The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə40/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   36   37   38   39   40   41   42   43   ...   129

- 82 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

MEHPARƏ ƏHMƏDOVA 

Naxçıvan Dövlət Universiteti 

e-mail:mehbara@mail.ru 

 

 

UOT:82 

 

MƏMMƏD ARAZIN YARADICILIĞI  VƏ MAARİFÇİLİK  FƏALİYYƏTİ 

 

 



Açar  sözlər: yaradıcılıq,  Vətən, xalq şairi Məmməd Araz, Azərbaycan, şair. 

 

Key words:  creactivity, Matherland ,national poet,Mammad Araz , Azerbayjan, poem 

 

Ключевые 

слова: 

творчество, 

Родина,народный 

поэт 

Мамед 

Араз, 

Азербайджан,поет. 

 

Azərbaycan  torpağını  Arazsız  təsəvvür  etmək  mümkün  olmadığı  kimi,  Azərbaycan  milli 



poeziyasını  da  Məmməd  Arazsız  təsəvvür  etmək  çox  çətindir.  Azərbaycan  əlli  milyonluq  bir  xalqın-

azərbaycanlıların  şəriksiz  Vətəni  olduğu  kimi,  Məmməd  Araz  yaradıcılığı  da  əlli  milyonluq  

xalqımızın  şəriksiz  poeziyasıdır,  ədəbiyyat,  bədii  düşüncə  və  təfəkkürünün  vətənidir.  Bu  da  ondan 

irəli  gəlir  ki,  bu  poeziyada  hər  bir  oxucu  öz  hisslərini,  düşüncə  və  təfəkkürünü  görür,  dərk  edir, 

özünü  bir  çox məqamlarda  Məmməd  Araz  yaradıcılığı  ilə  ifadə  etmiş  olur. 

Məmməd  Araz  əmək  fəaliyyətinə  doğma  kəndlərindəki  orta  məktəbdə  müəllimliklə 

başlamış,  sonra  Bakıya  köçüb  burada  Azərbaycan  Nazirlər  Soveti  yanında  Baş  Mətbuat  İdarəsində  

müvəkkil  (1957-1959)  işləmişdir.  Moskvada  keçmiş  SSRİ  Yazıçılar  İttifaqı  nəzdində  müdavim 

(1959-1961),  Bakıda  “Maarif”  nəşriyyatında  bədii  ədəbiyyat  redaksiyasının  müdiri  (1963-1967), 

“Ulduz”  jurnalının  məsul  katibi  (1967-1970),  “Ədəbiyyat  və  “İncəsənət”  qəzeti  redaksiyasında  baş 

redaktorun  müavini  (1972-1974)  olmuş,  Azərbaycan  Dövlət  Nəşriyyatında  baş  redaktorun  müavini 

(1972-1974)  olmuş,  1974-cü  ildən  ömrünün  sonuna  qədər  “Azərbaycan  təbiəti”  jurnalının  baş 

redaktoru  vəzifəsində  işləmişdir.  Azərbaycan  Yazıçılar  İttifaqında  poeziya  bölməsinə  rəhbərlik 

etmişdir  (1971-1981).1992-ci ildə  Azərbaycan  xalq  şairi  adına  layiq  görülmüşdür. 

Məmməd  Araz  ədəbi  yaradıcılığa  1952-ci  ildə  “İnqilab  və  mədəniyyət”  jurnalında  dərc 

olunan  “Yanın,  işıqlarım”  adlı  ilk  şeirilə  başlamışdır.  “Vətən  torpağı”,  “Şeirə  gətir”,  “Necə  unudum 

səni”,  “Mən  Araz  şairiyəm”  -    “Məmməd  İbrahim”  imzası  ilə  nəşr  etdirdiyi  bu  şeirlər  hələ  ənənəvi 

məhəbbət,  vətən  və təbiət  lirikasının  tanış  nümunələri  idilər. 

“Mən  də  insan  oldum”,  “Əsgər  qəbri  haqqında  ballada”,  “Atamın  kitabı”  artıq  epik  formada, 

lakin  eyni  fəlsəfi-psixoloji  səpgidə  yazılmış  poemalardır. 

