The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə44/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   40   41   42   43   44   45   46   47   ...   102

107 
 
P.Məmmədov 
 
məruzələrinə  və tövsiyələrinə istinad etmişdir. Bir çox qərarlarlında Strasburq 
Məhkəməsi CPT-nin standartlarından birbaşa istifadə etmiş və bununla da özü-özlüyündə 
tövsiyə xarakteri daşıyan bu standartlara faktik olaraq məcburi hüquqi qüvvə vermişdir. 
 
 
Ədəbiyyat 
1. Birk M. Torture prevention in the EU: many actors, few outcomes? //European 
yearbook on human rights, vol. 1, 2015, pp. 175-188. 
2. Kicker R. The Council of Europe Committee for the Prevention of Torture 
(CPT) //European Yearbook on Human Rights (Eds. W. Benedek, W. Karl, A. Mihr and 
M. Nowak), Berlin: Berliner Wissenschaftts-Verlag, 2009, pp. 199-209. 
3. Mutua M. Standard-setting in human rights: critique and prognosis //Human 
Rights Quarterly, 2007, vol. 29, No. 3, pp. 547-630. 
4. Standard Minimum Rules for the Treatment of Prisoners (adopted by the First 
United Nations Congress on the Prevention of Crime and the Treatment of Offenders, 
held at Geneva in 1955, and approved by the Economic and Social Council by its 
resolutions 663 C (XXIV) of 31 July 1957 and 2076 (LXII) of 13 May 1977); 
http://www.ohchr.org/Documents/ProfessionalInterest/ treatmentprisoners.pdf 
5. Murdoch J. The impact of the Council of Europe’s “Torture Committee” and 
the evolution of standard-setting in relation to places of detention //European human 
rights law review, issue 2 (2006), pp. 158-179. 
6. CPT Standards, Strasbourg, January 2015; 
http://www.cpt.coe.int/en/documents/eng-standards.pdf 
7. 24
th
 General Report of the CPT, 1 August 2013 – 31 December 2014; 
http://www.cpt.coe.int/en/annual/CPT-Report-2013-2014.pdf 
 
 
СТАНДАРТЫ ЕВРОПЕЙСКОГО КОМИТЕТА  
ПО ПРЕДУПРЕЖДЕНИЮ ПЫТОК 
 
Маммадов Парвиз 
РЕЗЮМЕ 
 
В статье анализируются природа и особенности стандартов, разработанных 
Европейским  комитетом  по  предупреждению  пыток – одним  из  важнейших 
мониторинговых  механизмов,  функционирующих  в  рамках  Совета  Европы. 
Отмечается,  что  эти  стандарты  можно  было  бы  охарактеризовать  как  своего  рода 
«прецедентное  право»  в  области  предупреждения  пыток  и  бесчеловечного  или 
унижающего  достоинство  обращения  или  наказания.  Подчеркивается  значимость 
указанных стандартов как для разработки соответствующих международных норм, 
так и для развития национального законодательства и практики. 
 
 
 


108 
 
P.Məmmədov 
 
STANDARDS OF THE EUROPEAN COMMITTEE FOR THE  
PREVENTION OF TORTURE 
 
Mammadov Parviz  
SUMMARY 
 
The present article attempts to analyse the nature and peculiarities of standards set 
by the European Committee for the Prevention of Torture. The author characterises these 
standards as a “case-law” in the field of prevention of torture and inhuman or degrading 
treatment or punishment. He underlines their importance for the development of relevant 
international norms as well as of national regulations and practices. 
 


109 
 
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY 
 
2016 - № 45 
 
QAÇAQ YENİ DÖVRÜN QƏHRƏMAN TİPİ KİMİ 
 
R.S.Səfərəliyeva 
Azərbaycan Milli Elmlər Akademiyası 
Bakı, H.Cavid. pr. 115 
e-mail:safaraliyeva@mail.ru
 
 
Açar sözlər: epos, motiv, qəhrəman, qaçaq, Koroğlu 
Key words: epos, motive, hero, qachaq, Koroglu 
Ключевые слова: эпос, мотив, герой, гачаг, Короглу 
 
Azərbaycan dastançılıq  ənənəsini tarixi ardıcıllıq baxımından izləsək  ən yeni 
dastan mərhələsi XIX – XX əsrlərdə yaranmış qaçaq dastanlarını  qəbul etmək olar. 
Buraya “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”  və b. dastanları şamil edilir. Amma bu dastanlar 
ənənəvi qəhrəmanlıq- bahadırlıq dastanlarından fərqlənirlər.  
“Hər bir ayrıca tədqiqat mövzusu olan və XIX əsrin əvvəllərindən Azərbaycanın 
Rusiya tərəfindən işğalından sonra yaranan “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Dəli Alı”, 
“Qaçaq Tanrıverdi” kimi qəhrəmanlıq dastanlarının da baş igidləri tarixi şəxsiyyətlərdir. 
Bu dastanlar da xalqın tarixi,azadlığı, vətən uğrundakı mübarizələri ilə formalaşmışdır” 
(1, 22) 
Tədqiqatçıların da qeyd etdiyi kimi, bu tipli dastanlarda tarixi hadisələrin 
konkretliyi və tarixi şəxslərin gerçəkliyi daha çox gözlənilir. “XIX əsrdə meydana gələn 
ictimai- siyasi şəraitlə əlaqədar olaraq, Azərbaycan xalq qəhrəmanları haqqında bir sıra 
nəğmə, mahnı, dastan və el havaları yaranmağa başlayır. Xalq ədəbiyyatının bu 
nümunələrinin qəhrəmanları o zaman Azərbaycanda fəaliyyət göstərən kəndli 
hərəkatının fəal iştirakçıları idi. XIX əsrdə Azərbaycan xalqı həm yerli zülmkarlar, həm 
də rus çarizminin nümayəndələri tərəfindən istismar olunurdu. Xüsusilə  kəndli 
kütlələrinin vəziyyəti ağır idi. Həddindən artıq vergilər, özbaşnalıq, zorakılıq, ehtiyac 
onları təngə gətirmişdi. Ona görə də kəndlilərin çar məmurları ilə birləşən yerli bəylər 
əleyhinə kütləvi çıxış  və üsyanları çoxalırdı. Bütün XIX əsr boyu ölkədə, onun 
xaricində  də ad çıxaran məşhur qəhrəmanlar fəaliyyət göstərmişlər. Həmin üsyan 
başçılarından Molla Nur, Yarəli, Hacı  Məhəmməd,  Şəkili Məhəmməd Cavad oğlu, 
Adıgözəl, Dəli Alı, Qaçaq Kərəm, Qaçaq Tanrıverdi, Qandal Nağı, Qaçaq Nəbi və 
başqalarının adlarını  çəkə bilərik. Qaçaqlar xalqın içərisindən çıxmış, xalqı müdafiə 
etmiş, ona kömək  əlini uzatmışlar. Bütün bu xalq qəhrəmanları haqqında saysız- 
hesabsız folklor nümunələri yaranmış və yaşamaqdadır. Həmin nümunələrdə bu igidlər 
qorxmaz, cəsur, mərd,  ədalət sevən, humanist, düşmənə qarşı amansız, yoxsulların 
tərəfdarı kimi təsvir olunmuşlar. Bu nümunələr folklorumuza “qaçaq nəğmələri” adı ilə 
daxil olmuşdur” (2, 365) 
Qaçaqlar xalq düşüncəsində yeni dövrün qəhrəmanları kimi meydana çıxırlar. 
Alplıq-  ərənlik arxetipi bu qəhrəmanların həyatını, davranışını  və savaşını epik süjet 
səviyyəsində qurmağa imkan verir.  
Bu dastaların, rəvayət və nəğmələrin baş qəhrəmanları gerçək tarixi şəxsiyyətlər, 
dövrün igid adamları olması “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Qaçaq Süleyman”, 
“Qaçaq Tanrıverdi”, “Qara Söyün”, “Qandal Nağı” kimi dastanların epik xronotopunu. 
Üslubunu və ideyasını müəyyənləşdirmişdir. 
Şübhəsiz, qaçaq dastanlarının yaranmasında və  təşəkkülündə  aşıqların igid, 
cəsur insanların şərəfinə düzüb qoşduğu şeirlərin və rəvayətlərin  böyük rolu olmuşdur.  
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə