45
A.Ə.Hacıyeva
Müasir dünya iqtisadiyyatının bir fenomeni kimi istehsalın
transmilliləşmə prosesi
obyektiv əsasa malikdir. Transmilliləşmənin iqtisadi prosesləri əsasən kapitalın üstün
olaraq nisbi baxımdan bol olduğu ölkələrdən onun kəsiri olan ölkələrə axını mümkünlüyü
və zərurəti ilə əlaqədardır. Lakin bu bolluqda digər istehsal amilləri vardır ki, bunlar da
kapitalın çatışmazlığı üzündən təkrar istehsalı prosesində səmərəli istifadə edilə bilməz.
Bundan əlavə, bu proseslər müxtəlif ölkələrdə kapitalın yerləşdirilməsi, eləcə də
istehsalıperspektiv satış bazarlarına yaxınlaşdırmağa və bütövlükdə transmilli şirkət üçün
vergittutmanı və gömrük rüsumlarını səmərələşdirməyə çalışmaqyolu ilə riskləri
azaltmağa tələbatla stimullaşdırılır.
Hər il Ticarət və İnkişaf üzrə Birləşmiş Millətlər Təşkilatının Konfransı(UNCTAD)
tərəfindən nəşr edilən “Dünya investisiyaları haqqında məruzə”də TMK dedikdə, hər hansı
təşkilati-hüquqi formalarda təsis olunmuş və ana(parent enterprises)
vənəzarət olunan
xarici şirkətlərdən(foreign affiliates) ibarət müvafiq olaraq baza ölkəsində və qəbul edən
dövlət və ərazilərdə yerləşdirilmiş müəssisə başa düşülür. TMK ana şirkətlərin səsvermə
hüququ olan səhmlərinin azı 10%-nə və ya qeyri-korporativ mülkiyyət formaları üçün
nizamnamə kapitalında oxşar paya malik olmalıdır.
Harvard universitetinin professoru Riçard Kavesin
tərifinə görə,
transmilli
korporasiya özündə "birbaşa xarici investisiyaları həyata keçirən və ya birdən çox ölkədə
əlavə dəyər almaq üçün nəzarət mexanizmlərinə sahib olan müəssisə"ni ehtiva edir[4].
Helleinerə görə, transmilli
korporasiyalar elə istehsal, hasilat, xidmət və ya
maliyyə təyinatlı iqtisadi müəssisələrdir ki, onlar bir ölkədə mənzil qərargahına malik
olduğu halda, bir və ya daha çox xarici ölkələrdə biznes təşkil edirlər" [5].
İngilis hüquqşünası K. Şmitthoffun fikrincə, "TMK –səhmlərin saxlanması,
idarəetmə nəzarəti vasitəsilə və ya müqavilə ilə və iqtisadi birliyi təmsil etmək ilə bağlı
müxtəlif millətli şirkətlər qrupudur"[6].
Beynəlxalq səviyyədə transmilli korporasiyalar üzrə BMT-nin Hökumətlərarası
komissiyası çərçivəsində "Transmilli korporasiyaların davranış məcəlləsi" işlənib
hazırlanmışdır. BuradaTMK mənşəcə yaranmaölkəsindən
və xüsusi, ictimai və ya qarışıq
müəssisələr də daxil olmaqla mülkiyyət formasından asılı olmayan, hüquqi formasından
və fəaliyyət sferasından asılı olmadan iki və ya daha çox ofisləri olan müəssisə kimi
müəyyən edilir. Bu ofislər müəyyən qərar qəbuletmə sisteminə uyğun olaraq fəaliyyət
göstərir ki,bu da qərar qəbuletmə üzrə bir və ya bir neçə mərkəzlərin vasitəsilə ardıcıl
siyasət aparmağa və ümumi strategiya qurmağa imkan verir. Həmçinin bu ofislər arasında
elə mülkiyyət münasibətləri və ya digər münasibətlərilə bağlı əlaqələr qurulur ki, onlardan
biri və ya bir neçəsi digərlərinin fəaliyyətlərinə əhəmiyyətli təsir göstərə bilirlər[7].
Qeyd etmək lazımdır ki, bu gün qərb və yerli iqtisadi ədəbiyyatda transmilli
korporasiyaların təbiətinin müəyyən edilməsinə vahid yanaşmalar işlənib hazırlanmayıb.
Biz İ.Q. Vladimirovanın belə bir tərifi ilə razılaşa bilərik ki,“...transmilli korporasiya
- öz fəaliyyətində beynəlxalq yanaşmadan istifadə edən və baza ölkəsində vahid qərar
46
A.Ə.Hacıyeva
qəbuletmə mərkəzi ilə və onun digər ölkələrdəki filialları ilə birgə transmilli sənaye,
kommersiya və maliyyə kompleksinin formalaşmasını nəzərdə tutankompleksdir”[2].
2. Kapitalın transmilliləşdirilməsi prosesi müasir dünya təsərrüfatının
fenomeni kimi
TMK-ların formalaşması və inkişafı səbəbləri
son dərəcə müxtəlifdir, lakin onların
hamısıbu və ya digər dərəcədəbazarın qeyri təkmilliyi ilə, beynəlxalq ticarətin inkişafı
yolunda məhdudiyyətlərin mövcudluğu ilə, istehsalçıların güclü inhisar hakimiyyəti ilə,
valyuta nəzarəti, əhəmiyyətli
nəqliyyat xərcləri, müxtəlif ölkələrin vergi
qanunvericiliyindəki fərqlər ilə bağlıdır [8].
Transmilli korporasiyalar öz inkişafında bir neçə mərhələdən keçmişlər və buna görə
də onları şərti olaraq beş nəsilə bölmək olar.
TMK-nın ilk nəsli (1918-ci ilə qədər onların ilkin dövrü) Asiya, Afrika və Latın
Amerikasının müstəmləkə ölkələrində əsasən xammal resurslarının işlənməsi vəhasilatı,
habelə müstəmləkə sahibləri ölkələrində onların emalı ilə məşğul olur. TMK-nı kartellər
və sindikatları təmsil edirdi.
TMK-nın ikinci nəsil (1918-1939-cu illər) Avropanın, Amerikanın aparıcı ölkələrinin
və Yaponiyanın hərbi ehtiyaclarını ödəmək üçün silah və hərbi texnika istehsalı ilə məşğul
olmuşdur. Bu TMK-lar trest kimi formalaşmışdır.
TMK-nın üçüncü nəsli (1945-1960-cı illər). TMK elm və sənayenin ən yeni
sahələrində (nüvə enerjisi, elektronika istehsalı, aerokosmik, cihazqayırma və s.) elmi-
texniki nailiyyətlərə əsaslanmışdır. TMK konsern və konqlomeratları təmsil edirdi.
TMK-nın dördüncü nəsli 1970-1980-ci illərdə yaradılmışdır.
Məhz bu müddət
ərzində birləşmə və qovuşma prosesi sürətləndi ki,bu da kapitalın və istehsalın daha uğurla
inkişaf etmiş iri beynəlxalq biznesdə - TMK-datəmərküzləşməsinəkömək etdi.
TMK-nın beşinci nəsli XXI əsrin əvvəlində, xüsusilə də Avropada (AB), Amerikada
(NAFTA və MERCOSUR), Asiyada (ASEAN, APEC) regional
iqtisadi inteqrasiya
prosesinin sürətləndirilməsi baxımından inkişaf etməkdədir. TMK-lara müasir elm və
innovasiya biznesinə kömək xasdır ki, bu da onlarıyeni ideya və konsepsiyaların əsas
generatoru edir.
Qeyd etmək lazımdır ki, qloballaşma zamanı TMK-nın təkamülü baş vermişdir.əgər
ilkin olaraq onların fəaliyyəti əyalət ölkələrin xammal resurslarının işlənib hazırlanması və
hərbi-texniki məhsulların istehsalı ilə bağlı idisə, dünya müstəvisində son iki onillikdə
bazarların və rəqabət proseslərininplanetar görünüşü iləqlobal TMK-larmeydana çıxdılar.
XX əsrin ikinci yarısında dünyada TMK-nınintensiv inkişafına səmərəlilik
fəaliyyətinin aşağıdakı mənbələri kömək etdi:
- təbii ehtiyatlarlara, kapitala və Elmi-tədqiqat və təcrübi-konstruktor
işlərinin
(ETTKİ) nəticələrinə sahibliyin və çıxışın üstünlükləri;