The gabala archaeological expedition



Yüklə 14,3 Mb.
Pdf görüntüsü
səhifə54/119
tarix15.10.2018
ölçüsü14,3 Mb.
#74304
1   ...   50   51   52   53   54   55   56   57   ...   119

190

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

istiqamətdə olan boru kvadratın şimal-qərbində olan

bişmiş  kərpicdən  hörülmüş  hovuzun  kənarından

keçir  (şək.21).  Hovuzun  dibi  bişmiş  kərpicdən

döşənmişdir. İçərisində bardaq və bu kimi digər su

qablarının  fraqmentlərindən  ibarət  olan  hovuzun

şimal  kənarı  qazılmamış  hissədə  olduğundan  onun

tam ölçüsü müəyyənləşdirilməmişdir (plan 3).

8-ci  kvadratın  cənub-qərb  küncündə  də  şimal-

qərbdən cənub-şərqə istiqamətlənən digər su kəməri

də  aşkar  edildi.  Bu  kəmər  əvvəlkilərdən  0.8  m

dərində  yerləşir.  Əvvəlkilərdən  fərqli  olaraq,  bu

kəmərin üzəri və ətrafı gil məhlulu ilə örtülmüşdür.

Həmin  hissədən  bir  ədəd  mis  pul  da  aşkar  olun-

muşdur  ki,  pulun  tədqiqi  ilə  kəmərin  dövrünü  də

müəyyənləşdirməyə kömək edəcək.



ix-xii kvadratlar

9-cu kvadratda dağınıqlıq və qarışıqlıq çox oldu-

ğundan buradakı işlərin növbəti mövsümdə davam

etdirilməsi nəzərdə tutulub.

10,  11  və  12-ci  kvadratlar  təpənin  şimal

istiqamətinə doğru enişli hissədə yerləşir. Bu kvad-

ratların yalnız 4x9 m-lik hissələri qazılaraq mühüm

nəticələr  əldə  olundu.  10-cu  və  12-ci  kvadratlarda

əvvəlki  kvadratlardan  aşkarlanmış  saxsı  boruların

istiqamətləri izlənildi. Qeyd edilən sonuncu üç kvad-

ratda Son Antik dövrə aid xeyli sayda küpə, tək və

üçayaq vaza, dolça və digər qab fraqmentləri qeydə

alındı (tablo I, 5, 8).

Növbəti  qazıntı  mövsümündə  şimal-şərq

istiqamətində  və  qərb  divarına  yaxın  hissədə

tədqiqatların davam etdirilməsi nəzərdə tutulub.

2011-ci il qazıntı mövsümündə 302 (inv.№150-

452) ədəd artefakt inventarlaşdırılmış, 200 ədəd ta-

pıntı nümunə kimi götürülmüşdür.

302 ədəd inventar aşağıdakı kimi qruplaşdırılıb:



Saxsı məmulatı: 

216 ədəd 

Şüşə məmulatı: 

18 ədəd

Sümük məmulatı:  8 ədəd

Metal əşyalar: 

21 ədəd

Daş məmulatı: 

12 ədəd

Sikkələr: 

 

28 ədəd    

built  of  baked  bricks  (Fig.21). The  flooring  of  the

pool is also built of baked bricks. The pool contains

fragments of cups and pitchers. The north side of the

pool is in an unexcavated area; hence the dimensions

are not determined at this point (plan 3).

Another  pipeline  system  was  discovered  in  the

south-west  corner  of  square  VIII,  running  from

north-west to south-east. This pipeline is located 0.8

m. deeper in the ground than the others. The sides

and the top of the pipeline are covered with a clay

substance. A copper coin was discovered along with

the pipe, which hopefully will assist in determining

the age of the pipe.



squares ix-xii

As the square IX contains too much destruction and

rubble, excavation of it is deferred to next season.

The squares X, XI and XII are located towards the

north of the hill, in a downward sloping area. Only 4x9

m sections of these squares were studied and yielded

important discoveries. The pipe system discovered in

the earlier squares also continues in squares X and XII.

Numerous artifacts belonging to the Late Antique Pe-

riod, such as pitchers, single-footed and tripod vases,

clay pots, and other similar fragments were discovered

in these squares (table I, 5, 8).

Excavations  in  the  north-east  and  close  to  the

western wall are planned for the next archaeological

season.

description of the detected 

artifacts 

Three hundred and two artifacts were found and

registered  during  the  2011  archaeological  season

(inventory Nos. 150-452) . Two hundred finds were

taken as samples.

The 302 registered artifacts are classified as follows:

Clay  items:  216  units;  Glass  items:  18  units;

Bone items: 8 units; Metal objects: 21 units;

Stone items: 12 units; Coins: 28 units.

2011-ci ildə Qəbələnin Səlbir ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations 

on the Selbir site, Gabala in 2011

SEBA



191

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

aşkar olunmuş tapintilarin 

təsnifati

Maddi-mədəniyyət  nümunələri  içərisində  saxsı

məmulatı üstünlük təşkil edir. Bunlar şirsiz və şirli ol-

maqla, süfrə, məişət və təssərrüfat qablarından ibarətdir.

Şirsiz  saxsı  məmulatına  çıraqlar,  qazanlar,  küp  və

küpələr, kasalar, bardaq və süddan formalı qablar daxil-

dir. Şirli saxsı məmulatı əsasən şərti adlandırılan duzqa-

bıları,  kiçik  və  irihəcmli  kasalarla  təmsil  olunurlar.

Şirli qabların naxışlanmasında marqans, mis və dəmir

oksiddən geniş istifadə olunmuşdur (tablo VI).

Tapıntılar içərisində sümük məmulatı da diqqət çəkir

(tablo IX). Sümük məmulatı cızma və pərgar üsulu ilə

bəzədilmiş  tutacaq,  düymələr  və  üzükdən  ibarətdir.

Üzərində oyma ilə insan təsviri verilmiş üzük də var-

dır ki, hazırlanma texnikasına və formasına görə V-VI

əsrlər üçün səciyyəvidir (tablo IX, 2).

Aşkar olunmuş tapıntılar içərisində dəmir bıçaqlar

və ox ucluqları da vardır (tablo VIII). Ox ucluqları iki,

üç və dördtilli formasına görə seçilirlər.

Arxeoloji  qazıntılar  zamanı  müxtəlif  qatlardan

xeyli  sayda  mis  sikkə  aşkar  edilmişdir.  Laborator

təmizlənmədən sonra pulların bir qismi təyin olunmuş

və onlar VIII-IX əsrin əvvələrinə aid edilmişdir (tablo

XI). Pullar prof. Əli Rəcəbli tərəfindən təyin edilmişdir.



 

3-cü  qazıntı  sahəsində  ümumi  uzunluğu  50  metr

olan 4 saxsı boru xətti qeydə alındı. Bu kəmərlərdən

birində eyni forma və naxışlı tünglər, digər xətlərdə isə

6 fərqli borulardan istifadə olunmuşdur (tablo XII).

nəticə

Beləliklə, 2011-ci il tədqiqatları zamanı Səlbirin

3-cü qazıntı sahəsinin ən alt qatında I-III əsrlərə aid

seyrək  Son  Antik  dövr  təbəqəsi,  daha  sonra  V-VI

əsrlərə  aid  təbəqə  müəyyənləşdirilmişdir.  Burada

daha intensiv yaşayış və təbəqə VIII-X əsrin ikinci

yarısına aiddir. X əsrin sonları və XI əsrin əvvəllərinə

aid maddi-mədəniyyət nümunələrinə təsadüf olunsa

da bu olduqca azlıq təşkil edir.

tapintilar saxlanilir 

Tapıntılar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda

saxlanılır.

Among the material cultural samples, clay elements

are observed the most. These are glazed and unglazed

finds, equipment used in household and agricultural ac-

tivities. Simple pottery include: lamps, pots, jugs, pitch-

ers, bowls, and dishes such as milk-jugs. Glazed clay

goods  are  mostly  so-called  saltcellars,  and  large  and

small bowls. The decorations on the glazed dishes are

mostly made by using potassium permanganate, copper

and iron oxide (table VI).

Items made of bone are among the attractive discov-

eries (table IX). These include a carved-decorated hold-

er, buttons and a ring. A ring with a human face carved

on it is another discovery and it is assumed to belong to

the 5th-6th centuries judging from the method of manu-

facture (table IX, 2).

Iron knives and arrowheads are also observed among

the artifacts discovered (table VIII). The arrowheads dif-

fer according to the number of angles, with two, three

and four angles.

During  the  archaeological  excavations,  numerous

copper coins were discovered at different layers. After

the  initial  laboratory  cleaning,  a  number  of  the  coins

were studied and dated to the 8th and early 9th centu-

ries (table XI). The coins were dated by Professor Ali

Rajabli.

In excavation area III, four clay pipelines with a to-

tal length of 50 m were discovered. The pipes in one of

the pipelines were similarly decorated and have a similar

shape, while six different pipes were used in the other

pipelines (table XII).

conclusion

In conclusion, during the excavations in excavat-

ed area III of Selbir in 2011, a Late Antique Period

layer belonging to the 1st-3rd centuries and a layer

belonging to the 5th-6th centuries were discovered.

The most intensive inhabitation assumedly occurred

in the area during the VIII - second half of the 10th

century.  Though  material  cultural  items  belonging

to the end of the 10th and early 11th centuries were

found, these are rather rare.



submission of the finds 

The finds are preserved in the Gabala State Histor-

ical-Artistic Preserve.

2011-ci ildə Qəbələnin Səlbir ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations 

on the Selbir site, Gabala in 2011

SEBA



Yüklə 14,3 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə