The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə38/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   34   35   36   37   38   39   40   41   ...   102

93 
 
 
V.A.Muradov 
 
tədqiq etmiş E.B.Muradəliyeva Rusiya imperiyasında 1897-ci ildə keçirilmiş ilk 
ümumrusiya  siyahıyaalmasının məlumatlarına əsaslanaraq Ordubadda yaşayan əhalini 
sosial tərkibinə görə üç böyük kateqoriyaya bölür. Birinci kateqoriyaya ticarət-sənaye 
fəaliyyəti ilə məşğul olanlar daxil edilir. Ümumi sayı 1140 nəfər olan bu kateqoriyada 
sənaye fəaliyyəti, o cümlədən sənətkarlıqla məşğul olanlar (483 nəfər), ticarətlə məşğul 
olanlar (211 nəfər), nəqliyyat və rabitə sahəsində çalışanlar (89 nəfər), xüsusi xidmət, 
muzdurluq və ev qulluqçuluğu ilə məşğul olanlar (357 nəfər) təmsil olunmuşdu. Onu da 
göstərmək lazımdır ki, bu kateqoriyadan olanlar ailə üzvləri ilə birlikdə 3073 nəfər olub, 
şəhərdə yaşayan bütün əhalinin 66,64%-ni təşkil edirdilər[10,cəd.23] (154). İkinci 
kateqoriyanı ancaq kənd təsərrüfatı  fəaliyyət ilə  məşğul olanlar (247 nəfər) təşkil 
edirdi[10,cəd.23]. Üçüncü kateqoriyaya qeyri-istehsal sahələri ilə  məşğul olanlar, o 
cümlədən məmurlar və hərbçilər, ruhanilər, sərbəst peşə sahibləri (şairlər, rəssamlar və 
b.), təqaüdçülər və başqaları daxil idi. Ailə üzvləri ilə birlikdə 694 nəfər olan bu 
ketoqoriya şəhərdə yaşayan bütün əhalinin 15,05%-ni təşkil edirdi[10,cəd.23]. 
         Azərbaycanın başqa şəhərləri ilə müqayisədə, Ordubad şəhərində yaşayan əhalinin 
milli tərkibi daha yekcins idi. Təkcə o faktı göstəmək kifayətdir ki, 1727-ci ildə tərtib 
edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Ordubad şəhərində yaşayan  əhali 
arasında bir nəfər də olsun qeyri-müsəlman qeydə alınmamışdı[3,s.125-134]. Ordubad 
şəhərində əhalinin milli tərkibində, çox cüzi də olsa, dəyişiklik Rusiyanın Azərbaycanı 
işğal etməsindən sonrakı dövrə  təsadüf edir. Məlumdur ki, Azərbaycanı  işğal edən 
Rusiya burada özünə dayaq yaratmaq məqsədilə  İrandan və Türkiyədən ermənilərin 
kütləvi şəkildə köçürülməsinə başladı. İ.Şopenin verdiyi məlumata görə, çar hökuməti 
1828-1831-ci illərdə Naxçıvan diyarına bu ölkələrdən təxminən 12 min erməni 
köçürmüşdü[16,s.637-638]. Bununla belə, köçürülən ermənilərin çox cüzi bir hissəsi 
Ordubad  şəhərində yerləşdirilmişdi. Yenə  də  İ.Şopenin verdiyi məlumata görə, həmin 
dövrdə Ordubad şəhərində yaşayan ermənilərin sayı  cəmisi 182 nəfər (36 ailə) təşkil 
edirdi[16,s.637-638]. Sonrakı illərdə də ermənilərin Ordubad şəhərində yerləşdirilməsi 
prosesi davam etmişdi. Görünür, elə bunun nəticəsi idi ki, XIX əsrin 60-cı illərində 
Ordubadda yaşayan ermənilərin sayı artıb 345 nəfərə çatmışdı[13,s.51]. Lakin 
ermənilərin Ordubad şəhərində say artımı heç də davamlı olmadı. Birinci ümumrusiya 
siyahıyaalmasında verilən məlumata görə, 1897-ci ildə Ordubadda yaşayan ermənilərin 
sayı azalaraq 284 nəfərə enmişdi. Bu isə şəhərdə yaşayan əhalinin ümumi sayının cəmi 
6,16%-ni təşkil edirdi[10,s.82-83]. 
         Rusiya  imperiyasının tərkibinə daxil olmaqla əlaqədar Ordubad şəhərində ruslar 
da yaşamağa başlamışdılar.  İlk dövrlərdə onların sayı çox cüzi idi. 1863-cü ilin 
məlumatına görə,  şəhərdə beşi kişi və dördü qadın olmaqla cəmisi 9 nəfər rus 
yaşayırdı[13,s.51]. Lakin XIX əsrin sonlarına doğru onların sayı xeyli artıb 179 nəfərə 
çatmışdı[10,s.82]. 
Göründüyü kimi, uzun müddət Azərbaycanın kiçik və orta şəhərləri sırasında 
olan Ordubad şəhərində əhali artımının sürəti qeyri-bərabər olmuşdur. Yalnız XVI əsrin 
sonlarndan  XVIII əsrin  əvvəllərinə  qədər olan dövrdə  şəhərdə  əhalinin sayı iki dəfə 
artmışdı. Sonrakı dövrlərdə, xüsusilə XIX-XX əsrin əvvəllərində şəhərdə əhalinin artım 
sürəti kəskin  şəkildə  aşağı düşmüşdü. Bu məsələdə  şəhər iqtisadiyyatının ləng inkişaf 
etməsi, onun əsas sənaye mərkəzlərindən və ticarət yollarından uzaqda yerləşməsi 
mühüm rol oynamışdı.  
 


94 
 
V.A.Muradov 
 
Ədəbiyyat 
1.Azərbaycan DTA, f.24, siy.1, iş 372  
2.Azərbaycan MEA Tarix İnstitutunun Elmi arxivi, iş 8254,  
3.Naxçıvan sancağının müfəssəl dəftəri. 9 məhərrəm 1140 (27 avqust 1727).  
   Araşdırma, qeyd və şərhlərin müəllifi H.Məmmədov, Bakı, 2001  
4.Ваидова Х. История города Ордубада. Баку, 2007  
5.Города Азербайджана в период капитализма. Баку, 1987 
6.Григорьев В.Н.Статистическое описание Нахичеванской провинции. СПб.,  
  1833 
7.Кавказский календарь на 1904 год. Тифлис, 1903  
8.Кавказский календарь на 1915 год. Тифлис, 1914  
9.Кавказский календарь на 1917 год. Тифлис, 1916  
10.Мурадалиева Э.Б. Города северного Азербайджана во второй половине XIX  
     века. Баку, Изд-во Бакинского Университета, 1991 
11.Памятная книжка Эриванской губернии на 1910 год. Эривань, 1909 
12.Первая всеобщая перепись населения Российской империи. Эриванская 
     губерния. т. 61-63. СПб., 1904-1905  
13.Сборник статистических сведений о Кавказе. т.I, Тифлис, 1869   
14.Статистическая таблица Российской империи за 1856 год. СПб., 1858  
15.Черноярский Н. Город Ордубат, в промышленном отношении. //Кавказский 
     календарь на 1868 год. Тифлис, 1867  
16.Шопен И. Исторический памятник состояния Армянской области в эпоху 
    ее присоединения к Российской империи. СПб., 1852     
   
                           
XVIII-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ ORDUBAD ŞƏHƏRİNİN ƏHALİSİ 
 
VA.Muradov 
Xülasə 
 
         XVI-XVII əsrlərdə xeyli inkişaf edərək Azərbaycanın orta şəhərləri sırasına daxil 
olan Ordubad şəhərində XVIII-XX əsrin əvvəllərində əhalinin artım sürəti olduqca ləng 
gedirdi. Böyük ticarət və  sənaye mərkəzlərindən, habelə  şosse və    dəmir yollarından 
uzaqda yerləşməsi  şəhərdə iqtisadi infrastrukturun  inkişafına imkan vermir  və  əhali 
artımının qarşısını alırdı. Doğma  şəhərlərində  iş tapıb yaşamaq imkanı olmayan əmək 
qabiliyyətli ordubadlıların xeyli hissəsi qazanc dalınca xarici ölkələrə  və Rusiya 
imperiyasının böyük şəhərlərinə üz tutmağa məcbur olurdular. Bəzi illərdə  kəsbkarlıq 
məqsədilə şəhəri tərk edənlərin sayı 600 nəfərə çatırdı. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə