Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə263/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   259   260   261   262   263   264   265   266   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

 
974. Psixoterapiya nədir?
A) Xəstənin dərmanla müalicəsi 
B) Xəstənin psixikasına sözlə təsir etmə
C) Xəstənin xəstəxanaya yerləşdirilməsi 
D) Xəstələrə nəzarətin təşkili 
E) Xəstənin əmək reabilitasiyası 
Psixoterapiya müalicə məqsədi ilə xətənin psixikasına sözlə təsir etmə deməkdir. 
Xəstəyə psixoterapevtik təsir göstərilməsində tibb bacısının rolu çox böyükdür. Bu 
işdə xəstələrlə təmkinli və nəzakətli davranışın böyük əhəmiyyəti vardır. 
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. 
Səh.470 
 
975. Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozuntu 
nədir?
A) Diqqət pozuntusu 
B) Yatrogeniya
C) Yaddaş pozuntusu 
D) İradi-hərəki pozuntu 
E) Düşüncə pozuntusu 
Tibb bacısının vaxtında və yerində edilmiş qeyd və göstərişi xəstəyə müsbət təsir 
göstərdiyi halda ehtiyatsızlıqla dediyi söz onun vəziyyətini dəyişə bilər və bu 
ehtiyatsızlıq nəticəsində yaranan reaktiv hal yatrogeniya adlanır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. 
Səh.476 
976. Beyin-qan dövranının kəskin pozuntusu zamanı neçə gün müddətinə yataq 
rejiminə riayət olunur?
A) 30 
B) 14 
C) 10 
D) 21 
E) 6 
Beyin-qan dövranının kəskin pozuntusu zamanı beyin funksiyalarının bərpası üçün 3 
həftə (21 gün) yataq rejiminə riayət etmək lazımdır. 
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 126 
 
977. Meningit diaqnozunu təsdiqləyən müayinə üsulu hansıdır?
A) Onurğa beyin mayesinin müayinəsi 


274 
B) Sidiyin müayinəsi 
C) Qanın müayinəsi 
D) Şəkərin müayinəsi 
E) Ultrasəs müayinəsi 
Meningit baş-beyin qişalarının iltihabıdır. Meningit diaqnozunu təsdiqləyən müayinə 
üsulu onurğa beyin mayesinin müayinəsidir. meningitin formalarından asılı olaraq 
onurğa beyin mayesinin tərkibi müxtəlif olur.
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 152 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə