyib. O vaxt soruşardıq ki, səndən də nəsə şübhəmiz olardı... 

Bəlkə də polis zabiti onu danışdırmaq məqsədilə söz alırdı. İncinin gözlərində an içində kölgə kimi 

həyəcan ifadəsi görünüb yox oldu. Söhbətin yönünü dəyişdirmək üçün Səmədlinin sözünü kəsdi: 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə