The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə43/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   39   40   41   42   43   44   45   46   ...   102

105 
 
P.Məmmədov 
 
olunduğu məlumat vərəqi təqdim olunmalıdır; bu cür məlumat vərəqləri müxtəlif dillərdə 
mövcud olmalıdır və  məlumat sadə  və aydın dildə yazılmalıdır; yetkinlik yaşına 
çatmayan şəxsin bu məlumatı tam başa düşməsinə xüsusi diqqət yetirilməlidir. 
CPT belə bir yeni standart da müəyyən etmişdir ki, yetkinlik yaşına çatmayan 
şəxslər, bir qayda olaraq, polis və ya digər hüquq mühafizə orqanında 24 saatdan artıq 
saxlanıla bilməz. Komitə hesab etmişdir ki, yetkinlik yaşına çatmayan şəxslərin 
törətdikləri cinayət əməlləri üzrə ixtisaslaşan polis əməkdaşları xüsisi təlim keçməlidirlər. 
Komitə 24-cü illik məruzəsinə belə bir standart daxil etmişdir ki, yetkinlik yaşına 
çatmayan məhbuslar müəyyən hallarda yaşlı  məhbuslarla birlikdə kameradan kənar 
fəaliyyətdə (gündəlik gəzintidə olmaq, işləmək, təhsil almaq və s.) iştirak edə bilərlər, 
lakin bir şərtlə ki, bu, müəssisə  əməkdaşlarınin ciddi nəzarəti altında olmalıdır. 
Komitənin fikrincə, yetkinlik yaşına çatmayan məhbusların baraklarda saxlanılmasına yol 
verilməməlidir, çünki bu halda həmin  şəxslər daha çox zorakılıq və istismar riskinə 
məruz qalmış olurlar. 
CPT qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan məhbuslara öz şəxsi paltarlarını 
geyməyə icazə verilməlidir. Uyğun paltarları olmayan şəxslər müəssisə tərəfindən mülki 
paltarla təchiz edilməlidirlər. 
CPT müəyyən etmişdir ki, penitensiar müəssisəyə  qəbul edilən hər bir yetkinlik 
yaşına çatmayan məhbus üçün fərdi plan tərtib olunmalıdır; bu planda məqsədlər 
müəyyənləşdirilməli və  həmin məqsədlərə hansı müddətlərdə  və hansı vasitələrlə nail 
olunacağı konkret göstərilməlidir. Belə bir planın olması yetkinlik yaşına çatmayan 
məhbuslara penitensiar mərkəzdə olduqları vaxtı daha səmərəli keçirmələrinə  və 
cəmiyyətə yenidən inteqrasiya olunmaq üçün bu müddətdə müvafiq bacarıq və vərdişlər 
əldə etmələrinə imkan yaratmalıdır. 
24-cü illik məruzəsində CPT belə bir yeni standart da müəyyənləşdirmişdir ki, 
sosial inteqrasiya məqsədi ilə yetkinlik yaşına çatmayan məhkumlara müntəzəm surətdə 
məzuniyyət verilməlidir. CPT həbsdə olan yetkinlik yaşına çatmayan şəxslərin öz ailələri 
və digər  şəxslərlə mütəmadi görüşlərinin təşkil edilməsinin vacibliyini xüsusi olaraq 
vurğulamışdır. Komitənin fikrincə, bu kateqoriyadan olan şəxslər hər həftə bir saatdan 
çox olmaqla görüş keçirə bilməlidirlər. 
CPT-nin 24-cü illik məruzəsinə daxil etdiyi yeni standartlardan biri də ondan 
ibarətdir ki, yetkinlik yaşına çatmayan məhbusun bir müəssisədən başqa bir müəssisəyə 
köçürülməsi, onun barəsində tətbiq olunan intizam sanksiyaları və təhlükəsizlik tədbirləri 
haqqında, habelə  hər hansı  xəstəliyə, zədəyə  və ölüm faktına aid məlumatlar təxirə 
salınmadan həmin  şəxsin valideynlərinə  və ya qanuni nümayəndəsinə  təqdim 
olunmalıdır. 
Yaxşı başa düşüləndir ki ki, CPT-nin standartlarının əsasında işgəncənin və qeyri-
insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması dayanır. Məhz 
buna görə, yəni pis rəftarın qarşısını almağa yönəldiyinə görə CPT-nin standartları İnsan 
hüquqları haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqi ilə bağlı  İnsan 
hüquqları üzrə Avropa Məhkəməsinin müəyyənləşdirdiyi hüquqi standartlardan olduqca 
geniş və müfəssəldir. 
Birinci növbədə bu, CPT-nin önləyici xarakter daşıyan mandatı ilə bağlıdır. CPT 
işgəncəyə və digər yolverilməz rəftara apara bilən bütün mümkün səbəbləri və şəraiti  


106 
 
P.Məmmədov 
 
aradan qaldırmağa çalışmalıdır. Belə ki, hər hansı fakt və ya situasiya özü-özlüyündə 
İnsan hüquqları haqqında Avropa Konvensiyasının 3-cü maddəsini pozmaya da bilər
amma bu fakt və ya situasiya CPT-nin nəzərindən qaçmayacaq, ona görə ki, Komitənin 
fikrincə, burada pis rəftara gətirib çıxara bilmə ehtimalı ola bilər. Bir misal göstərək. 300 
məhbusun qaldığı bir müəssisədə cəmisi bir tibb bacısının çalışması özü-özlüyündə qeyri-
insani və ya ləyaqəti alçaldan rəftar kimi tövsif edilə bilməz. Lakin CPT bu faktı 
çatışmazlıq kimi səciyyələndirəcək və dövlətdən təcili olaraq əlavə tibb bacılarının işə 
götürülməsini tələb edəcəkdir. Çünki 300 məhbusa cəmisi bir tibb bacısının və ya 
feldşerin tibbi xidmət göstərməsi CPT-nin standartına uyğun deyildir. 
İkincisi isə, Komitənin başlıca məqsədi azadlıqdan məhrum edilmiş  şəxslərin 
vəziyyətini dövlətləri mühakimə etmək yolu ilə deyil, onlarla dialoq və  əməkdaşlıq 
qurmaqla yaxşılaşdırmağa nail olmaqdan ibarətdir. Bununla belə, qeyd etdiyimiz kimi, 
CPT-nin müəyyənləşdirdiyi standartlar hüquqi cəhətdən məcburi deyildir, tövsiyə 
xarakterlidir. 
Onu da əlavə edək ki, CPT-nin standartları  həm də azadlıqdan məhrumetmə ilə 
bağlı olan universal sənədlərdən, məsələn, yuxarıda adını çəkdiyimiz Məhbuslarla rəftara 
dair BMT-nin standart minimal qaydalarından (“Nelson Mandela qaydaları”ndan) və 
Avropa penitensiar qaydalarından daha təfərrüatlı  və daha detallaşdırılmışdır. Səbəb 
ondan ibarətdir ki, CPT-nin standartları statik deyil, dinamik xarakter daşıyır. Adı çəkilən 
iki sənəd dövlətlərin nümayəndələri arasında danışıqların məhsuludur və həmin danışıqlar 
bitəndən sonra onlar bu müddəaların tətbiqində  və inkişaf etdirilməsində heç bir rol 
oynamayıblar. Bundan fərqli olaraq, CPT-nin üzvləri daim həbs yerlərindəki reallıqlarla 
üz-üzədirlər və bütün bu gördükləri barəsində şərh vermək və dəyərləndirmələr aparmaq 
onların CPT Konvensiyasından irəli gələn vəzifəsidir. 
Yuxarıda qeyd etdik ki, CPT-nin müəyyənləşdirdiyi standartlar onun illik 
məruzələrində “maddi” bölmələr kimi öz əksini tapır və sonradan həmin bölmələr ayrıca 
“CPT-nin standartları” adlanan toplu kimi dərc olunur və daim yenilənir [7]. CPT-nin 
standartları  həm də  məxfi qaydada, yalnız daxili istifadə üçün sistemləşdirilir. Bu işlə 
Komitənin üzvlərindən təşkil olunmuş xüsusi işçi qrupu – 7-10 üzvdən ibarət 
Yurisprudensiya qrupu məşğul olur. Bu qrup CPT-nin monitorinq səfərləri zamanı etdiyi 
tövsiyələrdə  və Komitənin illik məruzələrində öz əksini tapmış standartları ayrı-ayrı 
sahələr və  məsələlər üzrə sistemləşdirir. Müntəzəm qaydada bu toplu yenilənir və 
Komitənin üzvlərinə paylanılır. Toplunun ictimaiyyət üşün açıq olmamasına əsas səbəb 
odur ki, buraya həm də  dərc edilməmiş  məruzələrdə öz əksini tapmış standartlar daxil 
edilir. 
Vacib bir məqamı qeyd etmək lazımdır ki, CPT öz standartlarını inkişaf 
səviyyəsindən asılı olmayaraq bütün ölkələrə bərabər şəkildə tətbiq edir. 1990-cı illərin 
əvvəllərində Mərkəzi və Şərqi Avropa ölkələrinə səfərlər etməyə başlayarkən CPT belə 
bir qəti mövqe ortaya qoydu ki, o dövrə qədər Qərbi Avropa ölkələrinə səfərlər zamanı 
işləyib hazırladığı standartlar bütün Avropaya şamil olunur. 
CPT-nin standartlarının müvafiq sahələrdə digər beynəlxalq sənədlərin, xüsusən 
Avropa penitensiar qaydalarının hazırlanmasında,  İnsan hüquqları üzrə Avropa 
Məhkəməsinin presedent hüququnda, eləcə  də milli qanunvericilikdə rolu xüsusi qeyd 
olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi 300-dən artıq qərarında CPT-nin  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə