47
A.Ə.Hacıyeva
- müxtəlif xammal sahələrinə üfüqi diversifikasiya və ya bu və ya
digər hallarda
TMK-nın iqtisadi sabitliyini və maliyyə sabitliyini təmin edən bir sahə çərçivəsində
texnoloji prinsip üzrə şaquli diversifikasiya;
- müxtəlif ölkələrdə onların daxili bazarlarının ölçüsünü, iqtisadi artım templərini,
qiymətləri, iqtisadi resurslara çıxışı və siyasi
sabitliyi nəzərə almaqla, baş (ana) şirkətin
müəssisələrinin optimal bölgüsü imkanı;
- xarici filialların yerləşdirilməsi ölkələrində borc vəsaitləri və onun korporasiya
üçün əlverişli şəraitdə və yerlərdə tətbiqi nəzərə alınmaqla, TMK-nın bütün sistemi
çərçivəsində kapitalın qısa müddətdə toplanması reallığı;
- TMK-nın xarici filialının məhsul istehlakçılarına bilavasitə yaxınlığı və yerli
bazarların perspektiv inkişafı və qəbul edən ölkənin oxşar şirkətlərinin rəqabət potensialı
haqqında etibarlı məlumat əldə etmək imkanı;
- müxtəlif ölkələrdə dövlətin xarici siyasətindənTMK-nın maraqlarına uyğun
istifadə imkanlarını təmin etmək;
- TMK-nın köhnəlmiş texnologiya və məhsullarını xarici filiallara “atmaqla” və
TMK şöbələrinin resurslarını baza ölkələrində ana şirkətin yeni texnologiyalarının işlənib
hazırlanmasına səfərbər etməklə, onların istehsal ömrünü uzatmaq imkanının artması;
- birbaşa investisiyaların hesabına bu və ya digər ölkəninbazarına öz mallarının
gətirilməsi yolunda ixrac maneələrini aradan qaldırmaq imkanı;
- dünyanın bir çox ölkələrinin maliyyə vəsaitlərinin
geniş istifadəsi;
- müxtəlif ölkələrdə əmtəə, valyuta və maliyyə bazarlarının vəziyyəti haqqında
fasiləsiz məlumatlandırma, bu isə kapital axınını maksimummənfəət almaq üçün əlverişli
şəraiti olan ölkələrə birbaşa olaraq tez yönəltməyə imkan verir;
- TMK rəhbərliyinin daimi diqqəti və nəzarəti altında yerləşən və davamlı
olaraqtəkmilləşdirilən bütün korporasiyanın optimal təşkilati strukturu [9].
Transmilli biznesin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki,
TMK-lardünya
bazarının ehtiyaclarını nəzərə almaq və öz məhsullarının istehsalına qədərxeyli dərəcədə
tələb formalaşdırmaq imkanına malikdirlər. Belə ki, üstün inhisar mənfəətinin
reallaşdırılması yalnız istehsal ölçülərininbu məhsullara mövcud ictimai tələbata və artıq
formalaşmış istehsal gücünə uyğun olaraq şüurlu məhdudlaşdırılması zamanı mümkündür,
onda korporasiyaların yaratdığı bu çərçivələrTMK-ların özlərinin mövcudluğu üçün zəruri
şərtə çevriləcəkdir.
Hal-hazırda TMK-lar dünya sənaye istehsalının 50%
-dən çoxuna, dünya xarici
ticarətinin 60% -dən çoxuna, eləcə də yeni avadanlıq, texnologiya və nou-hau üçün patent
və lisenziyaların qlobal bazasının 80%-nə nəzarət edirlər [10].
Transmilli korporasiyaların ümumi artımının ən əhəmiyyətli göstəricilərindən biri
birbaşa xarici investisiyalar (BXİ) sayılır. 1982-ci ildən 2006-cı ilə qədər dövr ərzində
BXİ-nin ümumi axını cari qiymətlərlə 20 dəfə artaraq 59 mlrd. dollardan 1,23 trilyon
dollara yüksəlmişdir.2015-cü ildə isə bu göstərici 2014-сü illə müqayisədə 38 faiz
48
A.Ə.Hacıyeva
artaraq 1,76 trilyon ABŞ dollarından çox olmuşdur. Bu göstərici 2008-2009-cu
illərin
maliyyə böhranından sonra ən yüksək göstəricidir. Araşdırmalar göstərir ki, son
onilliklər ərzində birbaşa xarici investisiyaların həcmi beynəlxalq ticarətə və ÜDM-ə
nisbətən daha sürətlə artır. Orta müddətli perspektivdə 2017-ci ildə BXİ-nin qlobal
axınlarının artımının bərpası, 2018-ci ildə isə, qlobal artımın
gözlənilən sürətlənməsi
şəraitində 1,8 trln. dolları ötəcəyi proqnozlaşdırılır[11].
Şirkətlərin birləşmə və qovuşmalarının sayı kəskin surətdə artmışdır. TMK-ların
xarici filiallarında məşğulluğun həcmi 4 dəfə artmışdır. Son illərdə inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələrin əksəriyyətində BXİ daxilolmalarıartmışdır. BXİ daxilolmalarının
məcmu həcmi son illərdə9-12 trilyon dollar civarındadır. Bu rəqəm təxminən 80 000
transmilli korporasiyaların və onların 900 000 xarici filiallarının fəaliyyəti ilə bağlıdır
[12].
Dünya iqtisadiyyatının qloballaşmasına kömək edən amillər aşağıdakılardır:
- rabitənin inkişafı;
- mədəniyyət mübadiləsi və mədəni dəyərlərin bərabərləşdirilməsi;
- nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi;
- resurslar uğrunda dövlətlərarası rəqabət;
- dünya maliyyə və fond bazarının inkişafı.
TMK investisiya siyasətini reallaşdırır, yeni istehsal və idarəetmə texnologiyaları
gətirir, ÜDM-i artırır, ixrac gəlirlərini artırılmaq və ya idxalı azaltmaqla tədiyə balansına
müsbət təsir göstərir. Bütün bu dəyişikliklərölkə iqtisadiyyatını gücləndirir, onun
vətəndaşlarının yaşayış səviyyəsini yüksəldir.
Qloballaşmanın və TMK-nın inkişafının əsas təhdidləri aşağıdakılardır:
- bazarın inhisarlaşması;
- kiçik dövlətlərin suverenliyinə təhlükə;
- ətraf mühitə təhlükə və digər təhdidlər.
TMK-nın inkişafının mərhələli təhlili belə bir nəticəyə gətirib çıxarır ki,
transmilli
korporasiyalar dünya iqtisadiyyatının qloballaşmaya doğru irəliləməsini sürətləndirir, bu
isəmüasir şəraitdə onun xarakterininəhəmiyyətli dərəcədə dəyişiminə səbəb olur.Artıq
XXI əsrin əvvəllərində dünya iqtisadiyyatının yalnız dörddə biri sərbəst bazar şəraitində,
dörddə üçü isə özünəməxsus planlı sistemdə fəaliyyət göstərir ki, burada da TMK
daxilində azad bazar qanunları işləmir və daxili (transfer) qiymətlər korporasiyaların
özləri
tərəfindən müəyyən edilir. Nəticədə, özündə planlaşdırma və bazar prinsiplərini
birləşdirən konvergent iqtisadi sistemə keçid baş verir.
İnamla demək olar ki, TMK-lar iqtisadi gücünu artıraraq və beynəlxalq iqtisadi
əlaqələrə və bütövlükdə dünya iqtisadiyyatına daha
böyük təsir göstərərək dünya
təsərrüfatçılıq sistemindəən mühüm iqtisadi subyektlərə çevrilməkdədirlər.
3. Kapitalın transmilliləşdirilməsinin əsas göstəriciləri