The series of the humanitarian


НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66)



Yüklə 3,77 Mb.
səhifə37/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   33   34   35   36   37   38   39   40   ...   129

- 76 - 

 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

 

 



 

 

 



 

 

 



İLHAMƏ  ƏSGƏROVA 

    



 Naxçıvan Dövlət Universiteti 

UOT   82: 316. 3 

  

 ƏLİ  SULTANLI    “KİTABİ-DƏDƏ  QORQUD”  HAQQINDA 



 

 

Açar  sözlər:   Azərbaycan ədəbiyyatı, “Kitabi-Dədə Qorqud”,  Əli Sultanlı 

 

Key words:   Azerbaijan literature, “The book of  Dede Korkut”, Ali Sultanli

 

 



Ключевые слова:   Азербайджанская литература, «Книга моего Деда  

Коркуда», Али Султанлы 

 

 

Filologiya  elmləri  doktoru,  professor  Əli  Sultanlı  (1906-1960)  iyirminci  əsr  Azərbaycan 

ədəbiyyatşünaslığının  ən  məşhur  nümayəndələrindən  biridir.  Çoxşaxəli  elmi  fəaliyyətə  malik  olan 

istedadlı  alim  respublikamızda  dünya  ədəbiyyatının  tədqiqi  və  tədrisi  sahəsində  böyük    xidmətlər 

göstərməklə  yanaşı,  Azərbaycan  dramaturgiyasının  da  ən  mötəbər  tədqiqatçılarından  biri  kimi 

tanınmışdır.  Bütün  bunlarla  bərabər,  ustad  alimin  folklorşunaslıq  sahəsində  də  ciddi  xidmətləri 

vardır.  Xüsusən  onun    şifahi  söz  sənətimizin  qiymətli  incisi  olan  “Kitabi-Dədə  Qorqud”  dastanı 

haqqında  əhatəli  araşdırmaları  özünün  konseptuallığı,  dərin  problematikası,  yüksək  elmi  səviyyəsi 

və orijinal  səciyyəsi  ilə  diqqəti  çəkir. 

 Dünya  ədəbiyyatına  dərindən  bələd  olan  Ə.Sultanlı  “Kitabi-Dədə  Qorqud”u  da  məhz  bu 

kontekstdə  araşdırmış,  xüsusən  qədim  yunan  dastanları  ilə  maraqlı  müqayisələr  aparmışdır. 

Görkəmli  alimin  hələ  1946-cı  ildə  ayrıca  kitab  halında  nəşr  etdirdiyi  “Dədə  Qorqud”  və  yunan 

eposları”  adlı  dəyərli  araşdırması  (8)  bu  baxımdan  xüsusi  önəm  daşıyır.  Professor  bu  yöndəki 

tədqiqatlarını  davam  etdirmiş,  onun  1959-cu  ildə    çap  etdirdiyi  ”Dədə  Qorqud”  dastanı  haqqında 

qeydlər”    adlı  silsilə  elmi  məqalələri  (7)  də  böyük  rezonans  doğurmuşdur.  Alimin    dastanla  bağlı 

araşdırmaları  onun  vəfatından  sonra,  1971-ci  ildə  çapdan  çıxmış  “Məqalələr”  adlı  kitabında  da  bu 

başlıq  altında    yer  almışdır  (9,  s.  11-100).  Ustad  alim  Yaşar  Qarayev  Əli  Sultanlının  həmin  kitabına 

yazdığı    “Ön  söz”də    haqlı  olaraq  vurğulayırdı:  “Əli  Sultanlının  “Kitabi-Dədə  Qorqud”  dastanı 

haqqında  yazdığı  silsilə  məqalələr  Azərbaycanda  müasir  folklorşünaslığın    nailiyyəti  sayıla  biləcək 

əsərlərdəndir”  (9,  s.10).  Professor  Əli  Sultanlının  “Kitabi-Dədə  Qorqud”  dastanı  haqqındakı  araşdır-

malarının  elmi  məziyyətləri  barədə  çox  geniş  danışmaq,  əhatəli  təhlillər  aparmaq  mümkündür.  Biz 

burada  bir sıra  əsas məqamlara  diqqət  yetirəcəyik. 

 Hər  şeydən  öncə,  onu  deyək  ki,  Ə.Sultanlı  dastanın  quruluşuna  nəzər  yetirmiş, 

vurğulamışdır  ki,  əsərdəki    “boylarda  ideyaca  bir  vəhdət  vardır”  (9,s.12),  yəni  bəzi  boyları 

birləşdirən  süjet  əlaqələri  ilə  yanaşı,  alim  haqlı  olaraq  ideyaca  bağlılığa  xüsusi  fikir  vermişdir. 

Xanlar  xanı  Bayandır  xan  obrazını  da  bu  kontekstdə  dəyərləndirən  professor  yazırdı:  “Doğrudur, 

Bayandır  xanın  özü  heç  bir  qəhrəmanlıq  göstərmir,  əhvalatların  cərəyanına  istiqamət  vermir,  işlərə 

fəal  müdaxilə  etmir,  lakin  bütün  boylarda  onun  mənəvi  hökmranlığı  ...duyulmaqdadır”  (9, s.12). 

 Dədə  Qorqud  obrazının  mənşəyi,  tarixi  kökləri  barədə  də  Ə.Sultanlının  maraqlı  mülahizə  və 

qənaətləri  vardır.  Hazırkı  mərhələdə  Dədə  Qorqudun  tarixi  şəxsiyyət  olması  barədə  fikir  yürütmək 

üçün  diqqət  yetirilə  bilən  qaynaqları  alim  iki  qrupda  birləşdirmişdir:  “Qorqud  Dədənin...  şəxsiyyəti 

haqqında    müəyyən  təsəvvür  almaq  üçün  indi  ancaq  iki  mənbəyə  müraciət  etmək  olar: 

1.Salnamələr,  səyahətnamələr,  ümumiyyətlə,  yazılı  mənbələr;  2.Xalq  məsəlləri,  xalq  nağılları  və 

xalq  əfsanələri,  ümumiyyətlə,  folklor  mənbələri”  (9, s.13). 



 Bu  mənbələrin  hər  birinin  elmi  xarakteristikasını  verən  alim  diqqəti  ona  yönəldirdi  ki,  bəzi  

yazılı  mənbələrdə  Dədə  Qorquddan  tarixi  şəxsiyyət  kimi  söz  açılır,  onun  xan  yanında  vəzir, 

qəbilənin  məsləhətçisi,  müdrik  və  mütəfəkkir  bir  adam  olması  bildirilir.  Dastanın  müqəddiməsində 



- 77 - 

Dədə  Qorqudun  Məhəmməd  Peyğəmbər  zamanına  yaxın  ömür  sürməsi  barədəki  qeydə  də 

Ə.Sultanlı  diqqət  yetirmişdir.  Tədqiqatçı  onu  da  vurğulamışdır  ki,  Dədə  Qorqud  haqqında  çoxsaylı 

əfsanə  və  rəvayətlər  yaradılmış,  onun  bütün  varlığı,  fəaliyyəti  belə  bir  əfsanəvi  örtüyə  bürünmüşdür. 

Fikrinin  təsdiqi  kimi  alim  Qorqud  Dədə  haqqındakı  bəzi  əfsanələrə  nəzər  salmış,  onların  müfəssəl 

şərhini  də  vermişdir.  Alimin  gəldiyi  nəticə  belədir  ki:  “Dədə  Qorqudun  şəxsiyyəti    əsatirlər  pərdəsi 

altında  şübhələşmişdir.  Hər  halda,  bu  dumanlı  pərdə  arxasında  qədim  Azərbaycan  qəbilələrinin 

qüvvətli  bir  ozanı  yaşamaqdadır”  (9, s.17). 

 

“Kitabi-Dədə  Qorqud”  dastanının    ilkin  təşəkkülü,  sonrakı  püxtələşməsi  barədə  də 



Ə.Sultanlı  diqqətəlayiq  təhlillər  aparmış,  mühüm  elmi  qənaətlər  irəli  sürmüşdür.  Araşdırma 

sonunda  alim  bu  nəticəyə  gəlmişdir  ki,  dastanın    mövcudiyyəti,  yaranması,  cilalanması  ilk  növbədə 

üç  şəxsiyyətlə  bağlıdır.  Bunlardan  birincisi,  heç  şübhəsiz  ki,  Dədə  Qorqudun  özüdür.  Ə.Sultanlı  bu 

fikri  yəqinləşdirmişdir  ki,  “Dədə  Qorqud  dastanın  ilk  yaradıcısıdır.  Onun  ilk  nüvəsini,  nəğmələrin 

rüşeymini  o,  qoşub  söyləmişdir”  (9,s.18).  Alimin  haqlı  qənaətinə  görə,  dastanın    müəy-

yənləşməsində  ikinci  amil  sonralar  yaşamış  ozanlardır  ki,  zaman-zaman  onlar  da  bu  eposa  müəyyən 

əlavələr,  dəyişikliklər  etmişlər.  Qəbilələr  arasında  dastanı  nəql  edən,  yayan    ozanlar  onu  həm  də 

süsləmiş,  daha da dolğunlaşdırmışlar. 

Dastanın  mövcudiyyətində  üeçüncü  amil  kimi,    Ə.Sultanlı  katibləri  qeyd  etmişdir.  Görkəmli 

alim  haqlı  olaraq  bu  fikirdə  idi  ki,  dastanı  yazıya  alan  katib,  yaxud  katiblər  onun  mətninə  bir  sıra 

əlavələr,  dəyişikliklər  etmişlər.    Onların  da  bir  qismi  dilə  və  ifadəyə,  digərləri  isə  məzmuna  və 

ideyaya  aiddir.  “Kitabi-Dədə  Qorqud”dakı    mərhəm,  niqab,  izzət,  şəmatət,  təhsin  və  s.  sözlərə  diq-

qəti  yönəldən  alim  vurğulayırdı  ki.  dastanın  dilində  işlənmiş  sözlərdən  yüzə  qədəri  ərəb,  yaxud  fars 

dillərinə  aiddir  və  çox  güman  ki,  bunlar  əsərə  islami  don  geyindirmək  niyyəti  güdən  sonrakı 

katiblərin  əlavələridir.  Çünki  dastanın  əsas  leksik  qatı  dilimizin  islamiyyətdən  öncəki  qədim 

dövrünün  parlaq  təzahürüdür,  alınmalar  burada  yamaq  kimi  görünür.  Ə.Sultanlı  dastana  məzmun  və 

ideya  baxımından  edilmiş  əlavələrə  də  nəzər  salmış,  islami  əqidələrin  əsərə  sonradan  daxil 

edildiyini  nəzərə  çatdırmışdır.  Professorun  fikrincə,  “Kitabi-Dədə  Qorqud”dakı  “Qəhrəmanların 

islam  dini  uğrunda  vuruşa  gedib,  kafirləri  müsəlman  etdikləri,  kilsələri  yıxıb  məscid  tikdikləri, 

Qurana  and içmələri  katibin  əlavələridir”  (6,s.276). 

Katibin  (katiblərin)  əlavələrini  qeyd  etməklə  bərabər,  dastanın  yazıya  alınaraq  qorunub 

saxlanılmasında  onların  xidmətlərini  də  alim  layiqincə  qiymətləndirmişdir.  Ə.Sultanlı  bu  möhtəşəm 

eposun  yaranması  və  mövcudiyyətində  başda  Dədə  Qorqud  olmaqla  sadaladığımız  üç  qrupun 

xidmətlərini  vurğulamaqla  yanaşı,  bildirmişdir  ki,  dastanın  bədii  varlığı,  ümumiyyətlə,  xalq  yaradı-

cılığının  üzvi  tərkib  hissəsidir  və bu mənada  əsər kollektiv  bədii  təfəkkürün  də məhsulu  sayıla  bilər. 

Görkəmli  alim    təsəvvür  tamlığı  naminə  “Kitabi-Dədə  Qorqud”  dastanındakı  on  iki  boyun 

hər  birinin  müfəssəl  məzmununa  nəzər  salmış,  onlarda  ifadə  olunan  əsas  mətləbləri 

ümumiləşdirmişdir.  Alimin  haqlı  qənaətinə  görə,  “Dastanın  yalnız  beşinci  boyu  fəlsəfi  və  ailəvidir. 

Qalan  boylarda  ailə-məişət  səhnələri  olsa  da,  başlıca  motiv  qəhrəmanlıqdır”  (9,s.12).  Boyları 

incələyən  alim  o  məqamı  bir  daha  diqqət  mərkəzinə  çəkmişdir  ki,  dastanın  əsas  ladı  çox  qədim 

tarixə  malik  olub  islamiyyətdən  əvvələ  aiddir:  “Dastanda  ifadə  edilən  dünyagörüşləri,  insan 

duyğuları,  milli  ənənələr,  surətlərin  mənəviyyatı,  bütpərəstliyin  üstünlük  qazanan  ünsürləri  əsəri 

ərəb  istilasından  qabaqkı  tarixlə  möhkəm  bağlayırsa,  ağ  sapla  tikilmiş  bəzi  yamaqları  əsəri  keçid 

dövrünə  gətirib  çıxarır”  (9,  s.33).  Burada  “keçid  dövrü”  dedikdə  islama  keçid  mərhələsi  nəzərdə 

tutulmuşdur. 

 “Kitabi-Dədə  Qorqud”da  təsvir  olunan  cəmiyyətin  xarakteri  barədə  də  Ə.Sultanlının  qə-

naətləri  dəqiq  və  inandırıcı  olub  əhatəli  təhlillərə,  elmi-ədəbi  məntiqə  söykənir.  Dastanın 

yaranmasını  qəbilə  quruluşunun    çiçəkləndiyi  dövrə  aid  edən  tədqiqatçı  əsərdəki  qəbilə 

birləşmələrinin  mövqeyi,  fəaliyyəti  barədə  də  söz  açmışdır.  Qəbilələrin  həyat  tərzi,  məişəti, 

məşğuliyyəti,  adət-ənənələri,  idarəçilik  sistemi  və  s.  haqqında  Ə.Sultanlının  təhlilləri  dürüst  və 

dolğundur.Xüsusən  əsərdə  patriarxal  qatın  üstünlüyü,  matriarxal  elementlərin  də  təzahürü  barədə 

deyilənlər  maraq  doğurur.  Boyların  əksəriyyətində  boy  verən  qəhrəmanlıq  leytmotivinin  sosial-

mənəvi   mündəricəsini  də alim  yetərincə  açıqlamışdır. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə