100
V.A.Muradov
11.Пашаев А.Город Ордубад в XIX-начале ХХ вв.Баку, 1998
12.Персидские документы Матенадарана (составил А.Д.Папазян), вып.I
(XV-XVI вв.), Ереван, 1956
13.Рахмани А.А. Азербайджан в конце XVI и в XVIII веке. Баку, 1981
FROM THE LATE MIDDLE AGES HISTORY OF ORDUBAD CITY
V.A.Muradov
Summary
Although Ordubad city has ancient history, its growth began in the late medieval
period. HatembeyOrdubadi particularly served in the development of Ordubad city.
Sources from the late 17
th
century characterize Ordubad as a fast growing and
prosperous. Compared to the late 16
th
century, the population of Ordubad city increased
twofold and reached three thousand in the early 18
th
century; thus,
it turned into one of
the important trade and craftsmanship centers of Nakhchivan district. The conflicts
emerging among khanates and Russian-Iran wars during the second half of the 18
th
century and early 19
th
century did not cause any damage to Ordubad city.
ИЗ ИСТОРИИ ГОРОДА ОРДУБАД В СРЕДНИХ ВЕКАХ
В.A.Мурадов
Резюме
Развитие древнего города Ордубад начинается в средних веках. В этом
вопросе значимая роль принадлежит Хатам бей Ордубади. Источники XVII века
характеризуют Ордубад как процветающий и быстро развивающий город. В
сравнении с концом XVI века, в начале XVIII века население Ордубада возросло
вдвое и составило 3 тысячи человек. Ордубад был важным центром торговли и
ремесленничества Нахчыванского региона. Войны, которые азербайджанские
ханства вели между собой, а также русско-иранская война во второй половине
XVIII – начале XIX вв. не нанесли серезный ушерб городу Ордубад.
101
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2016 - № 45
İŞGƏNCƏNİN QARŞISININ ALINMASI ÜZRƏ AVROPA
KOMİTƏSİNİN STANDARTLARI
P.Məmmədov
Azərbaycan Milli Elmlər Akademiyası
Bakı, H.Cavid. 115
e-mail: parviz_mamamlov@mail.ru
Key words: torture, inhuman or degrading treatment or punishment,
European Committee for the
Prevention of Torture, CPT standards
Ключевые слова: пытки, бесчеловечное или унижающее достоинство обращение или
наказание, Европейский комитет по предупреждению пыток, стандарты ЕКПП
İnsanların öz iradəsi ilə tərk edə bilmədikləri yerlərdə müntəzəm monitorinq aparmaq
səlahiyyəti olan müstəqil mexanizmlərin təsis edilməsi işgəncənin və digər pis rəftarın qarşısının
alınması istiqamətində ən səmərəli vasitələrdən biri kimi dəyərləndirilir. Bu cür monitorinq həm
beynəlxalq, həm də milli səviyyədə həyata keçirilməlidir. Hazırda mövcud olan preventiv
xarakterli beynəlxalq mexanizmlərdən biri BMT sistemində (İşgəncə və digər qəddar, qeyri-
insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə BMT Konvensiyasının 2006-cı ildə
qüvvəyə minmiş Fakültativ Protokolu əsasında yaradılmış İşgəncənin qarşısının alınması üzrə Alt
komitə – SPT), digəri isə Avropa Şurası çərçivəsində (İşgəncənin və qeyri-insani və ya ləyaqəti
alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında 1987-cil il Avropa Konvensiyası
əsasında təsis olunmuş İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsi – CPT)
fəaliyyət
göstərir [1,
s. 175-176].
CPT insan hüquqları sahəsində beynəlxalq nəzarət sistemində nadir xüsusiyyətlərə malik
hüquq müdafiə mexanizmidir. Suveren dövlətlərin ərazisində onların razılığı olmadan qapalı
müəssisələrdə yoxlamalar keçirmək səlahiyyətinə malik olan bu regional qurumun təsis
edilməsini müəyyən mənada müasir beynəlxalq hüquq qaydasında inqilabi hadisə kimi
səciyyələndirmək olar. Komitənin yaradılmasında əsas məqsəd artıq baş vermiş işgəncə və qeyri-
insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza faktları ilə mübarizə aparmaq deyil, bu kimi
halların qarşısını almaqdan, həmin hallara gətirib çıxara biləcək
səbəb və şəraiti
müəyyənləşdirməkdən və dövlətlərə bu istiqamətdə tövsiyələr verməkdən ibarətdir. Komitə
Avropa Şurasına üzv olan 47 dövlətdə hakimiyyət orqanının qərarına əsasən saxlandıqları yerləri
öz iradəsi ilə tərk edə bilməyən insanlarla necə rəftar olunduğunu və onların saxlanma şəraitini
qiymətləndirmək məqsədi ilə həmin yerlərə – polis məntəqələrinə, penitensiar müəssisələrə, hərbi
hissələrdəki müvəqqəti saxlama yerlərinə, psixiatriya müəssisələrinə, əcnəbilər üçün saxlama
mərkəzlərinə və başqa bu kimi müəssisələrə planlı və plandankənar səfərlər təşkil edir. Qeyd
etmək lazımdır ki, qapalı yerlərə müstəqil beynəlxalq qurumun baş çəkə bilməsi faktının özü,
şübhəsiz ki, qabaqlayıcı rol oynayır [2,
s. 199-209].
CPT kifayət qədər geniş səlahiyyətlərə malik olan bir qurumdur. Komitə həyata keçirdiyi
fəaliyyətə, qazandığı uğurlara və dövlətlərlə yüksək əməkdaşlıq səviyyəsinə görə bu gün
dünyada
işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması
sahəsində ən səmərəli mexanizm sayılır.
Azərbaycan Respublikasının Milli Məclisi CPT Konvensiyasını 2001-ci il
dekabrın 25-də ratifikasiya etmişdir.
102
P.Məmmədov
Qeyd edək ki, dövlətlərə ünvanlanan tövsiyələrlə yanaşı, Komitə habelə
azadlıqdan məhrum edilmiş şəxslərlə rəftara dair ümumi standartlar da işləyib
hazırlamışdır. Beləliklə, CPT monitorinq qurumu olmaqla yanaşı, həm də standartlar
müəyyən edən orqan kimi də fəaliyytə göstərir.
Bu məqalədə CPT-nin standartlarının təbiəti və xüsusiyyətlərinin araşdırılmasına
cəhd edilmişdir.
“Standart” nəzərdən keçirdiyimiz kontekstdə “norma”, “nümunə”, “arzu olunan
keyfiyyət səviyyəsi” kimi başa düşülür. Azadlıqdan məhrum etmə ilə bağlı standartlardan
danışarkən biz həbsdə olanların yaşayışının arzu olunan səviyyəsini, məqbul maddi
şəraiti, həmin şəxslərə onların qanuni maraqlarına və ehtiyaclarına cavab verən qayğının
göstərilməsini, onlar üçün yaradılmalı olan adekvat saxlanma rejimini nəzərdə tuturuq.
Şübhəsiz ki, burada azadlıqdan məhrum etmənin təbiətinə və məqsədlərinə uyğun olan,
həbs yerlərinin
təşkili və fəaliyyəti, eləcə də həmin yerlərdə təhlükəsizliyin və qayda-
qanunun təmin edilməsi üçün zəruri hesab edilən məhdudiyyətlərin qoyulmasını nəzərdən
qaçırmamalıyıq.
“Standartlar” dedikdə, həm də fiziki və psixi xarakterə malik bütün mümkün sui-
istifadələrə qarşı müvafiq təminatlar, habelə azadlıqdan məhrum etmənin zərərli
təsirlərini minimuma endirmək üçün görülməli olan bütün mümkün tədbirlər başa
düşülür.
Bir sıra fundamental standartlar (məsələn, işgəncənin və digər qeyri-insani və ya
ləyaqəti alçaldan rəftarın və ya cəzanın mütləq qaydada qadağan edilməsi; məhbusların
ləyaqətinə hörmət edilməsi; normal həyat səviyyəsi hüququ) universal və regional
sazişlərdə, milli konstitusiyalarda və qanunlarda
təsbit olunmuş və müvafiq
məhkəmələrin presedent hüququnda öz əksini tapmışdır. Bu standartlar həmişə və hər bir
kəsə münasibətdə, insanların öz iradəsi ilə tərk edə bilmədikləri bütün yerlərdə tətbiq
olunmalıdır [3,
s. 547].
Məsələn, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində
deyilir: “Heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftara və
ya cəzaya məruz qalmamalıdır”. Paktın 10-cu maddəsinin 1-ci bəndində göstərilir ki,
“azadlıqdan məhrum edilmiş bütün şəxslərlə humanistcəsinə və insan şəxsiyyətinin
ləyaqətinə hörmət edilməklə rəftar olunmalıdır”. İşgəncənin və pis rəftarın digər
formalarının mütləq qaydada qadağan edilməsi və dövlətlərin heç bir halda bu öhdəlikdən
geri çəkilə bilməməsi dəfələrlə BMT-nin İnsan Hüquqları Komitəsinin, İnsan hüquqarı
üzrə Avropa Məhkəməsinin və İnsan hüquqarı üzrə Amerika Məhkəməsinin qərarlarında
birmənalı və qəti olaraq təsdiqlənmişdir.
Beynəlxalq təşkilatlar çərçivəsində, müxtəlif qurumlar tərəfindən qəbul olunmuş,
“yumşaq hüquq” adlandırılan sənədlərdə daha detallaşdırılmış standartlar əks
etdirilmişdir. Bu standartlar həbsdə olan şəxslərlə insani rəftar olunması prinsipinə
söykənir və həbs yerlərinin əməkdaşlarının göstərilən şəxslərlə necə rəftar etmələrini,
həmin şəxslərin saxlanma şəraitini və rejimini, yaxınları ilə ünsiyyətdə olmaq
qaydalarını, hansı qaydada tibbi xidmətlə təmin olunmalarını və digər məsələləri detalları
ilə müəyyən edir. Sözügedən sənədlər sırasında aşağıdakıları xüsusilə qeyd etmək
lazımdır: Məhbuslarla rəftarın standart minimal qaydaları; Həbsdə olan və ya azadlıqdan
məhrum edilmiş bütün şəxslərin müdafiəsinin prinsipləri; Məhbuslarla rəftarın əsas