103
P.Məmmədov
prinsipləri; Yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə ədalət
mühakiməsinin həyata
keçirilməsinin standart minimal qaydaları (“Pekin qaydaları”). Sadaladığımız bu sənədlər
BMT çərçivəsində qəbul olunmuşdur.
Qeyd edək ki, bu sənədlərdən ən mühümü 1957-ci ildə qəbul edilmiş
Məhbuslarla rəftarın standart minimal qaydalarıdır. Həmin sənəd üzərində son illər
ərzində ciddi iş getmiş və nəticədə sənədin mətninə xeyli sayda dəyişiliklər daxil
edilmişdir. “Nelson Mandela qaydaları” adlandırılan bu yeniləşdirilmiş sənəd
BMT-nin
Baş Assambleyası tərəfindən 2015-ci il dekabrın 17-də yekdilliklə qəbul olunmuşdur.
Sənəddə edilmiş dəyişikliklər aşağıdakı məsələləri əhatə edir: 1) məhbusların ləyaqətinə
hörmət bəslənilməsi; 2) tibbi xidmətlər; 3) intizam tədbirləri və sanksiyaları; 4) həbs
zamanı baş verən ölüm və işgəncə hallarının araşdırılması; 5) müdafiəyə ehtiyacı olan
qrupların (məsələn, uşaqların) mühafizəsi; 6) hüquqi müdafiədən
istifadə edilməsi; 7)
şikayətlər və müstəqil yoxlamalar; 8) həbsxana əməkdaşları üçün təlimlərin keçirilməsi
[4].
Nəzərdən keçirdiyimiz sahədə ən müfəssəl standartlar məcmusu CPT tərəfindən
işlənib hazırlanmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, CPT monitorinq qurumu olmaqla
yanaşı, həm də “normayaradıcı”, standartlar müəyyənləşdirən qurum kimi tanınır.
Doğrudur, CPT-nin bu funksiyası birbaşa Konvensiyada təsbit olunmamışdır.
CPT-nin
Konvensiyası Komitənin mandatını həyata keçirərkən tətbiq etməli olduğu standartlar
müəyyən etmir. Yalnız Konvensiyanın 10-cu maddəsinin 1-ci hissəsində deyilir ki, CPT
səfər zamanı aşkara çıxardığı faktlar barədə məruzə hazırlamalıdır və bu məruzə “onun
zəruri hesab etdiyi hər hansı tövsiyələri əks etdirə bilər”. Həmin müddəada daha sonra
göstərilir ki, zəruri hesab etdiyi halda Komitə azadlıqdan məhrum olunmuş şəxslərin
müdafiəsini yaxşılaşdırmaq üçün təkliflər etmək məqsədi ilə iştirakçı dövlətlə
məsləhətləşmələr apara bilər.
Konvensiya müvafiq standartları müəyyənləşdirməyi Komitənin öhdəsinə
buraxmışdır. Monitorinq fəaliyyəti nəticəsində aşkara çıxardığı faktlara reaksiya olaraq
CPT-nin etdiyi tövsiyələr eyni hallara dəfələrlə tətbiq olunaraq bir növ standarta çevrilir.
İnsanların öz iradəsi ilə tərk edə bilmədikləri müxtəlif yerlərdə üzləşdiyi konkret
vəziyyəti qiymətləndirərkən və konkret tövsiyələr irəli sürərkən CPT müxtəlif beynəlxalq
aktlara, məsələn, İnsan hüquqları haqqında Avropa Konvensiyasına
və Strasburq
Məhkəməsinin presedent hüququna, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq
Pakta, Avropa penitensiar qaydalarına, Məhbuslarla rəftara dair BMT-nin standart
minimal qaydalarına istinad edir. Lakin normativ materialın çoxluğuna baxmayaraq, CPT
konkret situasiyaları dəyərləndirərkən çətinlik hiss etmiş və buna görə də səfərləri
barədə
məruzələr tərtib etdikcə öz standartlarını və dəyərləndirmə meyarlarını işləyib
hazırlamışdır – bunları müəyyən mənada “presedent hüququ” adlandırmaq olar [5,
s. 158-
179].
CPT-nin standartları ən müxtəlif aspektləri əhatə edir: həbs yerlərində maddi
şərait (kameranın ölçüləri; işıqlandırma; ventilyasiya; gigiyena; sanitar qurğuları;
məhbusların qidalanması; bir yerdən başqa yerə aparılması və s.); tibbi xidmətlər (tibbi
işçilərin sayı; onların ixtisas dərəcəsi; xəstələrin müalicəsi və s.); sosial şərait (iş;
istirahət;
xarici aləmlə əlaqələr; məhbuslara baş çəkilməsi; nəzarətçi heyətin sayı;
məhbuslarla nəzarətçilərin qarşılıqlı münasibətləri və s.); prosessual təminatlar (tutulma
104
P.Məmmədov
və ya həbsə alma zamanı təminatlar; dindirmə prosedurları; həkimin yanına
buraxılma; intizam prosedurları; şikayət və yoxlama prosedurları və s.); nəzarətçilərin
rəftarı və təlim keçməsi (yolverilməz rəftarın qadağan olunması; gücün proporsional
tətbiqi; nəzarətçilərin səlahiyyətləri və s.).
CPT-nin standartlarının, belə demək mümkünsə, “məcəllələşdirilməsi və
mütərəqqi inkişafı”, əsas etibarilə, onun hər il qəbul etdyi məruzələrində (“illik
məruzələr” və ya “ümumi məruzələr”) həyata keçirilir. Hər hansı sahəyə (məsələn,
şəxslərin polis məntəqələrində və ya psixiatriya müəssisələrində saxlanması) və ya
şəxslər kateqoriyasına (ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunanlar,
məhbus qadınlar, qanunsuz miqrantlar və s.) aid Komitənin ölkələrə etdikləri səfərlərin
nəticəsi olaraq bir növ “presedent” kimi müəyyənləşdirdiyi və inkişaf
etdirdiyi standartlar
toplanır və illik məruzələrin “maddi bölmə” adlanan ayrıca bölməsində əks etdirilir.
Polisdə saxlama, məhbuslarla və məhkumlarla rəftar və onların saxlanma şəraiti
CPT-nin standartlar müəyyənləşdirdiyi ilk sahələr olmuşdur. Sonrakı illik məruzələrdə bu
kimi sahələrdə də standartlar müəyyənləşdirilmiş oldu: əcnəbi vətəndaşların miqrasiya
qanunvericiliyinə uyğun olaraq həbsdə saxlanması; şəxslərin qeyri-könüllü psixiatriya
müəssisələrinə yerləşdirilməsi; azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayan
şəxslər; azadlıqdan məhrum edilmiş qadınlar; əcnəbi vətəndaşların
hava ilə deportasiya
olunması; cəzasızlığa qarşı mübarizə; psixiatriya müəssisələrində istifadə olunan
məhdudlaşdırıcı vasitələr; elektoşok silahları; vəkilə müraciət hüququ və məhbusların
təkadamlıq kameralarda saxlanılması; milli preventiv mexanizmlər; pis rəftarla bağlı tibbi
sübutların sənədləşdirilməsi və məruzə edilməsi; ömürlük həbs cəzasına məhkum edilmiş
şəxslərin vəziyyəti.
Bir sıra məsələlərə sonrakı illik məruzələrdə CPT-nin yeni “presedentləri” nəzərə
alınmaqla yenidən baxılmış və müvafiq standartlar təkmilləşdirilmişdir. Məsələn, polis
həbsinə dair standartlar ilk dəfə 2-ci illik məruzədə dərc olunmuşdu və sonralar 6-cı və
12-ci illik məruzələrdə bu standartlar inkişaf etdirildi. Məhbus və məhkumlarla bağlı 2-ci
illik məruzədə əks olunmuş standartlar yeni məsələlər daxil edilməklə 3-cü
(həbsxanalarda tibbi xidmət), 7-ci (həbsxanalrda məhbus sıxlığı), 11-ci (ömürlük və uzun
müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər) və 21-ci
(məhbusların təkadamlıq kameralarda saxlanması) illik məruzələrdə genişləndirildi.
Azadlıqdan məhrum edilmiş qanunsuz miqrantlarla bağlı təminatlar 19-cu illik məruzədə,
həbsdə olan yetkinlik yaşına çatmayan şəxslərlə bağlı standartlar 24-cü illik məruzədə
daha da inkişaf etdirilmişdir.
Hesab edirik ki, yuxarıda adı çəkilən məsələlərdən birini bir qədər ətraflı şərh
etməklə biz CPT-nin standartlarının vaxt keçdikcə necə inkişaf etdirilməsini və
təkmilləşdirilməsini görə bilərik.
Yuxarıda qeyd etdik ki, CPT-nin 24-cü illik məruzəsində həbsdə olan yetkinlik
yaşına çatmayan şəxslərlə bağlı yeni standartlar öz əksini tapmışdır [6]. Məsələn, CPT
hesab edir ki, cinayət törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs vəkilin
və etibar etdiyi şəxsin (valideyinin, qanuni nümayəndəsinin və s.) iştirakı olmadan polis
tərəfindən dindirilə bilməz və ya ondan şübhəli bilindiyi cinayət əməlinə aid hər hansı
sənədi və ifadəni imzalamaq tələb edilə bilməz. CPT
müəyyən etmişdir ki, polis
bölməsinə gətirilən yetkinlik yaşına çatmayan şəxsə dərhal onun əsas hüquqlarının əks