Harada  işləməsindən,  hansı  vəzifəni  tutmasından  asılı  olmayaraq,  Məmməd  Araz  əslində 

ömrü  boyu  bir  vəzifəni  icra  etmişdir.  O  da  poetik  Azərbaycan  dünyasına  xidmət,  Vətən  qarşısında 

vətəndaşlıq  borcunu  yerinə  yetirməkdir.  Vətəndaşlıq  borcu  duyğusu  Məmməd  Arazda  çox  erkən  baş 

qaldırmışdır.  O,  hələ  1956-cı  ildə  qələmə  aldığı  “Bizim  gənclik”  şeirində  özünü  və  sənətini  “xaqlqın 

müqəddəs,  mübariz  çağrışı”na  həsr  edəcəyini  bildirmiş,  ədəbi  fəaliyyətdəki  missiyasını  belə 

ümumiləşdirmişdir:  “Ürəyimsiz  kəlmə  yazan  deyiləm”.  Bu  fikrin  səsləndiyi  dövrdə  “ürəyin  hökmü 

ilə”  ortaya  əsər  qoymaq  böyük  cəsarət  tələb  edirdi.  Çünki  zamanın  və  imperiyanın  da  öz  hökmü 

vardı  və  bu  hökm  heç  də  həmişə  Azərbaycanın  xeyrinə  işləmirdi.  Məmməd  Arazın  bu  dövrdə 

“Professor  Gülə  məktub”  şeiri  Sovetlər  birliyi  mühitində  şimşək  kimi  çaxaraq  milli  yaradıcı 

düşüncənin  oyanışından  xəbər  verirdi.  Həmin  şeirində  Məmməd  Araz  yazırdı: 

                                    Xəzər  bir  xəzinədir

                                    Xəzər  bir  xəzinədir. 

                                                Xəzər  Xəzər  olandan 



- 83 - 

                                                Sağılır  qızıl  inək  kimi. 

                                                Sağıb,  sorub, 

                                    Sonra yorub 

                                               qısır  inək  kimi 

                                    Biz  onu  satmaq  istəyirik. 

                                    Ölü  dənilər  muzeyinə 

                                    Atmaq  istəyirik  (1,səh.268-270). 

50-60-cı  illərin  Azərbaycan  Sovet  ədəbiyyatında  bir  qayda  olaraq  Xəzər  mövzusundan 

danışarkən  neft  buruqları,  neftçi  əməyi  tərənnüm  olunurdu.  Bunun  əksinə  olaraq  Məmməd  Araz 

Xəzərin  ekoloji  problemlərin  qabardır,  milli  sərvətlərimizin  talan  edilməsindən  narahatçılıq 

keçirərək  öz  sərvətinin  sahibi  olmağa    çağırırdı.  Bu  da  faktdır  ki,  ötən  əsrin  60-cı  illərində  “Məndən, 

səndən  ötən  zərbə  Vətən,  Vətən,  sənə  dəydi”  çağrışını  Azərbaycan  poeziyasının  predmetinə  çevirən 

ilk  milli  şair  Məmməd  Araz  olmuşdur. 

Xalq  şairi  Məmməd  Araz  mənalı,  keşməkeşli,  bütövlükdə  Vətənə  və  sənətə  həsr  olunmuş  əsl 

şair-vətəndaş  ömrü  yaşamışdır.  Sənətkarın  tərcümeyi-halının,  taleyinin  daha  çox  yaradıcılığında  öz 

əksini  tapmasını  Məmməd  Araz  özü  də  şeirlərində  dəfələrlə  etiraf  etmişdir.  Kitablarının  birinə 

yazdığı  müqəddimədə  deyilir:  “Əsl  tərcümeyi-hal  şairin  şeirləridir.  Şair  çox  halda  öz  yazılarının  baş 

qəhrəmanı  ola bilər”. 

