The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə46/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

112 
 
R.S.Səfərəliyeva 
 
Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır. Onun qəhrəmanlığını  əks etdirən 
dastanlar söylənilir”. (9, 284-286). 
 “Xalq ruslarla qəhrəmancasına döyüşən Nəbiyə heyranlıq duyaraq onu Koroğlu 
kimi masallaşdırmış, toylarda- düyünlərdə, aşıq məclislərində onun hekayəsi 
söylənilmiş, şəninə ritmli nəğmələr qoşulmuşdur”. 
Qaçaq Nəbi haqqında nəğmələr və  rəvayətlər dastanlaşma prosesi keçirmişdir. 
“Aşıq məclislərində Qaçaq Nəbi. Onun qəhrəmanlıq mübarizəsi, arvadı  Həcərin və 
döyüş yoldaşlarının qoçaqlığı, böyük bir məhəbbətlə  vəsf  edilmiş, el şairləri
xanəndələr Qaçaq Nəbi haqqında oynaq ritmli qəhrəmanlıq nəğmələri, dolğun 
məzmunlu rəvayətlər yaratmışlar. Zaman keçdikcə bu nümunələr peşəkar ifaçıların 
repertuarında yeni yaradıcılıq mərhələsi keçib dastanlaşmışdır” (  8, 678- 679). 
El qəhrəmanlarının davranışı  və  əxlaqi- mənəvi dəyərləri bu dastanların süjet 
xəttinin  əsasını  təşkil edir. Qəhrəmanların davranışı mütləq toplumun önəm verdiyi 
mənəvi dəyərləri ehtiva etməlidir. Namus, qeyrət, comərdlik, yaxşılıq, kişilik və s. 
aşıqlar tərəfindən ən çox vəsf olunan etik dəyərlərdir.  
Qaçaqlar kasiblara əl tuturlar, kimsəsizlərin imdadına çatırlar. Koroğlu kimi
Qaçaq Kərəm kasıbların, yoxsulların umid- nicat yeridir. Qubernator bir kəndçinin 
qızını nişanlısı ola- ola zorla ələ keçirmək istəyəndə qız atasının əlləri her yerdən üzülür 
və axırda Kərəmə müraciət edir.  
Koroğlu qaçaqlar üçün mənəvi-  əxlaqi simvoldur. Onlar davranışlarını  və 
əməllərini Koroğlu modeli ilə ölçürlər. 
“Qaçaq Kərəm”də qaçaq İsmayıl döyüş  əzmini Koroğlunun qılınc çalmağı  və 
vuruşmağı ilə müqayisə edir: 
Vuruş meydanında mən bir balayam,  
Leşi leş üstünə gərək qalayam! 
Koroğlu tək indi qılınc çalayam, 
Qatacam bunları daşa, vurhavur! (5,31) 
 
İsmayıl ölüm ayağında yenə Koroğlunun adını  çəkir, ondan güc aldığını 
söyləyir: 
Kərəm, azğın düşmənləri 
Qıra- qıra gəlmişəm mən. 
Koroğlu tək bu meydanda 
Gürzü, qılınc çalmışam mən (10, 36). 
Hazırda Qaçaq Kərəmlə bağlı yeddi dastan məlumdur: “Kərəmlə Zalı xan” 
(müəllifi Qaraqoyunlu mahalımız Polad kəndindən Qul Vəli), “Qaçaq Kərəm” (müəllifi 
Qıraqkəsəmənli Qəmli Hüseyn), “Kərəmxan Sərtib” (müəllifi Göyçəli Aşıq 
Məhəmməd), “Kərəmin İran səfəri”,  “Kərəmin Gürcüstan səfəri”, “Kərəmlə İsrafil ağa” 
və s.  
Dastanda “Kərəm və  İsgəndər”, “İsgəndərin vəsiyyəti”, “Kərəmlə Güllünün 
hekayəti”, “Kərəmin qaçaq düşməsi”, “Kərəmlə  İsrafil ağa”, “Kərəmin Qarabağa 
getməsi”, “Samur görüşü”, “Kərəmin  Şabran döyüşü”, “Kərəm  Şahbulaqda”, “İsrafil 
ağanın xəyanəti”, “Kərəmin ölümü” kimi qollar Qaçaq Kərəmin məhdud bir ərazidə 
yaşayan qaçaq deyil, bütün  Azərbaycanda və Dağıstanda, eləcə  də Rusiyada 
şöhrətlənən igid bir cəngavər olduğunu göstərir. (8, 684) 
Kərəmin qaçaq düşməsinə də səbəb bu olmuş və onu xalq qəhrəmanı etmişlər. 
O,  əməkçi kəndlilərlə gözəl və xeyirxahlıqla davranırdı. Lakin mülkədarlarlı  və 
qolçomaqları təqib edir, onlardan vergi toplayıb, yoxsul kəndlilər arasında bölərdi”. 
 
 


113 
 
R.S.Səfərəliyeva 
 
Bir toy məclisinsə Qaçaq Kərəmlə  İsrafil ağanın üz- üzə  gəlməsi, rəqiblərin 
qarşılaşması dastanın ən maraqlı səhnələrindəndir. Burada iki qəhrəmanın jest işarələri- 
eyhamları toqquşur. 
Kərəm aşığa Koroğludan oxumasını xahiş edəndə  İsrafil ağanın narazılığına 
səbəb olur: “Aşıq, bura “Koroğlu” yeri deyil, “Şah İsmayıl”dan danış!””- deyir. 
İsrafil ağa bu replikasında metonimik üsuldan istifadə edərək, Koroğlunu xalqın 
təmsilçisi kimi, Şah  İsmayıl isə taxt- tacı, hakimiyyəti, var- dövləti simvolik kimi 
təqdim edir. 
“Qaçaq Kərəm”də Koroğlu ruhunun hakim olduğunun İslam Sadıq da qeyd edir, 
hər iki dastan arasında tipoloji oxşarlıqlar olduğunu qeyd edir. 
“Qaçaq Kərəm” dastanının başlanğıcında Kərəmi tək- tənha dolandığını, sonra 
isə Qaçaq ismayılla qabaqlaşdığını, onunla yoldaş olduğunu görürik. Sonra da başqa 
qoçaqlar onlara qoşulurlar. Bu səhnə Koroğlunun təkliyini, onun bir gün Çənlibelin 
ətəyindəki Karvan yoluna çıxdığını, burada Dəli Həsənlə rastlaşdığını, Dəli Həsənin də 
Koroğluya qoşulduğunu, sonra da dəlilərin ordan- burdan axışıb Çənlibelə  gəldiyini 
yada salır... 
Yenə “Qaçaq Kərəm” dastanında qəza naçalnikinin Kərəmi  şərə salmaq üçün 
Namaz kişini  ələ aldığı  səhnəni oxuyanda Hasan paşanın Keçə  Həmzənin  əliylə 
Koroğlunun Qıratını  oğurladığı  səhnəni xatırlamamaq mümkün deyi. Hər iki səhnədə 
qəhrəmana qarşı namərdliklə  tələ qurulur. Hər ikisində  də  qəhrəman qalib gəlir, sağ- 
salamat qurtarır. 
Bir gün Kərəm  İrəvan tərəflərə gedir və orada Seyidəli adlı bir kişinin qonağı 
olur, Çuğul xəbər verir, İrəvan xanı onun evini mühasirəyə alır. Kərəm təslim olub öz 
qollarını bağlatdırır. Bu da Bolu bəyin Koroğlunun qollarını bağlatdığı səhnəyə oxşayır” 
(7, 22). 
Koroğlu kimi, Kərəm də mərddir, basdığını kəsməz, arxadan vurmaz. 
Qaçaq Kərəm  İsrafil ağanın yaylaqda olduğunu bilib, onu öldürmək istəyir. 
Qaçaq Kərəm gizlicə  bəyin alacağına girib, bəyin arvadı ilə bir yerdə yatdığını görüb 
məqsədindən vaz keçir, balışının altına güllələr qoyur. İsrafil ağa güllələri Kərəmin 
qoyduğunu anlayır. Arvadı  təəccüblə soruşur ki, nə  əcəb səni öldürməyib?  İsrafil ağa 
ona cavab verir ki, “ülə məsələ ordadır. İgid o adama deyirəm ki, basdığını kəsməsin” 
(5, 22). 
Qaçaq diskursunda epik qəhrəmanın strukturunu müəyyənləşdirən mühüm 
motiv- onu  atı və silahıdır. Qəhrəmanın öz atıı öyməsi türk dastançılıq ənənəsinin geniş 
yayılmış motivlərindən biridir. Nəbinin Bozatı barəsində qoşulan nəğmələr bu 
silsilədəndir: 
Bozat səni sər tövlədə saxlaram, 
Ayağına qızıl- gümüş nallaram, 
Məxmərə tutaram, ipək çullaram 
Bozat, məni apar uzaq ellərə, 
Düşəcək tərifin bütün dillərə. 
 
Nəbinin yolları bütün da- daşdı, 
Əriklidən Nəbi bir günə aşdı, 
Nəbinin bozatı ona yoldaşdı. 
Bozat, məni apar uzaq ellərə 
Düşəcək tərifin bütün dillərə. 
 Koroğlu dastanında olduğu kimi, qaçaq dastanlarının qəhrəmanları da başına 
adamlar yığışır və dəstə yaradırlar. Bu dəstələr müəyyən mənada rus folklorunda  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə