215
F.R.Məmmədhəsənov
Burada B
ə
- büdcə təminatının əmsalıdır;
B
x
-dövr ərzində büdcənin
xərcləri;
Ə
s
- həmin dövrdə əhalinin sayı
Əhalinin büdcə təmin olunmasının əmsalının üstünlüyü, onun hesablanmasının
sadəliyindədir. Çatışmazlığı isə ondan ibarətdir ki, həmin göstərici, dövlət xərclərinin
istifadəsinin effektivliyini sosial nöqteyi-nəzərdən səciyyələndirir, onun yüksək qiyməti,
büdcə vəsaitlərinin hər zaman səmərəli xərclənməsi barədə xəbər vermir.
Vergi bazasının və demoqrafiq amillərin yerləşdirilməsinin
qeyri bərabərliyini
nəzərə alaraq, bu əmsal bölgələr üzrə əhəmiyyətli dərəcədə fərqlənir.
Bir tərəfdən, büdcə təmin olunma əmsalının artması, sözsüz ki, yerli büdcələr
tərəfdən təqdim olunan dövlət xidmətlərinin və faydaların həmcinin artımıhaqqında xəbər
verən mübət faktdır./2/ Digər tərəfdən, onların ödənilməsi mənbələri haqqında sual yaranır.
Tərəfimizdən aparılan təhlil göstərdi ki,yerli büdcələrin xərcləri, onların
özlərinin
gəlirlərinin endirilməsi fonunda artır, yəni xüsusilə Respublika büdcəsindən transfertləri
hesabına həyata keçirir. Burada onların istifadəsinin effektivliyi barədə sual yaranır.
Əgər büdcələrarası transfertlər yuxarı büdcənin xərcləri kimi, istehsalın artımı və
vətəndaşların rifahının yeksəlməsi isə dövlət tərəfindən ayrılmış resursların istifadəsinin
nəticələri kimi nəzərdən keçirilsə, o zaman maliyyə vəsaitlərinin istifadəsinin
səmərəliliyinin kəmiyyət qiymətini vermək olar.
Riyazi şəkildə bu ifadəni aşağıdakı formula ilə göstərmək olar :
BX
S
= BV
n *
BX
Burada BX
S
-büdcə xərclərinin səmərəliliyidir ;
BV
n
-büdcə vəsaitlərinin istifadəsi zamanı əldə olunan nəticələri.
BX- büdcənin xərcləri
Həmin qiymətləndirmə şərtidir.
Bununla belə, bu qiymətləndirmə, ÜDM-la
Respublika transfertlərin bir-biriləriylə necə bağlı olduğunu müəyyən etməyə imkan verir.
Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi.Büdcə xərclərinin
səmərəliliyinin qiymətləndirilməsi, büdcə xərclərinin multiplikatoru əsasında yerinə
yetirilə bilər.
Həmin qiymətləndirmə nəzərdə tuturki, ÜDM-un artımı,
büdcə xərclərinin bölgü
iqtisadiyyatına müsbət təsir edən yüksəlməsi zamanı əldə edilə bilər. Ümumi regional
məhsulun artımı əsasında büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, büdcə
xərclərinin multiplikatorunun hesablanmasına əsaslanıb ki, bu multiplikator növbəti
düsturla hesablanır.
BM
x
= ÜDM
d
: BX
d
Burada BM
x
– büdcə xərclərinin multiplikatoru.
ÜDM
d
– nəzərdə keçirilən dövrdə ÜDM – un dəyişilməsi
BX
d
– müvafiq dövrdə büdcə xərclərinin dəyişilməsidir.
Adambaşına hesablanan maliyyə potensialının qiymətləndirilməsi vergi gəlirləri
haqqında faktiki məlumatlara əsaslanmışdır. Belə metod regionlar arasında vergi bazası,
paylar, həmçinin vergilərin yığımı effektivliyindən kiçik fərqlərmövcud olduğu hallarda
tətbiq oluna bilər./2/ Bu halda regionun ərazisindən faktiki vergi daxilolmaları haqqında
məlumatlardan vergi potensialının fərqlənmə dərəcəsinin qiymətləndirilməsi
kimi istifadə
oluna bilər. Respublika büdcəsinə daxil olan hər hansı vergi, məsələn, ƏDV bu məqsədlər
üçün ən yaxşı variant ola bilər. Bu zaman milli hakimiyyətlərin ölkənin bütün ərazisində
maliyyə gücünün eyni səviyyəsi barədə şərtə əməl olunmalıdır.
Dövlət funksiyalarıının idarəetmə səviyyələri arasında bölünməsi onların maliyyə
təminatı, büdcələrarası münasibətlərin tənzimlənməsi, yerli büdcələrin formalaşdırılması,
məsələləri nisbətən yaxın zamanlarda meydana çıxıb. Yerli büdcələr dövlət maliyyələrinin
216
F.R.Məmmədhəsənov
bir bəndi kimi yaxın dövrdə inkişaf etmiş ölkələrdə formalaşmışdır. Beləliklə, iqtisadiyyat
və maliyyələrin fəaliyyətinin xarici şərtlərinin dəyişməsi obyektiv
olaraq maliyyə qeyri-
mərkəzləşdirilməsi problemlərinin araşdırılması zərurətini yaratdı.
