88
İ.Ə.
Məmmədova
9.
Табакофф Б., Хоффман Л. Нейробиологические эффекты алкоголя //Вопр.
наркол., 2003, № 5, с. 27–42.
10.
Шабанов П.Д., Лебедов А.А., Стрельцов В.Ф. Гормональные механизмы
подкрепления. СПб.: Элби-СПб., 2008, 272 с.
11.
Allgaier C. Ethanol sensitivity of NMDA receptors // Neurochem Int., 2002,
v.41, № 6, p.377-382
12.
Devaud L.L. Ethanol dependence has limited effects on GABA or glutamate
transporters in rat brain // Alcohol Clin. Exp. Res., 2001, v.25, №4, p.606-611
13.
Fernando Valenzuela C. Alcohol and neurotransmitter interactions //Alcohol
health, research world, 1997, v.21, №2, p.144-148
14.
Michael R. Dobbs Clinical neurotoxicology. Syndromes,
substances,
environments. USA Philadelphia, 2009, p.60-61
15.
Roberts E., Frankel S. Gamma-aminobutyric acid in brain its formation from
glutamic acid //J.Biol. Chem., 1950, v.187, №1, p.55-61
16.
Sokoloff L. Relation between physiological function and energy metabolism in
the central nervous system // J. Neurochem., 1977, 27, p.13-26
CHANGES OF CONTENTS GABA, GLU AND ASP IN UTERO
DEVELOPMENT OF CHRONIC INFLUENCE ETHANOL IN
MITOCHONDRIAL FRACTIONS OF DIFFERENT STRUCTURES OF THE
BRAIN OF THE THREE MONTH OLD RABBITS
I.A.Mammadova
SUMMARY
It was found that in utero development chronic influence to different doses
ethanol there is a change in the contents of GABA, Glu
and Asp in the mitochondrial
fractions of different brain structures three month old rabbits. The results of our studies
have shown that in utero chronic exposure to different of doses of ethanol (1 g/kg, 3.5
g/kg and 5.6 g/kg) is an increase the content of GABA and decrease contents of Glu and
Asp in mitochondrial fractions of different brain structures of three month old rabbits
compared with control. In utero ethanol intoxication
imbalance occurs between the
stimulatory and inhibitory neurotransmitter systems in the brain.
ИЗМЕНЕНИЕ СОДЕРЖАНИЕ ГАМК, ГЛУ И АСП ПРИ
ВНУТРИУТРОБНОМ РАЗВИТИЕ ХРОНИЧЕСКОМ ВОЗДЕЙСТВИИ
ЭТАНОЛА В МИТОХОНДРИАЛЬНЫХ ФРАКЦИЯХ РАЗЛИЧНЫХ
СТРУКТУР ГОЛОВНОГО МОЗГА ТРЕХМЕСЯЧНЫХ КРОЛИКОВ
И.А.Мамедова
РЕЗЮМЕ
Установлено, что при внутриутробном развитие хроническом воздействии
различных дозы этанола происходит изменение в содержание ГАМК, Глу и Асп в
митохондриальных фракциях различных структур головного мозга трехмесячных
кроликов. Результаты наших исследований показали, что при внутриутробном
хроническом воздействии различных дозы этанола (1 г/кг, 3,5 г/кг и 5,6 г/кг)
происходит увеличение содержание ГАМК и уменьшение содержание Глу и Асп.
90
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2016 - № 45
XVIII-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
ORDUBAD ŞƏHƏRİNİN ƏHALİSİ
V.A.Muradov
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti,
AMEA Naxçıvan Bölməsi
Azərbaycan, Naxçıvan MR, Naxçıvan ş., H.Əliyev pr., 76
e-mail: vidadimuradov@gmail.com
Açar sözlər: Ordubad şəhəri, artım, əhali, inkişaf, qazanc,
sosial tərkib, şərait
Keywords: Ordubad city, growth, population, development, income, social structure, conditions
Ключевые слова: город Ордубад, рост, население, развитие, прибыль, социальный состав, условие
Azərbaycanın qədim və abad şəhərlərindən hesab edilməsinə baxmayaraq
Ordubad şəhəri mövcud olduğu bütün dörlərdə əhalisinin sayına
və iqtisadi vəziyyətinə
qörə bölgənin orta şəhəri səviyyəsindən yuxarı qalxa bilməmişdir. Hərçənd ki, XIX-XX
əsrin əvvəllərində Ordubad şəhərinin tarixinə həsr olunmuş bəzi tədqiqat əsərlərində bu
məsələ haqqında ziddiyyətli fikirlərə rast gəlmək mümkündür. Belə əsərlərdən birində
göstərilən dövrdə Ordubadda əhalinin sayının sürətlə artmasından danışılır və bu artımın
əsas mənbəyi kimi əhalinin təbii artımı ilə yanaşı, kənd əhalisinin qazanc dalınca şəhərə
axışması göstərilir[4,s.41]. Bu əsərin başqa bir yerində XX əsrin əvvəllərində Ordubad
şəhərində 3780 evin olmasından danışılır[4,s.40]. Əgər
hər evdə, orta hesabla, 5 nəfərin
yaşadığını nəzərə alsaq, onda göstərilən dövrdə Ordubadda 18.900 nəfər əhalinin
yaşadığını iddia etmək olar. Halbuki, həmin əsərin müəllifinin tərtib etdiyi cədvəldə
Ordubad şəhərində 1917-ci ildə 5717 nəfər əhalinin yaşadığı göstərilir[4,s.42].
Əlbəttə, tədqiq olunan dövrdə, xüsusilə 1828-1917-ci illəri əhatə edən rus
müstəmləkəçiliyi dövründə Ordubad şəhərində əhalinin sayında müəyyən qədər artım
müşühidə edilirdi. Naxçıvan bölgəsinin Rusiya tərəfindən işğalından sonra yaranmış
siyasi sabitlik digər sahələrlə yanaşı, əhalinin sayının artması üçün də əlverişli şərait
yaratmışdı. Bu artımın kökündə, şübhəsiz ki, əhalinin təbii artımı və müəyyən qədər
kənd əhalisinin bir hissəsinin qazanc dalınca şəhərə gəlməsi daynırdı. Məsələn, 1897-ci
ilin məlumatına görə, Ordubad şəhərində kəndli kateqoriyasına aid edilən 499 nəfər
yaşayırdı[10,s.98].
Bununla belə, Azərbaycanın digər şəhərləri ilə müqayisədə, Ordubadda
əhalinin artım sürəti olduqca aşağı idi. Bu məsələ haqqında XVI əsrin sonlarından başlayıb XX
əsrin əvvəllərinə qədərki böyük bir dövrü əhatə edən statistik mılumatlar aydın təsəvvür yaradır.
Bu
məlumatlar göstərir ki, Ordubad şəhərində 1590-cı ildə 1500 nəfər, 1727-ci ildə 3000 nəfər,
1830-cu ildə 3444 nəfər, 1850-ci ildə 4302 nəfər, 1852-ci ildə 4040 nəfər, 1858-ci ildə 4389
nəfər, 1865-ci ildə 4360 nəfər, 1873-cü ildə 4489 nəfər, 1886-cı ildə 4199, 1897-ci ildə 4611
nəfər, 1904-cü ildə 4929 nəfər, 1917-ci ildə isə 5717 nəfər əhali yaşayırdı[1,v.6-7; 3,s.10;
4,s.41-42; 16,s.482; 12,s.3; 13,s.51; 14,s.174; 15,s.409-417; 7,s.17; 8,s.253; 9,s.219].
Əldə olan bu məlumatlara əsaslanaraq Ordubad şəhərində əhali artımını iki
böyük mərhələyə bölmək olar. XVI əsrin sonlarından XVIII əsrin əvvəllərinə qədər
davam etmiş birinci mərhələni şəhərin daha intensiv inkişafı və əhalisinin sayının daha
yüksək sürətlə artması dövrü adlandırmaq olar. Bu mərhələdə davamlı xarakter daşımış
Səfəvi-Osmanlı müharibələrinin dağıdıcı təsirindən, bir növ kənarda qalmış Ordubad