Məmməd  Arazın  uşaqlığı  və  ilk  gənclik  illəri  qədim  Naxçıvan  torpağında  keçmişdir.  Şahbuz 

dağlarının  gözəl  ab-havası,  Batabat  yaylağının,  Çadırdaş  ətəyindəki,  Salvartı  yaxasındakı  obaların 

romantik  axar-baxarı  Məmməd  Arazın  ruhuna  hopmuşdur.  Naxçıvan  Məmməd  Arazın  təkcə 

tərcümeyi-halının-həyatının  deyil,  sənətinin  də başlanğıc  nöqtəsi  olmuşdur. 

                                 Sinəmdə  o yerin  dağ havasıdır, 

                                 Qaynar  bulaqları  qaynar  qanımda. 

                                 Mənim  ürəyimin  bir  parçasıdır 

                                 Döğma  Şahbuzum  da Naxçıvanım  da... (1, 287) 

Məmməd  Arazı  əhatə  edən  ana  təbiətin  saflığı  ilə  ata  ocağındakı  hallallıq,  təmizlik  və 

zəhmətkeşlik  həmişə  vəhdət  təşkil  etmişdir.  Atası  İnfil  kişinin  hallalığı,  şəxsiyyət  kimi  bütövlüyü, 

ömrü  boyu  yalnız  alın  təri  ilə  yaşamağın  qovğalarına  qatlaşması  Məmməd  Arazın  dünyagörüşünün, 

gələcək  mərdanə  poeziyasının  formalaşmasında  mühüm  rol  oynamışdır.  Ulu  babalardan  qoruna-

qoruna  gəlmiş,  həmişə    “çirpısı  tətikdə,  odunu  dəmdə”  olan  ata  ocağı  sözün  həqiqi  mənasında, 

bütöv  bir  xalqı  təmsil  edən  ümumiləşmiş  Azərbaycan  ocağıdır.  Şair  nəsillərdən-nəsillərə  keçib 

gəlmiş  bu ocağın  layiqli  varisi,odqoruyanıdır: 

                                   Çırpısı  tətikdə,  odunu  dəmdə, 

                                   Şəhərin  gözündən  od alıb  ocaq. 

                                    Yanır  aram-aram,  odu sinəmdə, 

                                    Sonra kim  söndürüb,  kim  yandıracaq?.. 

                                    Burda  neçə  nəsil  baş əyib  oda, 

                                                Nənələr  əl basıb  ocaq daşına. 

                                    Burda  dəyməyiblər  ilanlara  da 

                                    Pənah  gətirəndə  ocaq daşına  (2, səh.80-81). 

“Kişi  yer  üzündə  od  qoruyandır”  ifadəsindəki  kişi  elə  ocaq,  od  qoruyan  daşlaşmış  insan-

osaq  daşıdır.  Və  sabitləşmiş  adət-ənənəyə  görə,  müqəddəs  olan  hər  şeyə  əl  basıb  and  içirlər. 

Məlumdur  ki,  əski  çağlardan  üzü  bəri  od-ocaq  müqəddəs  sayılmış,  kişi-ər  isə  od-ocaq  keşikçisi 

olduğundan  müqəddəsləşmişdir.  Kişi  ocaq  daşını,  ocaq  daşı  kimi  təmsil  etdiyindən  ulularımız  bu 

müqəddəs  varlığa  etiqad  bəsləmiş,  ona  and içmişlər. 

Poetik  ənənə,  yaradıcı  şəkildə  faydalanma  baxımından  xalq  şairi  Məmməd  Arazın  istinad 

etdiyi,  öyrəndiyi    iki  böyük  məktəb  vardır:  Məhəmməd  Füzuli  və  Mirzə  Ələkbər  Sabir.  Məmməd 

Araz  böyük  Füzulidən  sözün  məsiliyyətini  dərindən  dərk  etməyi,  bədii    sənətin  qüdrətini  yaşatmağı 

bacarmağı  bir  estafet  kimi  qəbul  etmişdir.  Sabirin  isə  zəngin  və  ötkəm  şeirləri,  ən  böyük  insan 

haqları  şeirnaməsi  olan  həmişəyaşar  satirası  Məmməd  Araz  üçün  sözün  geniş  mənasında  əvəzsiz 

vətəndaşlıq  məktəbi  olmuşdur.  Məmməd  Araz  adları  çəkilən  ustad  sənətkarların  poeziyası  ilə  ona 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə