The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə41/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   37   38   39   40   41   42   43   44   ...   129

- 84 - 

qədər  gəlib  çatan  klassik  şeir  ənənəsini  və  üslubunu  təkmilləşdirərək  hamının  gördüyü  və  bildiyi, 

lakin  dilə  gətirməyi  bacarmadığı  məsələləri  ictimai  düşüncənin  məhsulu  etmiş,  Azərbaycanda 

vətəndaşlıq  poeziyasının  əsasını  qoymuşdur.  Nəticə  etibarilə  millilik  və  müasirlik,  dərin  lirizm,  fəal 

vətəndaşlıq  mövqeyi  və bəşərilik  Məmməd  Araz  şeirinin  özünəməxsusluğunu  müəyyən  etmişdir. 

Məmməd  Araz  Azərbaycan  pedaqoji  fikir  tarixində  Vətən  mövzusuna  özünün  nəzəri 

baxışını  əsaslandıraraq  yazırdı:”Vətən  torpağı  fiziki  cəhətdən  daim  dəyişdiyi,  onun  xarici  mənzərəsi 

gözəçarpacaq  dərəcədə  yeni  görkəm  aldığı  kimi,  Vətənin  vətəndaş  oğlunun  da  münasibəti  yaxşı 

mənada  dəyişməlidir.  Şair  ucsuz-bucaqsız  kainat  axınında  üzən  bu  Vətən  gəmisini  müxtəlif 

səmtlərdən  görməli,  onu  tuta  biləcək  meteor  yağışlarını  duyub  xəbər  verməlidir.  Bunlar,  əlbəttə, 

astronomik,  meteoroloji  məkanda  yox,  beynəlxalq,  siyasi,  ictimai,  mənəvi  mənada  başa 

düşülməlidir”.  Məmməd  Arazın  irəli  sürdüyü  bu  fikirlər  o  dərəcədə  ciddi  mətləblərdən  xəbər  verirdi 

ki,  onları  tərənnüm  şeirləri  ilə  ifadə  etmək  mümkün  deyildi.  Ona  görə  də  ötən  əsrin  50-ci  illərində 

Məmməd  Arazın  ilk  qələm  təcrübəsi  olan  tərənnüm  poeziyası,  şeirin  fikir  yükü  artıqca  öz  yerini 

düşüncə  poeziyasına  vermişdir.  Bununla  bərabər  tərənnüm  şeirlərinin  müəllifi  kimi  Məmməd 

İbrahim  təxəllüsü  də  düşüncə  poeziyasının  böyük  ustadı  Məmməd  Arazla  əvəzlənmişdir.  Bu, 

sadəcə,  təxəllüs  dəyişikliyi  deyildi.  Məmməd  Araz  yaradıcılığından  qırmızı  xətlə  keçən  Araz 

mövzusu  poeziyamıza  vətəndaşlıq  lirikasının  ən  yaxşı  nümunələrini  gətirmişdir.  Ona  görə  ki,  bu 

mövzu  şairin  ruhuna  və  təbiətinə  uyğun  idi.  O,  Arazla  öz  döğma  dilində  danışmağı  bacarır,  hətta 

şeirlərinin  birində  “Araz  dili”  ifadəsini  işlədərək  yazırdı: 

                                       ...Mən neçə  yol  danışmışam  Arazla, 

                                       Araz  dili,  ürək dili,  göz  dili,   

                                       Torpaq dili,  hava  dili,  göy  dili  (3,səh.138).   

Məmməd  Arazın  “Üç  oğul  anası”    (1957)  poeması  xalq  yazıçısı  İsa  Hüseynovun  psixoloji 

nəsrinin  milli  poeziyadakı  yol  yoldaşıdır.  Əsərdə  İkinci  cahan  hərbində    üç  oğlunu  itirmiş 

Azərbaycan  qadınının-Ananın    mərdanə  bədii  obrazı  uğurla  canlandırılmışdır  .  “Araz  axır”  (1960) 

poemasında  isə  təxminən  əlli  ildən  çox  bundan  əvvəl  müharibə  əleyhinə  yazılmış  poetik  çağırış  bu 

gün  də bütün  dünya  üçün  aktual  səslənir. 

                                             Əridib  silahları   

                                             Biz  marten  sobasında, 

                                             Körpü yarada  billik 

                                             Yerlə  Mars arasında,- 

                                             Müharibə  olmasa!  (4,səh.61-62). 

“Paslı  qılınc  (1964)  poeması  sanki  yazıldığı  dövrün  yeni  tipli  “Aygün”üdür.  Bu  əsərlə, 

poema  Azərbaycan  ədəbiyyatında  bir  janr  kimi  ümumi  pafoslu  mövzulardan  sadə,  bir  qədər  də 

mürəkkəb  həyati  mətləblərin  ifadəsinə  yön  almışdır. 

“Məmməd  Araz  təpədən  dırnağa  qədər  milli  şairdir”  (5,səh.95).  Bunu  onun  bütün 

yaradıcılığı  təsdiq  edir  .  İlhamının,  bədii  təfəkkürünün,  qan  yaddaşının  hopduğu  “Atamın  kitabı” 

poemasında  bütün  hadisələrə,  fikir  düzümünə  məhz  milli-mənəvilik  mövqeyindən  yanaşılmışdır. 

“Atamın  kitabı”  poeması    Azərbaycan  ədəbiyyatında  böyük  Mirzə  Cəlil  Məmmədquluzadənin 

“Anamım  kitabı”  əsərindən  sonra  birlik,  Vətən  təəssübkeşliyi  və  mənəvi  ucalıq  haqqında  yazılmış 

ən kamil  poetik  dastandır. 

Mirzə  Ələkbər  Sabirə  həsr  olunmuş  “Mən  də  insan  oldum”  (1962)  poemasında  Məmməd 

Araz  o  zamankı  sərt  rejimə    baxmayaraq,  örtülü  vasitələrlə  mənsub  olduğu    xalqın  azadlığı  və 

müstəqilliyi  haqqındakı  arzularını  ifadə  etmişdir.  “Əsgər  qəbri  haqqında  ballada”  poemasında  isə 

lirik  başlanğıc  aparıcıdır.  Əslində,  bu  əsər  poema-monoloqdur.  Qayalara  yazılan  səs”  poemasında  

orjinal  təbiət  mənzərələri  canlandırılmış,  peyzaj    lirikasının  yaddaşlara  həkk  olunan  mükəmməl 

nümunələri  yaradılmışdır.  Belə  məqamlarda  Məmməd  Araz  mahir  bir şair-rəssam  kimi  çıxış  edir. 

Məmməd  Arazın  çoxcəhətli  yaradıcılığında  publisistikanın  da  özünəməxsus  yeri  var.    Şeirin 

ölçülərinə  sığmayan  ciddi  həyati  mətləbləri,  aktual  məsələləri  Məmməd  Araz  publisistika 

nümunələrində  əks  etdirmişdir.”Naxçıvan  albomu”,  “Yer  üzünün  Qarabağ  düzü”,  “Kür  qovuşur 

salyana”,  “Torpaqdan  göyərən  ucalıq”,  “Arpaçayın  aşıb-daşan  nəğməsi”,  “İyirmi  üç  ildən  sonra 

yazılmış  cavab”  və  s.  kimi  publisist  yazılar  aradan  illər  keçə  də,  əhəmiyyətini  və  dəyərini  itirməyən 



- 85 - 

sənət  nüminələridir.  Məmməd  Araz  doğulduğu  torpaq  barədə,  onun  gələcəyi  haqqında 

düşündüklərini  “Naxçıban  albomu”nda  cəmləşdirib,  nəsillərə  yadigar  qoymuşdur.  Məmməd  Arazın 

ən  böyük  yadigarı  unun  bitib-tükənməyən  istedadının  məhsulu  olan  əsərləri-şeir  və  poemaları, 

publisistika  və tərcümə  materiallarıdır. 

Bədii  tərcümə  sahəsində  də  Məmməd  Araz  uğurla  fəaliyyət  göstərmişdir.  Vaxtilə  Abbas 

Abdullanın  yazdığı  kimi  o,  “ürəyindən  keçənləri  başqa  millətdən  olan  sənət  dostlarının  şeirlərində 

görəndə  sevinən,  onları  ana  dilimizdə  oxuculara  çatdırmağı  özünə  borc  bilən  şairdir”.  Buna  görədir 

ki,  onun  tərcümələrinin  böyük  əksəriyyəti  Məmməd  Arazın  şair  ürəyindən  qopan  öz  şeirləri  kimi 

səmimi  və  poetikdir.Xüsusən,  şairin  Mixail  Lermantov,  Taras  Şevçenko,  Qaysin  Quliyev,  Mustay 

Kərim,  Olyas  Süleymenov,  Mixail  Svetlov,  Sergey  Vasilyev,  Oleq  Şeştinski  və  başqalarından  etdiyi 

tərcümələr  kamil  sənət  nümunələridir. 

Məmməd  Araz  yaradıcılığının  bəzəyi  düşüncədir.  O,  oxucunu  sözlər  vasitəsilə  düşündürür. 

Bu  sözlərin  isə  hər  birinin  öz  məna  tutumu  var.  Sadəlik,  poetik  vüsət,  ifadə  özünəməxsusluğu-bütün 

bunlar  Məmməd  Araz  yaradıcılığına  fəlsəfi  dəyər  və  hikmət  gətirmişdir.  Bu  gün  sözləri  zərbi 

məsələ,  hikmətli  sözlərə  çevrilən  az  sayda  şair  var  ki,  onlardan  biri  də  Məmməd  Arazdır.  Şairin 

aforizmə  çevrilmiş  bəzi  fikirlərinə  diqqət  yetirək:  “Nahaqqa  tən  olan  yerdə  haqq  itər”,  “Dərd  asan 

əkilər,  çətin  biçilər,  “Od  halal  olmasa,  ocaq  alışmaz”,  “Qeyrətdən  güc  alar  gücü  az  ölkə”,  “Bu 

dünyada  qurmaq  çətin,  yıxmaq  asan”,  “Halal  şöhrətlərə  şörətdi  zaman”. 

Məmməd  Araz  yaradıcılığının  baş  qəhrəmanı  Azərbaycandır.  Onun  “Vətən  mənə  oğul 

desə”,  “Məndən  ötdü,  qardaşıma  dəydi”,  “Mənim  Naxçıvanım”,  “Ata  ocağı”,  “Ana  yurdum,  hər 

daşına  üz  qoyum”,  şeirləri  vətən  mövzusunda  ən yaxşı  əsərlər  kimi  dillər  əzbəridir. 

Azərbaycan  poeziya  sənətini  zəngin  ənənələrini  müstəqillik  dövründə  də  yaşadaraq  davam 

etdirən  Məmməd  Arazın  adı  bu  gün  də  böyük  ehtiramla  anılır.  Öz  əsərləri  ilə  yüksək  bədii 

sənətkarlıq  və  əsl  vətəndaşlıq  qeyrəti  aşılayan,  doğma  Vətəni  sonsuz  məhəbbətlə  sevən  Məmməd 

Araz  poeziyasını  Azərbaycan  torpağından,  tariximizdən  ayrı  təsəvvür  etmək  mümkün  deyil. 

Azərbaycan  dilinə  dərindən  bələdlik,  doğma  Vətənə  bağlılıq,  istiqlalçılıq,  vətəndaşlıq  hisslərinin 

tərənnümü,  fikir  dərinliyi  və  sadəlik,  poetik  təfəkkür  genişliyi  kimi  yüksək  yaradıcılıq  keyfiyyətləri 

Məmməd  Araz  irsinə  uzunömürlülük  vermiş,  onun  geniş  oxucu  kütləsinin  dərin  rəğbətini  qazanan 

əsərlərinə  mahnılar  bəstələnmişdir. 

Məmməd  Arazın  ilk  yaradıcılığı  ötən  əsrin  50-ci  illərindən  başlasa  da,  onun  təkrarsız 

istedadı  1970-ci  illərdə  parlamışdır.  Məmməd  Araza  böyük  şöhrət  gətirən  “Atamın  kitabı”, 

“Həyatın  və  sözün  rəngləri”,  “Oxucuya  məktub”,  “Qanadlı  qayalar”,  “Aylarım,  illərim”  kitabları 

məhz  bu  illərdə  çap  olunmuş,  əsərləri  xarici  dillərə  tərcümə  edilərək  geniş  oxucu  kütləsinin 

məhsuluna  çevrilmişdir.1975-ci  ildə  Azərbaycan  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri  fərmanı  ilə 

təltif  olunan  böyük  şairə  1978-ci  ildə  “Əməkdar  mədəniyyət  işçisi”,  1984-cü  ildə  “Əməkdar 

incəsənət  xadimi”  fəxri  adları  verilmiş,  1988-ci  ildə  “Azərbaycan  Dövlət  mükafatı  laureatı”  ilə  təltif 

olunmuşdur.  1995-ci  ildə  isə  ümummilli  lider  Heydər  Əliyev  Məmməd  Arazı  “İstiqlal”  ordeni  ilə 

təltif  etmişdir.  Ulu  öndər  Məmməd  Araz  sənətini  yüksək  qiymətləndirərək  demişdir:”Bu  gün  bir 

daha  Məmməd  Arazın  Azərbaycan  xalqının  mədəniyyətinə,  ədəbiyyatına  verdiyi  töhfələri  gördük, 

eşitdik  və  bunların  xalqımız  üçün  nə  qədər  faydalı  olduğunu  bir  daha  bildik,  bir  daha  dərk  etdik  ki, 

Azərbaycan  xalqının  həyatında  Məmməd  Arazın  yaradıcılığının  nə  qədər  böyük  əhəmiyyəti  var. 

Ümidvaram  ki,  Azərbaycan  xalqı  daim  müstəqilliyini  qoruyub  saxlayacaq  və  müstəqil 

Azərbaycanın  ilk  “İsiqlal”  ordeninə  layiq  görülmüş  şəxsiyyətlərdən  biri  kimi  Məmməd  Araz, 

Azərbaycan  xalqının  tarixində  indi  olduğu  kimi,  gələcəkdə  də öz yerini  tutacaqdır”. 

 

ƏDƏBİYYAT 

 

1. M.Araz.Seçilmiş  əsərləri.  Dörd cilddə,  I cild,  Bakı,”Ozan”,  2003 

2. M.Araz.Seçilmiş  əsərləri.  Dörd cilddə,  I cild,  Bakı,”Ozan”,  2003 

3. M.Araz.Seçilmiş  əsərləri  Dörd cilddə,  III cild,  Bakı,”Ozan”,  2003 

4. M.Araz.Seçilmiş  əsərləri  Dörd cilddə,  IV cild,  Bakı,”Ozan”,  2003 

5.H.Mehdiyev.Çağdaş  poema və gerçəklik.  Bakı,  Elm,2000. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə