121
A.B.Sultanova
Stateflow mürəkkəb idarəetmə sistemlərinin layihələndirilməsi
üçün qrafik alətlər
dəstini təşkil edir və Simulink mühitinin ən əhəmiyyətli əlavələrindən biridir.
Müasir dövrdə müxtəlif instrumental proqram kompleksləri mövcuddur ki, bu
proqram kompleksləri vasirəsilə müxtəlif istehsal sahələrinin işinin imitasiya modelini
yaratmaq mümkündür.Belə proqram vasitələrindən diskret hadisələrin imitasiya modelini
yaratmağa kömək edən MATLab/Simulink/Stateflow inteqrasiyasıdır.
Neft quyularının işinin effekli idarə olunması üçün,
Sateflow
mühitində
yaratdığımız kütləvi xidmət sistemi modeli özündə multipleks kanal və 3 ədəd mini
elektron hesablayıcı maşın saxlayır. Sifarişlər 5-15 saniyə vaxt intervalı ilə
tənzimçilərdən kanalın girişinə hərəkət edirlər. Əvvəlcə onlar kanalda 7-13 saniyə ərzində
emal edilirlər. Daha sonra xidmət üçün giriş növbəsinin uzunluğu ən kiçik olan elektron
hesablama maşınına hərəkət edirlər. Elektron hesablama maşınlarının giriş yığıcıları 10
sifariş qəbul edə biləcək ölçüdədirlər. Sifarişlərə xidmət müddəti 33 saniyəyə
bərabərdir.
Araşdırmanın məqsədi mənbədən çıxaraq sistemə daxil olan 500
sifarişin emal
prosesinin modelini hazırlamaq. Sifarişlərin kanalda və elektron hesablama maşınlarında
ləngiməsinin orta müddətlərini və giriş yığıcılarının dolması ehtimalını müəyyən
etməkdir.
Məsələnin həlli:Modelin hazırlanması zamanı aşağıdakı dəyişənlərdən istifadə
edilmişdir:
• sifzaman - sifarişlərarası vaxtdır;
• ilkinzam - ilkin emal kanalında sifarişin xidməti vaxtıdır;
• zam1 - EHM 1-də sifarişin xidməti vaxtıdır;
• zam2 - EHM 2-də sifarişin xidməti vaxtıdır;
• zam3 - EHM 3-də sifarişin xidməti vaxtıdır;
• umumizam - ümumi vaxtdır ( ilkin emal kanalıyla sifarişlərin xidmətinə
sərf edilmiş);
• umzam1 - EHM_1 sifarişlərinin xidmətinə sərf edilmiş ümumi vaxtdır;
• umzam2 - EHM_2 sifarişlərinin xidmətinə sərf edilmiş ümumi vaxtdır;
• umzam3 - EHM_3 sifarişlərinin xidmətinə sərf edilmiş ümumi vaxtdır;
• sonsuz - sonsuz növbədir;
• sifsay - sifarişlərin miqdarıdır;
• Osv_kan0 - ilkin emal kanalının vəziyyətini göstərir (məşğul-1/azad-0);
•qebul - sifarişin daxil olmasını göstərir (var-1/yoxdur-0);
•paylanma - paylanmanın yadda saxlanmasına
xidmət edən dəyişəndir;
• dol_eht - giriş yığıcılarının dolmasının ehtimalıdır;
• Total_time - sistemin ümumi iş vaxtıdır;
• n1 - yığıcı 1-də sifarişlərin miqdarını göstərən dəyişən;
• n2 - yığıcı 2-də sifarişlərin miqdarını göstərən dəyişən;
• n3 - yığıcı 3-də sifarişlərin miqdarını göstərən dəyişən;
• imtina - imtinaların sayıdır;
• say_s1 - EHM 1də xidmət edilmiş sifarişlərinin miqdarıdır;
• say_s2 - EHM 2də xidmət edilmiş sifarişlərinin miqdarıdır;
• say_s3 - EHM 3də xidmət edilmiş sifarişlərinin miqdarıdır;
• leng1 - EHM 1-də sifarişlərin ləngiməsinin orta vaxtıdır;
• leng2 - EHM 2-də sifarişlərin ləngiməsinin orta vaxtıdır;
• leng3 - EHM 3-də siqnalların ləngiməsinin orta vaxtıdır;
• leng - kanalda sifarişlərin ləngiməsinin orta vaxtıdır.
Stateflow modelinə daxil olan blokların siyahısı və təsviri:
- sifarişlərin yaradılması bloku;
- sonsuz növbə bloku;