- 72 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
ELNURƏ BABAYEVA
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu
UOT:82.0
ƏRUZ ELMİNİN MEYDANA GƏLMƏSİ VƏ ONUN
AZƏRBAYCAN POEZIYASINDA ƏN ÇOX İŞLƏNƏN BƏHRLƏRİ
Açar sözlər: əruz, şeir, bəhr
Keywords: eruz, poem, behr
Ключевые слова: аруд, пoэзия, бахр
VII əsrdə Yaxın Şərqdə İslam dininin meydana gəlməsi Ərəb dilinin, mədəniyyətinin,
xüsusən ədəbiyyatının inkişafında mühüm rol oynadı. Bu dilin möhtəşəm abidəsi Qurani-Kərim
bunun bariz nümunəsidir. Tükənməz enerji daşıyıcısı olan bu İlahi kəlam ərəb dilinin payına
düşməsinə baxmayaraq, qısa bir zaman içində geniş ərazilərdə yayıldı. Qurani-Kərimdə bəlağət və
ecaz baxımından sözlərin düzülüşü, eyni sözün, ifadənin yerinə görə müxtəlif mənalar daşıması,
səslərin aşıladığı ovqatlar, oxunuş ahəngindən doğan ehyamlar, mənaca bir-birinin oxşarı olan
ayələrin başqa-başqa surələrdə təkrarlanması ilə bağlı psixoloji təsirlər, təlqinləri gücləndirən
qafiyələr, onu dinləyənlərdə düşünüb-daşınmaq imkanı yaratmaqda idi. Məhz bu baxımdan bu
abidənin düzgün oxuna bilməsi ərəb dilinin əsaslarının elmi şəkildə öyrənilməsi vacibliyini
meydana çıxarırdı. Böyük alimlər dəstəsi hələ islamiyyətin ilk dövrlərindən ərəb dilinin qayda-
qanunlarını elmi şəkildə öyrənməyə başlayır və bu dilin hamı üçün əsas ola biləcək qanunlarını
yaratmağa çalışırdılar.
Ərəb dilçilik elminin ilk görkəmli nümayəndələrindən sayılan İbn Əbu İshaq əl-Hadrami,
Əbu Əmr bin əl-Əla, İsa bin Ömər əl-Sədəfi, Yunis bin Həbib, Xəlil ibn Əhməd, Əbül Xəttab əl-
Əxfəş əl-Əkbər, Sibəveyhi, əl-Əxfəş əl-Əvsət, Əli bin Həmzə əl-Kisai, Yəhya bin Ziyad əl-Fərra və
başqaları ərəb dilinin nəzəri əsaslarını öyrənməyə çalışmış və bu dilin qanunları haqqında gözəl
əsərlər yazmışlar.(3,16)
Əruz elminin qayda və qanunlarının ilk dəfə məhz ərəb şeirinə tətbiq olunmasının əsas
səbəbi, yazılı ədəbiyyatın və filologiyanın ərəblərdə daha tez formalaşması idi. Ümumiyyətlə əruz
nədir?
Əruz ərəb sözüdür. “Geniş yol”, “çadırın ortasına vurulan dirək”, “şeir haqqında elm” və s.
mənalar bildirir. Nəzmdə istifadə olunan şeir ölçüsüdür. Əruz uzun və qısa hecaların müəyyən
kombinasiyalarda gözəl oxunuş ritmi yaradan, ardıcıllığının bütün misralarda dəqiqliklə
gözlənilməsi ilə müşahidə olunan şeir vəznidir. Əruz vəzni çox yayılan, işləkliyi ilə fərqlənən bir
ölçüdür. İslamiyyətdən əvvəl ərəb folklorunun nümunələri, müharibələr zamanı söylənən rəcəzlər,
məzmunu xalq məişətindən alınan şeirlər əruz vəzni ilə yazılırdı. Bədahətən şeir deyəndə belə
ərəblər əruzdan istifadə edirdilər.
Əruz şeir ölçüsünün xüsusiyyətlərindən biri, misralardakı hecaların uzun-qısalığının əsas
götürülməsidir. Lakin bu vəzndə yazılan şeirlərdə ahəng, misralardakı hecaların say bərabərliyindən
deyil, onların uzun-qısalığından, növbələşməsindən, bir-birini izləməsindən yaranır. Məhz bu halda
əruz vəznində yazılan şeirdəki misralarda hecaların sayında fərqin ola bilməsi normal hal sayıla
bilər.
Əruz vəznindən istifadə edən xalqların ədəbiyyatşünaslığında belə bir qayda müəyyən
olunmuşdur ki, əruza görə qapalı hecalar həmişə uzun, açıq hecalar isə, əsasən, qısa (heca uzanan
sait səslə qurtardıqda o, uzun heca olur) heca hesab edilir. Ona görə də hecaların uzun-qısalığının
növbələşməsini, bir-birini izləməsini açıq və qapalı hecaların izləməsi kimi də başa düşmək olar.
- 73 -
Şeirdə uzun, qısa hecaların bir-birini izləməsi, növbələşməsi o deməkdir ki, birinci misrada hər
hansı heca uzundursa(yaxud qısadırsa), qalan misralarda da həmin sırada duran heca uzun (yaxud
qısa) olmalıdır. Əruzun tələbinə görə misralardakı bu və ya digər sözün hər hansı bir hecası
uzandığı kimi, müəyyən sözləri, yaxud hecaları qısa demək də lazım gəlir. Başqa sözlə, onlar qısa
tələffüz edilməli olur.
Əruz elminin nəzəri əsaslarını yaradan məşhur ərəb alimi Xəlil ibn Əhməd (718-790) sayılır.
VIII əsrdə yaşamış böyük ərəb alimi Xəlil ibn Əhməd əruz şeir ölçüsünü hicri 150-ci (767) ildə
sistemləşdirib elm şəklinə salmışdır. O, əruzun 15 bəhrini müəyyənləşdirmiş və bu bəhrlərin əsasına
məfA
ʼUlün, fAʼilAtün, müstəfʼilün, fəʼUlün, fAʼilün, mütəfAʼilün, müfAʼələtün, məfʼUlAtü qəliblərini
tətbiq etmişdir. Həmin qəliblərə təfilə deyilir. Bu təfilələrin müxtəlif birləşmələri əruzun müxtəlif
bəhrlərini və onların ölçülərini yaradır. Məsələn, fA
ʼilAtün təfiləsi bu və ya digər şəkildə
təkrarlanaraq rəməl bəhrinin, məfA
ʼİlün təfiləsinin dəyişməsi və təkrarı isə həzəc bəhrinin müxtəlif
növlərini yaradır. Təfilələrin dəyişməsi, bir səsin dəyişməsi ölçünü də dəyişdirir. Məsələn, fA
ʼilatün
və fə
ʼilAtün təfilələri bir-birinə çox yaxındır: hər ikisində dörd heca vardır. Lakin bunlar müxtəlif
ölçü əmələ gətirir. Belə ki, təfilənin birinci hecasında a-nın ə-yə keçməsi ölçünü də dəyişdirir.
Misallardan belə nəticəyə gəlmək olar ki, əruz vəznində şeirlərin ahəngini müəyyən edən onun
ayrı-ayrı qəlibləridir. Təfilələrin müxtəlif şəkildə dəyişməsi şeirin ahəngini dəyişir. Bunun da
nəticəsində əruzun müxtəlif bəhrləri və onun ayrı- ayrı növləri meydana gəlir.
Ərəb istilası ilə əlaqədar olaraq ərəb dili, mədəniyyəti, ədəbiyyatı başqa xalqların dilinə təsir
etdiyi kimi, bu şeir qaydalarına da təsirsiz qalmamışdır. Xalqlar əruza yaradıcı yanaşmış, bəhrlərdən
öz dillərinə uyğun gələnləri istifadə etmişlər. Ərəblər əruzun 16, farslar 19, taciklər 14, türklər 11,
özbəklər 13, azərbaycanlılar isə 12 bəhrdə şeir yazmışlar. Bir sözlə, uzun illər əruzun nəzəri
əsaslarından yazmaq şərq-elmi nəzəri fikrində bir ənənə halına çevrilmişdir.
Farslar əruzu ərəb ədəbiyyatından götürmüşlər və onu daha da təkminləşdirərək, bəhr və
təfilələrin sayını artırmışlar. Onlar əruzun 16 bəhrinə 3 bəhr (qərib, cədid, müşakil) artırmış,
bəhrlərin sayını 19-a çatdırmışdılar. Farslar ərəb qəliblərini yeni formaya salmış, onlara milli
xüsusiyyət vermişlər. Fars əruzşünaslıq elminin tarixi qədimdir. Təqribən IX əsrdən etibarən əruz
fars poeziyasına qədəm qoymuş, XI-XII əsrlərdən etibarən isə fars alimləri fars əruzunun nəzəri
əsasları haqqında əsərlər yazmağa başlamışlar. Bu elmin yaranmasında və inkişafında böyük rol
oynamış Yusif Əruzi, Əbu Abdullah Qorşi, Bəhrami Sərəxsi və başqalarının adlarını çəkmək olar.
XIII əsr fars əruzşünaslıq elmi isə ilk növbədə Şəms Qeys Razi və Nəsirəddin Tusinin adı ilə
bağlıdır. Bu alimlərin əsərləri özlərindən sonra yazıb-yaratmış alimlərə güclü təsir göstərmiş və belə
ki, XIV-XV əsrlərdə fəaliyyət göstərmiş Şəms Fəxri İsfahani, Vəhid Təbrizi və Əbdürrəhman Cami
kimi görkəmli əruzşünasların əsərlərində onların nəfəsi açıq-aydın duyulmaqdadır. Təbii ki, fars
alimləri arasında Əbdürrəhman Cami və onun nəzəri əsaslarından bəhs edən “Risaleyi -əruz” əsəri
bu baxımdan böyük əhəmiyyət kəsb edir.(1,146)
Əruz vəzninin türkdilli poeziyada tətbiqi böyük maneələrə rast gəlmişdir. Bunlardan ən
ümdəsi dil problemi idi. Belə ki, ərəb dilinə tətbiq olunmuş əruz vəzni türk dilinə tətbiqi nəticəsində
sözlərin tələffüzündə türk dili qayda-qanunlarını kobudcasına pozurdu. Lakin bütün bunları arxada
qoyaraq, türkdilli xalqlar XI əsrdən əruzdan istifadə etməyə başlamışlar. Əruz vəzninin mütəqarib
bəhri ilə yazılan ilk türk-uyğur abidəsi Yusif xas Hacibin “Kutadqu-bilik” poeması olmuşdur.
Əruz vəzni azərbaycan ədəbiyyatında da geniş yayılmışdır. Nizami, Füzuli, Nəsimi,
S.Ə.Şirvani, M.Ə.Sabir kimi böyük söz sənətkarları bu vəzndə çox ahəngdar əsərlər yazmışlar.
Azərbaycan şeirində əruz bəhrinin hamısı işlədilməmişdir. Ədəbiyyatımızda ən çox işlənən, həzəc,
rəməl, xəfif, səri munsərih bəhrləridir. Əruzun bu bəhrlərinin adını ifadə edən sözlər onların
xüsusiyyətinə uyğun seçilmişdir. Həmin sözlərin mənasını bilmək bəhrlərin xüsusiyyətini başa
düşməyə kömək edir. (5, 60)
Həzəc bəhri. Həzəc sözü xoşa gələn avaz, gözəl səs, cəh-cəh mənasını ifadə edir. Bu
bəhrdə yazılan şeirlərdə bir axıcılıq, rəvanlıq nəzərə çarpır. Həzəc bəhrinin növləri məfA
ʼİlün
təfiləsinin müəyyən miqdarda təkrarlanması və dəyişməsindən yaranır. Əsas qəlibi, başqa sözlə
desək, birinci növü məfaA
ʼİlün təfiləsinin dörd dəfə təkrarından əmələ gəlir. Füzuli, Sabir və başqa
şairlərimiz həzəc bəhrindən istifadə edərək gözəl şeirlər yazmışlar. Məsələn, M.Füzuli “Məni