Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə265/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   261   262   263   264   265   266   267   268   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

982. Fobiya nədir?
A) Adət 
B) Tərəddüt 
C) Qorxu
D) Sayıqlama
E) Həyəcan
Şəxsin iradəsindən asılı olmayaraq meydana çıxan, lakin xəstə tərəfindən tənqidi 
münasibət bəslənilən arzuolunmaz qorxulara fobiya deyilir.
Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 46 
983. Epileptik status zamanı mexaniki asfiksiyanın qarşısını almaq üçün tibb 
bacısının taktikası necə olmalıdır? 
A) Yuxarı tənəffüs yollarını selikdən təmizləmək, başı yana çevirmək
B) Mədə-bağırsaq traktını yumaq 
C) Başa buz qoymaq 
D) Xəstəni təmiz havaya çıxartmaq 
E) Başa hündür vəziyyət vermək 
Epileptik status zamanı ağız suyu udulmaqla boğulmanın qarşısını almaq üçün yuxarı 
tənəffüs yollarını selikdən təmizləmək, başı yana çevirmək lazımdır. 
Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 220 
984.Hemorragik insult zamanı hansı təxirəsalınmaz yardım göstərilməlidir? 
A) Xəstəyə başıaşağı vəziyyət vermək 
B) Xəstəni uzatmaq,tənəffüs yollarını təmizləmək
C) Xəstəni sağ tərəfə çevirmək 
D) Xəstəyə yarıoturaq vəziyyət vermək 
E) Xəstəni sol tərəfə çevirmək 
İnsult-beyni qanla təchiz edən arteriyalar sistemində qan dövranının kəskin
pozuntusudur. Insult qəfləti, ani olaraq inkişaf edir və qansızmanın qarşısını almaq 
məqsədi ilə xəstəni uzatmaq,tənəffüs yollarını təmizləmək;diş protezi varsa onu xaric 
etmək lazımdır. 
.
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. 
Səh. 560 


276 
985. Narkotik qrupa aid preparat hansıdır?
A) Diazepam 
B) Kofein 
C) Morfi
D) Aminazin 
E) Barbital 
Morfi opi çətənəsindən alınan preparatdır. Bu maddəyə asılılıq tez yaranır.
Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 309 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə