The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə38/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   34   35   36   37   38   39   40   41   ...   129

- 78 - 

“Kitabi-Dədə  Qorqud”un  bədii  məziyyətləri  barədə  də  Əli  Sultanlı  geniş  araşdrma 

aparmışdır.  O,  dastanın  dilində,  eləcə  də  obrazların  təqdimində  işlənmiş  bədii  təsvir  və  ifadə 

vasitələrindən  söz  açmış,  onlarda  xalq  duyum  və  deyim  tərzinin  xüsusi  bir  sistem  təşkil  etdiyini 

nəzərə  çatdırmışdır.  Məsələn,  Qazan,  Qaraca  Çoban,  Qaragünə,  Aruz  Qoca,  Əmən  kimi    obrazların 

əhatəli  təhlili  zamanı  Ə.Sultanlı  onların  əsas  xarakterini  incələməklə  yanaşı,    bədii  təqdimindəki 

mübaliğəni  folkorun  qədim  ənənələri  ilə  əlaqəli  şəkildə  izah  etmişdir.  Bütün  bunlar  əsərin  obrazlar 

aləminin  yetərincə  təhlilini  şərtləndirmişdir.  O  da  təqdirəlayiqdir  ki,  alim  əsərin  obrazlarını  həm 

bədii  təqdim  üsulları,  həm  də  sosial  mühit  kontekstindəki  davranışları,  dünyagörüşləri  baxımından 

diqqət  mərkəzinə  çəkmişdir.   

Dastanda  hadisələrin  baş  verdiyi  zaman  və  məkanın  xarakterindəki  müəyyən  şərtilik,  eləcə 

də  ziddiyyətli  məqamlar-axronizm  və  bunların  səbəbləri  barədə  də  alimin  tədqiqatında  əsaslı  fikirlər 

vardır.  Görkəmli  tədqiqatçı    bunun  ümumən  qədim  dastanlar  üçün  xarakterik  bir  əlamət  olduğunu 

bildirmişdir.  Dastandakı  sehr,  yuxu,  möcüzə,  tilsim  kimi  komponentlər  də  Ə.Sultanlının  elmi 

qiymətləndirməsində  özünə  yer  almış,  müvafiq  izahını  tapmışdır. 

Dastanın  bədii  sistemində  təkrarların    geniş  yer  tutmasından  danışan  Ə.Sultanlı  yazırdı  ki, 

əksər  boylarda  analoji  məqamlarda  sabitləşmiş  ifadələr  işlənmişdir.  Məsələn,  müxtəlif  boylarda 

qəhrəmanların  əksəriyyəti  Tanrıya  xitab  edərkən  “Ucalardan  ucasan!  Kimsə  bilməz  necəsən” 

ifadəsini  işlədir.  Və  yaxud  qadınların  öz  ərlərinə,  ərlərin  qadınlarına  müraciətlərinin  əvvəlində 

işlənən  sabitləşmiş  qəlib  ifadələr  də  bu  qəbildəndir.  Ə.Sultanlının  fikrincə,  bunlar  xalq  yaradıcılığı 

üçün  səciyyəvi  olan  üslub  əlamətidir.  Bunlarla  yanaşı,  müxtəlif  obrazların  hər  biri  üçün  xarakterik 

olan  təyinedici  ifadələr  də  vardır  ki,  alim  bunları    dastan  qəhrəmanlarını    fərqləndirən  məziyyət 

kimi  nəzərdən  keçirmişdir.  Məsələn,  Qazan  xan  haqqında  dəfələrlə  işlədilən  “tulu  quşun  yavrusu, 

birə  miskin  ümidi,  ümmət  soyunun  aslanı,  qonur  atın  yiyəsi”  kimi  ifadələr  buna  misal  çəkilir. 

“Kitabi-Dədə  Qorqud”un    nəsr,  yaxud  nəzmlə  yaradılması  kimi  aktual  bir  elmi  problemə  də 

Ə.Sultanlının  orijinal  elmi  yanaşmasının  şahidi  oluruq.  Görkəmli  alim  yazırdı:  “Dastan  əsas  etibarı 

ilə  nəsrdir,  lakin  burada  çoxlu  şeir    var.  Dastanın  nəsri  şeirə  yaxın,  şeiri  isə  nəsrə  yaxındır. 

Təhkiyənin  bu  şəkildə  verilməsi  daha  çox  xalq  ədəbiyyatına  xas  bir  cəhətdir.  Bu  üsul  əsərin 

qədimliyini  göstərdiyi  kimi,  onun  xalq  yaradıcılığından  nəşət  etdiyinə  də  yaxşı  bir  dəlildir”  (9, 

s.46). 

 Ustad  alimin  tədqiqatında  ən  ümdə  cəhətlərdən  biri  də  “Kitabi-Dədə  Qorqud”  dastanını 

dünya  eposu  ilə  müqayisə  kontekstində  təhlilə  cəlb  edərək    dolğun  elmi  nəticələrə  gəlməsidir  ki,  bu 

məqam  Ə.Sultanlıdan  söz  açan  ədəbiyyatşünaslar  tərəfindən  çox  qısa  şəkildə  də  olsa, 

vurğulanmışdır.  Məsələn,  professor  Yavuz  Axundlu  görkəmli  alimə  həsr  etdiyi  məqalədə    yazır:  

“Dədə  Qorqud”  dastanı  haqqında  qeydlər”  adlı  böyük  məqalədə  Ə.Sultanlı  dastanın  yaranması, 

yazıya  köçürülməsi,  üzə  çıxarılması  barədə  geniş  bəhs  edir,  ayrı-ayrı  boylarının  təhlilini  verir, 

xüsusən  xalqımızın    bu  qədim  abidəsinin    dünya  ədəbiyyatı  nümunələri  ilə  müqayisəsi  yolu  ilə  onun 

daha  da  qədimliyinə  inam  yaradır”  (3,s.115).  Folklorşünas  alim  Vaqif  Vəliyev  isə  ali  məktəblər 

üçün  yazdığı  dərslikdə  Ə.Sultanlının  qorqudşünaslıqdakı  xidmətlərini  belə  xatırlatmışdır:  “Müəllif 

antik  yunan  ədəbiyyatı,  xüsusilə  Homerin  “Odisseya”  eposu  ilə  “Kitabi-Dədə  Qorqud”  boylarının 

süjeti  və  obrazlar  aləmindən  ətraflı  bəhs  edir”  (10,  s.302).  Ədəbiyyatşünas  Paşa  Əfəndiyevin 

“Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”  dərsliyində  də  analoji  yığcam  qiymətlə  rastlaşırıq:  “Ə.Sultanlı 

dastanda  olan  bir  sıra  əhvalat  və  qolların  qədim  yunan  fokloru  ilə  səsləşən  cəhətlərini  aşkara 

çıxarmışdır”  (4,s.314).  

Belə  müqayisələr  isə  dastanın  müxtəlif    rakurslardan  incələnməsi  prosesində    geniş  şəkildə 

özünü  göstərir.  Məsələn,  professor    Ə.Sultanlı  dastanın  bəzi  epizodlarında  “epik  təmkinliklə    verilən 

keyfiyyətlərə  komik  ünsürün  daxil  edilməsi”  məsələsindən  danışarkən  5-ci  boyda  Dəli  Domrulun 

Əzrayılla  qarşılaşdığı  məqamı,  11-ci  boyda  dustaq  düşmüş  Qazanın  düşmənlərin  başına  açdığı 

oyunları  və  s.  nümunə  göstərməklə  bərabər,  qədim  yunan  eposları  ilə  də  müvafiq  müqayisələr 

aparmışdır.    Homerin  “İliada”  əsərindəki  Terzit  surətini,  “Odisseya”da  Odisseyin  Polifemi  məs-

xərəyə  qoymasını,  dilənçi  paltarında  öz  sarayına  gəlməsini  və  s.  xatırladan  alim  epik  ciddiliyin 

komikliklə  əvəz  olunduğu  belə  epizodları  dünya  xalqları  eposunda  qeydə  alınan  səciyyəvi  əlamət 

kimi  dəyərləndirmişdir. 




- 79 - 

Alimin  aşağıdakı  qənaəti  də  “Kitabi-Dədə  Qorqud”un  dünya  eposları  ilə  səsləşən 

məziyyətlərinə  işıq  salır:  “Dastanda  bütün  dünya  dastanları  üçün  səciyyəvi  olan  ümumi,  səyyar 

mövzular  var.  Hələlik  aşağıdakı    ümumi  mövzuları  təsbit  etmək  olar:  1.Ata  ilə  oğulun  vuruşu  (I, 

XI);  2.  Qardaş  ilə  qardaşın  üz-üzə  gəlməsi  (X)  ;  3.  Ər  öz  nişanlısının  toyunda  (III)  ;  4.  Qəhrəmanın 

Təpəgözlə  vuruşu  (VIII)  ;  5.  Oğula  ana  haqqında  şər  atmaq  (I)  ;  6.  Ölməli  olan  ərin  ata-anasına 

müraciəti,  rədd  cavabı  alması,  arvadı  ər  üçün  ölümə  gedir  (V)  ;  7.Qəhrəmana  fövqəladə  qüvvət 

aşılamaq    (IX)  və  s.”  (9,  s.53).  Bəndlərdən  sonra  mötərizədə  göstərilən  rəqəmlər  dastanın  müvafiq 

boyunun  sırasını  bildirir. 

Bu  səyyar  süjetlərin  ilkin  vətəni  barədə  fərqli  mülahizələr  vardır.  Bəziləri  Şərqi,  bəziləri 

Qərbi  əsas  götürür.  Bir  qisim  alim  ilkin  süjet  nüvəsini  Misirlə,  digərləri  Hindistanla,  başqaları 

Çinlə,  bəziləri  Ərəbistanla  əlaqələndirirlər.  Ə.Sultanlı  məxsusi  vurğulayırdı  ki,    səyyar  süjetlər 

arasında    “ədəbi  təsiri  doğrulda  biləcək  dünya  hadisələri  var”,  amma  bir  sıra  oxşarlıqları  təsir  faktı 

yox,  mühitin,  sosial  ortamın,  yaşam  tərzinin  xarakterindəki  yaxınlıqdan  irəli  gələn,  bir-birindən  asılı 

olmayan  müstəqil  təzahürlər  kimi  qiymətləndirmək  daha düzgündür. 

Tədqiqatın  sonrakı  bölümlərində  Ə.Sultanlı  “Kitabi-Dədə  Qorqud”  süjetinin    yuxarıda 

xatırlatdığımız  özül  nüvələri  barədə  müqayisəli  araşdırmalar  aparmışdır.  Ata  ilə  oğulun  vuruşu 

səhnəsini  dünya  ədəbiyyatında  çox  geniş  yayılmış  süjet  fraqmentlərindən  sayan  alimin  təhlilləri 

onun  möhtəşəm  elmi  erudisiyasından  soraq  verir.  Yunan  əsatirində  Odisseyin  öz  oğlu  Teleqon  ilə 

tanımadan  döyüşməsi,  “Herakliada”da  Heraklın  öz  atası  Zevslə  vuruşu,”Fivaida”da  Edipin 

bilmədən  atası  Layı  öldürməsi  barədə  söz  açan  alim  İran  şairi  Firdovsinin  “Şahnamə”sində 

Rüstəmlə  Söhrabın  döyüş  meydanında  qarşılaşması  epizoduna  da  diqqət  yönəltmişdir.  Dədə 

Qorqud”  dastanında  görtdüyümüz  ata  ilə  oğulun  tanımadan  döyüşməsi  səhnəsinə  bənzər 

məqamların  Qafqaz  xalqlarının  qədim  nağıllarında,  Kelt  əfsanələrində  və  dastanlarında  müşahidə 

edilməsi  (Kuxulinin  oğlu  Koplaoxla  qarşılaşması  və  s.)    barədə  də  Ə.Sultanlının  dəyərli  fikirləri 

vardır.  Alman  dastanlarında  Hilderbrandın  oğlu  Hadubrandla  döyüşərək  onu  öldürməsi,  fransız 

dastanlarında  Millenin,  rus  dastanında  İlyanın  öz  oğlu  ilə  qarşı-qarşıya  gəlməsi  barədəki  süjetlərə  də 

Ə.Sultanlı  bu  aspektdə  nəzər  salmışdır.  Araşdırma  sonunda  Ə.Sultanlı  belə  nəticəyə  gəlmişdir  ki, 

analoji  süjetlərin  çoxunda  ata  tanımadan  öz  oğlunu,  yaxud  da  oğul  atasını  öldürür,  birinci  variant 

daha  geniş  yayılmışdır.  Bəzi  folklor  nümunələrində  isə    sonluq  tanınma  sayəsində    ölümsüz  başa 

çatır.    

“Kitabi-Dədə  Qorqud”un  ilk  boyunda  Dirsə  xanla  oğlu  Buğac  arasındakı  konflikti,  atanın 

oğul  haqqında  deyilən  yalanlara  uyub  onu  öldürtmək  istəməsi,  onların  döyüş  meydanında  bir-birini 

tanımadan  qarşılaşması,  axırda  hər  şeyin  aşkarlanması,  on  birinci  boyda  əsirlikdə  olan  Qazan  xanla 

oğlu  Uruzun  cəng  edəsi  olması,  lakin  tanınma  ilə  hər  şeyin  yoluna  düşməsi  barədə  danışan  alim 

bütün  bu oxşar  süjetləri  də  dünya  ədəbiyyatı  kontekstində  əhatəli  şəkildə  aydınlaşdırmışdır. 

Bəllidir  ki,  Kitabi-Dədə  Qorqud”da  Bamsı  Beyrək  illər  sonra    doğma  yurda  dönür,  bu,  elə 

bir  vaxta  təsadüf  edir  ki,  onun  nişanlısı  Banu  Çiçəyin  toyudur,  qızı  başqasına  verirlər.  Banu  Çiçək 

əvvəl  Beyrəyi  tanımır,  lakin  Beyrək  tanınma  əlamətini  bildirdikdən  sonra  məsələ  aydınlaşır. 

Ə.Sultanlı  rus  ədəbiyyatından  analoji  obraz  kimi  Dobrınyanı  yada  salmış,  ən  səciyyəvi  örnək  olaraq 

“Odisseya”nı  xatırlatmışdır.  Odissey  də  doğma  yurda  o  vaxt    gəlib  çıxır  ki,  arvadı  başqasına  ərə 

gedir.    Hər  iki  mətni  müqayisə  edən  alim  bizim  dastanla  yunan  eposu  arasındakı  ortaq  məqamları 

aşkarlamış,  bunu  səyyar  süjet  ənənəsi  ilə  əlaqəli  izah  etmişdir. 

 

Ə.Sultanlının  vurğuladığı  kimi,  dünya  folklorunda,  o  cümlədən  əsatir  və  dastanlarda    geniş 



yer  tutan  süjetlərdən  biri    insanın  təbiətin  qorxunc,  qeyri-adi  qüvvələrinə  qarşı    mübarizəsi  ilə 

əlaqədardır.  Bu  cəhətdən  professorun  “Dədə  Qorqud”dakı  Təpəgözlə    “Odisseya”dakı  siklopları, 

xüsusən  Polifemi  müqayisə  edərək  bir  çox  mətləblərə  aydınlıq  gətirməsi    xüsusi  maraq 

doğurur.Yunan  əsatir  və  eposunda  təsvir  olunan    siklopları    mahiyyətcə  dörd  qrupda  birləşdirən 

alim  “Dədə  Qorqud”dakı  Təpəgözlə  yunan  Polifemini  geniş  müqayisə  etmiş,  oxşar  və  fərqli 

cəhətləri  aşkarlamışdır.  Müasir  qorqudşünaslıqda  da  vurğulandığı  kimi,  Ə.Sultanlı  Təpəgöz 

obrazının    mənşəyinə  xüsusi  diqqət  yetirmişdir  (5,  s.37).    Müqayisəli  təhlillər  yolu  ilə  alim  belə 

nəticəyə  gəlmişdir  ki,  Təpəgöz  Polifemdən  asılı,  onun  təsiri  ilə  yaranmış  surət  deyil.  Təpəgöz 

təkdir,  yunan  epos  və  əsatirlərində  isə  Polifem  bir  çox  təpəgözlərin  içərisində  yaşayır.  Hətta  onların 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə