The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə34/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   30   31   32   33   34   35   36   37   ...   102

82 
 
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2016 - № 45 
 
ETANOLUN BƏTNDAXİLİ İNKİŞAFDA XRONİKİ TƏSİRİ NƏTİCƏSİNDƏ 
ÜÇ AYLIQ DOVŞANLARIN BAŞ BEYNİN MÜXTƏLİF STRUKTURLARININ 
MİTOXONDRİ FRAKSİYALARINDA QAYT, QLU VƏ ASP-IN MİQDARININ 
DƏYİŞMƏSİ  
 
İ.Ə. Məmmədova  
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Bakı, Səbail, Ü.Hacıbəyli, 68 
irana.adpu@gmail.com 
 
Açar sözlər: etanol, bətndaxili inkişaf, QAYT, qlutamat, aspartat 
Keywords: ethanol, utero development, GABA, glutamate, aspartate. 
Ключевые слова: этанол, внутриутробное развитие, ГАМК, глутамат, аспартат. 
 
 
Etanol qamma-aminyağ turşusundan (QAYT) başqa beynin qlutamat (Qlu)-ergik 
oyandırıcı sisteminə də təsir göstərir (10, 13). Etanolla xroniki zəhərlənmə zamanı baş 
beyində QAYT və Qlu-ergik sistemlərdə müxtəlif istiqamətli pozğunluqlar  əsas rol 
oynayır (2, 7). Etanolun əsas hədəfi Ca kanalları ilə funksional əlaqəli N-metil-D-
aspartat (NMDA)-tip reseptorları adlanır (11, 12). Bu zaman NMDA-reseptorlarının 
antaqonisti kimi etanol kəskin alkoqol intoksikasiyasının əsasında duran mexanizmlərdə 
mühüm rol oynayır. Etanolun Qlu-nu tormozladığına (oyanmanın tormozlanması) 
uyğun olaraq eksperimentlərdə QAYT-ın miqdarının artmasına səbəb olduğu göstərilir 
(1). 
Alkoqolun kəskin təsiri zamanı Qlu reseptorlarının hiperhəssaslığı inkişaf edir, 
öz növbəsində eksaytotoksik induksiyaya keçir, sayıqlama və Korsakov sindromun 
inkişafı ilə  nəticələnə bilir (1, 14). Alkoqolun daim qəbulu Qlu-ergik funksiyanı 
gücləndirir, daxili oyandırıcı aminturşuların neyrotoksik təsirinin güclənməsinə  səbəb 
olur və neyronların ölümü ilə nəticələnən proseslər baş verir (9). 
Son illərin tədqiqatlarında alkoqol asılılığının formalaşmasında QAYT-ergik mediator 
sistemin funksional vəziyyətinin əhəmiyyətli məna kəsb etdiyi müəyyənləşdirilmişdir (5). Belə 
təklif olunur ki, alkoqol asılılığın formalaşmasında vacib dəyişikliklər Cl ionların neyronlarda 
QAYT daşınmasının vasitəçiliyində dəyişikliklər zəruridir (3). Ağır hallarda abstinent sindromu 
fonunda qıcolma aşkar edilə bilər. Onların genezində Qlu-ergik sistemin funksional fəallığının 
yüksəlməsi və NMDA reseptor tiplərinin modifikasiyası böyük rol oynayır. Uzunmüddətli 
alkoqol istifadəsi mərkəzi NMDA reseptorlarının yüksəlməsinə  və  nəticədə QAYT-ergik 
sistemin fəallığının dəyişməsinə  səbəb olur. Bu da oyandırıcı (Qlu) və  ləngidici (QAYT) 
neyromediator sistemləri arasında tarazlığın pozulmasını formalaşdırır. 
Beyin mitoxondrisi alkoqol zədələnməsi üçün hədəfdir. Qlu-ergik və QAYTergik 
neyronlarla mitoxondri zəngindir, intensiv enerji və plastik mübadiləni təmin edir (16). 
Yuxarıda deyilənlərə  əsasən prenatal ontogenezdə etanolun xroniki təsiri 
nəticəsində 3 aylıq dovşanların baş beynin strukturlarının mitoxondri fraksiyalarında 
QAYT, Qlu və Asp-ın miqdarında baş verən dəyişiklikləri öyrənməyi qarşımıza məqsəd 
qoyduq. 
 
MATERİAL VƏ METODLAR 
Təcrübələr laboratoriya şəraitində saxlanılan cütləşdirilən ana dovşanlardan 
alınmış balalar üzərində aparılmışdır. Mayalanmanın getməsi (vaginal yaxma 
 
 
 


 
83 
 
İ.Ə. Məmmədova 
 
hazırlamaqla) nəzarətdə saxlanmışdır (4). Təcrübədə boğaz dovşanlar 4 qrupa 
ayrılmışdır. I qrup – kontrol dovşanlar; II qrup – mayalanmanın ilk günündən 10-cu 
gününə  qədər gündə 1 dəfə olmaqla qarınboşluğuna 1 q/kq dozada etanol yeridilmiş 
dovşanlar; III qrup – mayalanmanın ilk günündən 10-cu gününə  qədər gündə 1 dəfə 
olmaqla qarınboşluğuna 3,5 q/kq dozada etanol yeridilmiş dovşanlar; IV qrup – 
mayalanmanın ilk günündən 10-cu gününə qədər gündə 1 dəfə olmaqla qarınboşluğuna 
5,6 q/kq dozada etanol yeridilmiş dovşanlar. Tədqiqatlarda 4 qrup boğaz dovşandan 
alınmış 3 aylıq 20 baladan istifadə olunmuşdur. 
Bütün eksperimentlərdə 3 aylıq dovşanların baş beynin müxtəlif strukturlarının 
mitoxondri fraksiyalarında QAYT, Qlu və Asp-ın miqdarı  təyin edilmişdir. 
Aminturşular kağızda elektroforez metodu əsasında (8) Roberts E., Frankel S. (15) 
metodu ilə təyin olunmuşdur. Alınan dəlillər statistik araşdırılmışdır (6).  
 
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 
Tədqiqatlarımızda etanolun müxtəlif dozalarının (1 q/kq, 7%-li məhlulunun, 3,5 
q/kq, 25%-li məhlulunun və 5,6 q/kq, 40%-li məhlulunun boğazlığın rüşeym və 
ciftləşmə dövründə gündə 1 dəfə olmaqla qarınboşluğuna 10 gün müddətində 
yeridilməsinin) xroniki təsirinə  məruz qalmış 3 aylıq dovşanların müxtəlif beyin 
strukturlarının mitoxondri fraksiyalarında QAYT, Qlu və Asp-ın miqdarında baş verən 
dəyişikliklər müəyyən edildi (cədvəl). 
Cədvəl  
3 aylıq dovşanların beyin strukturlarının mitoxondri fraksiyalarında QAYT, Qlu və 
Asp-ın miqdarına (mkmol/q) prenatal ontogenezin böhran (rüşeym və ciftləşmə) 
dövrlərində etanolun müxtəlif dozalarının (1 q/kq, 7%-li məhlulunun, 3,5 q/kq, 25%-li 
məhlulunun və 5,6 q/kq, 40%-li məhlulunun gündə 1 dəfə olmaqla 10 gün müddətində 
qarınboşluğuna yeridilməsinin) xroniki təsiri (M±m, n=5) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
84 
 
İ.Ə. Məmmədova 
 
 
Beyin 
strukturları 
Təcrübənin 
şərti 
Göstə 
ricilər 
QAYT Qlu  Asp 
Baş beyin 
yarımkürələrinin 
qabığı 
kontrol M±m 0,72±0,015  1,65±0,014  0,97±0,014 
1 q/kq 
M±m 0,76±0,025  1,57±0,046  0,93±0,038 
% 105 
95 
96 
3,5 q/kq 
M±m 0,86±0,017***
1,45±0,047**  0,81±0,034** 
% 119 
88 
83 
5,6 q/kq 
M±m 0,92±0,034*** 1,35±0,041***  0,71±0,028*** 
% 128 
82 
73 
Beyincik 
kontrol M±m 0,85±0,01  1,42±0,01  0,89±0,011 
1 q/kq 
M±m 0,88±0,026  1,38±0,037  0,87±0,034 
% 104 
97 
98 
3,5 q/kq 
M±m 1,04±0,011***
1,33±0,038* 
0,85±0,007* 
% 122 
94 
95 
5,6 q/kq 
M±m 1,14±0,029***
1,25±0,05** 
0,8±0,029* 
% 134 
88 
90 
Beyin sütunu 
kontrol M±m 0,75±0,017  1,24±0,022  0,84±0,01 
1 q/kq 
M±m 0,8±0,033  1,19±0,04 
0,8±0,024 
% 107 
96 
95 
3,5 q/kq 
M±m 0,98±0,023***
1,1±0,048* 
0,77±0,025* 
% 130 
89 
92 
5,6 q/kq 
M±m 1,06±0,028***
1,04±0,041**  0,72±0,026** 
% 141 
84 
86 
Hipotalamus 
kontrol M±m 0,99±0,01  1,74±0,012  1,08±0,015 
1 q/kq 
M±m 1,06±0,029  1,71±0,04 
1,06±0,041 
% 106 
98 
98 
3,5 q/kq 
M±m 1,24±0,045***
1,57±0,06* 
0,97±0,037* 
% 125 
90 
90 
5,6 q/kq 
M±m 1,35±0,056*** 1,44±0,052***  0,93±0,029** 
% 136 
83 
86 
 
*-p<0,05; **- p<0,01; ***- p<0,001. 
 
3 aylıq kontrol dovşanların baş beyninin müxtəlif strukturlarının mitoxondri 
fraksiyasında QAYT-ın miqdarı baş beynin böyük yarımkürələrinin qabığının 
mitoxondri fraksiyasında 0,72±0,015, beyincikdə 0,85±0,01, beyin sütununda 
0,75±0,017, hipotalamusda 0,99±0,01, Qlu və Asp-ın miqdarı uyğun olaraq baş beynin 
böyük yarımkürələrinin qabığının mitoxondri fraksiyasında 1,65±0,014 və 0,97±0,014, 
beyincikdə 1,42±0,01 və 0,89±0,011, beyin sütununda 1,24±0,022 və 0,84±0,01, 
hipotalamusda 1,74±0,012 və 1,08±0,015 mkmol/q müəyyən edildi.  
Prenatal dövrdə etanolun (1 q/kq, 7%-li məhlulunun boğazlığın I günündən 
gündə 1 dəfə olmaqla 10 gün müddətində qarınboşluğuna yeridilməsinin) xroniki 
təsirinə məruz qalmış 3 aylıq dovşanların baş beynin böyük yarımkürələrinin qabığının 
mitoxondri fraksiyasında QAYT-ın miqdarı kontrolla müqayisədə 5%, beyincikdə 4%, 
beyin sütununda 7%, hipotalamusda 6% çox olur. Müvafiq şəraitdə 3 aylıq dovşanların 
baş beynin böyük yarımkürələrinin qabığının mitoxondri fraksiyasında Qlu və Asp-ın 
miqdarı uyğun olaraq 5% və 4%, beyincikdə 3% və 2%, beyin sütununda 4% və 5%, 
hipotalamusda 2% və 2% az olur. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə