The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə41/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   37   38   39   40   41   42   43   44   ...   102

100 
 
V.A.Muradov 
 
11.Пашаев А.Город Ордубад в XIX-начале ХХ вв.Баку, 1998 
12.Персидские документы Матенадарана (составил А.Д.Папазян), вып.I 
     (XV-XVI вв.), Ереван, 1956 
13.Рахмани А.А. Азербайджан в конце XVI и в XVIII веке. Баку, 1981 
 
FROM THE LATE MIDDLE AGES HISTORY OF ORDUBAD CITY 
 
V.A.Muradov 
Summary 
 
Although Ordubad city has ancient history, its growth began in the late medieval 
period. HatembeyOrdubadi particularly served in the development of Ordubad city. 
Sources from the late 17
th
 century characterize Ordubad as a fast growing and 
prosperous. Compared to the late 16
th
 century, the population of Ordubad city increased 
twofold and reached three thousand in the early 18
th
 century; thus, it turned into one of 
the important trade and craftsmanship centers of Nakhchivan district. The conflicts 
emerging among khanates and Russian-Iran wars during the second half of the 18
th
 
century and early 19
th
 century did not cause any damage to Ordubad city.  
 
 
ИЗ ИСТОРИИ ГОРОДА ОРДУБАД В СРЕДНИХ ВЕКАХ 
 
В.A.Мурадов 
Резюме 
 
Развитие  древнего  города  Ордубад  начинается  в  средних  веках.  В  этом 
вопросе значимая роль принадлежит Хатам бей Ордубади. Источники XVII века 
характеризуют  Ордубад  как  процветающий  и  быстро  развивающий  город.  В 
сравнении с концом XVI века, в начале XVIII века население Ордубада возросло 
вдвое  и  составило 3 тысячи  человек.  Ордубад  был  важным  центром  торговли  и 
ремесленничества  Нахчыванского  региона.  Войны,  которые  азербайджанские 
ханства  вели  между  собой,  а  также  русско-иранская  война  во  второй  половине 
XVIII – начале XIX вв. не нанесли серезный ушерб городу Ордубад.  


101 
 
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY 
 
2016 - № 45 
 
İŞGƏNCƏNİN QARŞISININ ALINMASI ÜZRƏ AVROPA  
KOMİTƏSİNİN STANDARTLARI 
 
P.Məmmədov 
Azərbaycan Milli Elmlər Akademiyası 
Bakı, H.Cavid. 115 
e-mail: parviz_mamamlov@mail.ru 
Key words: torture, inhuman or degrading treatment or punishment, European Committee for the 
Prevention of Torture, CPT standards 
Ключевые  слова:  пытки,  бесчеловечное  или  унижающее  достоинство  обращение  или 
наказание, Европейский комитет по предупреждению пыток, стандарты ЕКПП 
 
İnsanların öz iradəsi ilə  tərk edə bilmədikləri yerlərdə müntəzəm monitorinq aparmaq 
səlahiyyəti olan müstəqil mexanizmlərin təsis edilməsi işgəncənin və digər pis rəftarın qarşısının 
alınması istiqamətində ən səmərəli vasitələrdən biri kimi dəyərləndirilir. Bu cür monitorinq həm 
beynəlxalq, həm də milli səviyyədə  həyata keçirilməlidir. Hazırda mövcud olan preventiv 
xarakterli beynəlxalq mexanizmlərdən biri BMT sistemində  (İşgəncə  və digər qəddar, qeyri-
insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza  əleyhinə BMT Konvensiyasının 2006-cı ildə 
qüvvəyə minmiş Fakültativ Protokolu əsasında yaradılmış İşgəncənin qarşısının alınması üzrə Alt 
komitə – SPT), digəri isə Avropa Şurası çərçivəsində (İşgəncənin və qeyri-insani və ya ləyaqəti 
alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında 1987-cil il Avropa Konvensiyası 
əsasında təsis olunmuş  İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsi – CPT) fəaliyyət 
göstərir [1, s. 175-176]. 
CPT insan hüquqları sahəsində beynəlxalq nəzarət sistemində nadir xüsusiyyətlərə malik 
hüquq müdafiə mexanizmidir. Suveren dövlətlərin  ərazisində onların razılığı olmadan qapalı 
müəssisələrdə yoxlamalar keçirmək səlahiyyətinə malik olan bu regional qurumun təsis 
edilməsini müəyyən mənada müasir beynəlxalq hüquq qaydasında inqilabi hadisə kimi 
səciyyələndirmək olar. Komitənin yaradılmasında əsas məqsəd artıq baş vermiş işgəncə və qeyri-
insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza faktları ilə mübarizə aparmaq deyil, bu kimi 
halların qarşısını almaqdan, həmin hallara gətirib çıxara biləcək səbəb və  şəraiti 
müəyyənləşdirməkdən və dövlətlərə bu istiqamətdə tövsiyələr verməkdən ibarətdir. Komitə 
Avropa Şurasına üzv olan 47 dövlətdə hakimiyyət orqanının qərarına əsasən saxlandıqları yerləri 
öz iradəsi ilə tərk edə bilməyən insanlarla necə rəftar olunduğunu və onların saxlanma şəraitini 
qiymətləndirmək məqsədi ilə həmin yerlərə – polis məntəqələrinə, penitensiar müəssisələrə, hərbi 
hissələrdəki müvəqqəti saxlama yerlərinə, psixiatriya müəssisələrinə,  əcnəbilər üçün saxlama 
mərkəzlərinə  və başqa bu kimi müəssisələrə planlı  və plandankənar səfərlər təşkil edir. Qeyd 
etmək lazımdır ki, qapalı yerlərə müstəqil beynəlxalq qurumun baş  çəkə bilməsi faktının özü, 
şübhəsiz ki, qabaqlayıcı rol oynayır [2, s. 199-209]. 
CPT kifayət qədər geniş səlahiyyətlərə malik olan bir qurumdur. Komitə həyata keçirdiyi 
fəaliyyətə, qazandığı uğurlara və dövlətlərlə yüksək əməkdaşlıq səviyyəsinə görə bu gün dünyada 
işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması 
sahəsində ən səmərəli mexanizm sayılır. 
Azərbaycan Respublikasının Milli Məclisi CPT Konvensiyasını 2001-ci il 
dekabrın 25-də ratifikasiya etmişdir. 
 


102 
 
P.Məmmədov 
 
Qeyd edək ki, dövlətlərə ünvanlanan tövsiyələrlə yanaşı, Komitə habelə 
azadlıqdan məhrum edilmiş  şəxslərlə  rəftara dair ümumi standartlar da işləyib 
hazırlamışdır. Beləliklə, CPT monitorinq qurumu olmaqla yanaşı, həm də standartlar 
müəyyən edən orqan kimi də fəaliyytə göstərir.  
Bu məqalədə CPT-nin standartlarının təbiəti və xüsusiyyətlərinin araşdırılmasına 
cəhd edilmişdir. 
“Standart” nəzərdən keçirdiyimiz kontekstdə “norma”, “nümunə”, “arzu olunan 
keyfiyyət səviyyəsi” kimi başa düşülür. Azadlıqdan məhrum etmə ilə bağlı standartlardan 
danışarkən biz həbsdə olanların yaşayışının arzu olunan səviyyəsini, məqbul maddi 
şəraiti, həmin şəxslərə onların qanuni maraqlarına və ehtiyaclarına cavab verən qayğının 
göstərilməsini, onlar üçün yaradılmalı olan adekvat saxlanma rejimini nəzərdə tuturuq. 
Şübhəsiz ki, burada azadlıqdan məhrum etmənin təbiətinə və məqsədlərinə uyğun olan, 
həbs yerlərinin təşkili və  fəaliyyəti, eləcə  də  həmin yerlərdə  təhlükəsizliyin və qayda-
qanunun təmin edilməsi üçün zəruri hesab edilən məhdudiyyətlərin qoyulmasını nəzərdən 
qaçırmamalıyıq. 
“Standartlar” dedikdə, həm də fiziki və psixi xarakterə malik bütün mümkün sui-
istifadələrə qarşı müvafiq təminatlar, habelə azadlıqdan məhrum etmənin zərərli 
təsirlərini minimuma endirmək üçün görülməli olan bütün mümkün tədbirlər başa 
düşülür. 
Bir sıra fundamental standartlar (məsələn, işgəncənin və digər qeyri-insani və ya 
ləyaqəti alçaldan rəftarın və ya cəzanın mütləq qaydada qadağan edilməsi; məhbusların 
ləyaqətinə hörmət edilməsi; normal həyat səviyyəsi hüququ) universal və regional 
sazişlərdə, milli konstitusiyalarda və qanunlarda təsbit olunmuş  və müvafiq 
məhkəmələrin presedent hüququnda öz əksini tapmışdır. Bu standartlar həmişə və hər bir 
kəsə münasibətdə, insanların öz iradəsi ilə  tərk edə bilmədikləri bütün yerlərdə  tətbiq 
olunmalıdır [3, s. 547]. 
Məsələn, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində 
deyilir: “Heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və 
ya cəzaya məruz qalmamalıdır”. Paktın 10-cu maddəsinin 1-ci bəndində göstərilir ki, 
“azadlıqdan məhrum edilmiş bütün şəxslərlə humanistcəsinə  və insan şəxsiyyətinin 
ləyaqətinə hörmət edilməklə  rəftar olunmalıdır”.  İşgəncənin və pis rəftarın digər 
formalarının mütləq qaydada qadağan edilməsi və dövlətlərin heç bir halda bu öhdəlikdən 
geri çəkilə bilməməsi dəfələrlə BMT-nin İnsan Hüquqları Komitəsinin,  İnsan hüquqarı 
üzrə Avropa Məhkəməsinin və İnsan hüquqarı üzrə Amerika Məhkəməsinin qərarlarında 
birmənalı və qəti olaraq təsdiqlənmişdir. 
Beynəlxalq təşkilatlar çərçivəsində, müxtəlif qurumlar tərəfindən qəbul olunmuş, 
“yumşaq hüquq” adlandırılan sənədlərdə daha detallaşdırılmış standartlar əks 
etdirilmişdir. Bu standartlar həbsdə olan şəxslərlə insani rəftar olunması prinsipinə 
söykənir və  həbs yerlərinin  əməkdaşlarının göstərilən  şəxslərlə necə  rəftar etmələrini, 
həmin  şəxslərin saxlanma şəraitini və rejimini, yaxınları ilə ünsiyyətdə olmaq 
qaydalarını, hansı qaydada tibbi xidmətlə təmin olunmalarını və digər məsələləri detalları 
ilə müəyyən edir. Sözügedən sənədlər sırasında aşağıdakıları xüsusilə qeyd etmək 
lazımdır: Məhbuslarla rəftarın standart minimal qaydaları; Həbsdə olan və ya azadlıqdan 
məhrum edilmiş bütün şəxslərin müdafiəsinin prinsipləri; Məhbuslarla rəftarın əsas  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə