The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   15   16   17   18   19   20   21   22   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

58 


 

İnci bəzən özünü qurtulması mümkün olmayan dərin, zülmət quyuda hiss edirdi. Belə olanda onu 

rahatsız edən cavabsız suallar qəlbini ağrıdırdı. Bu dərin quyudan nə vaxt çıxacaq, bu zülmətin sonu olacaqmı?.. 

Ötən yay Məsmənin yaxın rəfiqəsi Rima barları gəzib xoşuna gələn qızları seçib, xarici ölkədə işlə təmin 

edəcəyini vəd edərək qrup yığanda İncini də dəvət etmişdi. Həqiqətdə isə o, qızları turist adı ilə ölkədən 

çıxardıb, orada əlbir olduğu işbaza təhvil verirdi. Sonra həmin ərazidəki mehmanxanalara paylanılırdı. 

Alışdıqları "işlə" qərib diyarın puluna şirnikləndirilib qul kimi istifadə edilirdilər. Xaricdə qızların başına 

gətirilən oyunlardan xəbəri olan Məsmə İncinin getmək istəməsinə qəti etiraz etdi: 

- Elə bilmə ki, gedənlərin hamısı varlanıb qayıdır. Gedib həbsxanaya düşənləri, itkin düşüb tikəsi ələ 

gəlməyənləri də gözünün qabağına gətir. 

- Burda öldüm, ya da orda öldüm. Onsuz da axırı ölümdü. Getsəm, bəlkə tale üzümə gülər, özümə bir 

gün qazanaram. 

- Heç ağlına gətirmə. Çabalamaqdan bir şey çıxmaz. Bir gündə varlanmağın, bir gün də kasıblaşmağı 

var. Ən ağıllısı, az olsa da həmişə qazanmaqdır. 

Məsmənin razılığı olmadığından Rima da İncidən imtina etdi. Rima üçün onun gedib-getməməsinin 

əhəmiyyəti az idi. Bütün insanlar kimi, o da öz xeyri üçün çalışırdı. Bir də onun xaricə maneəsiz səfərlərini 

təşkil edən, əli "yuxarılara" çatan gizli bossları üçün... 

Gecənin bir aləmi bara nəzarət edən, Nailin sağ əli hesab edilən Əflan İncinin gözə dəymədiyini 

görəndə, hər tərəfə diqqətlə nəzər yetirib axtarmağa başladı. Yarımqaranlıq barın musiqinin ritminə uyğun tavan 

və divarlarında oynaşan rəngli işıqlarının altında rəqs edənlərə, künc-bucaqda əylənənlərə göz qoydu: 

- İncini görən olmayıb? Yerini bilən var? Bəlkə saunadadır? 

Sərt və tələbkar olduğu üçün qızlar öz aralarında onu Əflan əvəzinə "əfi ilan" çağırırdılar. Neçə illər idi 

barı işlədirdi, Naildən fərqli olaraq onun qızlardan hələ biri ilə də olsun “yaxınlıq” etdiyini kimsə görməmişdi. 

Bu səbəbdən açıq deyilməsə də, işçilər içərisində Əflanın “maviliyindən” şübhələnənlər də tapılırdı. 

Əflanın narahatlığı yavaş-yavaş bütün işçilərə sirayət etdi. Bütün otaqları, bara bitişik saunanı, hətta 

ayaq yolunadək axtardılar. Hamı məəttəl qalmışdı. İnci yoxa çıxmışdı. Elə bil qeyb olmuşdu. Gördüm deyən 

yox idi. Heç kimə heç nə demədən gecə vaxtı hara gedə bilərdi? Qızlar əl-ayağa düşdülər: 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

59 


 

- Evdən gələndə halı özündə deyildi. Dalaşıb gələn adama oxşayırdı. özünü qəribə aparırdı. Hər vəchlə 

dərdini gizlədirdi. 

- Mən xatırladım, - barmen xanım sevindi, - bir az əvvəl o, məndən bir şüşə viski xahiş etmişdi. 

- Sən nə etdin? Verdin içdi, eləmi? - Əflan acıqlandı. 

- Mən neynim, - barmen xanım səsini çıxarmağına peşman olub günahkarcasına mızıldandı, - İstədi 

verdim. 

- Bəlkə də sərxoş olub, hardasa ağlını itirib qalıb. Neçə dəfə Allah onu ölümdən qurtarıb, yenə ar eləmir. 

Fürsət düşən kimi içir. Belə olmaz, Nailə deyəcəm, rədd eyləsin bunu burdan. Nə qədər arxasınca düşüb 

gəzəcəyik. Ay qız, çıxın çölə də baxın. Gedib özünü dənizə atar, çox ağıllıdır, gicbəsər... 

Əflan acığından dil-dodağını çeynəyirdi. Çöldə də İncini görən olmadı. Yarım saat da keçdi. Gecə yarısı 

İncini ağaclıq ərazidə yerə sərilmiş vəziyyətdə tapdılar. Sərxoşluqdan ayaq üstə dura bilmirdi. Xəbər tutub onu 

görməyə gələn Əflan özünü saxlaya bilməyib, çığırdı: 

- Başdan xarab. Ölmək istəyirsən, get, xarabanda öl, gərək burada öləsən? 

Ətrafındakılara göstəriş verdi: 

- Sürüyün bunu içəri. 

İncini otaqların birində çarpayıya uzatdılar. Canına üşütmə düşmüşdü. Bədəni əsir, titrəmədən çənəsini 

qapaya bilmədiyi üçün dişləri şaqqıldayırdı. Çöldə müvazinətini itirib yıxıldığından nəm, soyuq torpaq onu ağır 

xəstələndirmişdi. Üşütmənin ardınca canını bürüyən qızdırma, huşunu aparmışdı. Səhərə qədər yataqda 

çabalayan İnci anlaşılmaz, qırıq-qırıq cümlələrlə sayıqlayırdı. 

İki gün xəstəliklə mübarizə aparıb üçüncü gün özünə gəldi. Evə getməmişdən əvvəl Naili görmək üçün 

ləngiməli oldu. Rəfiqələrinin dediyinə görə nahar vaxtı Nail gəlib ona son qərarını deyəcəkdi. Ya yenə 

bağışlayacaq, ya da onu bardan qovacaqdı. 

Günortaya yaxın barın qarşısında üzərində "polis" yazılmış avtomobil dayandı. Maşından düşən 

ortaboylu kapitan bara daxil olub, Naili soruşdu: 

- Nail burdadır? 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

60 


 

Həmişəki kimi, Əflan özünü irəli atdı: 

- Nə lazımdır, cənab kapitan. Qulluğunuzda hazıram. Nail hələ gəlməyib, onu mən əvəz edirəm. 

- Mən cinayət-axtarış bölməsinin əməkdaşı kapitan Səmədliyəm. Sizdə İnci adlı qız olur. Buradadır? 

- Bəli.., - Əflanın gözləri maraqla işıldadı, - necə bəyəm, nəsə qələt törədib? 

- Yox, məsələ başqa cürdür. Çağırın bura, mənimlə getməlidir. 

Əflanın qəlbindən qara qanlar axdı. İndi bu ləçərə görə onu, Naili aylarla polisə get-gələ salacaqlar. 

Kapitan onun düşündüklərini gözlərindən oxuyub narahatlığına son qoymaq üçün gəlişinin məqsədini demək 

məcburiyyətində qaldı: 

- Narahatlığa hələlik heç bir əsas yoxdur. Bu gün səhər qızın anası mənzilində öldürülmüş vəziyyətdə 

tapılıb. Qatilin kimliyini tapmaq üçün ondan ifadə almalıyam. 

Əflan, heyrətə gəldi. Məsməni öldürüblər?! Görəsən kimə gərək olub onun ölümü? Təhlükənin onlardan 

sovuşduğu üçün canına sakitlik yayılan Əflan qızları səslədi: 

- İnciyə deyin hazırlansın, getməlidir. Cəld olsun! 

İnci arxasınca polis gəldiyini eşidəndə təəccübündən gözləri böyüdü. Xeyir ola, onun üçün gəliblər? 

Xeyirləri özlərinə qalsın... İnci ürəyində deyinib işçilərin sual dolu baxışları altında Əflanla söhbət edən polis 

zabitinə yanaşdı: 

- Eşidirəm, naçannik, gəldim. Neynirsiz məni? 

Kapitan onu başdan ayağa süzüb, başı ilə çöldəki maşına tərəf işarə etdi: 

- Mənimlə getməlisiniz. 

- Nəyə görə məni tutursuz? Mən nə etmişəm ki? Günahımı deyin bilim də... 

- Səni tutmuruq, başqa məsələdir, keç əyləş maşında deyəcəyəm. 

İnci Əflana baxdı. Hamının gözlərində olan sual onda yox idi. Deyəsən, polisdən nəsə öyrənə bilmişdi. 

Xəbərdar idi. Baxışları dəyişmiş, sərt nəzərləri yumşalmışdı. 




Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə