110
R.S.Səfərəliyeva
Bu mətnlərin müəlliflərinin bir çoxu tam dəqiqliyi ilə bizə məlum deyildir. R.
Rüstəmzadənin inamına görə, “dastanlardakı qoşmalarda və xüsusilə dastanların
sonunda verilmiş duvaqqapmalarda öz müəlliflərini yaratmışdır. Məsələn, açıq demək
olar ki, “Qara Tanrıverdi” dastanını əməkdar incəsənət xadimi Bozalqanlı Aşıq Hüseyn,
“Qandal Nağı” dastanını el şairi
Hüseyn Qəmli, “Hacı Tağı” dastanını isə Göyçəli
Əşrəf yaratmışdır. (bax: 3, 135). Bozalqanlı Aşıq Hüseynin “Cin Əli”, Xəyyat Mirzənin
“Qandal Nağı”, Aşıq Ələsgərin “Dəli alı” və s. müxəmməsləri gerçək qaçaqların
igidliyinə həsr olunmuşdur.
Həmin qaçaqların adları və hünərləri xalq arasında o qədər əfsanələşmişdi ki,
aşıqlar. El şairləri onların şərəfinə rəvayətlər, nəğmələr qoşurdular, el məclislərində
onları tərifləyirdilər. Tarixi- sosial mündəricəyə malik olan bu əsərlərdə “... xalqın tarixi
keçmişi əks olunurdu. Onlarda əməkçi kütlənin keçmişə münasibətindən, ayrı- ayrı
hadisələri və şəxsləri dəyərləndirmədən söz açılırdı” (4, 218).
Qaçaq dastanlarının qəhrəmanları arasında Qaçaq Nəbinin adı ilk sırada gəlir. O,
haqqında ən çox qəhrəmanlıq nəğmələri və rəvayətlər qoşulmuş atı (Boz at) və xanımı
(Həcər) vəsf edilən qaçaqdır. XX əsrin əvvəllərində “Qaçaq Nəbi” dastanı və bu
dastandan şeirlər aşıqların dillərində geniş söylənilir. XX əsrdə “Qaçaq Nəbi”
az qala
“Koroğlu”dan sonra Azərbaycan aşıq mühitində ən populyar dastanlardan biri olur.
Həm “Koroğlu”, həm də qaçaq dastanları “xalqın maddi və mənəvi varlığı ilə
səsləşdiyinə, onun azadlıq meyllərini və ictimai- siyasi təfəkkürünün düzgün əks
etdirdiyinə” görə epik yaddaşda yaşaya bilir.
Qaçaqlarla Koroğlu arasında metonimik səviyyədə mənəvi. Psixoloji, simvolik
paralellər vurğulanır. Məsələn, “Qara Söyün” dastanında pristavla Qara Söyündən
arasında dialoqa nəzər yetirək:
“- Əyə. Qara Söyün, özünü Koroğluya oxşadırsan. De görüm. Onu
tanıyırsanmı? Deyirlər, onun bu yerlərdə səngəri var.
- Nəçənnix,
mən heç yana qaçan deyiləm, heç olmasa, ya ayağımı, ya da
qollarımı açın, günün istisidi, bir nəfəs alım, üstəlik Koroğlunun səngər yerini də
göstərim” (5, 129).
İ. Abbaslı da qaçaq dastanlarını bu baxımdan “Koroğlu” silsiləsinin davamı
hesab edir: “Real tarixi hadisələrlə səsləşən dastanlar bir növ, “Koroğlu” silsiləsinin
davamı olub, qəhrəmanlıq motivi ilə zəngin əsərlərdir” (6, 13). “Həm “Tanrıverdi”, həm
də “Kamal”da açıq- aydın Koroğlu ruhu, Koroğlu nəfəsi duyulmaqla,
Koroğlu
qoşmalarının təsiri hiss edilməkdədir” (6, s. 313- 314).
R. Rüstəmzadə də “Qaçaq Nəbi” dastanının “Koroğlu”nun təsiri ilə yarandığını
qeyd edir (3, 69). “Qaçaq Kərəm”də bəzi səhnələrin “Koroğlu” ilə səsləşməsi də diqqət
çəkir.
Qaçaq Kərəm aşığa “Koroğlu”dan oxumasını xahiş etməsi də bu üzdəndir. İ.
Sadığın fikrincə, “bütün qəhrəmanlıq dastanlarında bir- birinə oxşar səhnələrə rast
gəlinməsinə təbii baxmaq lazımdır. Qəhrəmanlığı, igidliyi, mərdliyi səciyyələndirən
ayrı- ayrı keyfiyyətlər bütün qəhrəmanlıq dastanlarının ruhuna, mayasına hopduğundan
bu cür oxşar səhnələrin mövcudluğu gözlənilən haldır. Bunlarda “Koroğlu”nun
təsiri
danılmazdır” (7, 24).
P. Əfəndiyev “Qaçaq Nəbi”ni dastan kimi qəbul edir. Onun fikrincə, dastanı
inkar etmək XIX sərin əvvəllərində yaranmağa başlayan “qaçaq nəğmələr” silsiləsini
inkar etmək deməkdir(2, 129-130).
“Qaçaq Nəbinin qəhrəman obraz kimi epikləşməsində XVII əsr milli
improvizatorluq ənənələrindən istifadə olunduğu nəzərə çarpır.
111
R.S.Səfərəliyeva
Məsələn, Koroğlu qəhrəmanlığının Qırat, Çənlibel, Misri qılınc tamamladığı
kimi, Qaçaq Nəbi igidliyini də Boz at... “Aynalı tüfəng” və Zəngəzur dağları həmin epik
vüsətə qaldırır.
Dastanda Kərbəlayi Məhəmməd Nəbiyə silah və at verib deyir: “Bu elə bir
tüfəngdir ki, düşməni özünə çəkər, bundan çıxan güllə hədəfdən yan keçməyib. Bir
halda ki, Zəngəzur dağlarına çəkilirsən, bu “Aynalı” tüfəngi də sənə verirəm. Bir də, au
oğul, töylədə bir boz dayça var, hələ yüyənə düşməyib.
Unutma ki, bu adi dayça deyil.
Boz at nəslidəndir, dəryadan çıxmış madyanla çöl ayğırından törəyib. Boz at heç vaxt
səni darda qoymaz” (8, 681- 682).
Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan tarixində qaçaq hərəkatı”
məqaləsində yazır: “Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli
zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. Azər xalqı öz gördükləri
işlərlə igidlik və yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları sevmiş, tərifləmiş
və qorumuşdur. Çünki qaçaqlar Azərbaycanın zülmdən qurtarması uğrunda mübarizə
aparmışlar. XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət
qazanan qaçaqlardan
zəngəzurlu Qaçaq Nəbini əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq
anlatmaq istəyirik. Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan
Qaçaq Nəbi Gəncə vilayəti, Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı)
anadan olmuşdu. Yeddi nəfərdən ibarət ailəni atası çətinliklə dolandırırdı. Günlərin
birində 16 yaşlı Nəbinin atasını bəy döyür. Bunu görən Nəbi bəyin üzərinə atılaraq
onunla savaşır. Bəyin şikayətinə əsasən Nəbi həbs olunur. O, həbsdən qaçaraq
həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan
bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin arvadı Həcər xanımla yanaşı baldızı Mehri
xanım da bu mübarizədə yaxından iştirak edir. Nəbi həbsxanadan qaçdıqdan sonra çar
idarəsinin Azərbaycandakı əlaltıları olan mülkiyyət sahibi xan və bəylərin zülmündən
cana gələn kəndlilərdən əli silah tutan bir hissəsi onun ətrafına toplanır.
Nəbinin əsas
düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların
hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan
vilayətləri idi. Nəbinin müasirləri də Azərbaycanın başqa vilayətlərində qaçaqlıq
hərəkatını davam etdirirdilər. Istismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə
aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla
təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur,
sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün
bütün vasitələrə əl atırdı. 1894-cü il iyulun 20-də Nəbinin qardaşı Mehdi Gürcivan
kəndində çar cəsusları tərəfindən öldürülür. Bu hadisədən sonra Nəbi Gürcivan kəndinə
gələrək kazaklarla döyüşə girir, rus çar idarəsində xidmət edən ağaları öldürür və Arazı
adlayaraq İrana keçir. Arvadı Həcər xanım Çiçəkli kəndində qalır. Rus idarəsinin
cəsusları Həcərin Çiçəkli kəndində olduğunu xəbər tuturlar və Həcər bacısı Mehri ilə
birlikdə həbs olunur. Gorusdakı qalada saxlanılır. Nəbi 1895-ci il oktyabrın 28-də Gorus
qəsəbəsini öz dəstəsiylə əhatəyə alır, rus polkovnikindən Həcəri və baldızını tələb edir.
Rus polkovniki Nəbinin bu tələbini yerinə yetirməyə məcbur olur.
Nəbi günlərin birində
dəstəsilə mühasirəyə düşür. Buna baxmayaraq o, yoldaşlarını döyüşə cəsarətləndirir,
mühasirəni yararaq qurtulurlar.” Xalqın böyük sevgisi ilə Qaçaq Nəbiyə həsr etdiyi
şeirlərdən, qoşduğu dastandan xeyli nümunələr gətirən M. Ə. Rəsulzadə yazır: “Bu
dastanın əsas mövzusu rus imperializminə qarşı aparılan azadlıq mübarizəsindən
ibarətdir. Dastanda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı
ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan
Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur.