The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə42/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   38   39   40   41   42   43   44   45   ...   102

103 
 
P.Məmmədov 
 
prinsipləri; Yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə ədalət mühakiməsinin həyata 
keçirilməsinin standart minimal qaydaları (“Pekin qaydaları”). Sadaladığımız bu sənədlər 
BMT çərçivəsində qəbul olunmuşdur. 
 Qeyd  edək ki, bu sənədlərdən  ən mühümü 1957-ci ildə  qəbul edilmiş 
Məhbuslarla rəftarın standart minimal qaydalarıdır. Həmin sənəd üzərində son illər 
ərzində ciddi iş getmiş  və  nəticədə  sənədin mətninə xeyli sayda dəyişiliklər daxil 
edilmişdir. “Nelson Mandela qaydaları” adlandırılan bu yeniləşdirilmiş  sənəd BMT-nin 
Baş Assambleyası  tərəfindən 2015-ci il dekabrın 17-də yekdilliklə  qəbul olunmuşdur. 
Sənəddə edilmiş dəyişikliklər aşağıdakı məsələləri əhatə edir: 1) məhbusların ləyaqətinə 
hörmət bəslənilməsi; 2) tibbi xidmətlər; 3) intizam tədbirləri və sanksiyaları; 4) həbs 
zamanı baş verən ölüm və  işgəncə hallarının araşdırılması; 5) müdafiəyə ehtiyacı olan 
qrupların (məsələn, uşaqların) mühafizəsi; 6) hüquqi müdafiədən istifadə edilməsi; 7) 
şikayətlər və müstəqil yoxlamalar; 8) həbsxana  əməkdaşları üçün təlimlərin keçirilməsi 
[4]. 
Nəzərdən keçirdiyimiz sahədə  ən müfəssəl standartlar məcmusu CPT tərəfindən 
işlənib hazırlanmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, CPT monitorinq qurumu olmaqla 
yanaşı, həm də “normayaradıcı”, standartlar müəyyənləşdirən qurum kimi tanınır. 
Doğrudur, CPT-nin bu funksiyası birbaşa Konvensiyada təsbit olunmamışdır. CPT-nin 
Konvensiyası Komitənin mandatını  həyata keçirərkən tətbiq etməli olduğu standartlar 
müəyyən etmir. Yalnız Konvensiyanın 10-cu maddəsinin 1-ci hissəsində deyilir ki, CPT 
səfər zamanı aşkara çıxardığı faktlar barədə məruzə hazırlamalıdır və bu məruzə “onun 
zəruri hesab etdiyi hər hansı tövsiyələri  əks etdirə bilər”. Həmin müddəada daha sonra 
göstərilir ki, zəruri hesab etdiyi halda Komitə azadlıqdan məhrum olunmuş  şəxslərin 
müdafiəsini yaxşılaşdırmaq üçün təkliflər etmək məqsədi ilə  iştirakçı dövlətlə 
məsləhətləşmələr apara bilər. 
Konvensiya müvafiq standartları müəyyənləşdirməyi Komitənin öhdəsinə 
buraxmışdır. Monitorinq fəaliyyəti nəticəsində  aşkara çıxardığı faktlara reaksiya olaraq 
CPT-nin etdiyi tövsiyələr eyni hallara dəfələrlə tətbiq olunaraq bir növ standarta çevrilir. 
İnsanların öz iradəsi ilə  tərk edə bilmədikləri müxtəlif yerlərdə üzləşdiyi konkret 
vəziyyəti qiymətləndirərkən və konkret tövsiyələr irəli sürərkən CPT müxtəlif beynəlxalq 
aktlara, məsələn,  İnsan hüquqları haqqında Avropa Konvensiyasına və Strasburq 
Məhkəməsinin presedent hüququna, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq 
Pakta, Avropa penitensiar qaydalarına, Məhbuslarla rəftara dair BMT-nin standart 
minimal qaydalarına istinad edir. Lakin normativ materialın çoxluğuna baxmayaraq, CPT 
konkret situasiyaları dəyərləndirərkən çətinlik hiss etmiş və buna görə də səfərləri barədə 
məruzələr tərtib etdikcə öz standartlarını  və  dəyərləndirmə meyarlarını  işləyib 
hazırlamışdır – bunları müəyyən mənada “presedent hüququ” adlandırmaq olar [5, s. 158-
179]. 
CPT-nin standartları  ən müxtəlif aspektləri  əhatə edir: həbs yerlərində maddi 
şərait (kameranın ölçüləri; işıqlandırma; ventilyasiya; gigiyena; sanitar qurğuları; 
məhbusların qidalanması; bir yerdən başqa yerə aparılması və s.); tibbi xidmətlər (tibbi 
işçilərin sayı; onların ixtisas dərəcəsi; xəstələrin müalicəsi və s.); sosial şərait (iş; 
istirahət; xarici aləmlə  əlaqələr; məhbuslara baş  çəkilməsi; nəzarətçi heyətin sayı; 
məhbuslarla nəzarətçilərin qarşılıqlı münasibətləri və s.); prosessual təminatlar (tutulma  


104 
 
P.Məmmədov 
 
və ya həbsə alma zamanı  təminatlar; dindirmə prosedurları; həkimin yanına 
buraxılma; intizam prosedurları;  şikayət və yoxlama prosedurları  və s.); nəzarətçilərin 
rəftarı  və  təlim keçməsi (yolverilməz rəftarın qadağan olunması; gücün proporsional 
tətbiqi; nəzarətçilərin səlahiyyətləri və s.). 
CPT-nin standartlarının, belə demək mümkünsə, “məcəllələşdirilməsi və 
mütərəqqi inkişafı”,  əsas etibarilə, onun hər il qəbul etdyi məruzələrində (“illik 
məruzələr” və ya “ümumi məruzələr”) həyata keçirilir. Hər hansı sahəyə (məsələn, 
şəxslərin polis məntəqələrində  və ya psixiatriya müəssisələrində saxlanması) və ya 
şəxslər kateqoriyasına (ömürlük azadlıqdan məhrum etmə  cəzasına məhkum olunanlar, 
məhbus qadınlar, qanunsuz miqrantlar və s.) aid Komitənin ölkələrə etdikləri səfərlərin 
nəticəsi olaraq bir növ “presedent” kimi müəyyənləşdirdiyi və inkişaf etdirdiyi standartlar 
toplanır və illik məruzələrin “maddi bölmə” adlanan ayrıca bölməsində əks etdirilir. 
Polisdə saxlama, məhbuslarla və  məhkumlarla rəftar və onların saxlanma şəraiti 
CPT-nin standartlar müəyyənləşdirdiyi ilk sahələr olmuşdur. Sonrakı illik məruzələrdə bu 
kimi sahələrdə  də standartlar müəyyənləşdirilmiş oldu: əcnəbi vətəndaşların miqrasiya 
qanunvericiliyinə uyğun olaraq həbsdə saxlanması;  şəxslərin qeyri-könüllü psixiatriya 
müəssisələrinə yerləşdirilməsi; azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayan 
şəxslər; azadlıqdan məhrum edilmiş qadınlar;  əcnəbi vətəndaşların hava ilə deportasiya 
olunması; cəzasızlığa qarşı mübarizə; psixiatriya müəssisələrində istifadə olunan 
məhdudlaşdırıcı vasitələr; elektoşok silahları; vəkilə müraciət hüququ və  məhbusların 
təkadamlıq kameralarda saxlanılması; milli preventiv mexanizmlər; pis rəftarla bağlı tibbi 
sübutların sənədləşdirilməsi və məruzə edilməsi; ömürlük həbs cəzasına məhkum edilmiş 
şəxslərin vəziyyəti. 
Bir sıra məsələlərə sonrakı illik məruzələrdə CPT-nin yeni “presedentləri” nəzərə 
alınmaqla yenidən baxılmış  və müvafiq standartlar təkmilləşdirilmişdir. Məsələn, polis 
həbsinə dair standartlar ilk dəfə 2-ci illik məruzədə dərc olunmuşdu və sonralar 6-cı və 
12-ci illik məruzələrdə bu standartlar inkişaf etdirildi. Məhbus və məhkumlarla bağlı 2-ci 
illik məruzədə  əks olunmuş standartlar yeni məsələlər daxil edilməklə 3-cü 
(həbsxanalarda tibbi xidmət), 7-ci (həbsxanalrda məhbus sıxlığı), 11-ci (ömürlük və uzun 
müddətə azadlıqdan məhrum etmə  cəzasına məhkum olunmuş  şəxslər) və 21-ci 
(məhbusların təkadamlıq kameralarda saxlanması) illik məruzələrdə genişləndirildi. 
Azadlıqdan məhrum edilmiş qanunsuz miqrantlarla bağlı təminatlar 19-cu illik məruzədə, 
həbsdə olan yetkinlik yaşına çatmayan şəxslərlə bağlı standartlar 24-cü illik məruzədə 
daha da inkişaf etdirilmişdir. 
Hesab edirik ki, yuxarıda adı  çəkilən məsələlərdən birini bir qədər  ətraflı  şərh 
etməklə biz CPT-nin standartlarının vaxt keçdikcə necə inkişaf etdirilməsini və 
təkmilləşdirilməsini görə bilərik. 
Yuxarıda qeyd etdik ki, CPT-nin 24-cü illik məruzəsində  həbsdə olan yetkinlik 
yaşına çatmayan şəxslərlə bağlı yeni standartlar öz əksini tapmışdır [6]. Məsələn, CPT 
hesab edir ki, cinayət törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs vəkilin 
və etibar etdiyi şəxsin (valideyinin, qanuni nümayəndəsinin və s.) iştirakı olmadan polis 
tərəfindən dindirilə bilməz və ya ondan şübhəli bilindiyi cinayət  əməlinə aid hər hansı 
sənədi və ifadəni imzalamaq tələb edilə bilməz. CPT müəyyən etmişdir ki, polis 
bölməsinə gətirilən yetkinlik yaşına çatmayan şəxsə dərhal onun əsas hüquqlarının əks  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə