49
A.Ə.Hacıyeva
UNCTAD metodologiyasına görə, ümumilikdə TMK-nın iqtisadi fəaliyyəti və
ayrılıqda onun xarici komponenti aşağıdakı əsas parametrləri ilə təsvir olunur:
FA – TMK-nın xarici aktivləri; TA – TMK-nın aktivləri;
FS – TMK-nın xarici satış həcmi; TS – TMK-nın satış həcmi;
FE – TMK-da xarici işçilərin sayı; TE – TMK-da işçilərin sayı;
FAF – TMK-nın xarici filiallarının sayı; TAF – dünyada TMK filiallarının ümumi
sayı.
Bu kəmiyyətlər əsasında TMK-nın xaricəyayılmasını xarakterizə edən göstəricilər
hesablanmışdır:
1. TMK-nın xarici aktivlik miqyasını və dərəcəsini qiymətləndirmək üçün
UNCTAD tərəfindən hazırlanmış şirkətlərintransmilliləşmə indeksi - (TNI transnationality
index).
TNI = (FA / TA + FS / TS + FE / TE) / 3 • 100%.
Transmilliləşmə indeksi şirkətin xarici əməliyyatlarının nə qədər əhəmiyyətli
olduğunu vəbu və ya digər TMK üçün xarici bazarlarda xarici filiallarının nə dərəcədə
əhəmiyyətli olduğunu səciyyələndirir. İndeks nə qədər böyük olarsa, şirkət üçün onun
xarici filiallarının aktivliyi bir o qədəryüksək olar
2. Beynəlmiləlləşmə indeksi (II - beynəlmiləlləşmə indeksi) xarici filialların sayını
bütünfilialların sayına bölməklə hesablanır:
II = (FAF / TAF) • 100%.
3. Filial şəbəkəsinin genişliyi indeksi (NSI - şəbəkənin genişiyi indeksi):
NSI = N / (N * -1) • 100%,
burada N * - hər hansı XBİ alan ölkələrin sayı və N - TMK-nın filialları olduğu
ölkələrin sayı.
UNCTAD-ın tərəfdar çıxdığı dünyanın ən iri qeyri-maliyyə TMK-sının reytinqinin
tərtibi metodikası xarici aktivlərin həcmi üzrə şirkətlərin ranjirə olunmasına əsaslanır.
Hazırda dünyanın 100 ən iri TMK-sı ümumi xarici aktivlərin 12%-nə, ümumi xarici
satışların 16%-nə və işçi qüvvəsinin 14%-nə nəzarət edir.
TMK-ların sahəvi mənsubiyyəti onların aktivlərinin həcminə əhəmiyyətli dərəcədə
təsir göstərir. Buna görə, yerli və xarici aktivlər arasında ardıcıl olaraq ikiyə bölünməyə
əsaslanan UNCTAD-ın reytinqlərin tərtibi üzrə mövcud metodikası ona gətirib çıxarır ki,
onların liderləri xarici mülkiyyətində iri maddi aktivlərə – təbii ehtiyatlara, maşınqayırma
istehsalına, infrastruktur obyektlərinə və s. hüququ olan TMK-nın kapital tutumlu sahələri
olurlar. Bu, şirkətlərin sahə qrupları tərəfindən həyata keçirilən hesablamalar ilə sübut
edilir.
Şirkətin ölkəmənsubiyyətinəzərə alınmaqla transmilli indeksin təhlilindənbelə
nəticəyə gəlmək olar ki, inkişaf etmiş ölkələrin(məsələn, Hollandiya, İsveç, Finlandiya,
İsveçrə) kiçik ölçülü TMK-ları öz fəaliyyətləriniana şirkətin baza ölkəsindən çox xarici
ölkələrdə həyata keçirirlər. Belə ki, milli bazarların məhdud imkanları onları ABŞ,
50
A.Ə.Hacıyeva
Yaponiya, Almaniya kimi böyük dövlətlərin transmilliləşmə indeksi orta cəviyyədən aşağı
olan TMK-larından fərqli yeni bazarlar axtarmağa məcbur etdi [2].
Nəticə
Dünya təsərrüfatını mahiyyətcə, transmilli istehsala çevirməklə TMK-lar onun
tərəqqisini müxtəlif istiqamətlər üzrə: texniki səviyyəsinin, məhsulun keyfiyyətinin və
istehsal səmərəliliyinin artırılmasından şirkətlərin menecmenti və idarə olunmasının
təkmilləşdirilməsinə qədər xeyli dərəcədə şərtləndirdi.Törəmə şirkətləri və filialları
vasitəsilə dünyanın bir çox ölkələrində onlar ana şirkətlər tərəfindən yaradılmış vahid
elmi-istehsal və maliyyə strategiyası çərçivəsində fəaliyyət göstərirlər, dünya iqtisadi
sisteminin dinamik inkişafını təmin edən, nəhəng elmi-istehsal və bazar potensialına malik
olurlar[8].
TMK-nın mərhələli təhlili dünya iqtisadiyyatının aşağıdakı transmilliləşmə
meyllərini aşkara çıxarmağa imkan verir:
• dünya iqtisadiyyatında əsas oyunçulara çevrilən ən iri korporasiyaların sürətli
inkişafı (o cümlədən TMK-nın filial şəbəkəsinin artımı hesabına);
• dünya fond bazarının inkişafı və strateji ittifaq mexanizminin istifadəsi vasitəsilə
TMK-ların və onlarınöz məhsullarını ana ölkəyə “bağlılığı” dərəcəsinin azaldılması;
• kapitalın təmərküzləşdirilməsi, bazar iqtisadiyyatı şəraitindəo, istehsal xərclərinin
azaldılmasını, ETTKİ-nin daha yaxşı həyata keçirilməsi imkanını, səmərəli reklamı, əlavə
məsrəflərinvə digər xərclərin minimuma endirilməsinitəmin etməklə rəqabət
mübarizəsində sağ qalmaq amili sayılır;
• iqtisadiyyatın beynəlmilələşməsinin və dünya bazarının inkişafınınnəticəsi kimi
TMK-nın formalaşması və inkişafı;
• kapitalın transmilliləşməsibütün müasir iqtisadiyyatın institusional inkişafının
xarakterik xüsusiyyəti olur.
Sonda qeyd etmək lazımdır, TMK özündə, xüsusilə də qlobal maliyyə böhranı
şəraitində, dövlət və beynəlxalq nəzarət tərəfindən xüsusi diqqət tələb edən dünya
təsərrüfat əlaqələri sistemində olduqca mürəkkəb və daim inkişaf edən hadisəni ehtiva
edir.
Ədəbiyyat
1.Филиппов В.А., Богатырева Л.В. Аналитические центры и
транснациональные корпорации. М.,ЛЕНАНД, 152 с., 2008.
2.Владимирова И.Г. Исследование уровня транснациональности компаний.
Менеджмент в России и за рубежом, № 6, с. 99-114, 2001
3. Крейдич Т.В. Тенденции транснационализациимировой экономики в
условиях глобализации. // Вестник МГТУ, том 13, № 1, c.209-214, 2010.
4.Richard E. Caves, Multinational Enterprise and Economic Analysis, 2007
51
A.Ə.Hacıyeva
5.G.K. Helleiner, Transnational corporations and direct foreign investment, 1989
6.ШмиттгоффКлайвМ. Экспорт: правоипрактикамеждународнойторговли.
7.
Куликов Р.А. К вопросу олределения критериев понятия ТНК.
Международное публичное и частное право, № 2(17), с. 3-11, 2004.
8. Михайлушкин А.И., Шимко П.Д. Экономика транснациональной
компании. Учеб. Пособие для вузов. М., Высш. Шк., 335 с., 2005.
9. Поляков В.В., Щенина Р.К. Мировая экономика и международный бизнес.
М., КноРус, 656 с., 2005.
10.
Солодков Г.П., Рубинская Э.Т., Рубинская Э.Д. Международный бизнес:
организация и управление. Учеб. Пособие. Ростов н/Д, Феникс, 379 с., 2009.
11. Доклад о мировых инвестициях за 2016 год. «Гражданство» инвесторов:
вызовы политики. Основные тенденции и общий обзор. ООН, Нью-Йорк и Женева,
2016 г., 63 с.
12. Черников Г.П., Черникова Д.А. Очень крупные транснациональные
корпорации и современный мир. М., ЗАО, «Экономика», 399 с., 2008.
FEATURES AND TRENDS OF CAPITAL
TRANSNATIONALIZATION IN MODERN CONDITIONS
Hajiyeva A.A.
Summary
The article investigates the nature and content of transnationalization process, considers
modern features of transnational corporations as a subject of international economic
relations, studies formation stages and sources of transnationalization production
process,indicates the author's approach on key indicators of capital's transnationalization.
The key words: transnationalization, internationalization, globalization, transnational
corporations, capital.
ОСОБЕННОСТИ И ТЕНДЕНЦИЙ ТРАНСНАЦИОНАЛИЗАЦИИ
КАПИТАЛА В СОВРЕМЕННЫХ УСЛОВИЯХ
A.A.Гаджиевa
Резюме
В
данной
статьерасскроена
сущность
и
содержания
процессатранснационализации,
рассмотрены
современные
особенности
транснациональных корпораций, как субъект международных экономических
Dostları ilə paylaş: |