XX əsrin əvvəllərində bu model ölkə subyektləri arasında razılaşdırılmış
münasibətləri nəzərdə tutan «fikrin» baniləri C.Klark, T.Day, N.Korruin tərəfindən tənqidə
məruz qalmışdır. Sonradan bu model dövlət hakimiyyəti orqanlarının qarşılıqlı
münasibətini nəzərdə tutan «kooperativ maraqlara» keçmişdir. XX əsrin 70-80-ci illərində
amerkan federalizminin yeni modelləri - «rəqabət », qabiliyyətli «yeni cəmiyyətin»
nəzəriyyəsi yaranır.
İlk dəfə Kanada politoloqu A.Bretonun işlərində verilmiş «rəqabət federalizmi»
konsepsiyası subyektlərini yarışma mövzusuna yönəlmişdir. Burada münasibətlərin
iştirakçılarına tərəfdaşlar kimi yox, mərkəz və regionların, mərkəzi hökümət və regional
hökümətlərin, regional hakimiyyətin, ərazidə fəaliyyət göstərən
hüquqi və fiziki şəxslərin
qarşılıqlı münasibəti zamanı rəqib oyunçular kimi baxılır.
Əmək və kapital mobildir, onların sahibləri seçki prosedurlarından istifadə edərək
daha əlverişli oyun şərtlərini axtarırlar.
Eyni zəmanda regional ərazi dövlət tikintisinin idealogiyası kimi baxan baºqa bir
istiqamət də iştirak edir. Onun mahiyyəti siyasi qurumların böyük maraqlarını saxlamaqla
onların vahid dövlət bütövlüyünə inteqrasiyasından ibarətdir.
Çoxqatlı cəmiyyətin müasir siyasi nəzəriyyəsi kimi regionlaşmanın öz
xüsusiyyətləri var. Belə ki, D.Eleyzer bu məsələyə dar mənada idarəetmənin səviyyələri
arasında qarşılıqlı münasibət kimi, geniş mənada isə qeyri-mərkəzləşdirmə əsasında
hakimiyyətdə iştirakı ilə özünü idarəetmə və idarəetmə payının birləşməsi kimi müəyyən
edir.
Bu anlayışın maliyyə aspektlərini nəzərdən keçirərək idarəetmə səviyyəsinin
müxtəlifliyini xarakterizə edən düşüncələrin geniş dairəsinin olduğunu qeyd etmək
lazımdır. Bəzi alimlərin bir qrupu tərəfindən şərh edilmiş rəqabət əsasında qurulan
idarəetməbib mahiyyəti aşağıdakılara gətirib çıxarır:
•
ictimai sektorun idarə olunmasının
qeyri-mərkəzləşdirilməsinin
iqtisadiyyatın bu sektorunda innovasiyaları stimullaşdırılması ;
•
təcrübədə«maliyyə » müstəqilliyi məsələlərinə daha geniş yer verilməsi ;
«Maliyyə» və «büdcə» müstəqilliyi anlayışları əksər hallarda eyniləşdirilir.
Mövcud olan yanaşmalara nəzər salaq. ProfO.S.Valuyevin fikrincə bu anlayışlar bir-
birindən fərqlidir.
O qeyd edir ki, fiskal müstəqillik anoloji sistemdən və vergilərin büdcə sisteminin
səviyyələri arasında bölünmə qaydasından birbaşa asılıdır. Bununla bərabər, o, modelin
müsbət xüsusiyyətləri arasında - mərkəzləşdirilmiş vergi yığımının qənaətliliyini və aktiv
tarazlaşdırma
siyasətini, mənfi çatışmazlıqlar arasınrda isə - regionların qeyri-
mərkəzləşdirilməsinin və maliyyə sərbəstliliyinin məhdudiyyətini qeyd edir. O, büdcə-
vergi müstəqilliyi modelinə yalnız maliyyə sərbəstliyi deyil, həm də ərazilərin özünü
inkişaf etdirməsi və iqtisadi müstəqilliyini də daxil edir.
Zənnimizcə, bu yanaşma bir qədər məhdudlaşdırılmış görünür, çünki o maliyyə
tənzimlənməsinin imkanlarına, həmçinin regionların maraqlarının təmin olunması
zərurətini nəzərə almır, büdcələrarası münasibətlərin bu və ya digər maliyyə vasitələrinin
tətbiqini müəyyənləşdirmir.
Prof T.V.Brayçeva ğörə büdcə müstəqilliyi yuxarı və aşağı səviyyəli hakimiyyət
və idarəetmə orqanlarının büdcə prosesinin bütün mərhələlərində vergi-büdcə
münasibətlərinin sistemi kimi müəyyənləşdirir.
Bəzi tədqiqatçıların V.A.Mau, M.Y.Senkovskaya, V.S.Nəzərova isə aşağıdakı
tərifi irəli sürürlər: «Maliyyə federalizmi - hər bir subyektinin birdən çox qurumun üzvü